45
buyurulur ki, cəhənnəm əhli əzab mələyinə ölüm arzusu ilə
müraciət edərlər. Amma onların istəyi rədd edilər.
HANSı DÜNYA?
İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi
müəyyənləşdirməlidir. Dünya ləzzətləri xatirinə axirət
səadətindən keçməyə dəyərmi? Tutaq ki, insana fir’onlar
səltənəti nəsib oldu, özü üçün ehram ucaltdı, Harun Ərrəşidin
hakimiyyətini əldə etdi, xəzinəsinin açarlarını daşımaq çətin
oldu, xəstəlik və narahatlıqdan amanda qaldı. Məgər istənilən
xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı
dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir.
İnsanı dünya həyatını üstün tutmağa vadar edən, dünyaya
məftunluqdur. İnsan dünya ne’mətlərinə, dost-tanışlara nə
qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar.
Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə
getmək istəmir. Amma ağılı heyrətə gətirən əbədi ləzzətləri
qoyub, ötəri dünya ne’mətlərinə uymaq insaf deyil.
Qur’ani-kərim buyurur: “Əməllərinin mükafatı olaraq,
mö’minlər üçün necə göz oxşayan ne’mətlər saxlandığını kimsə
bilməz.” Məgər müvəqqəti ləzzətə görə əbədi ne’mətlərə arxa
çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya ne’mətlərinə sahib
olsaydı belə, yenə də dünya axirətlə müqayisədə dəyərsiz
olardı. Çünki dünyada nə varsa, müvəqqətidir. Bundan əlavə,
dünya ləzzətləri ilə çiyin-çiyinə dünya bəlaları dayanır. Bu
məsələ o qədər mühümdür ki, ona diqqətsizlik insanı əbədi
cəhənnəmdə sakin edə bilər.
Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona
qovuşasıyıq. Vəsiyyətnamənin müraciət etdiyi şəxs axirətə
inamlı şəxsdir. Amma o bu məsələni arabir xatırlayır. Onu
yaddan çıxarmamaq üçün hansısa bir iş görülməlidir. Bu
e’tiqadı diri saxlamaq üçün keçmişdəkilərin həyatını, tarixi
mütaliə etmək lazımdır. İnsanın bütün vücudu təsdiq etməlidir
ki, dünya müvəqqəti dayanacaqdır. Ona görə də Həzrət (ə)
46
“qədimdəkilərin xəbərlərini qəlbinə ərz et” –deyə buyurur.
Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən
qorunmaq lazımdır. Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün
əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah
etməlisiniz. Problemlərinizi həll etmək üçün qəlbinizin
problemlərini həll etməlisiniz. Həzrətin (ə) nə üçün qəlbi
mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb
keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bə’zən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır,
dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər
haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə
heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə
dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri
və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona
görə də keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyyə olunur.
ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR
Vəsiyyətin ötən cümlələrində imam (ə) keçmişin xəbərləri ilə
tanış olmağı tövsiyyə etdi. Sonra buyurulur: “...Diyarlarını
seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan
qalxıb, haraya düşüblər...” Keçmişdən danışan şəhərləri
gəzmək, keçmişin qalıqlarından ibrət götürmək tapşırılır.
Onların haraya getdiklərini, harada məskən saldıqlarını
öyrənmək tövsiyyə olunur. Bəli, insan diri iman üçün çalışmalı,
bu yolda göz və qulaqdan istifadə etməli, tarixlə tanış olmalı,
tarixin nişanələrini seyr etməlidir. Qədim insanların hansı işlər
gördüyünü, hansı nəticələr əldə etdiyini, bir ömür zəhmətdən
sonra haraya getdiyini, kimlərdən ayrıldığını bilmək lazımdır.
Onlar bir an ayrıla bilmədikləri əzizlərindən çox-çox uzaq
düşdülər. Həzrət (ə) buyurur: “...Onda görərsən ki, öz
dostlarından ayrılmış, tənhalığa çəkilmişlər.” Keçmişin
nişanələrini gördükdən sonra anlayırsan ki, onlar ən əziz
adamlarından ayrılmış, qərib olmuşlar. Axı onlar əvvəllər
yalnız dünya əhli ilə ünsiyyətdə olmuş, axirət əhlini
47
tanımamışdılar. Yalnız dünya ilə əlaqədə olduqlarından indi
tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi
tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual
yaranır ki, indi nə etməliyik? Onların aqibətinə düçar olmalı,
yoxsa çıxış yolu axtarmalıyıq? Həzrət (ə) qaçılmaz aqibət
barədə xəbərdarlıq edir: “Sanki sən də tezliklə onlardan
olacaqsan.” Dünya həyatının sonu həmin nöqtədir.
HƏYAT YOLUNDAN ÖTÜŞMƏ
İnsan tarixi mütaliə etməklə, dünyanın vəfasızlığından, öz
aqibətindən xəbərdar olduqdan sonra, şübhəsiz ki, çarə
axtarmağa başlayır. İnsan həyat yolundan ötüb-keçməyə
məcbur olduğunu anlayır. Bu yolda heç bir e’tibarlı dayanacaq
yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın
dövrü insan əlində deyil. İnsan istəsə də, istəməsə də zaman
hərəkətdədir. Bəs daim hərəkətdə olan insan haraya üz tutub?
Ey insan, harada dayanmaq istəyirsən? Sənin aqibətin necə
olasıdır? Yolun ortasında sərmayəni, qazancı əldən vermək
ağıllı işdirmi? Bu yoldakı çətinliklər hamıya aiddir. Həyat
çətinliksiz ötüşmür. Xoş gün hamı üçün müvəqqətidir.
Bəşəriyyətin taleyi belədirsə, kim özünü kənara çəkə bilər?!
Həzrət (ə) buyurur: “ Yerini islah və abad et, axirətini dünyaya
satma.”
AXIRƏT DÜNYADAN ÜSTÜNDÜR
Dünyanı tanıdıqdan, onun müvəqqətiliyini bildikdən sonra
əbədi axirəti bu ötəri dünyaya satmaq olarmı?! Araşdırma
aparan hər bir insan bu müamilənin zərər olması qənaətinə
gələsidir. Doğrudan da, əbədi axirəti beş günlük dünyaya
satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında
nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına
gələnləri eşidib görməyi tövsiyyə edirsə, demək, bu iş qəlb
üçün çox tə’sirlidir. E’tiraf etməliyik ki, bu bağlılığı olduğu
kimi dərk etməkdə acizik.
Dostları ilə paylaş: |