Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

135
özlərindən razıdırlar. Amma özlərini başqaları kimi bilsəydilər,
təvazö edərdilər. Özünü başqaları ilə eyni hüquqlu bilən insan
imtiyaz tələb etmir. Gözləmir ki, ona salam versinlər. Belə bir
münasibət açıq-aşkar izhar olunmasa da,  daxildə özünü
möhkəmləndirmişdir.  Ona görə uyğun xislətdən yaxa
qurtarmaq asan olmur. Hər halda özümüzü qarşı tərəfin yerində
hiss edə bilsək, bir çox problemlərin həllinə nail olmuş olarıq.
Misli olmayan vəsiyyətin vasitəsi ilə bütün ictimai əlaqələri
tənzimləmək mümkündür.
Deyilənlər xudpəsəndliyin ictimai və əməli zərərlərinin yalnız
bir tərəfi idi.  Digər bir tərəfdə isə fikirə,  elmə,  ağıla aid
xudpəsəndliklər dayanır.  Xüdpəsəndlik insanın rəftarı ilə
yanaşı,  onun ağıl və düşüncəsi üçün də bəlalar yaradır.  Bu
xəstəliyə yoluxmuş insanın ağlı düz işləmir.  Yalnız bu
xəstəlikdən qurtulduqdan sonra insan batin və zahir
peyğəmbərin himayəsi ilə doğru yola yönəlir.  Xudpəsənd
olmayan insan bəndəlik yolunu tanıyır,  Allah qarşısında müt’i
olur və özünü heç bilir.  İnsanın eqoistlik və qururdan azad
olmasının əlaməti onun Allaha ibadət zamanı xüzulu,  xüşulu
(müti)  olmasıdır.  Mənəm-mənəmlik olan yerdə bəndə
mütiliyindən danışmağa dəyməz.  “Mən”  bütü sındıqdan sonra
təvazökarlıq peyda olur.  Xüşulu,  təvazökar,  müti olmaq
istəyiriksə,  ilahi lütfə şərait yaratmalı,  maneələri aradan
qaldırmalı, 
ilahi
hüzurda
acizliyimizi
dərk
edərək,
xudpəsəndliyi kənara qoymalıyıq.  Yalnız bu halda xüşu əldə
olunur, ali məqsədə doğru hərəkətin vaxtı çatır.
BIHUDƏ, BOŞ SƏ’Y
Bu ilahi vəsiyyətin bə’zi nüsxələrində həzrətin  (ə)  daha iki
buyuruğu ilə rastlaşırıq. O buyurur: “Çox çalış və başqalarının
xəzinədarı olma.  Elə ki,  öz yolunu tapdın,  Allah qarşısında
bacardıqca təvazökar ol.”  Bə’zilərinin fikrincə,  bu cümlələrin
deyilməsində məqsəd insanı tənbəllikdən uzaqlaşdırmaqdır.
Həzrət Peyğəmbərin  (s)  Əbuzərə moizəsində buyurulur ki,


136
tənbəllik və süstlük insanı səadətdən məhrum edir.  Dünya
işində tənbəllik edən insan axirət işlərində daha çox tənbəllik
göstərir.  Tənbəl insan həm dünyasını,  həm də axirətini itirir.
Çünki həyat axirət səadəti qazanmaq üçün meydandır. Axirətlə
oyun oynamaq olmaz.
Uyğun cümlələr haqqında başqa bir izah da verilmişdir.
Allah-təala Qur’ani-kərimdə buyurur: “Ey insan! Əzab-əziyyətlə
Allahına doğru gedirsən və onunla görüşəcəksən.” Bu mübarək
ayədə dünya həyatının axirət həyatına təsirinə işarə edən uca
mə’nalar gizlənir.  İnsan həyatının mahiyyəti Allaha doğru
hərəkətdən ibarətdir.  Başqa bir ayədə oxuyuruq:  “Biz Allahın
bəndələriyik və ona tərəf qayıdacağıq.” Yə’ni insan ömrü Allaha
doğru bir səfərdir. Bəli, həyat daimi bir hərəkətdir. Bu hərəkətdən
faydalanmaq lazımdır.  Qeyd edək ki,  insanın iki növ hərəkəti,
əməli var. Bizdən asılı olmayan təkvini (bir növ təbii) hərəkət bu
hərəkətlərdən biridir. Bu hərəkət heç də hamı üçün faydalı olmur.
Hamı axirətə doğru gedirsə,  axirət bir yox,  iki mənzildən
ibarətdir.  Hansı mənzilə düşmək isə insanın iradi hərəkətindən
(ikinci hərəkət)  asılıdır.  Ali məqsədə uyğun şəkildə çalışanlar,
təbii ki, bu səfəri uğurla başa vururlar.
Nurani vəsiyyətin digər cümləsində buyurulur:  “Başqalarına
xəzinədar olma.”  İnsan bütün hərəkətlərində əsas məqsəd olan
axirət səadətini düşünməlidir.  Əsas məqsəddən kənar olan
insanlaarın faydasını düşünmək yaramaz.  Əgər insanın topladığı
var-dövlət onun axirətinə yox,  başqalarının dünyasına kara
gələcəksə, vay o insanın halına! Unutmamalıyıq ki, bu gün axirət
həyatımızı bəzəyə biləcək var-dövlət sabah başqalarının əlinə
düşüb, puça çıxa bilər.
ON ALTıNCı DƏRS


137
HƏYAT DƏRSI
Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən
bu yolda yaxşılıq axtarışı,  düzgün təlaşdan ehtiyacsız
deyilsən;  özünə lazımınca azuqə,  ehtiyat götür;  elə bir
azuqə ki,  səni məqsədə çatdıra,  çiynində yüngül ola;
gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü
qiyamətədək götürəcək,  ehtiyaclı olduğun gün sənə
qaytaracaq biçarə,  möhtac tapsan,  onu qənimət bil;
qənimət say o kəsi ki,  ehtiyacsız olduğun gün səndən borc
istəyir ki,  ehtiyaclı olduğun gün sənə qaytarsın,  bil ki,
qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya
behiştdir,  ya da cəhənnəm;  ora enənədək özünə bir çarə
düşün.”
Qeyd etdik ki,  həzrət Əlinin  (ə)  vəsiyyətinin ümdə hissəsi
insanın dünya həyatında mövqeyi və dünyanın axirətlə
müqayisəsi haqqındadır. Bu mühüm məsələ ilə Həzrətin (ə) bir
çox buyuruqlarında,  imam və övliyaların tövsiyyələrində
tez-tez rastlaşırıq.  “Nəhcül-bəlağə”nin əksər xütbələrində bu
mövzuya toxunulur. Bu tə’kidlərin sirrinə diqqət yetirmək çox
əhəmiyyətlidir.


138
NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR? 
Mə’sum imamların dilində dünyanın məzəmmət olunmasının
səbəbi  insanın  dünyaya  əsirliyi,  nəticədə  axirətin  inkarı  ola
bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti
insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı
şirinlikləri insanın bütün vücudunu öz tə’siri altına salır, insan
bu  şirinliklərin  arxasınca  yüyürməyə  başlayır.  Amma  axirət
həyatı  hiss  üzvləri  ilə  duyulmadığından  bir  qədər  diqqətdən
kənarda  qalır.  Ona  görə  də  mə’sum  imamlar  dünyanı
məzəmmət  edir,  insanları  dünya  şirinliyinə  aldanıb,  axirətdən
xəbərsiz  qalmamağa  çağırırlar.  Hiss  üzvləri  ilə  duyulmayan
axirətin  diqqətdən  kənarda  qalmasında  təbiilik  var.  Axirətə
diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və
imamların  buyuruqlarına  istinad  edirlər.  Bu  mə’lumatlar  isə
zahirpərəst  insanlara  çox  az  tə’sir  göstərir.  Amma  dünya
mənzərələri  insanı  bir  anda  özünə  cəzb  edir.  Axirət  həyatına
əksər  müsəlmanlar  şübhə  etməsələr  də,  bu  mə’rifət,  bu  inam
hər  gün  təzələnmədiyindən  diri  olmur.  İnsanla  bu  məsələni
əməli  şəkildə  çox  az  xatırlayır,  elə  düşünürlər  ki,  bu  üç-beş
günlük  dünya  daha  əhəmiyyətlidir.  Bir  növ  unudulur  ki,  əsas
məqsəd  axirət  dünyasıdır.  Bu  həqiqəti  fasiləsiz  olaraq
xatırlayan  yalnız  Allahın  peyğəmbərləri  və  övliyalarıdır.  Ona
görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar
gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa
bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd
olunan  məsələlər  səbəbindən  Qur’anda,  “Nəhcül-bəlağə”də
Əhli-beyt  buyuruqlarında  dünya  bir  bu  qədər  məzəmmət
olunur.  Qur’ani-kərimdə  buyurulur:  “Dünya  həyatı  oyun  və
əyləncədən  başqa  bir  şey  deyil”;  “Bizimlə  qarşılaşacaqlarına
ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən
qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri
yer cəhənnəmdir.” “O kəslər ki, dünyanı axirətdən üstün tutur,
Allahın  yolundan  döndərir  və  o  yolu  əymək  istəyirlər,  onlar


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə