Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə18/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

62
görməyib. Bir daha həzrətin (ə) diqqətini ona yönəldir. Həzrət
(ə) buyurur: “Bəli, həmin şəxsi deyirəm. Bu cəngavərliyin onun
üçün  heç  bir  faydası  yoxdur.  O,  camaatın  tə’nəsindən
qurtulmaq  üçün  cəbhəyə  gəlib.  O,  qorxub  ki,  Mədinə
küçələrindən  keçərkən  qadınların  məzəmmətinə  tuş  gələ.  Bax,
həmin  sözlərə  görə  cəbhəyə  gəlib,  indi  isə  məqsədi  ad-san
qazanmaqdır.  Şöhrət  naminə  meydana  girdiyindən  o,  heç  bir
savab qazanmayacaq.”
Siyasi, iqtisadi, elmi cihadda da eyni şərtlər zəruridir. Moizə
edən  şəxs  yalnız  niyyəti  xalis  olduqda  savab  qazanır,  amma
moizə edənin məqsədi “əhsən” qazanmaqdırsa, bu şəxs heç bir
savab əldə edə bilmir. Başqaları onun moizəsindən faydalanıb,
elmi məqama çatsalar da, vaizin özü üçün heç bir savab yoxdur.
3. ELMI FƏALIYYƏTLƏRIN EHTIYACLARA UYĞUNLUĞU
Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül
istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu
vaxt  məscid  divarlarının  naxışına  görə  narahat  olmamalıyıq.
Dinin  sütunları  uçulursa,  onun  zahirinə  görə  narahat  olmağa
dəyməz. Əgər  həqiqətən  Allaha xatir  elm öyrəniriksə,  əvvəlcə
cəmiyyətin 
hansı 
elmə 
ehtiyaclı 
olduğunu
müəyyənləşdirməliyik.  O  elmi  öyrənmək  lazımdır  ki,  həmin
elm  olmasa  xalqın  imanı  üçün  təhlükə  yaranar.  Görən
təhsilimiz  və  işimiz  Allaha  görədirmi?  Yarımçıq  qalmış  işləri
tamamlamağın  şər’i  əsası  varmı?  Bəli,  elm  və  mədəniyyət
mübarizəsində  əvvəlcə  ilahilik  nəzərdə  tutulmalı,  sonra  işə
başlanılmalıdır.  Yə’ni  elə  iş  və  elə  dərs  seçilməlidir  ki,
cəmiyyətin ehtiyacları ödənsin. 
MƏDƏNIYYƏT CIHADıNıN BƏLALARı
1.DÜŞÜNCƏ XƏTALARı
Elmi və mədəni fəaliyyətlərin böyük bəlalarından biri vəzifə
müəyyən  olunduqdan  sonra  insanın  mənfi  tə’sir  altına  düşüb
süstləşməsidir. Məsələn, insan bir qədər yubanıb, öz məqsədini


63
araşdırsa,  elə  bir  nəticəyə  gələ  bilər  ki,  bu  nəticə  onu  razı
salmaz.  “İnşaəllah,  qəbul  olar,”  deyib,  aldığı  nəticəyə  göz
yumar.  Hansı  ki,  nəticələr  göstərmişdi  ki,  məqsəd  düzgün
seçilməmişdir.  Bir  sözlə,  insan  həqiqətdən  uzaq  düşməmək
üçün bütün istəklərini yaxşıca götür-qoy etməlidir. 
2. ƏMƏL XƏTALARı
İnsanın  seçiminə  ictimai  rə’y  böyük  tə’sir  göstərir.  Onun
qərarında  xalqın  münasibəti  mühüm  rol  oynayır.  Məsələn,
bə’zən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən”
qazanmaq  üçün  meydana  atılır.  Afərinlər  onun  gördüyü  işə
daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün
müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı
yolu  seçməlidir?  İnsan  vəzifəsini,  yoxsa  xalqın  bəyəndiyi  işi
yerinə yetirməlidir? Bə’zən insan agah şəkildə hər hansı bir işi
özü  üçün  vəzifə  seçir.  Amma  ailə  üzvləri  bu  işi  bəyənmir,
müqavimət  göstərirlər.  Bu  halda  vəzifə  nədir?  İnsan  hansı
həddə  müqavimət  göstərməlidir?  Qur’ani-kərimdə  bu  məsələ
ilə  bağlı  buyurulur:  “Ey  iman  gətirənlər,  hər  kəs  dinindən
dönsə,  Allah  elə  bir  tayfa  gətirər  ki,  Allah  onları,  onlar  da
Allahı  sevərlər.  Onlar  mö’minlərlə  mülayim,  kafirlərlə  sərt
olarlar.  Allah  yolunda  vuruşar  və  heç  kəsin  tə’nəsindən
qorxmazlar...”  Uyğun  tə’birlə  həzrət  Əmirəl-mö’mininin  (ə)
vəsiyyətnaməsində  də  rastlaşırıq:  “Allah  yolunda  lazımınca
cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...”
Allah  yolunda  cihad  vəzifəsini  kamil  şəkildə  yerinə  yetirin.
Vəzifənizin  icrası  yolunda  malınızı,  canınızı,  hörmətinizi
əsirgəməyin.  İnsan  o  vaxt  vəzifəsinin  ardınca  gedir  ki,  yersiz
məzəmmətləri qulaqardına vursun. 
Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi tə’sirini
göstərir. Bə’zən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara
gəlmiş    insan  ətrafdakıların  mənfi  münasibəti  səbəbindən
süstləşərək  vəzifəsini  tərk  edir.  Bu  səbəbdən  də


64
Əmirəl-mö’minin  (ə)  oğlu  Həsəni  (ə)  həmin  təhlükədən
xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır. 
HƏQIQI ŞIƏ
Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər
əhəmiyyətlidir  ki,  mə’sum  imamlar  (ə)  bu  xüsusiyyəti  şiəlik
me’yarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn
Yəzid Cö’fiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq
istəyirsənsə,  elə  olmalısan  ki,  əgər  bütün  şəhər  əhli  toplaşıb
“Cabir  pis  adamdır,  kafirdir,  ona  ölüm  olsun”  şüarını  verərsə,
sənin  qəlbinə  zərrəcə  tə’sir  edib,  qorxutmasın.  Hamı  bir
ağızdan  “Cabirə  əhsən”  deyərsə,  şad  olmamalısan...”.  Sözsüz
ki,  belə  bir  ruhiyyə  asan  əldə  olunmur.  Əgər  bir  nəfərin
məzəmməti  insanı  süstləşdirirsə,  təbii  ki,  xalqın  məzəmməti
onun qəddini sındırasıdır. 
Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar
öz  ilahi  vəzifəsini  yerinə  yetirmək  üçün  canını,  malını,
hörmətini  əsirgəməsin.  Əhli-beyt  (ə)  aşiqləri  bu  isar  (ehtiyacı
olan  şeydən  keçmək)  ruhiyyəsini  elm  və  mədəniyyət
mübarizəsində  də  qoruyurlar.  Onlar  bütün  ömürlərini  İslami
dəyərlərin  hifzi  yolunda  sərf  edirlər.  Bu  işə  görə  məzəmmət
olunduqları  vaxt  süstləşmir,  peşiman  olmurlar.  İlahi  niyyətlə
dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz
işindən  soyumur.  Ona  deyiləndə  ki,  başqa  işdə  qazancın  çox
olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən
süstləşmir.  Bəli,  Həzrətin  (ə)  buyurduğu  kimi,  Allah  yolunda
ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər
salmalı,  Allahın  razılığından  kənar  işlərini  bir  daha  nəzərdən
keçirməlidir.  Vəzifəni  müəyyənləşdirdikdən  sonra  heç  bir
tərəddüdə,  süstlüyə  yol  vermək  olmaz.  Ətrafdakıların
məzəmmətinə  görə  dini  vəzifəsini  tərk  edən  insanın  şiəliyi
şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir.
Rəvayətdə  buyurulur:  “Özünü  Qur’anla  qiymətləndir.  Əgər
yolun  Qur’an  yolu,  zöhdün  Qur’anın  istədiyidirsə,  Qur’anın


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə