Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə25/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

Ədəbiyyatın  kataloqlaşdırılması  sənədlər 

haqqında  biblioqrafik  yazıların,  yəni  tam  təsvirin 

hazırlanmasını nəzərdə tutan texnoloji prosesdir. Bu 

proses nəticəsində oxuculara xidmətin əsasını təşkil 

edən  elektron  kataloqun  biblioqrafik  məlumat 

bazası  yaradılmışdır.  Abonement  xidmətinin 

kataloqlaşdırılması 

üçün 


isə 

“Oxucu” 


avtomatlaşdırılmış işçi yeri nəzərdə tutulmuşdur. Bu 

işçi 


yeri 

vasitəsilə 

oxucuların 

qeydiyyatı; 

ədəbiyyatın 

verilməsi 

üçün 

sifarişlərin 



növbələşməsi;  sifarişlərin  yerinə  yetirilməsinin 

qeydiyyatı;  sifariş  olunmuş  ədəbiyyatın  sərbəst 

nüsxələri  haqqında  informasiyanın  alınması  işləri 

aparılır. 

Kitabxanamızın 

mütəxəssisləri 

elektron 

kataloqun 

formalaşdırılmasında 

dünya 


kitabxanlarının  təcrübəsini  öyrənir  və  onlara 

əsaslanaraq,  elektron  kataloqun  yaradılmasının 

mövcud  olan  müxtəlif  yollarının  ən  optimal  və 

əlverişlisini seçib,sənədlərin elektron kataloqa daxil 

edilməsi  qaydalarını  müəyyən  edərək  ümumi 

metodikasını  işləyib  hazırlamağa  başlamışdır. 

Elektron  kataloqun  formalaşdırılması  üçün  qəbul 

edilmiş  standartlara  uyğun  olaraq  cari  ədəbiyyatın 




biblioqrafik  təsviri,elektron  kataloqun  redaktəsi 

aparılır. 

Ənənəvi  kataloq  və  kartotekalardan  fərqli 

olaraq, 


elektron 

kataloq 


və 

kartotekalarda 

biblioqrafik  axtarış  bir  çox  ünsürlərlə  aparılır:  açar 

söz,  müəllif,  sərlövhə,  tərtibçi,  redaktor,  rəssam, 

tərcüməçi,  nəşr  ili,  mövzu  və  predmet  rubrikaları, 

jurnalların  adı,  nəşr  ili  ilə  və  s.  Bundan  başqa, 

biblioqrafik 

xidmətin 

avtomatlaşdırılmış 

texnologiyaları  oxucuya  elektron  kataloqda  real 

vaxt 

rejimində 



informasiyanı 

görmək, 


informasiyanın  yerləşdiyi  sənədin  özünü  əldə 

etmək,  avtomatlaşdırılmış  sistemlə,  belə  demək 

mümkündürsə,  “dialoqa”  girmək  və  s.  imkanını 

yaradır. 

İnternet 

şəbəkəsinin 

informasiya 

ehtiyatlarından  istifadə  etməklə  oxuculara  operativ 

və yüksək keyfiyyətli biblioqrafik xidmət göstərmək 

biblioqraflar 

üçün 

əlverişlidir. 



Bütövlükdə 

kitabxanalarda  kompüter  texnologiyalarının  tətbiqi 

biblioqrafik  informasiya  xidmətinin  səviyyəsini 

artırır  və  operativliyi  təmin  edir.  Bundan  sonra 

oxucuların  elektron  formada  cari  və  retrospektiv 

informasiya 

ilə 

təminatı,İnternet 



şəbəkənin 

imkanlarının  öyrənilməsi  və  onlardan  istifadə  

etmək bacarığı formalaşdırmalıdır. 



Bütün  bunlarla  yanaşı  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasının  qarşısında  duran 

mühüm vəzifələrdən biri oxuculara biblioqrafiya və 

elmi  informasiya  xidmətini  dünya  kitabxanaları 

səviyyəsinə 

qaldırmaq, 

oxucuların 

tələbatını 

ödəmək  üçün  yeni  informasiya  texnologiyalarını 

tətbiq 


etmək, 

İnternet  şəbəkəsinin  elektron 

ehtiyatlarından istifadə etməkdir. 

Məlumdur  ki,  ənənəvi  biblioqrafik  yazıların 

tərtibinə 

illərlə 


əmək 

sərf 


olunur.Yeni 

texnologiyaların  tətbiqi  ilə  elektron  məlumat 

bazalarından 

istifadə 

əsasında 

biblioqrafik 

göstəricilərin hazırlanması prosesləri sürətləndirilir, 

həmçinin  vaxta  qənaət  edilir.  Bu  proseslərə 

məlumat  bazasına  informasiyanın  daxil  edilməsi, 

yoxlanması,  müxtəlif  biblioqrafik  göstəricilərin  və 

məlumat 

bazalarının 

nəzərdən 

keçirilməsi, 

İnternetdə  axtarış  və  tələb  olunarsa  e-mail  ilə 

məsləhətlərin  alınması  və  s.  daxildir.  Həmin 

biblioqrafik  göstəricilərin  çap  edilməsi  eyni 

zamanda  onların  ənənəvi  və  elektron  formada 

(pdf.formatda)  istifadəsini  də  təmin  edəcək.  Dünya 

kitabxanalarının  təcrübəsi  təsdiq  edir  ki,  elektron 

məlumat bazaları cari, retrospektiv, mövzu və şəxsi 

biblioqrafik göstəricilərin tərtibində əvəzedilməzdir. 




Kitabxanada 

kompüter 

texnologiyalarının 

biblioqrafiya 

işində 

tətbiq 


edilməsi 

milli 


biblioqrafiyanın  elektron  bazalarının  yaradılması 

üçün  əlverişli  şərait  yaratmışdır.  Bu  isə  günün 

tələbidir. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 

öz  iş  prosesini  dünya  kitabxanaları  səviyyəsinə 

çatdırmağa  səy  göstərir.  Hazırda  Məlumat-

biblioqrafiya şöbəsinin illik işini özündə əks etdirən 

“Məlumat 

Biblioqrafiya 

Aparatı-2010”, 

ulu 

öndərimiz  Heydər  Əliyevin  anadan  olmasının  90 



illiyi  ilə  əlaqədar  “Heydər  Əliyev  və  uşaqlar”, 

uşaqların  intellektual  səviyyəsinin  yüksəlməsinə 

kömək edən kitablara aid ayrıca bir baza-“Əyləncəli 

kitablar”,  “Ekologiya”  adlı  bazalar  yaradılmışdır. 

İRBİS-64  AKİS  proqramında  versiyalarla  bağlı 

yeniliklərin  tətbiqindən  sonra  Veb  İRBİS-in 

interfeysi tam tərcümə edilmişdir. 

Mədəniyyət  və  Turizm  Nazirliyi  2009-cu  ili 

“Kitabxanaların  avtomaylaşdırılması  ili”  elan 

etmişdi.  Bu  isə  təsadüfi  deyildi.  Belə  ki,  ölkə 

Prezidenti  İlham  Əliyevin  6  oktyabr  2008-ci  il 

tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasında  kitabxana-infirmasiya  sahəsinin 

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə