Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

94
Vəsiyyətnamənin  bu  hissəsində  Həzrət  (ə)  dolayı  yolla  bir
sıra  ibrətamiz  nöqtələri  açıqlayır.  Yə’ni  birbaşa  öyüd-nəsihətə
keçməzdən  qabaq  tərbiyəvi  cəhətdən  faydalı  olan  bə’zi
nöqtələrə toxunulur. Bu incə məsələlər dolayı yolla dinləyicinin
nəzərinə çatdırılır. 
ATALıQ NƏSIHƏTI  
Həzrətin  (ə)  kəlamları  yalnız  tərkibindəki  söz  və  ifadələrlə
yox,  eləcə  də  müraciət  üslubu  ilə  də  danışır.  Bu  misilsiz
buyuruqlardakı  işarələri  anlamaq  üçün  əvvəlcə  onu  nəzərdən
keçirmək lazım gəlir. 
Həzrət  (ə)  vəsiyyətnamənin  bu  hissəsində  bildirir  ki,  tərbiyə
etmək  istədiyiniz  şəxsin  elmi  cəhətdən  diqqətini  cəlb  edin.
Həmin  şəxs  əmin  olmalıdır  ki,  siz  onu  tərbiyə  etmək  gücünə
maliksiniz.  Tərbiyəçiyə  e’timadı  olan  şəxs  onun  sözlərinə
diqqətlə  yanaşır.  Amma  tərbiyəçinin  kimliyi,  elmi  səviyyəsi
mə’lum  olmadıqda  dinləyici  ona  qəlbən  qulaq  asa  bilmir.  Bu
halda  dinləyici  nə  deyilən  sözləri  düzgün  dərk  edir,  nə  də
həmin 
nəsihətlərə 
əməl 
etməyə 
çalışır. 
“Onların
(qədimdəkilərin) 
işlərindən 
xəbərdar 
və 
mə’lumatlı
olduğumdan,  sanki  əvvəldən  axıradək  onlarla  yaşamışam”  –
deyən Həzrət (ə) dinləyicinin diqqətini cəlb edir ki, o bu diqqət
sayəsində tərbiyələnə bilsin. Belə bir misala nəzər salaq: Tutaq
ki, birinə hədiyyə vermək istəyirsiniz. Həmin şəxs hədiyyəni nə
qədər dəyərli hesab etsə, bir o qədər diqqət göstərəsidir. Ucuz
hədiyyəyə  diqqətsizlik  göstərilir  və  kimsə  onu  itirməkdən
qorxmur.  Amma  hədiyyə  çox  dəyərli  olduqda  insanlar  ona
xüsusi diqqətlə yanaşır, daim bu hədiyyə haqqında düşünürlər.
Həzrət  (ə)  öncə  öz  mə’lumatlılığı  haqqında  danışmaqla
dinləyiciyə  anlatmaq  istəyir  ki,  onu  nəsihət  edən  şəxs  bütün
keçmişdəkilərin  həyat  təcrübəsinə  malik  insandır.  İnsan  hiss
edir  ki,  ona  nəsihət  edən  şəxs  ilahi  bir  alimdir  və  bütün
bəşəriyyətin  təcrübəsi  ilə  silahlanmışdır.  Çox  dəyərli  olan  bu
hədiyyə  illər  uzunu  damla-damla  taplanaraq,  bütöv  halda


95
təqdim  olunur.  Bu  səbəbdən  də  onu  can  kimi  əziz  tutub,
qorumaq lazımdır. O asan qazanılmayıb ki, asan da itirilsin. Bu
hədiyyəni  münasib  vaxtda  işlətmək,  ondan  lazımınca
faydalanmaq  lazımdır.  Qorumaq  bəhanəsi  ilə  onu  fəaliyyətsiz
saxlamaq olmaz. 
Dinləyicinin  qəlbinə  nüfuz  etmək  üçün  həzrətin  (ə)  işlətdiyi
digər  tə’bir  “ey  əziz  oğlum”  ifadəsidir.  Mehribançılığın,
məhəbbətin  izharı  üçün  ərəb  dilində  bir  çox  ifadələr  vardır.
Həzrət (ə) öz dərin sevgisini “ey əziz oğlum” ifadəsi ilə bildirir.
Digər  mühüm  nöqtə  odur  ki,  başqalarının  həyatını  mütaliə
edən,  keçmiş  dövrün  bütün  eniş-yoxuşlarından  xəbərdar  olan
insan bütün tarixi yaşamış kimidir. 
Bu vəsiyyətin biz də qədrini bilməliyik. Çünki Həzrət (ə) bu
vəsiyyətnamədə 
öz 
həyatının 
qazanclarını 
sətir-sətir,
ləhzə-ləhzə toplayıb, bizə təqdim etmişdir. Belə görünə bilər ki,
tarixi  gerçəkliklərin  mütləq,  nə  üçün-niyəsiz  qəbul  edilməsi
məntiqi deyil və keçmişdə elm və mədəniyyət geri qaldığından
öyrənməli bir şey yoxdur. Hansı ki, bu günkü elm həmin qədim
bünövrə  üzərində  qurulmuşdur.  Həzrət  (ə)  buyurur:  “Onların
dövründəki  hadisələri  götür-qoy  (saf-çürük)  etdim..”  Bəli,  Əli
(ə)  tarixi  mə’lumatları  ələkdən  keçirmiş,  doğrunu  yanlışdan
ayırmış,  xeyirli  və  zərərli  olmuşları  müəyyənləşdirmişdir.
Özünü  ideal  hesab  etmiş  bir  çox  tarixi  şəxsiyyətlərin  həyatını
analiz etdikdə onların ideallıqdan çox-çox uzaq olduğu mə’lum
olur.  Həzrət  (ə)  yalnız  həqiqi  və  faydalı  mə’lumatları
dinləyiciyə təqdim edir. O, qarşı tərəfdə şübhə doğura biləcək
mətləblərin  bəyanından  çəkinir.  Həzrət  (ə)  mehriban  ata  kimi
öz  sevimli  oğluna  yalnız  faydalı  tövsiyyələr  verir,  onu  yalnız
düzgün  ədəbə  çağırır.  Həzrət  (ə)  buyurur:  “Hər  şeyin
qaymağını,  bəyənilmişini,  gözəlini  seçib  bəyan  etmişəm.
Naməlum  qalanı,  tanınmamışı  səndən  uzaqlaşdırmışam...”
Həzrət  qeyd  edir  ki,  nə  yaxşı  ki  sən  cavansan  və  ömrünün
əvvəlidir. Bu vəsiyyətlər qısa bir müddət yox, bütün ömür üçün


96
nəzərdə  tutulmuşdur.  Vəsiyyətin  ünvanlandığı  gənc  pakdır  və
hələ  ki  dövrün  çirkabına  batmamışdır.  Onun  qəlbi  pak  və
səfalıdır.  Ona  görə  də  Həzrət  (ə)  hər  şeydən  əvvəl  ən  zəruri
olan dini bilikləri öyrədir. 
GƏNCIN TƏRBIYƏSINDƏ ILK ADDıM 
Həzrət  (ə)  bu  nəsihətləri  mə’lumat  şəklində  bəyan  etsə  də,
onun gedişində hər biri hikmətli öyüd olan nöqtələri vurğulayır.
Onlardan bə’zilərinə nəzər salaq:
1.  İlkin  biliklər  –  Hər  bir  müəllim,  tərbiyəçi  və  ya  övladını
sevən  mehriban  ata  gəncin  daxili  aləmi  çirklənməmiş  ilk
addımda  ona  dini  həqiqətləri  öyrədir.  Başqa  sözlə,  ilk  öncə
övlada  düzgün  əqidə  və  düşüncə  tə’lim  edilməlidir.  Bu  işdə
yubanılarsa, gəncin qəlbi yanlış əqidələrlə dolasıdır. Belə qəlbi
islah  etmək  üçün  ikiqat  zəhmət  çəkmək  lazım  gəlir.  İlahi
maarifin  tə’limi  üçün  əvvəlcə  həmin  qəlbi  təmizləmək  lazım
gələcəkdir.  Buna  görə  də  qəlb  çirkaba  batmamış  ona  mühüm
ilahi  biliklər  öyrədilməlidir.  Əvvəlcə  o  biliklər  öyrədilməlidir
ki,  bu  biliklərdən  xəbərsizlik  islah  yolunu  bağlayır.  Tə’lim
olunası  biliklər  bir  neçə  növdür:  Öyrənilməsi  faydalı  olan
elmlər;  bilinməməsi  zərərli  olmayan  elmlər;  səadət  yolundakı
maneələri aradan qaldıran elmlər.
Müxtəlif  növ  biliklər  arasında  ən  mühümü  Qur’ani-kərimdə
mövcud olan biliklərdir. Bu elmlərdən məhrum olan insan üçün
səadət  yolu  bağlıdır.  Şübhəsiz  ki,  insan  üçün  Qur’an
maarifindən faydalı bir bilik olsaydı, Allah-təala həmin bilikləri
öz  bəndələrinə  göndərərdi.  Qur’anın  nazil  olması  üçün  tə’min
olunan  bütün  ilkin  şərtlər  Allah-təalanın  öz  bəndələrinin
sədətinə  göstərdiyi  diqqətin  göstəricisidir.  Tarix  boyu
bəşəriyyətə belə bir hədiyyə əta olunmamışdır. Mümkündürmü
ki, bəşəriyyətin ehtiyaclı olduğu biliklər ondan gizlədilə?! Necə
ola  bilər  ki,  öz  bəndələrini  mərhəməti  içində  qərq  edən,  ən
üstün  bəndəsini  peyğəmbər  seçən  Allahın  göndərdiyi  kitab
hansısa  mühüm  suallara  cavab  verməyə?!  Bəli,  bəşəriyyətin


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə