Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

90
qapılarını  öz  sahibinin  üzünə  bağlayır,  moizə  və  nəsihətdən
yumşalmır.    Diri  qəlb  tə’sirlənmək,  həyəcanlanmaq,  ağlamaq
iste’dadına  malik  olmalıdır.  Qəlbin  ən  tə’sirli  öyüdlərə
münasibətdə  biganəliyi  böyük  faciədir.  Qur’ani-kərimdə  bu
məsələyə xeyli diqqət ayırılmış, bu sifəti daha çox biruz etdiyi
yəhudilər  xeyli  məzəmmət  olunmuşdur:  “O  vaxt  sizin
qəlbləriniz  daş  kimi  və  ya  daşdan  çox  bərkidi.  Bə’zən  daş
yarılır, ondan arxlar çıxır...” Bə’zi daşlaşmış qəlblərdən isə bir
damla göz yaşı da görünmür. Digər bir ayədə buyurulur: “İman
gətirənlərin  qəlblərini  Allahın  zikri  və  haqq  kəlam  qarşısında
yumşalmaq vaxtı çatmadımı?! Onlar əvvəl kitab verilmiş kəslər
kimi  olmasınlar.  Onlar  üçün  uzun  müddət  keçmiş,  qəlbləri
sərtləşmişdir.”  Həqiqəti  eşitdikdə  qulaqardına  vuran  insanın
qəlbi  günbəgün  daşlaşır.  Amma  ilk  əvvəllər  həqiqəti  dinləyib,
bu  barədə  düşünən  insanların  qəlbi  haqpərəstlik  iste’dadını
qoruya  bilər.  Hansı  ki  vaxt  ötdükcə,  günahlar  çoxaldıqca
qəlblər də daşlaşır. 
Vəsiyyətin  bu  hissəsində  Həzrət  (ə)  öz  dinləyicisini  eşitdiyi
moizələrə biganə olmamağa çağırır. Moizəyə biganəliyin zərəri
ona əməl etməməyin zərərindən daha çoxdur. Çünki biganəlik
nəticəsində  insan  ruhu  həqiqətin  qəbulu  iste’dadını  itirməyə
başlayır.  Qəlbiniz  daşlaşmamış,  zehniniz  puç  mə’lumatlarla
dolmamış  özünütərbiyəyə  cəhd  edin.  Unutmayın  ki,  daşlaşmış
qəlbdə hansısa müsbət hisslərdən danışmağa dəyməz. Zehn də
belədir.  Gərəksiz  informasiyalarla  yüklənmiş  zehndə  sağlam
düşüncə  üçün  yer  qalmır.  Deyilənləri  hər  birimiz  sınaqdan
keçirə bilərik. Məsələn, gün uzunu mə’nasız söhbətlərə məşğul
olsanız,  günün  sonunda  oxuduğunuz  ədəbiyyatdan  ciddi
nəticələr  əldə  edə  bilməyəcəksiniz.  Eləcə  də,  gün  uzunu
dünyəvi işlərlə, məişət problemləri ilə məşğul olduqda namazda
hal tapmaq, Allahı düşünmək çətin olur. 


91
SAF QƏLB MƏ’RIFƏT AYNASıDıR   
İnsan  qəlbi  daim  nəfs  istəklərinin  hədəfindədir.  İnsan  bu
hücumlardan  qorunmaq,  qəlbini  saf  saxlamaq  üçün  daim
çalışmalıdır.  Faydasız  və  zərərli  düşüncələr  zehnə  daxil  olub
yuva  qurmamış,  insan  moizələrlə  zehnini  və  qəlbini  islah
etməlidir.  Fürsəti  qənimət  sayan,  qəlb  daşlaşmamış  onu  islah
edən, zehnini qoruyan insan öz tərbiyəsində müvəffəq olası və
məqsədinə  vaxtında  çatasıdır.  Çünki  hələ  ki  zehn  və  qəlbdə
təkamülə  mane  olası  bulaşıqlıq  yoxdur.  Qəbuletmə
xüsusiyyətini  itirməmiş  insan  başqalarının  qiymətli  həyat
təcrübəsindən  istifadə  edə  bilər.  Axı  bu  təcrübələri  qazanmaq
üçün  insanlar  bir  ömür  əziyyət  çəkmiş,  yaxşını  pisdən
fərqləndirmişlər.  Həzrət  (ə)  buyurur:  “Tam  ciddiyyət  və  qəti
iradə  ilə  əvvəlkilərin  çiyinə  aldıqları  təhsil  əziyyəti  və  sınaq
ağrısını  qəbul  et,  bu  yolla  həmin  əziyyət  və  ağrıdan  azad
olarsan.”  Həzrət  (ə)  buyurduğu  nəsihətlər  bir  ömür  zəhmətin
məhsuludur.  Uyğun  vəsiyyətlər  altmış  illik  bir  ömürün
bəhrəsidir.  Altmış  ildə  qazanılmış  təcrübə  birdəfəyə,  əziyyət
çəkmədən  də  əldə  oluna  bilər.  Bundan  ötrü  başqalarının
təcrübəsindən  istifadə  etmək  lazım  gəlir.  İlahi  mə’rifətə
yiyələnmək istəyən insan öz qəlbini və zehnini pak saxlamalı,
şeytani vəsvəsələrdən qorunmalıdır. 
ƏZIYYƏTSIZ QAZANC 
Həyat  məktəbi  insana  təcrübə  dərsi  verir.  Zəruri  diqqət
göstərən  insan  iki  şeydən  faydalanır.  Bu  faydalardan  biri
nağddır və heç bir əziyyət tələb etmir. Digər fayda isə ciddi və
agah  zəhmətlə,  təlaşla  əldə  olunur.  Birinci  fayda  əvvəlki,
keçmiş  şagirdlərin  hazır  təcrübəsidir.  İnsan  bu  mə’nada  bütün
bəşəriyyətin  təcrübəsindən  istifadə  edə  bilər.  “Bu  yolla  həmin
əziyyət  və  ağrıdan  azad  olarsan”  –  buyurur  Həzrət  (ə).  Bəli,
insanlar  öz  həyat  təcrübələrini  sonrakı  nəsillərin  ixtiyarına
verirlər. Həzrət (ə) buyurur: “ Bizim ardınca gəzdiyimiz şeylər
indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq


92
qalan şey indi sənin üçün aydınlaşa.” Bəli, artıq bir çox bilikləri
əldə  etmək  üçün  zəhmət  çəkmək  lazım  gəlmir.  Bu  biliklər
başqalarının  təcrübəsi  adı  altında  özü  gəncliyin  sorağındadır.
Bu  təcrübələr  gəncliyin  düşüncəsi  ilə  birləşdikdə  bir  çox
qaranlıq nöqtələr də işıqlanır, yeni təcrübələr ortaya çıxır.  


93
ON BIRINCI DƏRS
TƏCRÜBƏ BƏHRƏSI
Ey  əziz  oğlum!  Mən  bütün  qədimdəkilərin  ömrünü
yaşamasam  da,  onların  əməl  və  rəftarlarını  yaxşı
düşündüyümdən,  onların  dövründəki  hadisələri  götür-qoy
etdiyimdən, 
onlardan 
qalmış 
nişanələri 
nəzərdən
keçirdiyimdən  sanki  onlardan  biriyəm.  Onların  işlərindən
xəbərdar  və  mə’lumatlı  olduğumdan  sanki  əvvəldən
axıradək onlarla yaşamışam. Ona görə də (keçmişin) işığını
zülmətindən,  xeyirini  zərərindən  seçmişəm.  Hər  şeyin
qaymağını,  gözəlini  və  bəyənilmişini  seçib  bəyan  etmişəm.
Namə’lum  qalanı,  tanınmamışı  səndən  uzaqlaşdırmışam.
Çünki sənin işlərinə mehriban ata kimi diqqət yetirmişəm,
ədəb  öyrətmək  üçün  çalışmışam.  Münasib  gördüm  ki,  bu
diqqət  sənin  ilkin  gəncliyində  işə  yarasın.  Həyata  yenicə
qədəm qoyduğun vaxt, qarşında bir zaman varkən, sağlam
niyyət  və  pak  nəfsə  malik  olduğun  halda  Allah  kitabının
tə’limi, 
onun 
bəyanı, 
İslam 
qayda-qanunları,
halal-haramların  bəyanı  ilə  sənin  tərbiyənə  başlamaq
istədim  və  heç  vaxt  bundan  başqa  şeylərə  üz  tutmaram.
Nigaranam  ki,  nəfs  istəyindən  qalxan  əqidə  ixtilafları,
rə’ylər  həqiqəti  insanlardan  gizlədiyi  kimi  səndən  də
gizləyə.  Buna  görə  də  həmin  şübhələri  araşdırmaqdan
çəkinməyimə  baxmayaraq,  təslim  olmamaq  üçün  amanda
olmadığın 
şübhələrdən 
qorunmaq 
üçün 
əqidəni
möhkəmləndirməyi  üstün  tutdum.  Ümidvaram  ki,  Allah
səni  doğru  yola  yönəlməkdə  müvəffəq  edə  və  düz  yola
yönəldə . Sənə bu nəsihətimi tapşırır, öyüd verirəm.


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə