Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

oxuculara  xidməti  həyata  keçirir.  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanası  bundan  sonra  da 

informasiya  təminatı  istiqamətində  fəaliyyətin 

səmərəsinin 

artırılması, 

inkişafı 

və 

təkmilləşdirilməsi 



məqsədilə 

günün  tələbləri 

səviyyəsində  mütərəqqi  iş  üsullarından  istifadə 

edəcəkdir. Yəni kompüter texnologiyalarının tətbiqi 

və  informasiya  daşıyıcılarından  istifadənin  həyata 

keçirilməsi  üçün  səy  göstərərək  uğurlar  əldə 

edəcəkdir. 

Son  illər  müasir  uşaq  kitabxanalarında 

mütaliəyə  marağı  artırmaq  məqsədilə  ənənəvi  və 

texnoloji  iş  xüsusiyyətləri  tətbiq  edilir.  Lakin  uşaq 

mütaliəsinin  təçkilində  ənənəvi  metodlardan  daha 

çox  istifadə  olunur.  Çünki  hər  bir  kitabxanada 

müasir  texniki  avadanlıq  və  kompüter  yoxdur.  Bu 

gün 


kitabxanada 

texniki 


vasitələrlə 

(internet,elektron 

resurs)  informasiyanın  əldə 

edilməsi  oxucular  üçün  daha  vacib  və  əlverişlidir. 

Sözsüz  ki,  kompüterdən  istifadə  yeni  savad 

formasını  tələb  edir  və  kompüterlə  gündəlik  iş 

oxucuları  xüsusi  metodla  informasiya  almağa 

yönəldir.  Belə  yeniləşmə  mütaliəyə  rəhbərlik  edən 

kitabxana 

işçilərindən 

xüsusi 

tədqiqatlar 



aparılmasını  və  tövsiyələrin  işlənməsini  tələb  edir. 


Bundan əlavə oxucularda mütaliəyə həvəsi artırmaq 

məqsədilə müasir kitabxanalarda multimedia zalının 

yaradılması  olduqca  vacibdir.  Multimedia  zalını 

yaratmaq,  kitabxanalarda  elektron  oxu  zallarının 

təşkili,  bütün  kitabxanaların  internetə  qoşulması, 

əhalinin  müxtəlif  təbəqələrinin  internet  vasitəsi  ilə 

informasiya  alması  kitabxanalar  qarşısında  duran 

öndə vəzifələrdəndir. 

Multimedia-interaktiv  proqram  təchizatının 

idarəsi,  müasir  texniki  və  proqram  vasitələrinin 

köməkliyi  ilə  vizual  və  audio  effektlərin  qarşılıqlı 

əlaqəsidir.  Onlar  mətn,  səs,  qrafik,  foto,  videonu 

rəqəmsal təsəvvürdə birləşdirir. Multimedia termini, 

əsasən  əhəmiyyətli  dərəcədə  irihəcmli  məlumatları 

saxlayan  və  bu  informasiyanı  daha  tez  əldə  etməyə 

imkan 


verən 

informasiya 

daşıyıcılarının 

istifadəsidir. 

Multimedia  zalı  ilk  növbədə  kitabxananın 

geniş  və  işıqlı  otaqlarından  birində  təşkil  olunur. 

Zalın  sahəsinə  görə  kompüter  stolları  və 

informasiya 

daşıyıcıları  üçün  xüsusi  rəflər 

yerləşdirilir.  Rəflərə  CD,  DVD  diskləri,  audio, 

video  kasetlər  düzülür.  Yaxşı  olardı  ki,  zalın  tavan 

hissəsindən  aşağıya  doğru  proyektor  və  ekran 

quraşdırılsın, 

çünki 


zalda 

təqdimatların  




keçirilməsində    proyektordan  istifadə  olunur. 

Bundan  başqa  zalda  audio,  video  maqnitofonlar, 

kamera,  skaner,  printer,  televizor,  surətçıxarma 

aparatının  yerləşdirilməsi  də  vacibdir.  Multimedia 

zalının  fondunda müxtəlif  yaş qrup oxucular üçün 

müxtəlif sahə üzrə-məlumat nəşrləri-(“Ayna” Mətbu 

evi), ensiklopediyalar, lüğətlər, soraq kitabları, dərs 

proqramı əsasında hazırlanmış disklər, məntiqi oyun 

diskləri  yer  tutmalıdır.  Multimedia  zalına  ayrılmış 

xətt üzrə daimi internet şəbəkəsi  qoşulmalıdır. 

F.Köçərli 

adına 


Respublika 

Uşaq 


Kitabxanasında  “Biləyən”  multimedia  zalı  2002-ci 

ildən  fəaliyyət  göstərir.  Kitabxana  audio-vizual 

nəşrlərin  komplektləşməsinə  böyük  diqqət  ayırır. 

Multimedia zalı əsasən məktəbəqədər və kiçik yaşlı 

oxuculara  xidmət  göstərir.  Zalın  əsasən  fondunu 

musiqi, təbiət və nağıllarla bağlı  CD, DVD diskləri 

təşkil edir. Hal-hazırda multimedia oxu zalında 240-

dan  çox  nüsxəsi  olan  CD-ROM  üzrə  nəşrlər  fondu 

var.  Fondun  formalaşdırılması  əsasən  oxucu 

sorğularına  görə  həyata  keçirilir.  bura  elmi-tədris  

proqramları,  ensiklopediyalar,  lüğətlər,  məlumat 

kitabçaları,  intellektual  oyun  proqramları  daxildir. 

CD-ROM fonduna həmçinin  daxildir: xarici dillərin 

öyrənilməsi  üçün  nəşrlər  və  elmlər  üzrə  bir  sıra 




ensiklopedik  nəşrlər.  Fondda,  dərs  vəsaitləri,  tarixi 

şəxsiyyətlər  və  incəsənət  üzrə  nəşrlər  geniş  yer 

tutur.  (Azərbaycan  tarixi,  Zoologiya,  Kimya, 

Biologiya,  Botanika,  Heydər  Əliyev,  Üzeyir 

Hacıbəyov,  Qara  Qarayev,  Fikrət  Əmirov,  “O 

olmasın,bu  olsun”,  “Arşın  mal  alan”,  “Leyli  və 

Məcnun”  və  s  ).  Böyük  Britaniyanın  OXFAM  

Beynəlxalq  humanitar  təşkilatı  layihə  əsasında 

kitabxanamızın  multimedia  zalında  bir  çox 

kitabların,  qəzetlərdə  dərc  olunmuş  maraqlı 

hekayələrin,  nağılların  audio    kasetlərindən  ibarət  

fondunu  (700  nüsxə)  təşkil  etmişdir.  Dəfələrlə 

kitabxananın  ərazisində  yerləşən  42,  258,  36,  152 

saylı    məktəblərin  ibtidai  sinif  müəllimləri  sinifləri 

ilə birlikdə qrup halında “Danışan kitablar” a qulaq 

asmışlar. 

Oxuculara  informasiyanın  axtarılması  və 

informasiya  texnologiyalarından  düzgün  istifadə 

etməyi  öyrətmək  və  multimedia  zalına  maraq 

oyatmaq  üçün  kitabxanalarda  kursların  təşkili 

vacibdir.  İlk  belə  kurs  “Kitabxanada  uşaqlar  üçün 

internet-sinfin 

açılması” 

layihəsi 

əsasında 

hazırlanmışdı. 

Həmin 

kurslar 


2001-ci 

ilin 


avqustunda  Açıq  Cəmiyyət  İnstitutu  tərəfindən 

həyata  keçirilmişdir.  Belə  ki,  kitabxanamızın 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə