Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

158
Şübhəsiz ki,  səsini ucaldaraq bəndəlik iddiası edənlər az
deyil.  Amma o kəslər həqiqi bəndədirlər ki,  bu bəndəliyi
əməldə göstərirlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız
Allah dərgahına əl açır.  Başqalarına ümid gözü ilə baxan,
möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki
Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir.
Həzrət Peyğəmbər  (s)  buyurur:  “Dua ibadətin məğzidir.”
Həzrət  (ə)  ilahi öyüdün bu hissəsində dua və onun
əhəmiyyətindən danışır, sonra duanı ilahi rəhmət xəzinələrinin
açarı kimi tanıtdırır.  Həzrətin  (ə)  buyuruğuna əsasən,  ilahi
mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri vardır.
Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və
Həzrətin (ə) fikrincə, bu açar duadır. Hər bir bəndə istədiyi vaxt
bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb,  ilahi
mərhəmətdən faydalana bilər.  Həzrət Əlinin  (ə)  buyuruqlarına
inanan insan duadan istifadə etmək qərarına gəlməlidir. Çünki
insan üçün duadan xeyirli ikinci bir iş yoxdur.  Həzrətin  (ə)
vəsiyyətində dua və onun tə’siri elə açıqlanmışdır ki,  şübhəyə
zərrəcə yer qalmamışdır.  Uyğun kəlamlar dinləyicini duaya
tələsdirir.  Amma yetərli mə’lumata malik olmayan insanlarda
yersiz suallar da yarana bilər.  Həzrət  (ə)  bu sualların aradan
qaldırılması üçün bə’zi mətləblər açıqlayır.
DUANıN EŞIDILMƏSININ (YERINƏ YETMƏSININ)
TƏ’XIRI
Bə’ziləri soruşa bilərlər ki,  nə üçün dəfələrlə dua etdikləri
halda,  onların duaları qəbul olunmur?  Əgər dua ilahi rəhmət
xəzinələrinin açarıdırsa, nə üçün bə’ziləri dua etdikləri halda bu
xəzinələrə yol tapa bilmirlər?
Həzrət öz dəyərli kəlamları ilə bu şübhələri aradan qaldırır:
“Duanı gec eşitməsi (yerinə yetirilməsi) səni ümidsiz etməsin –


159
həqiqətən bəxşişi istəyən qədərindən asılıdır.” Əlbəttə, bir dəfə
dua edib, oturmaq olmaz. Digər bir tərəfdən, duanın gec qəbul
olunmasının da səbəbləri var.  Əgər dua birinci dəfədə qəbul
olunmursa,  ümidimizi üzməməliyik.  Duanın qəbulunun
yubanmasının bir çox səbəbləri ola bilər. Məsələn, məqsəd dua
edənin diqqətini cəmləşdirmək ola bilər.  Allah-təala insanın
daha çox dua edib,  daha çox mərhəmət qazanmasını istəyir.
Çünki insanın hər duası bir mərhəmət gətirir.  Duası dərhal
qəbul olan insan, adətən, daha dua etmir və beləcə, daha artıq
mərhəmət qazanmaqdan məhrum olur.  Əgər insan Allaha dua
vasitəsi ilə yaxınlaşırsa, demək çox dua etmək onun özü üçün
faydalıdır.  Bəndələrin tutumu fərqlidir.  Bə’zən kiçik tutumlu
insan uzun-uzadı dua edə bilmədiyindən Allah onun duasını
daha tez qəbul edir.  Hər halda qəbulun bir yubanma səbəbi
bəndəni daha çox duaya sövq etməklə onu daha geniş
mərhəmətdən faydalandırmaqdır.
DUA BƏNDƏLIYIN ƏMƏLI E’TIRAFıDıR
Duanın cövhəri ibadətdir.  Özünün sındırıb,  istər zahirdə
Allaha əl açan, istər batində onu çağıran şəxs ibadət edir. Çünki
bu əməllər bəndəliyin və ilahi məqamın e’tirafıdır.  İbadətin
ruhu da elə bu mə’nadadır.  Namaz qılmaq və ya digər bir
formada Allahın böyüklüyünü,  öz kiçikliyini izhar etmək
ibadətdir.  Duanın da mahiyyəti bundan ibarətdir.  Əlini açıb,
Allahı çağıran insan, şübhəsiz ki, özünü bəndə bilir. Əgər dua
etməklə insan heç bir istəyinə çatmasa da, onun dua vasitəsi ilə
bəndəliyini bildirməsi böyük işdir.  Bəndəliyin izharı bütün
duaların qəbul edilməsindən üstündür.  Əfsus ki,  insan duanın
dəyərini
qədərincə
hiss
etmir.  Dua
insanı
Allaha
yaxınlaşdırmaqdan əlavə həm də ibadətdir. İstəklərinin qəbulu
da öz yerində!
QƏBUL ÖLÇÜSÜ (GÖSTƏRICISI)
Bilməliyik ki,  duanın qəbulunun yubanmasının yalnız bir
hikməti daha çox dua edilməsi və daha çox mərhəmət əldə


160
olunmasıdır.  Başqa səbəblər də ola bilər.  Həmin səbəblərdən
biri duanın qəbulunun məsləhətli olmamasıdır.  Yə’ni duanın
qəbulu nəticəsində insan üçün zərərli şərait yarana bilər. Bə’zən
insan öz istəyinin nəticəsini müəyyənləşdirə bilmir və elə bir
şey arzulayır ki, bu şey onun üçün xeyirli olmur. Ümumiyyətlə,
insan tələskən varlıqdır.  O,  duasının qəbul olunmasına tələsir.
Amma bilmir ki,  müəyyən ne’mətlər yalnız vaxtında əldə
edildikdə səmərə verir.  Allah-təala öz mö’min bəndəsinə nəyi
nə vaxt verməyi daha yaxşı bilir. İnsan bə’zən tamamilə zərərli
şeylər istəyir. Əlbəttə ki, Allah mö’min bəndənin belə dualarını
qəbul etmir. Belə bir dua dişi ağrıyan körpənin anasından şirni
və ya başqa zərərli bir şey istəməsi kimidir.  Ana uşağın bu
arzusunu yerinə yetirirsə,  ağrılar daha da güclənə bilər.  Uşaq
şirninin zərərindən xəbərsiz olduğu üçün öz istəyində tə’kid
etsə də,  ana onu sevdiyi üçün həmin arzunu yerinə yetirmir.
Duanın qəbul olmamasının səbəblərindən biri məhz insanın öz
zərərinə bir şey istəməsidir.
İSTƏKLƏRIN DƏYIŞMƏSI
Deyildiyi kimi Allah-təala insanın bə’zi dualarını məsləhət
bilmir və insana daha xeyirli olan başqa bir ne’mət əta edir. Bu
o demək deyil ki,  dua qəbul olmur.  Məhz dua qəbul olduğu
üçün Allah başqa bir xeyir qismət edir.  Allah öz bəndələrinin
xeyrini onlardan daha yaxşı bildiyi üçün öz məsləhətini əta
buyurur.  Məsələn,  bir şəxs Allahdan tələsik çoxlu var-dövlət
istədikdə,  Allah ona məsləhət gördüyü vaxt məsləhət bildiyi
qədər var-dövlət yetirir.  İnsan Allahdan bir şey istəyib başqa
bir şey aldıqda düşünməməlidir ki, duası qəbul olmayıb. Məhz
onun duası sayəsində Allah öz məsləhət bildiyini əta edib. Bir
sözlə duanın qəbul olmaması və ya yubanması ilə Allahın
duaları qəbul etmək haqqında verdiyi və’d arasında heç bir
ziddiyyət yoxdur. Dua bə’zən tə’xirlə, bə’zən də əvəz edilərək
qəbul olunur.  İnsana münasib vaxtda istədiyindən də xeyirlisi
əta olunur.  Həqiqi bəndə heç bir halda Allaha e’timadını


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə