115
tanıyanların əhvalatı susuz, qeyri-abad yerdə mənzil salıb, bol
ne’mətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol
əziyyətini özlərinə asan bilib, dostdan ayrılığı, yemək və
yatmaq çətinliyini qəbul ediblər ki, özlərini şadlıq mənzilinə
çatdırsınlar, öz asayiş yerlərində rahatlansınlar.” Dünyaya
bəsirət gözü ilə baxanlar onu tanıdılar. Onlar quraqlıqdan
gülüstana üz tutmuş karvan kimidirlər. Çünki qarşıdakı mənzili
ideal bilir, bütün yol ağrılarına dözürlər. Onların həqiqi dostları
çatacaqları mənzildə olduğundan həmin aləmə düşmək üçün
hazırlıq görürlər. Sözsüz ki, səfər şəraiti ev şəraitindən ağır
olur. Amma bu yolun yolçuları əmindirlər ki, tezliklə əbədi,
rahat və geniş bir mənzilə çatacaqlar. Ona görə də yol
çətinlikləri onları narahat etmir. Məgər məhbubu ilə görüşə
tələsən aşiq yorğunluq hiss edərmi?! Hətta bədən yorulsa da,
aşiq bu yorğunluğu hiss etmir. Bu yolda xərclənilən pul zərər
sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri
özü üçün iftixar sayır. Deyilənlər dünyanı olduğu kimi
tanıyanların halından nümunələr idi.
Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə
edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın
ötəri şirnisi, əlvanlığıdır. Amma bir vaxt gəlir ki, bu şirinlik
zəhərə, əlvanlıq zülmətə çevrilir. Qur’ani-kərimdə buyurulur:
“Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”
Ayənin
ərəbcə
ifadəsindəki “qurur” kəlməsi “yalan”
mə’nasında işlədilmişdir. Yə’ni dünya yalan vasitəsidir. Dünya
uşağa verilmiş sün’i əmziyə oxşayır. Həmin əmzik uşağı
aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun
diqqətini mühüm məsələlərdən yayındırır. Əlbəttə ki, dünyaya
aldananlar da bir neçə qrupdurlar. Onlardan bir qrupu dünyaya
heyvani nəzərlə baxır. Dünyanın sonunu puç hesab edənlər də
dünyaya aldananlardandırlar. İstər dünyanın ötəriliyini dərk
etməyənlər, istərsə də onu ötəri bildikləri halda sonunu yoxluq
sayanlar dünyanın əsil mahiyyətindən qəflətdədirlər.
116
Dünyanın mahiyyətini dərk edənlərlə onun sonunu yoxluq
kimi başa düşənlər arasında oxşar cəhət odur ki, hər iki qrup
dünyanı ötəri sayır. Demək, dünyaya heyvani nəzərlə
baxanların, dünyanın sonunu yoxluq sayanların və dünyanın
mahiyyətini dərk edənlərin hər birinin səciyyəvi rəftarı var.
Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: Bir qrup insan
dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür, digər
qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu
puç sayır, üçüncü qrup insanlar isə dünya həyatını axirətə doğru
səfər hesab edirlər. Həzrət (ə) dünyaya aldananlar haqqında
buyurur: “Dünyaya aldananların əhvalı isə ne’mət dolu
mənzildə yaşayıb, oradan susuz, ələfsiz mənzilə köçənlərin
əhvalatı kimidir.” Onlar üçün bu səfərdən ağır bir şey yoxdur.
Dünyadan ayrılmaq onlar üçün çox çətindir. Heçliyə, yoxluğa
yaxınlaşdıqlarını düşünənlər üçün hər nəfəs bir əzabdır. Onlar
səfalı saydıqları mənzildən fəna bildikləri yerə köçmək
istəmirlər. Yoxluq düşüncəsi onları o ki var sıxır. Bununla
yanaşı dünya həyatını fürsət bilib ondan qədərincə ləzzət
almağa çalışırlar. Çünki yalnız dünya həyatını barlı-bəhrəli,
ləzzətli güman edirlər. Onların fikrincə, ölümdən sonrakı
mənzildə heç bir xoşluq yoxdur.
İnsan qeyd olunan iki yolu bəsirət gözü ilə nəzərdən keçirib,
öz baxışını müəyyənləşdirməlidir:
1. Həyat beş günlükdür (müvəqqətidir). Bu baxışa görə həyat
ölümlə başa çatıb, puç olur və ondan sonra heç bir ne’mət və
yaşayış yoxdur. Nə varsa elə bu beş günlük dünyadadır.
2. Həyat əbədi axirət həyatıdır. Yə’ni beşgünlük dünyamız
həmin axirət dünyası ilə müqayisə olunası deyil. Bu dünya əsil
məqsəd olan axirət dünyasına keçiddir.
DÜZGÜN BAXIŞDAN SONRA
Müxtəlif baxışları nəzərdən keçirdikdən sonra seçdiyimiz
yola uyğun hərəkət etməliyik. Əks-təqdirdə hansı yolun
seçilməsinin heç bir əhəmiyyəti yoxdur. Axirət həyatının
117
varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol
qaydalarına əməl edərək yükünü ağırlaşdırmamalıdır. Yükü
ağır olan yolçu tez yorulur, mənzil başına gec çatır. Dünya
ne’mətlərinin bir gün əldən çıxacağına inanan insan bu
ne’mətlərə əsir olmur. Bu sayaq e’tiqad insanı əməl və rəftarına
tə’sir göstərir. Axirət həyatına inananlar qarnını doldurmaq
üçün yalana, hiyləyə, cinayətə əl atmır, haram və günaha yol
vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca
tutur.
İmanlı
insan
yoxsulluqdan
şikayətlənmir.
Qur’ani-kərimdə buyurulur: “Belə şəxslər həyalı olub
dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab
edirlər.” Mö’minin ləyaqəti ona icazə vermir ki, ehtiyacını dilə
gətirsin. O, yalnız dünya ne’mətləri yox, eləcə də mə’nəvi
kamillik üçün çalışır. Mö’min yalnız vəzifəsi olduğu üçün
dünya vasitələrinin ardınca gedir və kimsəyə qul olmaq
fikrində deyil. Həyata belə bir baxışla baxan insan üçün bütün
gördüyü şeylər ibadət sayılır. Amma dünya işləri hədəf
seçildikdə insan üçün büdrəmə, azğınlıq labüd olur. Çünki belə
bir məqsədin kökündə dünya məhəbbəti, dünyaya əsirlik
dayanır. Dünyaya əsir olan insanı dünya ləzzətləri, yemək,
geyim, var-dövlətdən başqa heç nə düşündürmür. Çünki,
dünyanı son hədəf bilən insandan başqa şey gözləmək olmaz.
Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey
puç olur. Amma bu dünyanı yol hesab edən insan başqa cür
rəftar edir. Onun bütün fəaliyyətləri insani vəzifələrin
icrasından ibarətdir. İmanlı insanlar üçün dünya həvəsləri,
var-dövlət, məqam əsas deyil. Onların əsas məqsədləri
məhbuba çatmaqdır. Aşiqlə mə’şuq arasında pərdə olan dünya
ne’mətləri onlarda nifrət doğurur. Həzrət Əlinin (ə) dünyanı
təsvir edən misalı necə də dəqiqdir. Həzrət buyurur: “Dünya
həyatı və dünya malı cüzam xəstəliyinə yoluxmuş xəstənin
əlindəki çürümüş donuz sümüyü kimidir.” Diri donuz bir bu
qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin
olduğunu təsəvvür etmək çətin deyil. Daim iyrənc qidalarla
Dostları ilə paylaş: |