Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə56/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   52   53   54   55   56   57   58   59   ...   83

şəkilli  söhbəti  adətən  sərginin  sərlövhəsindən 

başlanır. Belə ki, məktəblilərə başa salmaq lazımdır 

ki,  sərginin  adı  nə  üçün  məhz  belə  adlanır.  Belə 

başlanğıc  uşaqların  sərgiyə,  xüsusən  oradakı 

kitablara  olan  marağını  artırır.  Sərgilər  haqqında 

xülasə-söhbət  müəyyən  olunmuş  günlərdə  və 

saatlarda keçrilməlidir. Belə olduqda həmin  mövzu 

ilə  maraqlananların  daha  çox  iştirak  etməsinə  nail 

olunur.  Kitabxanalarda  məktəblilər  üçün  təşkil 

edilən  sərgilərdən  biri  də  dövrü  mətbuatı  nümayiş 

etdirmək  məqsədinə  xidmət  edir.  Bu  cür  sərgilərə 

misal  olaraq  “Sənin  qəzetlərin  və  jurnalların” 

adlanan  sərgini  göstərmək  olar.  Belə  sərginin 

köməyi  ilə  uşaqlar  dövrü  mətbuat  orqanları  ilə  bir 

daha  tanış  olur,onun  yeni  nömrələrini  araşdırırlar.  

Ümumiyyətlə 

qeyd 

etmək 


lazımdır 

ki, 


kitabxanalarda məktəbli oxucular üçün təşkil edilən 

kitab sərgiləri məktəblilər arasında ədəbiyyat təbliği 

ilə  məhdudlaşdırmaq  olmaz.  Sərgilər  həm  də 

oxucuların 

estetik 

zövqünün 

formalaşmasına,mütaliə  mədəniyyətinin  tərbiyə 

olunmasına, 

sistemli 

mütaliə 


sənətinə 


yiyələnmələrinə  istiqamət  vermək  cəhətdən  də 

əhəmiyyətlidir. Məktəbli oxucular üçün ədəbiyyatın 

əyani təbliğinin geniş yayılmış formalarından biri də 

kitabxana plakatlarıdır. Kitabxana plakatları tövsiyə 

olunmalı  ədəbiyyatı  təsviri  sənət  vasitəsilə  təbliğ 

edir.  Plakatlar  oxuculara  ən  vacib  kitablardan 

istifadə etməkdə məsləhətçi rolunu oynayır.  Kütləvi 

kitabxanalarda  böyüklər  üçün  tərtib  olunan 

kitabxana  plakatından  fərqli  olaraq  uşaqlar  üçün 

olakatlar  bir  qədər  sadə  sxemdə  tərtib  olunur  və 

daha  rəngarəng  olur.    Kitabxana  plakatları  da  kitab 

sərgiləri  kimi  məktəblilərdə  yeni  maraq  və  sorğu 

yaratmaq,  onların  mövzu  sorğularını  ödəmək, 

müəyyən üzrə  mütaliə planı tərtibinə kömək etmək 

üçün kitabxanaçının əlində ən yaxşı vasitədir. 

  Kitabxanaçı lazimi  ədəbiyyatın  əyani olaraq 

tövsiyəsi  üçün  həm  bir  mövzu  ətrafında  olan 

kitablar  qrupuna,  hər  hansı  bir  müəllifin  bir 

mövzuya aid əsərlərinə, həm də hər hansı müəllifin 

bir  kitabına  həsr  oluna  bilər.  Kitabxana  plakatları 

məqsədinə və vəzifəsinə görə üç cür olur: 



1.Təbliğat xarakterli plakatlar. 

2.Təşviqat xarakterli plakatlar 

3.Təlimat xarakterli plakatlar. 

   Təşviqat  xarakterli  plakatda  “bax  özün 

gör,nəticə  çıxar”  məqsədi  güdülür.  Təlimat 

xarakterli 

plakatlar 

isə 


uşaqlarda 

mütaliə 


mədəniyyəti  tərbiyəsi  işinə  xidmət  etmək  məqsədi 

daşıyır. Adətən uşaqlara xidmət edən kitabxanalarda 

məktəblilərdə, 

xüsusilə 

kiçik 

məktəbyaşlı 



şagirdlərdə  mütaliə  mədəniyyəti  tərbiyə  etmək, 

onlarda  şüurlu  mütaliə  vərdişi  yaratmaq  və 

oxuduqlarından  lazimi  şəkildə  səmərələnməkdə 

onlara  istiqamət  vermək  üçün  təlimat  xarakterli 

plakatlardan geniş istifadə olunur. Təlimat xarakterli 

plakatlar 

kitabxanadan 

istifadə 

qaydalarına, 

kitabxana 

kataloqlarından, 

biblioqrafik 

göstəricilərdən  istifadə  etməklə,  lazimi  ədəbiyyatı 

seçmək, açıq rəf üsulu şəraitində fondu araşdıraraq, 

istənilən  ədəbiyyatı  tapa  bilmək,  oxuduqlarından 

qeydlər götürmək, konspekt tutmaq və s. məsələlərə 




həsr 

olunur. 


Bu 

məqsədlə 

kitabxanalarda 

“kitabxanadan  istifadə  qaydaları”,  “Kitabı  necə 

seçməli”,  “Kitabxana  kataloqlarından  necə  istifadə 

etməli”,  “Biblioqrafik  göstəricilərdən  necə  istifadə 

etməli”,  “Açıq  rəf  üsulu  şəraitində  kitabı  necə 

seçməli”,  “Kitab  üzərində  necə  işləməli”,  “Kitaba 

rəyi  necə  yazmalı?”  və  s.  mövzularda  kitabxana 

plakatları  tərtib  etmək  olar.  “Kitaba  rəyi  necə 

yazmalı?  ”    mövzusunda  A.Şaiq  adına  uşaq 

kitabxanasında  plakat  tərtib  olunmuşdur  ki, 

məktəblilər  ona  böyük  maraq  göstərirlər.  Bu 

plakatın  yuxarı  hissəsində  kiçik  yaşlı  məktəbli  stol 

arxasında  əyləşinb  nə  isə  qeyd  edir.  Onun  aşağı 

tərəfində 

S.S.Axundovun  “Qaraca  qız”  adlı 

kitabçasının  şəkli  verilmişdir.  Plakatın  sol 

tərəfindən kitaba rəyi necə yazmaq haqqında suallar 

yazılmış,sağ  tərəfindən  isə  həmin  suallara  savablar 

verilmişdir. Plakatda aşağıdakı suallar verilmişdir: 

1.Qaraca qız kimdir? 

2.Onun ata-anası necə olmuşdur? 



3.Piri kişi kimdir? 

4.Ağca  xanım  kimdir?  Onu  nə  üçün  Qaraca 

qızla oynamağa qoymurlar? 

5.Qaraca qızın ölümünə səbəb nə oldu? 

Bütün  bu  sualların  qarşısında  onların 

cavabları yazılmışdır. 

  Kiçik  məktəbyaşlılar  qrupu  üçün  tərtib 

edilən plakatlarda izahedici mətinlər çox yığcam və 

konkret  olmalıdır.  Çünki  bu  sinifdə  oxuyan 

şagirdlər  çətin  oxuduqları  üçün  geniş  məzmunlu 

mətinlər  onları  qorxuda  bilər.  Kitabxanalarda  tərtib 

edilən  bir  çox  plakatların  ciddi  nöqsanları  olur  ki, 

onlarda  mətinlərin  və  şəkillərin  yerləşdirilməsi 

formal  xarakter  daşıyır.  Çox  nadir  hallarda  mətin 

şəkillə  kompazisiya  cəhətdən  əlaqəli  olur.  Plakatda 

materialların  standart  şəkildə  yerləşdirilməsi  onları 

bir-birinə oxşadır və məktəblilər belə plakatları yeni 

olsa  da,  köhnə  hesab  edərək  onalara  maraq 

göstərmirlər.  Ona  görə  də  hər  bir  yeni  plakat 

yaradılarkən onu  məzmununa  müvafiq olaraq bədii 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə