Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

100
həyatınızda Qur’an və Əhli-beytdən nə qədər faydalanmısınız,
cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa
da,  Qur’an  və  Əhli-beyti  dərdlərimizin  çarəsi  hesab  etmirik.
Bəs Qur’ana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi
qınamalıdır?  Allah  həqiqəti  batildən  ayırmış,  doğru  yolda
nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın
göndərdiyi  peyğəmbərlərə,  tərbiyəçilərə  biganə  qalmışıqsa,
kimdir  günahkar?  Bəli,  insan  yalnız  özünü  məzəmmət
etməlidir.  Qur’an  və  Qur’anın  açıqlamasında  Əhli-beytin  (ə)
buyuruqları  yeganə  çıxış  yolu  olduğu  halda  nədən  bir  belə
biganəyik?  Kitab  və  itrət  insanın  ilk  bələdçiləridir.  Bu
ne’mətlərdən  istifadə  edənlər  heç  vaxt  şəkk-şübhəyə  düçar
olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən
insan  başqa  yerdə  işıq  tapası  deyil.  Həzrət  Peyğəmbər  (s)
buyurur:  “Pərvərdigara!  Mənim  qövmüm  Qur’andan  kənar
gəzdi.”  Qur’an  və  itrətdən  istifadə  edənlərə  Allahın  başqa
yollarla  da  kömək  etməsi  mümkündür.  Bu  hidayətdən  üz
döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində
olmasınlar!


101
ON IKINCI DƏRS
ELM TOPLAMA
Bil,  ey oğlum!  Tövsiyyələrim arasından təqva,  ilahi
vacibat, saleh sələflərin əməl etdikləri daxil olmaqla ən çox
sevdiklərimə diqqət yetir; çünki onlar da (keçmiş salehlər)
sizin kimi möhkəmlik və xoş düşüncəni tərk etməmişlər. Siz
necə düşünürdünüzsə,  onlar da elə düşünmüşlər;  nəticə


102
əldə etdikdə əməl etmiş,  məs’uliyyətli olmadıqda istənilən
bir işdən çəkinmişlər.
Əgər onların yolunu tutub,  həmin yolu getmək
istəmirsənsə,  özün onların bildiklərini bilmək istəyirsənsə,
qorxulu şübhələrdən,  yersiz mübahisələrdən çəkinərək,
onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən.
Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə,  yardım
almaq üçün ona üz tut, səni şübhəyə salan, yoldan çıxaran
tərəddüdləri tərk et. Elə ki, əmin oldun qəlbin paklanmış və
işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə
gəlmişdir,  onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər
sal.  Xoşladığın fikir rahatlığı əldə olunamadıqda,  bil ki,
atdığın addımlar kor-koranə olasıdır,  qaranlığa qədəm
qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən
addım atmır və heç nəyi bir-birinə qarışdırmır.  Bu
vəziyyətdə
yubanıb
dayanmaq
daha
yaxşı,  daha
münasibdir.
Bu mövzuda ilk və son sözüm budur ki, öz Allahım, ilkin
və son ataların Allahı, göylərdə və yerdə olanların Allahına
layiq olduğu tərzdə,  necə lazımdırsa,  necə rəvadırsa,
təşəkkür deyirəm.  Onun istədiyi,  layiq olan şəkildə ondan
istəyirəm ki, bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) və
bütün peyğəmbərlərə bütün məxluqatın göndərdiyi salamı
göndərsin.  Ondan istəyirik ki,  ne’mətini bizi eşitməklə
tamamlasın. Həqiqətən, bütün layiqli işlər onun ne’mətinin
köməyi ilə yerinə yetir.”


103
Həzrət Əli (ə) vəsiyyətinin xülasə şəkilli ilk hissəsindən sonra
ətraflı söhbətə başlayır.  Bildirir ki,  ilahi təqvaya,  vacib ilahi
əmrlərə,  saleh sələflərin yoluna əməl edilməsi zəruridir.  O,
övladını öz sevdiyi işlərə diqqət yetirməyə çağırır.  Bu çağırış
dinləyicinin diqqətini cəlb edir.  Uyğun bəyan üsulu bəlağət
qanunlarına riayət edilməsinin əlamətidir.  Nəsihətlərdə təqva
ilə yanaşı ilahi vacibatlara əməl edilməsi də tapşırılır. Təqvanın
tövsiyyə olunması səbəbi aydındır.  Bəs ilahi vacib əmrlər nə
üçün xatırladılmışdır?  Bu sualın cavabını tapmaq üçün bə’zi
izahlara ehtiyac duyulur.
DINI MAARIFƏ YIYƏLƏNMƏ YOLLARı
Uyğun dəyərli tövsiyyəni bəyan edərkən deyilməlidir ki, ilahi
maarifə  yiyələnmək  üçün  iki  yol  var:  Yollardan  biri  dini
zəruriyyətləri  ətraflı  şəkildə  öyrənmək  və  möhkəm  dəlillərlə
sübuta  yetirmək,  şər’i  hökmlərdə  isə  başqalarına  təqlid
etməkdir. Məsələn, tövhid və nübuvvətin sübutu üçün möhkəm
dəlillər  əldə  etdikdən  sonra  ikinci  dərəcəli  mə’lumatları


104
başqalarından  almaq  olar.  Eləcə  də  Qur’anın  Allah  kitabı
olmasına  dəlillər  vasitəsi  ilə  əmin  olduqdan  sonra  bu  kitabın
köstərişlərinə  əməl  etmək  qalır.  Qur’ana  iman  gətirən  insan
mələklərin,  bərzəxin,  qiyamətin,  cənnət-cəhənnəmin  varlığı
üçün sübut axtarmaya bilər. Çünki sadalanan xəbərlər Qur’anda
bəyan olunmuşdur. E’tiqadlara belə bir münasibətlə yanaşıldığı
vaxt  əməli  hökmlərə  də  bu  yolla  təslim  olmaq  lazım  gəlir.
Məsələn, namazın, orucun zəruriliyi sübuta yetdikdən sonra bu
ibadətlərə  aid  kiçik  məsələlərdə  mütəxəssislərə  təqlid  etmək,
onların göstərişlərini yerinə yetirmək kifayətdir. Bu yolu seçən
insan  özünü  artıq  zəhmətə  salmadan  bir  çox  məsələləri  hazır
şəkildə  başqalarından  öyrənir.  Vəsiyyətnamədə  aşkar  şəkildə
bildirilir  ki,  insan  çalışaraq  e’tiqad  və  əməl  bünövrəsini
möhkəmləndirməlidir.  Dini  zərurətləri  sübuta  yetirərək  qəbul
edən insan heç vaxt şəkk-şübhəyə düşüb, yolundan azmır. Dini
əsaslara əmin olduqdan sonra insan Allahın və Peyğəmbərin (s)
buyuruqlarını istisnasız olaraq düzgün sayır və nə üçün niyəsiz
əməl  edir.  Məsələn,  bir  şəxsdən  ilk  qəbir  gecəsi  haqqında
soruşulduqda o, tərəddüd etmədən Peyğəmbər (s) və Əhli-beyt
buyuruqlarına  istinad  edərək  cavab  verir.  Bu  yola  yolçuluq
edən  bəndə  dini  zərurətlər  dairəsində  kənarda  axtarışlar
aparmaqla  özünü  zəhmətə  salmır.  Bu  yol  digər  yola  nisbətən
daha təhlükəsiz və az məs’uliyyətlidir.
Dini maarifə yiyələnməyin ikinci yolu bütün e’tiqadi və əməli
işlərdə yetərli dəlillər əldə olunmasıdır. Bu yolu seçən insanlar
ən kiçik məsələlərdə belə dəlil axtarır,  kimsənin mövqeyinə
istinad etmir, yalnız əldə etdiyi sübutları e’tibarlı sayır. Sözsüz
ki,  ikinci yolu seçənlər və davam edənlər çox azdır.  Çünki
bütün kiçik məsələləri araşdırıb,  yetərli dəlillər əldə etmək
olduqca çətindir. Bu yol ideal və üstün yol olsa da, hamı üçün
müyəssər deyil. İste’dadlı və lazımınca vaxtı olan, kifayət qədər
diqqət göstərən,  pak və qüvvəli insanlar bu yolu gedə bilər.
Amma şərait olmadıqda bu yola can atmaq lazım deyil. Birinci
yol daha rahat və məqsədəuyğundur. Birinci yolu gedənlər “nə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə