Hər hansı şifahi və ya yazılı fikir yalnız tam başa düşüldüyü təqdirdə rəsm əsərində ifadə
oluna bilər.
Şəkillərin noyabrın 20-də, Beynəlxalq Uşaq Hüquqları Günü məktəbdə, bələdiyyədə,
yaxud başqa ictimai binada nümayiş etdirilə bilməsi üçün biz tədris proqramını xeyli qabaqcadan
planlaşdırmağı məsləhət görürük.
Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar
Haqqında
Vasitəsilə
Üçün
Müəllim
Şagirdlər uşaq hüquqları
haqqında indi nə bilirlər?
Konkret sinif otağında və
ümumiyyətlə, məktəb
icmasında uşaq hüquqlarının
prinsipləri hansı yollarla
müşahidə olundu?
Məktəbdən kənarda necə
hərəkət etməyi öyrənmə:
Şagirdlər öz gələcək
həyatları üçün nə
öyrəndilər?
Xüsusilə rəsm dərslərində
şagirdlər anlayırlar ki, onların
öz individual özünüifadə
vasitələrini inkişaf etdirmələri
həm mümkün, həm də
vacibdir. Onlar incəsənət
vasitəsilə müxtəlif uşaq
hüquqları maddələrini təqdim
etməyin individual yollarını
tapırlar.
Şagirdlər uşaq hüquqlarının
pozulması hallarını hiss
etməyi və həmin hallara
qiymət verməyi bacarırlar.
Onlar bu qabiliyyətlərini
həmin pozuntuları öyrənmək
və təqdim etmək məsələsinə
fərdi yanaşmaları sayəsində
inkişaf etdirirlər.
Şagirdlər
Mən uşaq hüquqları
haqqında nə öyrəndim?
Mən uşaq hüquqlarını sinifdə
necə təcrübədən keçirdim?
İndi mən hansı fəaliyyətə
qadirəm?
Mən sinif yoldaşlarımla
birlikdə uşaq hüquqlarını
daha dərindən öyrəndim.
Çoxlu suallar verdim və
anladım ki, uşaq hüquqları
konvensiyasının hər hansı
maddəsini bilmirəmsə,
bundan narahat olmağına
dəyməz. Axı mən hələ bu
sahədə öyrənməyə davam
edəcəyəm.
Bu layihə sayəsində sinif
otağı və bütövlükdə məktəb
binası bəzədilməsində iştirak
etdiyim və özümü həqiqətən
evdəki kimi rahat hiss etdiyim
bir yerə çevrildi. Mən öz fərdi
xarakterimi nümayiş etdirə
bilirəm və mən bir fərd kimi
qəbul olunuram.
Mən incəsənət sahəsində
olan istedadımdan daha
yaxşı xəbərdar oldum. İndi
bu istedadımdan istifadə
etməkdə və bu sahədə
özümü yoxlamaqda daha
cəsarətliyəm. Bu istedadım
mənim xarakterimin bir
hissəsidir və bu istedadım
bəzən mənim özümü ifadə
etməyimə daha çox kömək
edir, nəinki söylədiklərim və
ya yazdıqlarım. Mən
dostlarımla birlikdə uşaq
hüquqlarına dair bənzər
incəsənət layihələri fikirləşə,
bu layihələr çərçivəsində
çəkdiyimiz bəzi rəsm
əsərlərini sata və əldə
etdiyimiz vəsaitlə uşaqlara
dair layihələrə dəstək ola
bilərəm.
Əyani vasitələr
Uşaq hüquqlarına dair vəsaitlər (Aydın de! BMT-nin Uşaq hüquqları haqqında
Konvensiyasının Kanada gəncləri üçün hazırlanmış sadələşdirilmiş versiyası və 1989-cu il
konvensiyası).
Prosedur
Dərs 1
Müəllim yeni layihə haqqında sinfə ətraflı məlumat verir.
Uşaqların bu layihənin təməl prinsipini başa düşmələri, onlardan nə tələb olunduğunu
aydın dərk etmələri və uşaq hüquqlarının obrazlı şəkildə illüstrasiyalı təsvirinə dair nümunələrlə
qabaqcadan tanış olmaları çox vacibdir.
Ancaq müəllim uşaqlara müxtəlif insan və uşaq hüquqlarının obrazlı təsviri nümunələrini
göstərməklə kifayətlənməməli, həmçinin özünüifadənin fərdi üsullarını tapmaqda onlara
yardımçı olmaq üçün işə müxtəlif yanaşma tərzlərini nümayiş etdirməlidir.
Müəllim bu layihədə rəsm müəllimi və ya yeli bir rəssamla əməkdaşlığı da nəzərdən
keçirə bilər. Hərçənd bu işdə təşəbbüs və fəaliyyət müstəsna olaraq şagirdlərin ixtiyarına da
verilə bilər.
Müəllimin verdiyi girişdən sonra şagirdlər layihənin həyata keçirilməsini planlaşdırmaq
üçün kiçik qruplara bölünürlər.
Bu qruplar bu kimi məsələləri müzakirə edirlər:
materiallar
boyalar
alətlər
vaxt cədvəli
şəklin ölçüsü, rəssamlıq anlayışı
sərginin planlaşdırılması
Qruplar müzakirə nəticəsində gəldikləri qənaəti siniflə bölüşürlər.
Dərsin sonunda şagirdlərin hər birinə obrazlı şəkildə rəsmini çəkməli olduğu uşaq
hüququ elan edilir. Uşaq hüquqları sinifdəki uşaqların sayından çox olduğundan müəllim
aşağıdakı üsullardan faydalana bilər:
şagirdlərə uşaq hüquqlarının heç də hamısı yox, bəziləri tapşırılır;
daha sürətli işləyən şagirdlərə rəsmini çəkmək üçün bir yox, bir neçə hüquq tapşırılır;
böyük həvəsi olan uşaqlar bir neçə hüquq seçə bilərlər;
bir sinif başqa siniflə birlikdə işləyə və hüquqları bölüşdürə bilər.
Hər şagirdə bütün uşaq hüquqlarının bir nüsxəsi verilir.
Şagirdlərə gələn həftəki dərsədək yerinə yetirməli olduqları aşağıdakı kimi ev tapşırığı
verilir:
Rəsmini çəkdiyiniz / sizə tapşırılan uşaq hüququnu oxuyun və təhlil edin.
Həmin hüququ incəsənət vasitəsilə təqdim etməyin yollarına dair təxmini fikirlərinizi
hazırlayın.
Təsvir etməyin müxtəlif yollarını göstərmək üçün jurnallardan, qəzetlərdən və
kitablardan nümunələr toplamayın.
Dərs 2
Şagirdlər öz fikirlərini bir-birləri ilə bölüşür və izah edirlər. Şagirdlərin uşaq hüquqlarını
başa düşmələri çox vacibdir, onlar bu hüquqların sinifdə necə həyata keçirildiyinə dair
nümunələr gətirməyi bacarmalıdırlar. Müəllim uşaq hüquqlarını və onların təsviri yollarını izah
etməyi şagirdlərdən israrla xahiş etməlidir.
Müəllim uşaqların fikirləri ilə əlaqədar öz rəyini qısa olaraq bildirə bilər.
Şagirdlər öz fikirlərini təkcə sözlərlə ifadə etmirlər. Onlar məsələn, plakatlar hazırlayıb
sinifdən asmağa və çəkdikləri təsvirləri müqayisə və müzakirə etməyə həvəsləndirilirlər. Elə
edilməlidir ki, bu proses darıxdırıcı keçməsin.
Dərs 2-4
Şagirdlər ikinci dərsin ikinci yarısını və növbəti iki dərsi öz layihələrini işləməyə həsr
edirlər. Təcrübə göstərir ki, şagirdlər bir-birlərindən təcrid olunmuş şəkildə işləmədikdə daha
həvəsli olurlar. Müəllim onları ağıllarına gələn ilk fikirlə qane olmamağa, yeni-yeni ideyalar
düşünməyə ruhlandırır.
Müəllim daim əlinin altında rəsm plakatları, qəzet və jurnallardan kəsilmiş müxtəlif
diaqramlar, qrafiklər, reklam illüstrasiyaları saxlayır və onlardan istifadə etməklə şagirdlərə
dəstək olur. Şagirdlər özləri də evlərindən illüstrasiyalı kitab və jurnallar gətirə bilərlər. Bu
illüstrasiya kolleksiyasının uşaq hüquqları mövzusu ilə bağlı olması vacib şərt deyil.
Şagirdlərin işə başlamazdan qabaq aşağıdakıları ətraflı müzakirə etməsi lazımdır:
Mən bu hüququ necə başa düşürəm?
Bu hüquqa hansı rəng uyğun gələr?
Mən bu hüququ nə ilə əlaqələndirə, assosiasiya edə bilərəm?
Bəzi ipucları:
Əgər siz sinif otağında, məktəb binasında və ya hər hansı ictimai binada sərgi təşkil
etməyi planlaşdırırsınızsa, onda kağızın ölçüsü və bu kağız üzərində yazılacaq hərflərin
ölçüsü və forması ilə bağlı şagirdlərin razılığa gəldiyinə əmin olun
Şagirdlərin öz işlərində bir-birlərinə kömək etməsinə imkan yaradın. Bunun üçün ya
əlavə dərsdə, ya da evdə əlavə vaxt nəzərdə tutun.
Xüsusi istedadı olan şagirdlərə xüsusi vəzifə və ya tapşırıqlar verməkdə tərəddüd
etməyin. Sinfə dəstəkləməsi və ilhamlandırması üçün yerli bir rəssamı, yaxud
şagirdlərinizin tanıdığı bir kəsi dərsə dəvət edə bilərsiniz.
Müsabiqə keçirməyin və ən yaxşı işlər üçün mükafatlar təqdim etməyin məqsədəuyğun
olub-olmadığını diqqətlə götür-qoy edin. Biz hətta yerli qəzetlərdən birində layihə
Dostları ilə paylaş: |