Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

oxuculara  “Düyməcik”,  “Cırtdan”,  “İki  tənbəl”, 

“Qoğal”,  “Qarğa  və  xərçəng”,  “At  və  canavar”, 

“Tərs  keçilər”,  “Turpun  nağılı”,  “Acgöz  ayı 

balaları”,  “Canavar  və  durna”,  “Пятачок  в 

волшебном  лесу”,  “Белоснежка  и  семь  гномов”, 

“Волшебный  мир  Диснея”  (rus  dilində  məntiqi- 

oyun  )  və  başqa  nağılların    CD,  DVD  disklərini  və 

pazl-oyun  kitabları  təqdim  etmək  olar.  Burada 

nəinki  interaktiv  cizgi  filmi  formasında  təqdim 

olunan ədəbi yaradıcılığın süjet xətti ilə tanış olmaq 

olar,  həmçinin  eyni  hekayəyə  bir  neçə  dildə  qulaq 

asmaq  mümkündür.  Bu  da  balaca  oxucunun  xarici 

dilləri  öyrənməsinə  kömək  edər.  Qeyd  etmək 

lazımdır  ki,  kompüterdən  7  yaşına  qədər  uşaqlar 

yalnız  valideynlərinin  razılığı  ilə  15-20  dəqiqədən 

çox olmayaraq istifadə edə bilər. Orta və yuxarı yaş 

qrup 

oxucular 



internet 

və 


multimedia 

avadanlıqlarından  informasiya  almaq  üçün,balaca 

oxucularımız  isə  hələlik  nagıllara  qulaq  asmaq, 

nağıllar  əsasında  çəkilmiş  cizgi  filmlərinə  tamaşa 

etmək,  diqqət  və  təfəkkürü  inkişaf  etdirmək  üçün 

mövcud  olan  oyunları  oynamçaq  üçün  istifadə 

etməlidir  və  kitabxanaçı  bu  avadanlıqlardan 

məharətlə  istifadə  etməli  ,onların  marağına  uyğun 

olan nağılları oxuculara təqdim etməlidir. 



Orta və böyük yaşlı oxucular üçün daha ciddi 

kompüter  hazırlığı  tələb  olunan  dərs  proqramı 

əsasında  hazırlanmış  disklər  (Azərbaycan  tarixi, 

Botanika,  Zoologiya,  Kimya  və  s.)  və  məntiqi 

oyunlar  maraq  yaradır:  strategiya,  macəra, 

fantastika  (dəniz  əfsanələri,  kosmosla  bağlı)  və 

başqaları.  Bundan  başqa,  onlar  gənc  oxucunu 

fikirləşmək  və  sərbəst  qərar  qəbul  etmək  zərurəti 

qarşısında qoyur. Oxucuların marağını və tələbatını 

nəzərə alıb  uşaq kitabxanalarının multimedia zalını 

dərs  proqramı  əsasında  hazırlanmış  disklərlə  daha 

çox  zənginləşdirmək  lazımdır  və  şərait  yaratmaq 

lazımdır  ki,  oxucular  disklərdən,  kompüterlərdən 

sərbəst  istifadə  etsinlər.  Sərbəst  işləmək  üçün  həm 

oxucu,  həm  də  kitabxanaçı  kompüter  biliklərinə 

yiyələnməlidir.  Yaxşı  olardı  ki,  aşağıda  qeyd 

olunanları  kitabxanaçı  bilsin.  Çünki  kompüterdən 

istifadə 

zamanı 

bunları 


bilmək 

lazımdır: 

informasiyanın 

bir 


kompüterdən 

digərinə 

ötürülməsini  informasiya  daşıyıcıları  (sərt  disk, 

elastik  disk  və  s.  )  və  kompüter  şəbəkəsi  vasitəsilə 

ötürmək  olar.    İki  və  daha  çox  kompüterin  ardıcıl 

birləşməsi  kompüter  şəbəkəsi  meydana  gətirir. 

Kompüter şəbəkələri yerləşdiyi sahədən asılı olaraq 

lokal və qlobal şəbəkəyə bölünür. Lokal  şəbəkə bir 




neçə  fərdi  kompüterdən  və  qurğulardan  ibarətdir. 

Onlar  bir-biri  ilə  məhdud  ərazidə  kabel  əlaqəsi  ilə 

birləşirlər.  Şəbəkələrin  köməyi  ilə  fayl  və 

printerlərdən, 

elektron  poçtundan  və  digər 

ehtiyatlardan  tamamilə  istifadə  etmək  mümkündür. 

Lokal  şəbəkələr  ərazi  xüsusiyyətlərinə  görə 

yığcamlığı  ilə  fərqlənir.  Odur  ki,  lokal  şəbəkədən 

istifadə  etməklə  müxtəlif  yerlərdə  (məsələn,  bir 

binada,  bir  mərtəbədə  və  s.)  istifadə  olunan 

kompüterlər  birləşdirilir.  Lokal  şəbəkələr  və  fərdi 

istifadəçiləri  birləşdirən  şəbəkə  Qlobal  şəbəkə 

adlanır.  Qlobal  şəbəkənin  köməyi  ilə  ayrı-ayrı 

kompüterləri, ayrı-ayrı lokal şəbəkələri birləşdirmək 

mümkündür.  Qlobal  şəbəkələri  birləşdirən  daha 

yüksək  səviyyəli  şəbəkə  də  mövcuddur.  Bu  şəbəkə 

İnternet adlanır. 

İnternet  xidməti  multimedia  zalında  təşkil 

edilən  əsas  xidmətlərdən  biridir.  Belə  ki,  dünya 

interneti  -  WWW  -  ümumdünya  hörümçək  toru 

adlandırır  və  internetdən  məlumat  almaq,  məlumat 

mübadiləsi  üçün  istifadə  edilir.  Bu  gün 

uşaqların,yeniyetmələrin  və  gənclərin  maraq 

dairəsini  əhatə  edə  biləcək  bir  çox  sahələr  var.belə 

ki, müasir dövrümüzdə gənclərin maraqları internet 

məkanı  və  virtual  aləmlə  təmin    olunmuşdur.  Bu 




gənclərin  sosiallaşmasına  müsbət  təsir  göstərsə 

də,sağlamlığına,  psixikasına  ziyan  da  vura  bilər. 

Uşaqlara  və  gənlərə  intellektual  istirahət-bura 

kitabxanalar,  dil,  proqram  kursları,  teatr,  tamaşalar 

daxildir ki, bu növ istirahətə də gəncləri cəlb etmək 

lazımdır.  Maraqlarını  məşğuliyyətini,  çevrəsini  özü 

seçə  bildiyi  üçün  bu  günkü  gənclik  mənəvi 

tələbatlarını 

dolğunlaşdırmağa 

çalışmalıdır. 

Gənclərin yaşam tərzləri, maddi durumları, ailədəki 

vəziyyət  onların  istirahətinə,  təhsilinə  təsir  edir  və 

bu  imkanlar  sadalananları  formalaşdırır.  Məsələn, 

bəzi  gənclər  maddi  duruma  görə  kino-teatra  gedib 

dicələ 

bilmir, 


bəzisi 

ailədəki 

mentalitet 

problemlərindən  dolayı  istirahətini  istədiyi  kimi 

seçə  bilmir.  Evə  gec  gəlmək,  gecə  saatlarda 

gənclərin  düzənlədiyi  tədbirlərə  getmək  kimi 

imkanları  olmur.  Bu  səbəbdən  də  gənclər  qruplara 

bölünməyə başlayır. Çox az sayda gənc internetdən 

sırf  öz  iş-təhsil  imkanlarını  genişləndirmək,yaxud 

alət  olaraq  istifadə  edir.  Bir  qrup  gənc  internetdən 

informasiya mənbəyi kimi istifadə etdiyi halda, əsas 

hissə  tanışlıq,  sosiallaşma,  əyləncə,  boş  vaxtlarını 

keçirmək üçün virtual aləmə üz tuturlar. Lakin uzun 

illərin 


təcrübəsi 

göstərmişdir  ki,  insanların 

həyatında  kitab  oxumaq  həmişə  mühüm  rol 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə