Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

72
doyurmaqla  da  behiştə  getmək  olar.  Hansı  ki,  insan  dözdüyü
çətinliklər  müqabilində  mükafatlandırılır.  Behişt  əhli  arasında
da  məqamlar  var.  Axirət  aləmində  peşimanlıq  çəkmək
istəməyən  şəxs  Allahın  layiqli  bəndəsi  olmaq  üçün  vəzifədən
doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul
etməlidir. 
DINI TƏHSILDƏ DÖZÜM
İnsan  süstlüklə  mübarizə  aparmalıdır.  Çünki  bu  ruhiyyə
insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini
təhsilin  çətinliklərinə  dözməyən  insan  “təhlükə  var”,
“xəstəyəm”  kimi  bəhanələr  gətirir.  Ona  elə  gəlir  ki,  dini
təhsildən  kənarlaşmaq  şər’ən  vacib  olmuşdur.  Belə
vəsvəsələrdən  qorunmaq  istəyən  şəxs  çətinliklər  qarşısında
müqavimət  göstərməyi  öyrənməlidir.  Səbirli  insanlar  “səbur”
və  ya  “səbbar”  adlandırılır.  Amma  “təsəbbür”  dedikdə  səbirli
olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür”  çətinliklə  ilk
dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir.
Səbirin 
öyrənilməsi 
mərhələsi 
“təsəbbür”dür.
“Təkəlləfəs-səbrə”  dedikdə  insanın  özünü  səbirə  vadar  etməsi
nəzərdə tutulur. 
Demək,  “dində  fəqihlik”  çoxlarının  güman  etdiyi  kimi  dinin
çörəyini  yemək  deyil.  Fəqihlik  din  ağacına  xidmət,  onu  sirab
etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm
tələb  edir.  Həzrət  (ə)  dində  fəqihliyi  tövsiyyə  etdikdən  sonra
buyurur:  “Özünə  xoşagəlməz  işlər  qarşısında  dözümlü  olmağı
vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.” 
Bəli,  müvəffəqiyyət  qazanmaq  istəyirsinizsə,  səbirli  olmağı
öyrənməlisiniz.  Bu  iş  uzun  müddət  davam  etdirilməlidir  ki,
səbir  xasiyyətə  çevrilsin.  Uyğun  təlqinə  fasilə  verilməzsə,
çətinliklərə  dözmək  də  asanlaşar.  Çətinliklərlə  mübarizədən
sonra  rahatlığa  çıxmaq  ilahi  bir  qaydadır.  Qur’ani-kərimdə
buyurulur:  “Həqiqətən,  hər  çətinlikdən  sonra  bir  yüngüllük
gəlir”; “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”


73
SƏBRIN NÖVLƏRI
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Səbr  üç  qismdir:  Müsibətə
səbr,  ibadətə  səbr,  günaha  batmamaqda  səbr.”  İnsan  bə’zən
kasıblıq,  xəstəlik,  ayrılıq  kimi  müxtəlif  çətinliklərlə  qarşılaşır.
Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə
səbr”  adlanır.  Bə’zən  isə  şəhvət,  qəzəb,  tamah  insanı  düz
yoldan  azdırır.  Belə  məqamlarda  səbr  etməyi  bacaran  insan
günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr”
adlanır. 
Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin
olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim
olmaq  isə  daha  da  çətindir.  Amma  sadəcə  elm  ilə  yüklənmək
bir  o  qədər  də  çətin  deyil.  Çətin  olan  işin  ilahi  niyyətlə
görülməsidir.  Məsəl  var  ki,  alim  olmaq  asandır,  insan  olmaq
çətin.  Mərhum  hacı  Şeyx  Əbdülkərim  (r)  bu  məsələ  belə  bir
düzəliş  vermişdir:  “Alim  olmaq  çətindir,  insan  olmaq
qeyri-mümkün”.  Bəli,  ilahi niyyətlə  elm öyrənmək asan deyil.
Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını
qazanmaq  istəyən  adam  çətinliklərə  təslim  olmur,  məqsədinə
çatmaq üçün bütün maneələri dəf edir. 
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.” İmam
Sadiq (ə) buyurur: “Səbr  imanın başıdır.”  Bu  sözlərdə heç bir
mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi
olmaq  istəyən  kəs  çətinliklərə  adət  etməlidir.  Unutmamalıyıq
ki,  səbr  xasiyyət  olaraq  bir  anda  yaranmır.  Çətinliklərə  adət
etmək  üçün  insan  kənara  çəkilməməli,  qovğalar  meydanında
olmalıdır.  Nəfsə  hakim  olmaq  üçün  ləzzətli  təamlardan
çəkinmək  o  vaxt  faydalıdır  ki,  insan  həmin  təamlarla
bəzədilmiş  süfrə  arxasında    oturmuşdur.  Belə  bir  süfrə
arxasında oturan insan özünü tərbiyə edə bilər. 
İnsan  günahdan  qorunmaq  üçün  günah  sərhəddinə
yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan
kiçik  bir  hərəkətlə  günah  uçurumuna  yuvarlana  bilər.  Demək,


74
doğru  yoldan  sapmamaq  üçün  haram  sərhəddinə  yaxın  bə’zi
halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün
quyudan bir qədər aralı dayanın.”
Beləcə,  haram  eşitməmək  üçün  şübhəli  sözlərə  də  qulaq
asmayın.  Unutmayın  ki,  quyuya  yaxın  dayandıqca  ona
yumbalanmaq  ehtimalı  çoxalır.  Harama  yol  verməmək  üçün
daha  e’tibarlı  hədlər  qoyun,  haramla  məsafə  saxlayın.  Kimi
ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə
bir qədər səbr edir “Səbr imanın yarısıdır.”


75
DOQQUZUNCU DƏRS
ALLAHıN E’TIBARLı PƏNAHı
(Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən
özünü  çox  möhkəm  bir  sığınacağa  tapşırmış  olarsan.
Arzularını  yalnız  öz  Allahından  istə.  Bağışlamaq  və
məhrum  etmək  Onun  əlindədir.  Daim  Allahdan  xeyir  istə.
Vəsiyyətimi  yaxşı  dərk  et.  Diqqətsizlik  və  e’tinasızlıqla
onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, ən
faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli
deyil.  Layiq  olmayan  elmi  oxumaqla  bir  fayda  əldə
olunmur.”


76
Dünya  həyatı  bəlasız  ötüşmür.  Şübhəsiz,  hər  bir  insan
çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq
çox  mühümdür.  Hər  bir  insan  bəlalarla  üzləşməzdən  əvvəl  öz
düşüncə  və  əməl  fəzasında  həmin  bəlalar  üçün  yer
hazırlamalıdır.  Belə  olduqda  insan  bəlaya  təslim  olaraq
var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri
əvvəlcədən tanımaq lazımdır. Əks tədbir görən insan bəlaların
hücumundan  xilas  ola  bilir.  Buna  görə  də  bəla  növlərini
müəyyənləşdirmək, tə’sirli amilləri tanımaq zəruridir. 
TƏHLÜKƏNIN NÖVLƏRI
İnsan  öz  həyatında  bir  çox  düşmənlərlə  üz-üzə  gəlir.  Bə’zi
təhlükələr    onun  həyatını,  var-dövlətini  hədələyir.  Bə’zən
şəxsiyyət,  bə’zən  isə  ruh  və  qəlb  düşmənə  hədəf  olur.  Həm
nəfs,  həm  də  insan  və  cindən  olan  şeytanlar  hücuma  keçir.
Məqsəd  əqidəni  puça  çıxaracaq  şübhələr  yaratmaq,  əxlaqı
korlamaqdır.  İnsan  əbədi  axirət  səadətini  məhv  edəsi  rəftara
sövq  olunur.  Təhlükə  dərəcəsi  insanın  mə’rifətindən  asılıdır.
Mö’min  şəxs  üçün  mə’nəvi  təhlükələr  daha  qorxuludur.
Mö’min insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir
ki,  günahın  vurduğu  ziyanı  aradan  qaldırmaq  çətin  olur.
İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda  dünyəvi zərər
əbədi  axirət  səadətinə  çatmaq  üçün  də  ola  bilər.  Maddi
çətinliklər  çox  vaxt  düşüncəyə,  mə’nəvi  tərəqqiyə  yardımçı
olur.  Ona  görə  də  dünyəvi  çətinlik  mö’mini  bir  o  qədər  də
narahat etmir. Maddi zərər mə’nəvi zərərlə müqayisədə olduqca


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə