Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

146
olduqlarını, hətta, ümumiyyətlə, qayıtmalı olduqlarını xatırlaya
bilmirlər.  Ağıl da belədir.  Ağılı itirən insan üçün ölüm
həyatdan daha şirin olur. Bir heyvan qədər sayılmadığını görən
belə insanlar üçün yaşamaq çox ağır gəlir.
ALLAHı TANıMA VƏ ONA IMAN NE’MƏTI
Sanki  insanın  vücudu  və  zehni  elə  qurulmuşdur  ki,  yalnız
ne’mətləri  əldən  verdikdən  sonra  onların  qədrini  bilir.  İnsan
bütün ilahi ne’mətlərə qarşı belədir.
Bütün ne’mətlər sırasında Allahı tanıma ne’məti birinci yerdə
dayanır. Bu ne’məti dərk etmək çox çətindir. İmanımız zəifdir
və  bunu  hamımız  e’tiraf  edirik.  İnsan  şəkk-şübhəyə  düşdükdə
bu  zəif  imanın  qədrini  bilir.  Zəif  iman  işığı  söndükdə  insan
anlayır  ki,  artıq  heç  bir çıxış yolu yoxdur.  Qəlbində son iman
işartısı  sönən,  qüdrətli  bir  varlıqla  son  bağları  qırılan  insan
üçün  bədbəxtlikdən  savay  bir  bəhrə  qalmamışdır.  Hikmət  əhli
“Allahsızlıq  çəkən  bilir  bu  nə  dərddir”  buyurmuşdur.  İmanını
itirənlərin  halından  xəbərsiz  olan  bizlər  zəif  imanımızın
dəyərini  bilmirik.  Axirət  həyatı  ilə  yanaşı  dünya  həyatında
imanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətimizdən yayınır.
ALLAHLA ƏLAQƏ NE’MƏTI
Allahı tanıma və ona iman ne’mətindən sonra ən üstün ne’mət
Allahla əlaqə ne’mətidir. Bu həqiqəti daha yaxşı anlamaq üçün
bir  müqayisə  aparaq.  Vəzifəli  bir  şəxsin  qəbuluna  düşmək
istəyən  insan  bir  çox  çətinlikləri  adlamalı  olur.  Bə’zən  isə  bu
görüş heç vəchlə baş tutmur. Hətta həmin şəxs çox qanunpərəst
və  ədalətli  olsa  da,  bə’zən  qəbula  düşmək  istəyənlər  çox
olduğundan  sizə  növbə  çatmır.  Çünki  həmin  vəzifəli  şəxs
insandır və onun vaxtı məhduddur. Bəşər övladı eyni vaxtda iki
nəfəri dinləmək, onların istəyini ani yerinə yetirmək imkanına
malik  deyil.  Amma  göylərin  və  yerin  malikinin  imkanları
nəhayətsizdir. Nəhayətsiz əzəmətə və qüdrətə malik olan varlıq
üçün bütün bəşəriyyətin ehtiyacını bir anda ödəmək çətin deyil.
Belə bir varlıqla hər yerdə, hər vaxt, hər halda əlaqə saxlamaq


147
asandır.  Amma  belə  bir  əlaqənin  yaranması  üçün  qəlbin
diqqətindən ibarət olan düymə basılmalıdır. Nə adı katibə qeyd
etdirmək,  nə  də  növbəyə  dayanmaq  lazım  gəlir.  Belə  bir
görüşün  asanlığını  o  şəxs  ne’mət  sayır  ki,  hansısa  vəzifəlinin
qapısında uzun müddət boynunu büküb dayanıb. Yalnız uyğun
əziyyəti  çəkənlər  Allahla  asan  əlaqəni  ne’mət  sayırlar.  Əgər
digər ilahi ne’mətlər olmasaydı da, bu ne’mət xoşbəxtlik üçün
kifayət edərdi. Əfsus ki, başdan ayağa ne’mət içində olan bizlər
ağlımızın fövqündə durmuş ne’mətlərin dəyərini dərk etmirik.
Digər maraqlı nöqtə budur ki,  Allah-təala onun görüşünə
gələnlərin heç birini rədd etmir.  Amma başqaları belə deyil.
Axı Allahdan başqa hansı varlıq minlərin,  milyonların,
milyardların ehtiyacını ödəyə bilər?!  Şübhəsiz ki,  yer üzündə
mövcud olan ən böyük xəzinə də müəyyən həddə faydalı ola
bilər.  Tükənməz xəzinə isə yalnız Allahın ixtiyarındadır.
Həzrətin  (ə)  buyuruğuna əsasən,  Allah-təala bütün insanlara
istədikləri qədər versə,  yenə də mərhəməti tükənməz.  Altı
milyard insanın təmənnası nə qədər ola bilər?  Allah-təala bu
altı milyardın hər birinin bir o qədər istəyini versə, xəzinəsi bir
iynə ucu qədər də tükənməz. Belə bir sonsuz mərhəmət və rahat
əlaqə harada görünüb?!  Başqa sözlə,  onun rəhmət qapısı
həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla tə’kid
edir.  Əfsus ki,  bizlər bu həqiqət qarşısında mə’rifətsiz və
naşükürük.  Axı heç nəyi olmayan bəndə nə üçün naz
satmalıdır?!  Elə bir məqam bizi də’vət etdiyi halda götür-qoy
edirik.  Bu bizim böyük bəlamızdır.  Tükənməz xəzinənin açıq
qapıları qarşısında donub qalmışıq.  Sonsuz qüdrət sahibi bizi
duaya, özü ilə görüşə çağırsa da naşükürlük edirik. Həzrət (ə)
buyurur: “Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua
izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur.  Sənə
buyurmuş ki,  ondan istəyəsən və o da əta etsin.”  Allah-təala
özü ilə bəndəsi arasında heç bir vasitə qoymamış, qabaqcadan
şərt kəsməmiş,  vaxt tə’yin etməmişdir.  Çağırdığımız an
eşidəcəyinə zamin durmuşdur.  Biz isə özümüzü bu feyz


148
çeşməsindən məhrum etmişik.  Bu ne’mətin əzəməti haqqında
düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var.
SONSUZ NE’MƏT
Əvvəlcə də xatırlatdıq ki, Allah-təala buyurmuşdur: “Çağırın
məni,  yerinə yetirim.” Allah bu çağırışa gələnləri qapıda
saxlamır,  başqasının üstünə gördərmir,  get-gələ salmır.  Bu
əlaqə bilavasitə, birbaşa Allahın özü ilə əlaqədir. Maraqlıdır ki,
bu ne’mət tükənməzdir.  Hətta günaha batanlar da bu qapıdan
qovulmur. Peşmanlığını bildirib, tövbə edən bütün günahkarlar
üçün qayıdış,  bağışlanma yolu qoyulmuşdur.  Demək,  uyğun
vasitə ilə təkcə gələcək tə’yin olunmur,  eləcə də qaranlıq
keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş,
öz başına minlərlə bəlalar gətirmiş,  fitrətini eybəcərləşdirmiş
insan öz keçmişindən peşman olarsa,  ona qayıdış yolu
göstərilmişdir.  Yə’ni Allahla əlaqə yaratmaq üçün dua qapısı
açılmasından əlavə,  keçmiş nöqsanları da aradan qaldırmağın
da çarəsi bəyan olunmuşdur.  Bütün ne’mətlərin fövqündə
dayanan bu ne’məti  “sonsuz qüvvə ilə sonsuz ne’mət”
adlandırmaq olar.  Bir şəxs  70  il küfr və üsyandan sonra ağıla
gəlib,  Allahın qapısında dayanarsa,  gələcəyi haqqında dua
etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə
tapa bilər.  Allah-təala buyurur:  “Allah  (tövbə edib,  yaxşı iş
görənlərin)  onların pis əməllərini yaxşı əməllərə çevirər.”
Əgər asilik edib pis iş görmüsünüzsə,  tövbə qapısı üzünüzə
açıqdır.  İnsanlar bir-birlərinin səhvini bağışlasalar da,
bağışlamazdan əvvəl səhvə yol vermiş şəxsi danlayırlar. Amma
həqiqi tövbə edən şəxsi Allah heç vaxt məzəmmət etmir. Ondan
nə üçün günah etdiyini də soruşulmur.  İmam Sadiq  (ə)  bu
barədə buyurur:  “Günah edən şəxsə yeddi saat möhlət verilir.
Əgər üç dəfə tövbə edib  “əstəğfirullahəl-ləzi la ilahə illa
huvəl-həyyul-qəyyum”  desə,  həmin günah qeydə alınmır.”
Nəinki insan günaha görə dərhal cəzalandırılmaz,  hətta ona
tövbə üçün möhlət də verilər. Bəli, pis iş görüb, özünü rüsvay


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə