Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

65
də’vətinə  rəğbətli  və  qadağasından  çəkinənsənsə,  möhkəm  ol.
Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən.
Əgər  özünü  Qur’anla  qiymətləndirərkən  Qur’ana  zidd
olduğunu  görsən,  düşün  ki,  səni  məğrur  edən  nədir?”  Bəli,
Qur’anın 
nəyi 
yaxşı, 
nəyi 
pis 
qiymətləndirdiyini
müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik. 
İnsan  özünü  elə  tərbiyə  etməlidir  ki,  başqalarının
məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin.
Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq
etmək  olmaz.  Həzrət  Əli  (ə)  buyurur:  “Dinini  yaxşı  öyrən”.
Vəzifəsinə  əməl  etmək  istəyən  şəxs  əvvəlcə  vəzifəsini
tanımalıdır.  Dini  həqiqətlərlə  tanış  olmadan,  İslam  maarifinə
yiyələnmədən  vəzifəni  bilmək  müyəssər  olmur.  Ona  görə  də
insan  hər  şeydən  əvvəl  dinində  bəsirətli  olmalı,  bu  məsələyə
agahlıqla  yanaşmalıdır.  Bu  biliklər  əsasında  vəzifəyə  əməl
olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.


66
SƏKKIZINCI DƏRS
ELM VƏ ƏMƏL
(“Ey oğlum) Allah yolunda lazımınca cihad et, heç kimin
məzəmmətindən  mütəəssir  olma  (Allah  yolunda  ikən
kimsənin  məzəmmətinə  baxma),  haqqa  doğru  hərəkətin
çətin  vaxtı  harada  olsa,  meydana  gir,  dini  yaxşı  öyrən,
özünə  xoşagəlməz  işlər  qarşısında  dözümlü  olmağı  vərdiş
ver ki, səbr çox gözəl xasiyyətdir.”


67
Həzrət  Əli  (ə)  cihad  əmrindən  sonra  tövsiyyə  edir:  “Allah
yolunda  ikən  kimsənin  məzəmmətinə  baxma”.  Əgər  insan
vəzifəsini  icra  edərkən  başqalarının  rə’yini  əsas  götürərsə,
tezliklə  işini  yarımçıq  qoyar.  Çünki  hər  vaxt  istənilən  bir  işə
dodaq  büzən  tapılır.  Fikri  ətrafdakıların  münasibətində  qalan
insan  heç  vaxt  müvəffəq  ola  bilməz.  Ona  görə  də  əvvəlcə
vəzifəni  tanımaq,  sonra  isə  Allah  istəyincə  əməl  etmək
lazımdır. Vəzifəsinə əməl edən insan üçün tə’riflə məzəmmətin
fərqi  olmamalıdır.  Həzrət  (ə)  tövsiyyə  edir  ki,  başqalarının
münasibəti  sizi  süstləşdirməsin...  “Mücahidə”  kəlməsinin
ümumi  mə’nası  vəzifənin  icrası  üçün  sə’y  göstərilməsidir.  Bu
kəlmənin  digər bir  mə’nası  vəzifənin  icrası  zamanı  mənfi
təlqinlərə müqavimət göstərilməsidir. İnsanın öz nəfsi ilə daim
mübarizədə olması mənfi təlqinlərə müqavimət göstərməsindən
ibarətdir. İnsan yalnız Allahın razılığı barədə düşünüb, öz ilahi
vəzifəsini yerinə yetirməlidir. Bir sözlə, həzrətin (ə) buyurduğu
kimi, yersiz qınaqlara uymaq olmaz. 
VƏZIFƏNIN ICRA ŞƏRTLƏRI
1. ELMI ŞƏRT
Vəzifəsini  yerinə  yetirmək,  öz  nəfsi  ilə  cihad  etmək,  yersiz
qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir:
Əvvəla,  insan  həqiqəti  olduğu  kimi  tanımalı  və  vəzifəsini
müəyyənləşdirməkdə  səhvə  yol  verməməlidir.  Çünki  vəzifəni
tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin
üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq,
vəzifəsini  tanıya  bilər.  Bə’zən  bu  iş  olduqca  çətin  olur.
Müəyyən  məqamlarda  mühüm  vəzifəni  əhəmiyyətli  vəzifədən
fərqləndirmək  müşkülə  çevrilir.  Məsələn,  dinin  zəruri
göstərişlərindən  biri  əmr  be  mə’ruf  və  nəhy  əz  münkərdir.
Bə’zilərinin  fikrincə,  insanı  çirkin  işdən  çəkindirmək  üçün
onunla  sərt,  danlaq  dilində  danışmaq  lazımdır.  Hansı  ki,  bu
vəzifəni  müxtəlif  yollarla  həyata  keçirmək  olar.  Əmr  be
mə’rufun  icrasında  minlərlə  tükdən  zərif  nöqtələr  vardır.


68
Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki,
həmin  şəxs  sizin  xeyirxahlığınızı  hiss  edib,  öz  pis  əməllərinə
görə  peşman  olsun.  Təəssüf  ki,  bə’zən  niyyətimiz  ilahi
olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bə’zən
əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  adı  altında  qarşı  tərəfin
şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın
hayıfını  çıxırıq.  Hansı  ki,  mö’mini  hörmətdən  salmaq  böyük
günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti
günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir
neçə  böyük  günaha  yol  veririk.  Bizim  yanlış  münasibətimiz
nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını
davam  etdirir.  Yə’ni  yanlış  formalı  əmr  be  mə’ruf  və  nəhy  əz
münkər əks nəticələrə gətirir. 
Buna görə də dinin zəruri hökmlərindən olan əmr be mə’ruf
və nəhy əz münkərin icrasında şərait nəzərə alınmalı, iş Allah
istəyincə  yerinə  yetirilməlidir.  Hər  insanla  özünə  məxsus
şəkildə  davranmağı  öyrənməliyik.  Zaman  və  məkanı  nəzərə
almaq  zəruridir.  Tövsiyyə  edən  şəxs  təkəbbür  və  qürurdan
çəkinməlidir  ki,  lazım  olan  nəticəni  əldə  edə  bilsin.  Əgər  dini
vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti
yaddan  çıxarılmasa,  heç  vaxt  müvəffəqiyyətsizliyə  düçar
olmarıq. 
Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası
üçün  kifayət  etmir.  Vəzifəni  düzgün  yerinə  yetirmək  üçün
şərait,  zaman  və  məkan  nəzərə  alınmalıdır.  Deyilənləri  nəzərə
almayan  şəxs  iş  əsnasında  böyük  günahlara  yol  verə  bilər.
Məsələn,  gizlində  kiçik  günaha  yol  vermiş  şəxsi  cəmiyyət
içində  məzəmmət  etmək  onun  şəxsiyyətini  alçaldır.  Mö’minin
şəxsiyyətini  alçaltmaq  isə  böyük  günahlar  sırasındadır.  Bu
adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır. 
Bəli,  vəzifəsini  icra  etmək  istəyən  şəxs  bir  neçə  mühüm
məsələni  nəzərdən  qaçırmamalıdır.  Əvvəla,  vəzifəni  və  onun
üçün  münasib  şəraiti  tanımaq  lazımdır.  Əlbəttə,  bu,  mə’rifət
məqamına  aid  məsələdir.  Öncə  həqiqəti  olduğu  kimi  tanımaq


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə