90
qapılarını öz sahibinin üzünə bağlayır, moizə və nəsihətdən
yumşalmır. Diri qəlb tə’sirlənmək, həyəcanlanmaq, ağlamaq
iste’dadına malik olmalıdır. Qəlbin ən tə’sirli öyüdlərə
münasibətdə biganəliyi böyük faciədir. Qur’ani-kərimdə bu
məsələyə xeyli diqqət ayırılmış, bu sifəti daha çox biruz etdiyi
yəhudilər xeyli məzəmmət olunmuşdur: “O vaxt sizin
qəlbləriniz daş kimi və ya daşdan çox bərkidi. Bə’zən daş
yarılır, ondan arxlar çıxır...” Bə’zi daşlaşmış qəlblərdən isə bir
damla göz yaşı da görünmür. Digər bir ayədə buyurulur: “İman
gətirənlərin qəlblərini Allahın zikri və haqq kəlam qarşısında
yumşalmaq vaxtı çatmadımı?! Onlar əvvəl kitab verilmiş kəslər
kimi olmasınlar. Onlar üçün uzun müddət keçmiş, qəlbləri
sərtləşmişdir.” Həqiqəti eşitdikdə qulaqardına vuran insanın
qəlbi günbəgün daşlaşır. Amma ilk əvvəllər həqiqəti dinləyib,
bu barədə düşünən insanların qəlbi haqpərəstlik iste’dadını
qoruya bilər. Hansı ki vaxt ötdükcə, günahlar çoxaldıqca
qəlblər də daşlaşır.
Vəsiyyətin bu hissəsində Həzrət (ə) öz dinləyicisini eşitdiyi
moizələrə biganə olmamağa çağırır. Moizəyə biganəliyin zərəri
ona əməl etməməyin zərərindən daha çoxdur. Çünki biganəlik
nəticəsində insan ruhu həqiqətin qəbulu iste’dadını itirməyə
başlayır. Qəlbiniz daşlaşmamış, zehniniz puç mə’lumatlarla
dolmamış özünütərbiyəyə cəhd edin. Unutmayın ki, daşlaşmış
qəlbdə hansısa müsbət hisslərdən danışmağa dəyməz. Zehn də
belədir. Gərəksiz informasiyalarla yüklənmiş zehndə sağlam
düşüncə üçün yer qalmır. Deyilənləri hər birimiz sınaqdan
keçirə bilərik. Məsələn, gün uzunu mə’nasız söhbətlərə məşğul
olsanız, günün sonunda oxuduğunuz ədəbiyyatdan ciddi
nəticələr əldə edə bilməyəcəksiniz. Eləcə də, gün uzunu
dünyəvi işlərlə, məişət problemləri ilə məşğul olduqda namazda
hal tapmaq, Allahı düşünmək çətin olur.
91
SAF QƏLB MƏ’RIFƏT AYNASıDıR
İnsan qəlbi daim nəfs istəklərinin hədəfindədir. İnsan bu
hücumlardan qorunmaq, qəlbini saf saxlamaq üçün daim
çalışmalıdır. Faydasız və zərərli düşüncələr zehnə daxil olub
yuva qurmamış, insan moizələrlə zehnini və qəlbini islah
etməlidir. Fürsəti qənimət sayan, qəlb daşlaşmamış onu islah
edən, zehnini qoruyan insan öz tərbiyəsində müvəffəq olası və
məqsədinə vaxtında çatasıdır. Çünki hələ ki zehn və qəlbdə
təkamülə mane olası bulaşıqlıq yoxdur. Qəbuletmə
xüsusiyyətini itirməmiş insan başqalarının qiymətli həyat
təcrübəsindən istifadə edə bilər. Axı bu təcrübələri qazanmaq
üçün insanlar bir ömür əziyyət çəkmiş, yaxşını pisdən
fərqləndirmişlər. Həzrət (ə) buyurur: “Tam ciddiyyət və qəti
iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq
ağrısını qəbul et, bu yolla həmin əziyyət və ağrıdan azad
olarsan.” Həzrət (ə) buyurduğu nəsihətlər bir ömür zəhmətin
məhsuludur. Uyğun vəsiyyətlər altmış illik bir ömürün
bəhrəsidir. Altmış ildə qazanılmış təcrübə birdəfəyə, əziyyət
çəkmədən də əldə oluna bilər. Bundan ötrü başqalarının
təcrübəsindən istifadə etmək lazım gəlir. İlahi mə’rifətə
yiyələnmək istəyən insan öz qəlbini və zehnini pak saxlamalı,
şeytani vəsvəsələrdən qorunmalıdır.
ƏZIYYƏTSIZ QAZANC
Həyat məktəbi insana təcrübə dərsi verir. Zəruri diqqət
göstərən insan iki şeydən faydalanır. Bu faydalardan biri
nağddır və heç bir əziyyət tələb etmir. Digər fayda isə ciddi və
agah zəhmətlə, təlaşla əldə olunur. Birinci fayda əvvəlki,
keçmiş şagirdlərin hazır təcrübəsidir. İnsan bu mə’nada bütün
bəşəriyyətin təcrübəsindən istifadə edə bilər. “Bu yolla həmin
əziyyət və ağrıdan azad olarsan” – buyurur Həzrət (ə). Bəli,
insanlar öz həyat təcrübələrini sonrakı nəsillərin ixtiyarına
verirlər. Həzrət (ə) buyurur: “ Bizim ardınca gəzdiyimiz şeylər
indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq
92
qalan şey indi sənin üçün aydınlaşa.” Bəli, artıq bir çox bilikləri
əldə etmək üçün zəhmət çəkmək lazım gəlmir. Bu biliklər
başqalarının təcrübəsi adı altında özü gəncliyin sorağındadır.
Bu təcrübələr gəncliyin düşüncəsi ilə birləşdikdə bir çox
qaranlıq nöqtələr də işıqlanır, yeni təcrübələr ortaya çıxır.
93
ON BIRINCI DƏRS
TƏCRÜBƏ BƏHRƏSI
Ey əziz oğlum! Mən bütün qədimdəkilərin ömrünü
yaşamasam da, onların əməl və rəftarlarını yaxşı
düşündüyümdən, onların dövründəki hadisələri götür-qoy
etdiyimdən,
onlardan
qalmış
nişanələri
nəzərdən
keçirdiyimdən sanki onlardan biriyəm. Onların işlərindən
xəbərdar və mə’lumatlı olduğumdan sanki əvvəldən
axıradək onlarla yaşamışam. Ona görə də (keçmişin) işığını
zülmətindən, xeyirini zərərindən seçmişəm. Hər şeyin
qaymağını, gözəlini və bəyənilmişini seçib bəyan etmişəm.
Namə’lum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam.
Çünki sənin işlərinə mehriban ata kimi diqqət yetirmişəm,
ədəb öyrətmək üçün çalışmışam. Münasib gördüm ki, bu
diqqət sənin ilkin gəncliyində işə yarasın. Həyata yenicə
qədəm qoyduğun vaxt, qarşında bir zaman varkən, sağlam
niyyət və pak nəfsə malik olduğun halda Allah kitabının
tə’limi,
onun
bəyanı,
İslam
qayda-qanunları,
halal-haramların bəyanı ilə sənin tərbiyənə başlamaq
istədim və heç vaxt bundan başqa şeylərə üz tutmaram.
Nigaranam ki, nəfs istəyindən qalxan əqidə ixtilafları,
rə’ylər həqiqəti insanlardan gizlədiyi kimi səndən də
gizləyə. Buna görə də həmin şübhələri araşdırmaqdan
çəkinməyimə baxmayaraq, təslim olmamaq üçün amanda
olmadığın
şübhələrdən
qorunmaq
üçün
əqidəni
möhkəmləndirməyi üstün tutdum. Ümidvaram ki, Allah
səni doğru yola yönəlməkdə müvəffəq edə və düz yola
yönəldə . Sənə bu nəsihətimi tapşırır, öyüd verirəm.
Dostları ilə paylaş: |