Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə55/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   51   52   53   54   55   56   57   58   ...   83

kitabları  oxumaq  üçün  kitabxanaçıya  müraciət 

edirlər. 

Sərgilər 

məktəbli 

oxucular  arasında 

kitabların kütləviliyini artırır. A.Şaiq adına Yasamal 

rayon uşaq kitabxanasında uşaqlar üçün kitab sərgisi 

təşkil  edərək  onu  rəngarəng  sərlövhə  və  müvafiq 

illüsturasiya  ilə  bəzəməyə  məxsusi  diqqət  verirlər 

ki,  bu  da  uşqların  diqqətini  daha  çox  cəlb  edir. 

Kitabxanaçılar bu məqsədlə təşkil etdikləri sərgilərə 

ad seçərkən onun yüksək çağırış xarakterli olmasına 

xüsusi  fikir  verirlər.  Uşaqlar  üçün  kitab  sərgiləri 

düzəldərkən  əyaniliyin  güclü  olmasına  ona  görə 

fikir  vermək  lazımdır  ki,  uşaqların  mücərrəd 

təfəkkürü  həmişə  dayaq  nöqtəsi  axtarır.  Eyni 

zamanda bu mücərrəd təfəkkür müəyyən obrazlarda 

təşəkkül  tapır.  Bu  mənada  müəyyən  mövzu  ilə 

əlaqədar  kitab  təbliği  zamanı  həmin  mövzu 

haqqında onlarda müəyyən təsəvvür yaratmaq üçün 

uyğun  şəkillərin  verilməsi  və  ümumiyyətlə 

əyaniliyin  gücləndiriməsi  vacibdir.  Məsələn, 

Azərbaycanda  Milli  ordunun  yaradılması  günü 

münasibəti ilə adı çəkilən kitabxanada təşkil olunan  

“Vətənimizin  etibarlı  keşikçiləri  “  mövzusunda,  8 



Mart  Qadınlar  Bayramı  münasibətilə  “Azad  ana, 

azad  qadın”  adlı  sərgilərdə  həmin  mövzularda 

məktəblilərin  səviyyəsinə  müvafiq  olan  kitablar 

nümayiş 


etdirilmiş, 

lazimi 


şəkillərlə 

tamamlanmışdır.    Yaxşı  haldır  ki,  uşaq 

kitabxanalarında  keçirilən  kütləvi  tədbirlərin  həm 

sənədləri, həm də hər bir kütləvi tədbirlərlə əlaqədar 

kitabxanaçıların  gördüyü  işlər  yazılı  şəkildə  xüsusi 

qovluqlarda mühafizə olunub saxlanılır. 

  Bir  qayda  olaraq  uşaq  kitabxanalarında 

təşkil  olunan  sərgilərin  mövzusu  məktəb  proqramı 

ilə bağlı olmalıdır. Bu mənada kitabxanaçı ayrı-ayrı 

siniflər üzrə tədris proqramı ilə yaxşı tanış olmalıdır 

ki, hər hansı mövzuya aid tədbir keçirərkən tövsiyə 

edilən kitablar proqramı tamamlamağa kömək etmiş 

olsun.    Sərgi  təşkil  etmək  üçün  seçilmiş  mövzuya 

dair  kitabxanada  mövcud  kitablar  azlıq  etdikdə, 

sərgini  uşaqlar  üçün  nəşr  olunan  qəzet  və  jurnal 

məqalələri ilə tamamlamaq lazımdır. Məlum olduğu 

kimi  məktəbli  oxucular  qəhrəmanlıq  haqqında 

oxumağı  çox  sevirlər.  Bununla  əlaqədar  olaraq 




Azərbaycan xalq qəhrəmanları haqqında məktəblilər 

üçün  nəzərdə  tutulub  nəşr  olunan  əsərləri  əks 

etdirən  kitab  sərgiləri  təşkil  olunmalıdır.  Sərgi  iki 

bölmədən  ibarət  olmalıdır:  Birinci  bölmədə  həm 

xalq  qəhrəmanları,  həm  də  vətən  yolunda  canından 

keçən milli qəhrəmanların həyatı və qəhrəmanlığına 

həsr  edilmiş  kitablar,  faktlar  və  rəqəmlər  verilməli, 

ikinci bölmədə isə uşaqları təhsilə və əməyə çağıran 

kitablar,  qəzet  və  jurnal  məqalələri,  şəkilləri  və  s. 

əks  etdirilməlidir.  Eyni  zamanda  sərgi  milli 

qəhrəmanların  şəkilləri  və  şəkillərinin  altında 

onların  hər  birinin  haqqqında  yığcam  mətn 

verilməlidir. 

  Kitabxanalarda  sərgi  təşkil  etmək  üçün 

birinci  növbədə  onun  mövzusunu  və  qarşısında 

qoyulan tərbiyə məqsədini müəyyən etmək lazımdır. 

Ümumiyyətlə  qeyd  edilməlidir  ki,uşaqlar  üçün 

təşkil  edilən  hər  hansı  kütləvi  tədbir  forması  və 

yaxud da məktəblilər üçün yazılan hər bir əsərin adı 

onun  məzmunu  ilə  əlaqədar  olmalı,  daha  doğrusu 

sərlövhə  əsərin  məzmununun  açilmasına  xidmət 



etməlidir. Bu mənada kitab sərgisilərinin sərlövhəsi 

seçilərkən elə etmək lazımdır ki, uşaqlar sərlövhəni 

oxuyarkən sərgidəki kitabların konkret olaraq nədən 

bəhs etdikləri haqda dəqiq təsəvvürə malik olsunlar. 

Kitab  sərgilərini  sərlövhəsinin  müvəffəqiyyətlə 

seçilməsi  həmin  mövzuda  ədəbiyyatın  düzgün  və 

asan  seçilməsinə  kömək  edir.  Kitabxanada  kiçik 

məktəbyaşlılar  üçün  “Özün  düzəlt  “,  Yeniyetmə 

yaşlılar  üçün  isə  “Bunları  bilmək  maraqlıdır”  adda 

kitab  sərgisi  düzəldilmişdir.  Belə  sərgilər  uşaqlar 

üçün  olduqca  maraqlı  olur.  Bu  mövzular  uşaqların 

diqqətini  cəlb  edir.  Sərgidə  ayrı-ayrı  kitabların 

məzmununu  açmaq  məqsədilə  verilən  şəkillər 

uşaqların sərgiyə və oradakı kitablara olan marağını 

daha  da  artırır.  Məhz  uşaqların  bu  cəhətini  nəzərə 

alaraq  uşaqlar  üçün  nəşr  olunan  kitablarda  əsərin 

məzmunu  ilə  əlaqədar  çoxlu  şəkillər  verilir.  Ona 

görə 


də 

kitabxanalar 

məktəblilərin 

bu 


xüsusiyyətlərindən  istifadə  edərək  kitabxanada 

həyata  keçirilən  kütləvi  tədbirlərdə  əyaniliyi  hər 

cəhətdən gücləndirilməlidir. Məktəblilər üçün təşkil 

edilən  sərgilərin  bir  xüsusiyyəti  də  ondan  ibarətdir 




ki,  burada  kitablara  maraq  yaratmaq  üçün  onların 

bəzilərinin  içərisindən  maraqlı  səhifələri,  yaxud 

diqqəti  daha  çox  cəlb  edə  bilən  şəkil  olan  səhifəni 

açıb  göstərmək  lazım  gəlir.  Sərgilərin  təşkilində 

istər sərginin fonu, istərsə də kitabların və yazıların 

rənginə 


uyğun 

olaraq 


materiallar 

elə 


yerləşdirilməlidir 

ki, 


rəngarənglik 

yaransın. 

Məsələn,  eyni  rəngli  kitabların  yanaşı  düzülməsi 

düzgün  olmazdı.  Eyni  zamanda  kitablarla 

illüstrasiyaları  çox  yanaşı  vermək  də  məsləhət 

bilinmir.  Çünki  eyni  rəngli  kitabları  və  şəkilləri 

yanaşı  verdikdə  uşaqlar  bızi  kitabları  nəzərdən 

qaçıra bilir. Eyni zamanda yeknəsəklik onları yorur. 

Müəyyən  mövzu üzrə  kitabları  tövsiyə  etmək  üçün 

həmin mövzuda sərgi təşkil etməklə işi bitmiş hesab 

etmək  olmaz.  Ona  görə  də  sərginin  yaxşı  təşkil 

olunmasından  və  quruluşundan  asılı  olmayaraq 

kitabxanaçının sərgi yanında oxucularla həmin sərgi 

haqqında söhbət aparması vacibdir. Söhbət ayrı-ayrı 

kitabların  məzmununun  dahadərindən  açılmasına, 

oxucunun kitabdan istifadə edə bilməsinə köməklik 

göstərir.  Kitabxanaçının  sərgi  haqqında  xülasə 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə