Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

142
götürülməli,  həm də yük yüngül olmalıdır.  Səfər yükü ağır
olarsa,  hərəkət etmək çətinləşər.  Həzrət  (ə)  buyurur:  “Elə bir
azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngün ola; gücündən
ağır yük götürsən, sənə baha başa gələr.”
YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?
Buraya qədər deyilənlərdən mə’lum oldu ki, ömür yolu uzun
və  təhlükəli  bir  səfərdir.  Bu  səfərdə  zəruri  və  yüngül  yük
götürülməlidir. Ona görə də yüngül yük götürməyin qaydasını
bilməliyik.  Həzrət  Əli  (ə)  bu  məsələni  gözəl  bir  misalla
aydınlaşdırır.  Adətən,  müsafirlər  öz  yüklərini  bir  başqasının
çiyninə  qoymaq  istəyirlər.  Bu  işi  zirəklik,  fərasət  sayanlar  da
var. Yə’ni yükü ağır olan müsafir kömək üçün yoldaş arzulayır.
Belə bir kömək ağlabatandır. Ağır yükə köməkçi tapıb, səfərin
sonunda öz yükünü sağ-salamat təhvil almaq məntiqəuyğun bir
işdir. Heç bir aqil insan belə köməkdən imtina etməz. Amma bu
qaydaya  əməl  edənlər  olduqca  azdır.  Az  varlı  öz  sərvətini
yoxsullara paylayır ki, axirətdə geri alsın. Hansı ki, ən ağıllı yol
ehtiyacdan  artıq  olan  sərvəti  imkansızlara  verib,  axirətdə  geri
almaqdır. Amma çoxları nəinki öz sərvətini, hətta başqalarının
haqqı  olan  xüms  və  zəkatı  da  sahibinə  ödəmək  istəmir.  Ağıllı
insanlar isə dünya və axirəti müqayisə etməklə belə bir nəticəyə
gəlirlər ki, dünya səfər və bu səfərdə yükün yüngül olması isə
hünərdir. Həzrət (ə) bu nöqtəni çox gözəl şəkildə açıqlamışdır:
“yükünü  qiyamətədək  götürəcək,  ehtiyaclı  olduğun  gün  sənə
qaytaracaq  biçarə,  möhtac  tapsan,  onu  qənimət  bil.”  Bəli,  heç
bir  səfər  azuqəsiz,  yüksüz  olmur.  Əgər  bir  şəxs  yükünü
götürüb,  mənzil  başında  sizə  vermək  istəyirsə,  onun  istəyini
qəbul  edib,  səfər  yükünüzü  yüngülləşdirin.  Bu  yolla  həm
yükünüz  yüngülləşəcək,  həm  də  heç  bir  yol  haqqı
ödəməyəcəksiniz.  Yoxsula  verilən  yardıma  gəldikdə,  insan  bu
yardım 
müqabilində 
qat-qat 
artıq 
əvəz 
alasıdır.
Qur’ani-kərimdə  buyurulur:  “Allah  yolunda  yaxşı  borc  verən
kimdir  ki,  Allah  da  onun  əvəzini  qat-qat  artırsın?” Allah öz


143
verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və və’d edir ki,
həmin borcu qat-qat artıq qaytaracaq.  Əgər Allah-təalanın bu
buyuruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? Əslində
əməl etməmək qəbul etməmək deməkdir.  İkiqat qazanc və’d
edən insana inanırıq,  amma onqat qazanc və’d edən Allaha
inanmırıq. Bu münasibət e’tiqad zəifliyi deyilmi? Əgər Allaha
inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona
verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb,
səfər yükümüzü yüngülləşdirməliyik.  Ömür yolunda yüngül
yüklə hərəkət etmək yaxşı olmazmı?!  İnanın ki,  verdikləriniz
hədərə getməyəcək.  Bu gün imkanınız varsa yubanmayın.
Sabah gec ola bilər!
ÖMÜR YOLUNUN SEÇILMƏSI
Həzrətin  (ə)  digər buyuruğunda qeyd olunur ki,  bu uzun,
dolambaclı yol çox təhlükəli bir aşırımda başa çatasıdır.
Aşırımdan sonra iki yol uzanır.  Yol ayrıcında sizin heç bir
seçim gücünüz və ixtiyarınız yoxdur. Yollardan biri behiştə, o
biri isə cəhənnəmə aparır.  Ona görə də həmin aşırıma
çatanədək bütün qüvvə səfərbər edilməlidir. Yə’ni nə qədər ki,
dünyadasınız,  nəfəsiniz gedib-gəlir,  özünüzə bir çarə qılın.
Unutmayın ki,  aşırıma çatdıqdan sonra heç bir peşmançılıq
fayda verməyəcəkdir.  Ömür yolu həmin aşırıma aparır.
Aşırımdan rahat keçmək üçün ömür yolunda lazımi qaydada
addımlamaq lazımdır. Aşırıma çatdıqdan sonra Allahı nə qədər
çağırıb, yardım diləsəniz də, faydası olmayacaq. “Pərvərdigara,
məni geri qaytar”    çağırışları səmərəsiz qalacaq.  Aşırıma
çatanadək,  ömür yolu üçün düzgün proqram hazırlayıb,
yolumuzu tə’yin edək. Bu yolda düzgün seçim isə həzrətin (ə)
buyurduğu yüngül yüklə hərəkətdir.


144
ON YEDDINCI DƏRS
ALLAHLA ƏLAQƏ (1)
Bil ki, yer və göy xəzinələri əlində olan kəs sənə dua izni
vermiş  və  duanı  eşidəcəyinə  (icabət  edəcəyinə)  zamin
durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta
etsin. O, bağışlayan və böyükdür. Səninlə özü arasında səni
ondan  ayıracaq  kəs  qoymayıb.  Səni  məcbur  etməmiş  ki,
onun  yanına  şəfaətçi,  vasitəçi  aparasan.  Günah  etdiyin
halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə
qınamamış,  cəzalandırmaq  üçün  tələsməmiş,  rüsvayçılığa
layiq  olduğun  halda  rüsvay  etməmiş,  günahlarını  hesaba
almamış,  səni  öz  bəxşişindən  ümidsiz  etməmiş,  tövbənin
qəbulunu  çətinləşdirməmiş,  tövbəni  günahdan  çəkinməyin
kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab
vermişdir. Qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini
eşitmiş,  qəlbinin  sirrini  dinləmişdir.  Demək,  istəyini  ona
çatdırır,  qəlbinin  sirrini  ona  açır,  öz  qüssəsindən  ona
şikayətlənir,  işlərində  ondan  yardım  diləyir.  Sonra  icazə
verdiyi xəzinələrin açarını sənin əlinə vermişdir ki, istədiyin
vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan!


145
Vəsiyyətnamənin bu hissəsində Həzrət  (ə)  duadan,  insanın
Allahla əlaqəsindən, tövbədən, istəklərdən söz açır, bəşəriyyətə
qiymətli incilər,  təqdim edir.  Deyilənlərdən lazımınca istifadə
etmək məqsədi ilə əvvəlcə bir neçə nöqtəyə toxunaq.
SAYSıZ-HESABSıZ NE’MƏTLƏRDƏN BIXƏBƏRLIK
Bir ne’məti tanımaq üçün,  lazımınca dərk etmək üçün
müxtəlif yollar var.  Bu yollardan biri həmin ne’mətə malik
olduğumuz dövrlə ondan məhrum olduğumuz dövrü müqayisə
etməkdir. Bu üsulla həmin ne’mətin nə dərəcədə dəyərli olması
üzə çıxır.  Dünyanın bütün maddi və mə’nəvi ne’mətlərini bu
yolla qiymətləndirmək olar.  Məşhur bir məsəldə deyilir ki,
ne’mətin qədrini bir gün ondan məhrum olan bilər.
Allah-təalanın ən böyük ne’mətlərindən biri bizim ne’mət
saymadığımız dünya həyatıdır.  Bəli,  ömür çox böyük bir
ne’mətdir. Yalnız ölüm astanasında dayanan insan bu ne’mətin
qədrini bilir.  Həyatla vidalaşdığımız vaxt onun nə dərəcədə
qiymətli olduğunu anlayırıq.
Digər dəyərli ne’mət sağlamlıqdır.  İnsan göz,  əl,  ayaq kimi
zahirən görünən və ürək,  beyin,  cigər kimi görünməyən
orqanların əhəmiyyətinə çox diqqətsizdir.  Yalnız bir orqan
ağrıdıqda,  sağlamlıq təhlükə altına düşdükdə bu ne’mətlərin
həqiqi dəyəri mə’lum olur.  Görmə qabiliyyətini itirən insan
bilir ki,  göz necə qiymətli ne’mətdir.  Digər ne’mətlərin də
beləcə, əldən çıxdıqda dəyəri aşkar olur. Bəs mə’nəvi ne’mətlər
nə vaxt diqqəti cəlb edir?  Mə’nəvi ne’mətlərdən məhrumluq
dərmansız bir dərddir.  Bu dərdin müalicəsi çox vaxt
mümkünsüz olur.  İbtidai mə’nəvi ne’mətlərdən biri hafizə,
yaddaşdır.  Yaddaşını itirmiş insan hətta öz valideynlərini,
ailəsini tanıya bilmir. Belə insanlar evdən bayıra çıxmağa belə
cür’ət etmirlər.  Çünki onlar bayıra çıxdıqda haraya qayıtmalı


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə