108
gücü həqiqətlərin dərk olunması istiqamətində yönəldilməlidir.
Həzrət Əli (ə) buyurur: “Elə ki, əmin oldun qəlbin paklanmış
və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə
gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal.”
Həqiqəti kəşf etmək üçün qeyd olunan şərtləri yetərincə
götür-qoy etmək lazımdır. Bu şərtlər tam şəkildə ödənmədikdə
elm meydanına girməmək daha yaxşıdır. Kifayət qədər asayiş
və ya yetərincə sə’y və təlaş olmadıqda bu yola çıxmaq
təhlükəlidir. Zərrəcə şübhə etməyin ki, sadalanan şərtlər
ödənməyəcəyi təqdirdə yolunuzu azacaqsınız. Belə insan nəinki
həqiqəti tapa bilmir, hətta həqiqətdən daha da uzaqlaşır. Dini
təhsil yanlışlıq və büdrəmələrlə uyğunlaşmır. Vəsiyyətnamədə
oxuyuruq: “Xoşladığın fikir rahatlığı əldə olunmadıqda, bil ki,
atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm
qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən
addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə
yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.” Dini maarifə
yiyələnmək istəyən elm meydanına elə daxil olmalıdır ki,
büdrəməsin. Xətaya yol verən, niyyəti saf olmayan şəxs dini
biliklərdən yetərincə faydalana bilməz. Bəli, belə bir məqamda
dini təhsil fikrindən daşınmaq daha yaxşıdır.
Həzrət (ə) vəsiyyətinin bu hissəsini dua ilə tamamlayır.
Əslində bu dualarla vəsiyyətnamənin ətraflı bölməsi başlanır.
Qeyd edək ki, burada olan bə’zi sətirlər “Nəhcül-bəlağə”də
yox, “Biharül-ənvar”da nəql olunmuşdur. Həzrət (ə) buyurur:
“Həqiqətən, bütün layiqli işlər onun ne’mətinin köməyi ilə
yerinə yetir.”
109
ON ÜÇÜNCÜ DƏRS
DÜNYANıN MAHIYYƏTI (HƏQIQƏTI)
Oğulm, mən səni dünya və onun halından, onun
dəyişkənliyi və puçluğundan, əldən-ələ düşməsindən
xəbərdar etdim. Sənə axirət və axirət əhli üçün Allahın
hazırladıqlarından xəbər verdim. İbrət görürməyin, onları
öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar
çəkdim. Dünyanı sınağa çəkib tanıyanlarır əhvalatı susuz,
qeyri-abad yerdə mənzil salıb, bol ne’mətli, dilbər guşəyə
üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə
asan bilib, dostdan ayrılığı, yemək və yatmaq çətinliyini
qəbul ediblər ki, özlərini şadlıq mənzilinə çatdırsınlar, öz
asayiş yerlərində rahatlansınlar. Bu yolda qazandıqları
əziyyəti əzab saymamalı, ödədikləri səfər xərcini zərər
bilməməlidirlər. Onlar üçün ən sevimli şey onları (əbədi)
evlərinə yaxınlaşdıran şeydir. Dünyada aldananların
əhvalatı isə ne’mət dolu mənzildə yaşayıb, oradan susuz,
ələfsiz mənzilə köçənlərin əhvalatı kimidir. Onlar üçün ən
xoşagəlməz və qorxulu şey bu abad mənzili tərk edib,
həmin qeyri-abad mənzilə köçməkdir.”
110
Həzrətin (ə) vəsiyyətnaməsinin yığcam şəkildə bəyan
olunmuş birinci hissəsini Allahın yardımı ilə araşdırdıq. Ətraflı
moizələrdən ibarət olan ikinci hissədə isə hər bir mövzu geniş
şəkildə izah olunmuşdur. Bə’zən isə birinci hissədə bəyan
olunmuş
məsələlər
açıqlanır. Qeyd
etmişdik
ki, bu
vəsiyyətnamənin müxtəlif mənbələrdəki variantları fərqlidir və
biz
“Biharül-ənvar”dakı
variantı
əsas
götürmüşük.
Vəsiyyətnamənin bu hissəsində insanın dünya həyatındakı
mövqeyi və onun axirət dünyası ilə əlaqəsindən danışılır.
XALQ DÜŞÜNCƏSINDƏ DÜNYANıN YERI
Düzgün qərar qəbul etmək, doğru yol seçmək istəyən insan
bə’zi məsələlərdən yetərincə xəbərdar olmalıdır. Bundan əlavə
müəyyən şərtlərə də əməl olunmalıdır. İlk əvvəl insan, öz
mövqeyini müəyyənləşdirməlidir. Haradan gəldiyini, harada
olduğunu,
haraya
gedəcəyini
bilməyən,
qarşısındakı
çətinliklərdən xəbərsiz olan insan ciddi və düzgün qərar qəbul
etməkdə acizdir. Yə’ni zəruri məsələlərdən tam agahlıq
olmadıqda çıxarılan qərar kor-koranə olur və insanı məqsəddən
uzaqlaşdırır. İnsanın
öz
mövqeyini
müəyyənləşdirməsi,
dünyanın mahiyyətini dərk etməsi onun həyatında tə’yin edici
amillərdəndir. İnsanın dünyaya baxışı, həyatda öz yerini
müəyyənləşdirməsi olduqca zəruridir. Ona görə də dünyaya
müxtəlif baxışlar və bu baxışların insana tə’siri haqqında
danışacağıq:
1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
Şübhəsiz ki, dünyaya gələn və onda yaşayan insanların
dünyaya baxışları fərqlidir. Bə’ziləri dünyaya diqqətlə, bəsirət
gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur.
Onlar haradan gəldikləri, haraya gedəcəkləri barədə
düşünmürlər. Belələri aclıq hiss edəndə yemək axtarır,
susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır,
111
bir sözlə, yalnız dünya ne’mətləri haqqında düşünürlər. Onların
həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmir.
Qur’ani-kərimdə buyurulur: “kafirlər isə səfa sürər, heyvan
kimi yeyib-içərlər.” həyatın mə’nasını dərk etməyən, ağıllı
qərar çıxarmaqda aciz olan bu qisim insanlar, qoy, qarınlarını
doldurmaqla məşğul olsunlar. Onların yemək və yatmaqdan,
heyvani istəkləri tə’min etməkdən savay işləri yoxdur. Hər gün
eyni fikirlə yatır və eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün
həyat məqsədi adlı bir məsələ yoxdur.
2. DÜNYA KEÇİD YERİDİR
Digər bir qrup insanlar özləri və ətrafları haqqında
düşünürlər. Onlar anlayırlar ki, dünya həyatı ötəridir. Bu qrup
insanlar
təyyarədə
yuxudan
oyanıb,
ətrafdakıların
yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini
müşahidə edən sərnişinə oxşayırlar. Təyyarəni bir başqa şəxs
idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil
oyanıb harada olduğunu dərk etməyən insan heç vəchlə bu
hərəkətə tə’sir göstərə bilmir. Təyyarənin hərəkəti onun
sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki,
acizdirlər. Onları yalnız harada olduqları, hansı istiqamətdə
hərəkət etdikləri, nə vaxt mənzil başına çatacaqları
maraqlandırır.
Bəli, bir qrup insanlar anlayırlar ki, “zaman” təyyarəsinin
sərnişinləridirlər və bu təyyarənin sür’əti onlardan asılı deyil.
Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir.
Zaman bir an belə dayanmadan irəli şütüyür. İnsan onu
yubatmaq iqtidarında deyil. Əslində bu hərəkəti hiss etmək
çətin deyil və bütün insanlar dünyanın və insan ömrünün
ötəriliyini dərk edə bilərlər.
Növbəti sual yaranır: Varlıq aləmi haradan haraya hərəkət
edir? Ömür təyyarəsi bizi bu sür’ətlə haradan haraya aparır?
İnsanın aqibəti nədir? “Haradan gəldiyini, haraya gedəcəyini
bilən insana Allahın mərhəməti olsun”– buyurulmuşdur. Amma
Dostları ilə paylaş: |