Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

105
üçün belə edirsiniz”  sualına belə cavab verirlər:  Mütəxəssisin
nəzərinə əsasən! Axı bir çox digər işlərdə də insan birinci yola
uyğun olaraq mütəxəssisə üz tutur.  Xəstəlik,  inşaat işləri və
digər problemlərlə qarşılaşan insan tərəddüd etmədən
mütəxəssisə müraciət edir.  Dinin əməli hökmlərində də eyni
üsulla hərəkət etmək lazımdır.  Həkimə inanan insan heç vaxt
onun yazdığı dərman nüsxəsini araşdırmır.  Bütün bunları
nəzərə alaraq,  ikinci yolla getmək mümkün olmadıqda,  daha
təhlükəsiz olan birinci yolla getmək lazımdır.  Böyük
çalışqanlıq,  xalis niyyət,  yetərli vaxt,  zəruri iste’dad olmadığı
halda ikinci yola qədəm qoymaq özünü aşkar təhlükəyə
atmaqdır. Şərait olduqda isə bütün xırdalıqların dəlil vasitəsi ilə
qəbulu çox yaxşıdır.  Həzrət  (ə)  məhz bunu sevərək buyurur:
“Tövsiyyələrim arasında ən çox sevdiklərimə diqqət yetir.”
Yə’ni elm və əməldə təqva,  vacib göstərişlə əməl et.  Diqqət
edin ki,  bu günkü dünyamızda bu məsələ nə dərəcədə
əhəmiyyətlidir.  Bu məsələyə əməl edən insan bir çox
büdrəmələrdən qoruna bilir.  Yanlışlığa düçar olanların
əksəriyyəti bu vəsiyyətə əməl etməyən, elm təhsilində tələsən,
ustadsız elm meydanına girənlərdir. İnsan əvvəlcə öz vəzifəsini
müəyyənləşdirməlidir. Lazımınca iste’dad, çalışqanlıq, vaxt, ən
əsası xalis niyyət olmadan müvəffəq olmaq mümkünsüzdür.
Allahdan yardım istəmədən qədəm götürməkdənsə,  oturmaq
daha yaxşıdır.
Həzrətin  (ə)  bildirdiyi kimi,  ilkin əldə olunası ne’mət bütün
peyğəmbər və övliyaların vəsiyyət etdiyi ilahi təqva, bəndənin
Allahdan çəkinməsidir.  Sonra isə Allahın bəndəyə vacib
buyurduğu əmrlər gəlir.  Həzrətin  (ə)  buyuruğunun mə’nası
budur ki, zəruri sə’y, pak niyyət, vaxt yetərincə deyilsə, e’tiqad
əsasları ilə kifayətlənib,  əməldə təqlid etmək lazımdır.  Bir
sözlə, insan müəyyənləşdirməlidir ki, Allah qarşısında vəzifəsi
nədir.  Vacib olan əqidə əsaslarını dərk edib,  dini zərurətləri
öyrənməkdir.  Başqa işlərə şərait yoxdursa,  həmin işlər vacib
sayılmır. Vacib olmayan, güc çatmayan işlərə girişməyin sonu


106
peşmançılıq, təəssüfdür. Həzrətin (ə) buyuruğunda əməl ediləsi
üçüncü tövsiyyə saleh sələflərin təcrübəsidir. İmam (ə) keçmiş
saleh
mö’minlərin
zəhmətlə
əldə etdiyi təcrübələrdən
faydalanmağı tapşırır.  Bu təcrübələrin arxasında ciddi
araşdırmalar,  böyük zəhmət dayanır.  Həmin sələflər sənin bu
günki diqqət və düşüncəndən xəbərsiz olmamışlar.  Onlar öz
həyatları haqqında düşünmüş,  inanmalı və əməl etməli
olduqlarını müəyyənləşdirmişlər.  Bu gün e’timad etdiyimiz
əcdadlarımız, sələflərimiz uzun araşdırmalardan sonra müəyyən
nəticələrə
gəlmişlər.  Onlar
bildiklərinə
əməl
etmiş,
anlamadıqlarını özlərindən kənarlaşdırmışlar.  Hər halda
sələflərin yolu həzrət Əlinin  (ə)  tövsiyyə etdiyi e’tibarlı
yollardandır.
ELM QAZANMAĞıN (TƏHSILIN) ŞƏRTLƏRI
Sağlam həyat üçün üç yol bəyan olundu.  Bu yollardan biri
e’tiqad əsasları və əsas əməli maarifə yiyələnib,  cüz’i
məsələlərdə təqlid etməkdir. İkinci yol saleh sələflərin yoludur.
Üçüncü yol bütün əsas və cüz’i sahələrdə dərin bilik əldə
olunmasıdır. Əgər üçüncü yolu seçib, ictihad yolu ilə əhatəli və
dərin elmə yiyələnmək istəsəniz,  həzrətin  (ə)  növbəti
buyuruğuna diqqət yetirin:  “Özün onların bildiklərini bilmək
istəyirsənsə,  qorxulu şübhələrdən və yersiz mübahisələrdən
çəkinərək,  onları anlamaq üçün dərin düşüncə və elmə
yiyələnməlisən.” Beləcə, elm əldə etməyin şərtlərini həzrətdən
öyrənmək lazım gəlir.
1. PAK NİYYƏT
Elm qazanmaq yolunda ilkin addım və şərt pak niyyətə malik
olmaqdır.  Elm  yolunu  seçən  insan  əvvəlcə  öz  niyyətini  islah
etməlidir. Bu işdə yeganə məqsəd həqiqətlərin dərki olmalıdır.
Məbada,  yersiz  mübahisələrə  yol  verilə.  Bu  yola  qədəm  atan
insan  özündən  soruşmalıdır  ki,  doğrudanmı  məqsədi  özünü
göstərmək  yox,  həqiqətləri  dərk  etməkdir?  Unutmayın  ki,
qeyri-ilahi məqsədlə elm meydanına atılmaq təhsil yox, zordur.


107
2. ALLAHA TƏVƏKKÜL
Təhsilin digər bir şərti Allahdan yardım diləmək və Ona
təvəkkül etməkdir.  Həzrət  (ə)  buyurur:  “təhqiqə başlamazdan
əvvəl Allahdan yardım dilə,  yardım almaq üçün ona üz tut.”
Dərin biliyə gedən yollarda təhlükəli döngələr olduğundan bu
yola çıxmış insan niyyətini xalis edib,  Allahdan kömək
istəməlidir.  İlahi maarifi,  dini göstərişləri olduğu kimi dərk
etmək üçün belə bir şərt ödənməlidir. Allahın diqqəti olmadan
kimsə öz hədəfinə çatmaq gücündə deyil. Əlbəttə ki, məqsəd nə
qədər çox müqəddəs olarsa,  Allaha bir o qədər çox təvəkkül
etmək lazım gəlir.  Yalnız işin başlanğıcında yox,  bütün təhsil
boyu insan Allahın diqqətinə ehtiyaclıdır.  Təhsil boyu hər bir
məsələnin dərkində ilahi yardımdan faydalanmaq, həzrət haqqı
unutmamaq lazımdır.
3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK
Təhsilin üçüncü şərti şübhələrdən, şübhəli üsul və dəlillərdən
çəkinməkdir.  Həzrət  (ə)  buyurur:  “Səni şübhəyə salan,  yoldan
çıxaran tərəddüdləri tərk et.”  Bəli,  təhsil yolunda şübhəli
dəlillərdən çəkinmək lazımdır. Məqsədə çatmaq üçün doğru yol
tapmaq lazımdır.  İnsanı səhvə düçar edən yanlış yollarla
getməməliyik.  Məsələn,  əmin olun ki,  qəlbiniz saf,  niyyətiniz
pakdır.  Əmin olun ki,  məqsədiniz yalnız həqiqəti dərk
etməkdir.  Qəlb həqiqətən də saf olsa,  məqsəd yalnız anlamaq
olsa,  Allahın yardımından faydalanmaqla addım-addım doğru
yolda irəliləsəniz, dəlilləriniz möhkəm və sağlam olsa, bilin ki,
bu təhsil həqiqət üzərindən pərdələri qaldıracaq, ilahi nur olan
elmə yol tapacaqdır.
4. ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR
Əvvəlki  şərtlər  ödəndikdən  sonra  bütün  qüvvələri
təmərküzləşdirib,  qəti  qərara  gəlməklə  təhsilə  başlamaq
lazımdır.  Elm  yolunda  qədəm  atmaq  qərarına  gəlmiş  insan  öz
gücünü digər işlərə sərf etməməlidir. İnsanın bütün diqqəti və


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə