97
ehtiyaclı olduğu bütün əsas məsələlər Qur’anda bəyan
olunmuşdur.
Övladına xoşbəxtlik vermək istəyən mehriban ata onu hər
şeydən əvvəl Qur’an maarifi, dinin halal-haram göstərişləri ilə
tanış etməlidir. Çünki bu biliklərdən məhrum olan insan zərərə
düşür, dünya və axirət səadətini əldən verir. Ona görə də Həzrət
(ə) buyurur: “...Allah kitabının tə’limi, onun bəyanı, İslam
qayda-qanunları, halal-haramların bəyanı ilə sənin tərbiyənə
başlamaq istədim və heç vaxt bundan başqa şeylərə üz
tutmaram.” Həzrət (ə) bu elmlərdən xəbərsiz insanın başqa
elmlər arxasınca getməsini düzgün saymır.
2.Dinləyicinin gücünün nəzərə alınması Həzrətin (ə) bu
hikmətli söhbətindən digər bir əsas nöqtə diqqəti cəlb edir.
Müəllimlər, tərbiyəçilər, övladının gələcəyindən narahat olan
valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Müraciət
edən şəxsin gücünü nəzərə almaq olduqca əhəmiyyətlidir.
Bəyan ediləcək məsələlər dinləyicinin gücü ilə tutuşdurulmalı,
deyilən sözlə dinləyicinin səviyyəsi arasında tarazlıq
yaradılmalıdır. Yetkinlik dövrünə qədəm qoymuş bir çox
insanların tutumu verilən biliklərlə müqayisədə aşağı ola bilər.
Dinləyicinin diqqətlə qulaq asması o demək deyil ki, o, bütün
deyilənləri dərk etmək gücündədir.
Həzrət Əli (ə) bu baxımdan dini maarifin öyrədilməsinə
üstünlük verir. Bu biliklərdən məhrum olan insan zərərə düşür.
Dini maarif və digər biliklərin tədrisində şagirdin dərketmə
gücü nəzərə alınmalıdır. Deyilən məsələlər səthi olarsa,
dinləyiciyə gərəksiz görünər, çox mürəkkəb olarsa, dinləyici
acizlik hiss edər.
3. Azdırıcı sözlər pusqudadır Vəsiyyətnamənin bu hissəsinə
qədər dinləyiciyə bəyan olunası zəruri məsələlərdən danışıldı.
Görən dinin əsaslarının (“üsule-din”) və bu sahədə mövcud
dəlillərin bəyanı ilə kifayətlənmək olarmı? Tövhid, nübüvvət,
məad, ilahi sifətlər, imamət haqqında danışılması bəs edirmi?
98
Dini tə’lim halal-haramların açıqlanması ilə başa çatır, yoxsa
deyiləsi başqa sözlər də var?
Həzrət Əli (ə), o ilahi insan bu mühüm nöqtəni də nəzərdən
qaçırmır. Həzrət (ə) bu mövzuda buyurur: “Nigaranam ki, nəfs
istəyindən qalxan əqidə ixtilafları, rəylər həqiqəti insanlardan
gizlədiyi kimi səndən də gizləyə. Buna görə də həmin şübhələri
araşdırmaqdan çəkinməyimə baxmayaraq, təslim olmamağın
üçün, amanda olmadığın şübhələrdən qorunmağın üçün əqidəni
möhkəmləndirməyi üstün tutdum...” Həzrət (ə) öz dinləyicisini
yolsuzların, bədxahların tələsindən qurtulmaq üçün əvvəlcə
ilahi maarifi bəyan edir. Yalnız əqidəni möhkəmlətdikdən
sonra şübhəli məsələləri açıqlamağa başlayır. Həzrət (ə) qarşı
tərəfi şübhələrlə mübarizədə ilahi maariflə silahlandırır. Yalnız
ilahi maarifə yiyələnənlər bu şübhələrin hücumundan qoruna
bilirlər.
Deyilənlərdən mə’lum olur ki, tə’lim-tərbiyə təkcə ilahi
maarifin öyrədilməsindən yox, eləcə də şübhələrə qarşı müdafiə
xəttinin qurulmasından ibarətdir. İnsan tövhidi sübut etməyi
bacarmaqla yanaşı şirki, bütpərəstliyi puça çıxarmağı da
öyrənməlidir. Demək, həm ilahi maarif bəyan olmalı, həm də
şübhələr kökündən qazılmalıdır.
Həqiqəti tanımaq bir o qədər çətin olmasa da, batil təlqinlərə,
rəngarəng şübhələrə mə’ruz qalan insan həqiqəti seçməkdə
çətinlik çəkir. Çünki batil həmişə həqiqət donunda gəzir.
Beləcə, şübhələr tufanında həqiqətə doğru cəhət götürmək
problemə çevrilir. Ona görə də Həzrət (ə) sözünün davamında
duaya üz tutur: “Ümidvaram ki, Allah səni doğru yola
yönəlməkdə müvəffəq edə və düz yola yönəldə...” Həzrət (ə) öz
sevimli övladı, dinləyicisi üçün ifrat və təfritdən uzaq orta yol
arzulayır.
Şübhəsiz ki, şübhələr burulğanında başını itirmiş insan
həqiqəti tapmaqda və ona əməl etməkdə çətinlik çəkir. Belə
insanlar təsadüfən, nadir hallarda doğru yola çıxa bilirlər.
Peyğəmbər və ilahi kitabın göndərilməsində əsas məqsəd
99
insana yardım əli uzadıb, onu burulğandan çıxarmaqdır.
Allah-təala doğru yolu tapanları seçilmiş ümmət adlandıraraq
buyurur: “Sonra ilahi kitabı bəndələrimizdən seçdiklərimizə
miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi
mö’tədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər.
Bu böyük fəzilətdir.”Başqa bir ayədə buyurulur: “Doğru yolu
göstərmək Allaha aiddir. Haqdan əyilmiş yol da var. Allah
istəsəydi, hamınızı doğru yola yönəldə bilərdi.” Digər bir ayədə
oxuyuruq: “O, əlamətlər müəyyən etdi. İnsanlar ulduzlar
vasitəsi ilə yolu taparlar.” Bəli, insanlar qaranlıq gecələrdə
ulduzlardan istifadə edərək yol gedə bilirlər. Əlbəttə ki,
qaranlıq gecədə insana yol göstərən Allah mə’nəvi məsələlərdə
də onu zülmətdən nura hidayət edir. Kimsəsiz yollarda təhlükə
olduğu kimi mə’nəviyyat yollarında da maneələr mövcuddur.
Mə’nəvi bir məsələdə azmaq meşədə azmaqdan daha təhlükəli
ola bilər. Hətta ulduzları dünya əhlinə yardımçı edən Allah öz
bəndələrini mə’nəvi aləmdə yardımsız buraxarmı?! Əlbəttə ki,
belə bir hal mümkünsüzdür. Allah-təala bəşəriyyəti doğru yola
yönəltmək üçün saysız-hesabsız vasitələr qərar vermişdir.
Amma düşünməyək ki, doğru yol ağ bir xətlə sonadək
göstərilmişdir. Allah onun göndərdiyi kitabın qədrini bilənləri
doğru yola yönəldir. Amma ilahi göstərişlərə məhəl qoymayıb,
naşükürlük edənlər öz diqqətsizliklərinin acı nəticəsi olaraq,
azğınlığa düçar olasıdırlar. Allah-təala və mə’sum rəhbərlər (ə)
həqiqi maarifi bəyan etməklə doğru yolu əyri yoldan seçməkdə
insana əl tutmuşlar. Həzrət Əlinin (ə) uyğun vəsiyyətnaməsi də
bu ilahi öyüdlərdən biridir.
QUR’AN VƏ ƏHLI-BEYTIN (ITRƏTIN) YAXıNLıĞı
Şübhəsiz ki, Qur’an və itrət bəşəriyyətin hidayəti və haqqa
çatması üçün Allah-təalanın açdığı bir qapıdır. Bu iki mənbədə
hidayətdən əlavə, insanın ömür boyu ehtiyac duyduğu
həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz ne’mətlər qarşısında
bizim süstlüyümüz də misilsizdir. Əgər soruşulsa ki, öz
Dostları ilə paylaş: |