Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

112
bu  sualın  cavabında  baxışlar  daha  çox  haçalanır.  Müəyyən
baxışları nəzərdən keçirək:
A) ABAD DÜNYADAN VIRAN DÜNYAYA KEÇID 
Dünyanın 
ötəriliyinə 
münasibətdə 
xalqın 
əqidəsini
aydınlaşdırmaq  üçün  əvvəlki  misalı  xatırlasaq  yaxşı  olar.
Diqqət  etsək,  görərik  ki,  təyyarə  sərnişinləri  iki  növ  olur.
Onlardan  bir  qismi  bu  səfərin  yoxluqla  nəticələnəcəyini
düşünərək  səfər  boyu  yeyib-içməklə,  daha  çox  ləzzət  almağa
çalışırlar.  Dünya  sakinlərinin  də  bir  hissəsi  belədir.  Onlar
dünyanın  ötəriliyini  və  hər  şeyin  puçluqla  sona  çatacağını
fikirləşərək  dünya  ne’mətləri  ardınca  qaçır,  ömürü  fürsət
bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir,
dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu
sayaq  düşüncə  tərzinin  sonu  fənadır.  Çünki  bu  qrupdan  olan
insan  dünyanın  sonunu  yoxluq  kimi  qəbul  edir.  Guya  dünya
üç-beş  gündən  ibarətdir  və  onu  qənimət  bilərək  xoş  güzəran
keçirmək  lazımdır.  Aqibətini  yoxluq  zənn  edən  insan  tez-gec
həmin nöqtəyə çatasıdır.
B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD
Bir qrup sərnişinlər isə öz səfərlərinin uğurla başa çatacağını
və son nöqtə olmayacağına inanırlar. Dünya sakinlərinin də bir
hissəsi  dünyanın  sonunu  yoxluq  yox,  əbədi  bir  həyata  keçid
kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli
bildikləri  üçün  bütün  işlərini  həmin  məqsədə  çatmaq
istiqamətində  nizamlayırlar.  Onlar  səbr  və  dözümlə  proqramlı
həyat  yaşayır,  dünya  ne’mətlərinə  münasibətdə  hərislik
göstərmirlər.  Onlar  üçün  ən  mühümü  doğru  həyat  yolunu
seçməkdir.  Dünya  həyatın  son  olmadığına  inananlar  daim  öz
vəzifələri  haqqında  düşünür,  hətta  birinci  qrupdan  olanları
yanlış  düşüncə  tərzinə  görə  məzəmmət  edirlər.  Onlar  “dünya
beş  günlükdür,  fürsəti  qənimət  bilmək  lazımdır”  cavabını
alırlar.  Əlbəttə  ki,  belə  bir  cavab  onları  qane  etmir,  daim  öz
yaranış  məqsədləri  haqqında  düşünür,  həmin  məqsədə  doğru


113
hərəkət  edirlər.  Onlar  saatları,  dəqiqələri  sayaraq,  məqsədə
çatacaqları,  dostlara  qovuşacaqları  anı  gözləyirlər.  Ali  bir
məqsəd,  ali  bir  görüş  haqqında  düşünən  sərnişin,  sözsüz  ki,
acgözlüklə yeyib-içməyə girişmir.
DÜNYAYA DOĞRU DÜZGÜN BAXıŞ
Söhbətin  bu  hissəsinədək  dünyaya  üç  baxış  tərzi  haqqında
danışıldı. Hər insan bu baxışlardan birinə uyğun şəkildə həyat
sürür.  Birinci  baxışı  əsas  götürənlər  heyvani  həyat  yaşayır,
ikinci  baxışı  əsas  götürənlər  dünyanı  ötəri  saydıqlarından,
ondan daha  çox  faydalanmaq  istəyir.  Üçüncü  baxışı  əsas
götürənlər  isə  dünyanı  əbədi  həyata,  ali  bir  məqsədə  keçid
mərhələsi  sayaraq,  uyğun  məqsədə  doğru  hərəkət  edirlər.  Bu
əqidələri  birbəbir  analiz  etmədən düzgün  qərar  çıxarmaq
mümkünsüzdür. İlk araşdırmada birinci baxışdan imtina etmək
lazım  gəlir.  Qalan  iki  yoldan  birini  seçmək  üçün  ya  dünyanın
sonunu yoxluq, ya əbədiyyət qəbul etməli oluruq, üçüncü baxış
həyatın  məqsədli  yaranışını,  insanın  vəzifəli  olduğunu,  onu
qarşıda vəfalı dostlarla görüş gözlədiyini özündə cəmləşdirir.
Sözsüz
ki,  son
iki
baxışın
malik
olduğu
dəlillər
araşdırılmalıdır.  İndi isə bu iki qrupun özünəməxsus
xüsusiyyətləri ilə tanış olaq:
Dünyanı
beşgünlük,  sonunu
yoxluq
bilənlər
həris,
ləzzətpərəst,  eqoist,  ətrafdakılara diqqətsiz olur,  ötəri hesab
etdikləri dünyada daha çox faydalanmağa çalışırlar.  Onlar
yalnız yemək-içmək haqqında düşünür,  kübar həyat sürməyə
can atırlar.
Amma, dünyanı, öz varlıqlarını məqsədli hesab edənlər, onu
imtahan meydanı sayanlar insanlıq vəzifələri haqqında düşünür,
bu vəzifələrə əməl etmək istəyirlər.  Onlar bir müddət sonra
dünya həyatının başa çatacağına və əbədi bir həyata qədəm
qoyacaqlarına inanırlar. Qur’ani-kərimdə buyurulur: “Bu dünya
həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət
yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər.” Digər


114
bir ayədə oxuyuruq:  “Ey kaş,  həyatım üçün bir şey
fikirləşəydim.”  Ayələr açıq-aşkar bildirir ki,  həqiqi həyat bu
dünya həyatı yox, axirət həyatıdır.
Göründüyü kimi,  həyata hər növ baxış insanı müəyyən bir
rəftara sövq edir.  Kimi yalnız maddi ne’mətlər haqqında
düşünür, kimi isə mə’nəvi ne’mətlərə üstünlük verir. Həzrət Əli
(ə)  buyurur ki,  bir qrup insan dünyanı dəqiq tanımış,  onun
mahiyyətini dərk etmişlər.  Onlar quraqlıqdan yaşıllığa,
viranlıqdan abadlığa səfər edənlər kimidirlər.  Yə’ni dünya
həyatı quraqlıqdan gülüstana səfərdir.  Bu qrupdan olanların
məqsədi tələsik hazırlıq görüb,  məqsədə çatmaqdır.  Onlar bu
yolda bütün olanlarını qurban verir və təəssüflənmirlər. Çünki
istənilən sür’ətli bir vasitə ilə mənzilə çatmaq əsas hədəfdir.
Doğrudan da, ən ali məqsədə çatmaq üçün bütün olanlarından
keçməyə dəyər!  Amma dünyanı rahatlıq,  dünyadan sonranı
viranlıq bilən kəs yalnız dünya ləzzətlərindən daha çox
faydalanmağa çalışır.  Belələri axirət həyatına inanmadıqları,
həmin səfərə hazırlıq görmədikləri üçün dünya həyatını
qənimət hesab edirlər.
HƏZRƏT ƏLININ (Ə) NƏZƏRINDƏ DÜNYA
Həzrət Əli  (ə)  öz övladına ən həqiqi nəzəriyyəni təqdim
edərək buyurur:  “Oğlum,  mən səni dünya və onun halından,
onun dəyişkənliyi və puçluğundan,  əldən-ələ düşməsindən
xəbərdar etdim.”  Bəli,  bu dünya davamlı deyil.  Dünya ilə
müqayisədə axirət misilsiz, ne’mət və şadlıqla dolu bir aləmdir.
Allah həmin aləmi öz sadiq dostları üçün hazırlamışdır. Axirət
aləmini dünya həyatı ilə müqayisə etməyiniz üçün bə’zi
nümunələr göstəririk.  Bu nümunələri nəzərdən keçirib,
düşünün.  Özünüz hansının üstün olduğunu müəyyənləşdirin.
Seçdiyiniz nümunəyə uyğun yaşayın. Həzrət (ə) buyurur: “Sənə
axirət və axirət əhli üçün Allahın hazırladıqlarından xəbər
verdim. İbrət götürməyin, onları öz işində rəhbər tutmağın üçün
hər ikisi haqqında misallar çəkdim.  Dünyanı sınağa çəkib


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə