Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

108
gücü həqiqətlərin dərk olunması istiqamətində yönəldilməlidir.
Həzrət  Əli  (ə)  buyurur:  “Elə  ki,  əmin  oldun  qəlbin  paklanmış
və  işıqlanmışdır,  qəbul  etməyə  hazırdır,  onda  yekdillik  ərsəyə
gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal.”
Həqiqəti  kəşf  etmək  üçün  qeyd  olunan  şərtləri  yetərincə
götür-qoy etmək lazımdır. Bu şərtlər tam şəkildə ödənmədikdə
elm  meydanına  girməmək  daha  yaxşıdır.  Kifayət  qədər  asayiş
və  ya  yetərincə  sə’y  və  təlaş  olmadıqda  bu  yola  çıxmaq
təhlükəlidir.  Zərrəcə  şübhə  etməyin  ki,  sadalanan  şərtlər
ödənməyəcəyi təqdirdə yolunuzu azacaqsınız. Belə insan nəinki
həqiqəti  tapa  bilmir,  hətta  həqiqətdən  daha  da  uzaqlaşır.  Dini
təhsil  yanlışlıq  və  büdrəmələrlə  uyğunlaşmır.  Vəsiyyətnamədə
oxuyuruq: “Xoşladığın fikir rahatlığı əldə olunmadıqda, bil ki,
atdığın  addımlar  kor-koranə  olasıdır,  qaranlığa  qədəm
qoymusan.  Hansı  ki,  din  istəyən  (tələbə)  heç  vaxt  bilmədən
addım  atmır  və  heç  nəyi  bir-birinə  qarışdırmır.  Bu  vəziyyətdə
yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.” Dini maarifə
yiyələnmək  istəyən  elm  meydanına  elə  daxil  olmalıdır  ki,
büdrəməsin.  Xətaya  yol  verən,  niyyəti  saf  olmayan  şəxs  dini
biliklərdən yetərincə faydalana bilməz. Bəli, belə bir məqamda
dini təhsil fikrindən daşınmaq daha yaxşıdır.
Həzrət  (ə)  vəsiyyətinin  bu  hissəsini  dua  ilə  tamamlayır.
Əslində  bu  dualarla  vəsiyyətnamənin  ətraflı  bölməsi  başlanır.
Qeyd  edək  ki,  burada olan bə’zi  sətirlər  “Nəhcül-bəlağə”də
yox,  “Biharül-ənvar”da  nəql  olunmuşdur.  Həzrət  (ə)  buyurur:
“Həqiqətən,  bütün  layiqli  işlər  onun  ne’mətinin  köməyi  ilə
yerinə yetir.”


109
ON ÜÇÜNCÜ DƏRS
DÜNYANıN MAHIYYƏTI (HƏQIQƏTI)
Oğulm,  mən  səni  dünya  və  onun  halından,  onun
dəyişkənliyi  və  puçluğundan,  əldən-ələ  düşməsindən
xəbərdar  etdim.  Sənə  axirət  və  axirət  əhli  üçün  Allahın
hazırladıqlarından xəbər verdim. İbrət görürməyin, onları
öz işində rəhbər tutmağın üçün hər ikisi haqqında misallar
çəkdim.  Dünyanı  sınağa  çəkib  tanıyanlarır  əhvalatı  susuz,
qeyri-abad  yerdə  mənzil  salıb,  bol  ne’mətli,  dilbər  guşəyə
üz tutanların əhvalatı kimidir. Onlar yol əziyyətini özlərinə
asan  bilib,  dostdan  ayrılığı,  yemək  və  yatmaq  çətinliyini
qəbul  ediblər  ki,  özlərini  şadlıq  mənzilinə  çatdırsınlar,  öz
asayiş  yerlərində  rahatlansınlar.  Bu  yolda  qazandıqları
əziyyəti  əzab  saymamalı,  ödədikləri  səfər  xərcini  zərər
bilməməlidirlər.  Onlar  üçün  ən  sevimli  şey  onları  (əbədi)
evlərinə  yaxınlaşdıran  şeydir.  Dünyada  aldananların
əhvalatı  isə  ne’mət  dolu  mənzildə  yaşayıb,  oradan  susuz,
ələfsiz  mənzilə  köçənlərin  əhvalatı  kimidir.  Onlar  üçün  ən
xoşagəlməz  və  qorxulu  şey  bu  abad  mənzili  tərk  edib,
həmin qeyri-abad mənzilə köçməkdir.”


110
Həzrətin  (ə)  vəsiyyətnaməsinin yığcam şəkildə bəyan
olunmuş birinci hissəsini Allahın yardımı ilə araşdırdıq. Ətraflı
moizələrdən ibarət olan ikinci hissədə isə hər bir mövzu geniş
şəkildə izah olunmuşdur.  Bə’zən isə birinci hissədə bəyan
olunmuş
məsələlər
açıqlanır.  Qeyd
etmişdik
ki,  bu
vəsiyyətnamənin müxtəlif mənbələrdəki variantları fərqlidir və
biz 
“Biharül-ənvar”dakı
variantı
əsas
götürmüşük.
Vəsiyyətnamənin bu hissəsində insanın dünya həyatındakı
mövqeyi və onun axirət dünyası ilə əlaqəsindən danışılır.
XALQ DÜŞÜNCƏSINDƏ DÜNYANıN YERI
Düzgün qərar qəbul etmək,  doğru yol seçmək istəyən insan
bə’zi məsələlərdən yetərincə xəbərdar olmalıdır. Bundan əlavə
müəyyən şərtlərə də əməl olunmalıdır.  İlk əvvəl insan,  öz
mövqeyini müəyyənləşdirməlidir.  Haradan gəldiyini,  harada
olduğunu, 
haraya
gedəcəyini
bilməyən, 
qarşısındakı
çətinliklərdən xəbərsiz olan insan ciddi və düzgün qərar qəbul
etməkdə acizdir.  Yə’ni zəruri məsələlərdən tam agahlıq
olmadıqda çıxarılan qərar kor-koranə olur və insanı məqsəddən
uzaqlaşdırır.  İnsanın
öz
mövqeyini
müəyyənləşdirməsi,
dünyanın mahiyyətini dərk etməsi onun həyatında tə’yin edici
amillərdəndir.  İnsanın dünyaya baxışı,  həyatda öz yerini
müəyyənləşdirməsi olduqca zəruridir.  Ona görə də dünyaya
müxtəlif baxışlar və bu baxışların insana tə’siri haqqında
danışacağıq:
1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
Şübhəsiz  ki,  dünyaya  gələn  və  onda  yaşayan  insanların
dünyaya  baxışları  fərqlidir.  Bə’ziləri  dünyaya  diqqətlə,  bəsirət
gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur.
Onlar  haradan  gəldikləri,  haraya  gedəcəkləri  barədə
düşünmürlər.  Belələri  aclıq  hiss  edəndə  yemək  axtarır,
susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır,


111
bir sözlə, yalnız dünya ne’mətləri haqqında düşünürlər. Onların
həyat  tərzi  digər  canlıların  həyat  tərzindən  fərqlənmir.
Qur’ani-kərimdə  buyurulur:  “kafirlər  isə  səfa  sürər,  heyvan
kimi  yeyib-içərlər.”  həyatın  mə’nasını  dərk  etməyən,  ağıllı
qərar  çıxarmaqda  aciz  olan  bu  qisim  insanlar,  qoy,  qarınlarını
doldurmaqla  məşğul  olsunlar.  Onların  yemək  və  yatmaqdan,
heyvani istəkləri tə’min etməkdən savay işləri yoxdur. Hər gün
eyni fikirlə yatır və eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün
həyat məqsədi adlı bir məsələ yoxdur.
2. DÜNYA KEÇİD YERİDİR
Digər  bir  qrup  insanlar  özləri  və  ətrafları  haqqında
düşünürlər. Onlar anlayırlar ki, dünya həyatı ötəridir. Bu qrup
insanlar 
təyyarədə 
yuxudan 
oyanıb, 
ətrafdakıların
yeyib-içməkdə olduğunu, təyyarənin isə fəzada hərəkət etdiyini
müşahidə  edən  sərnişinə  oxşayırlar.  Təyyarəni  bir  başqa  şəxs
idarə etdiyindən kimsə bu hərəkətin qarşısını ala bilməz. Qəfil
oyanıb  harada  olduğunu  dərk  etməyən  insan  heç  vəchlə  bu
hərəkətə  tə’sir  göstərə  bilmir.  Təyyarənin  hərəkəti  onun
sərnişinlərinin iradəsindən asılı deyil. Sərnişinlər anlayırlar ki,
acizdirlər.  Onları  yalnız  harada  olduqları,  hansı  istiqamətdə
hərəkət  etdikləri,  nə  vaxt  mənzil  başına  çatacaqları
maraqlandırır.
Bəli,  bir  qrup  insanlar  anlayırlar  ki,  “zaman”  təyyarəsinin
sərnişinləridirlər  və  bu  təyyarənin  sür’əti  onlardan  asılı  deyil.
Onlar dərk etmişlər ki, insan zamanın gedişi qarşısında acizdir.
Zaman  bir  an  belə  dayanmadan  irəli  şütüyür.  İnsan  onu
yubatmaq  iqtidarında  deyil.  Əslində  bu  hərəkəti  hiss  etmək
çətin  deyil  və  bütün  insanlar  dünyanın  və  insan  ömrünün
ötəriliyini dərk edə bilərlər.
Növbəti  sual  yaranır:  Varlıq  aləmi  haradan  haraya  hərəkət
edir?  Ömür  təyyarəsi  bizi  bu  sür’ətlə  haradan  haraya  aparır?
İnsanın  aqibəti  nədir?  “Haradan  gəldiyini,  haraya  gedəcəyini
bilən insana Allahın mərhəməti olsun”– buyurulmuşdur. Amma


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə