Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

87
FÜRSƏTI QƏNIMƏT SAYMAQ
Dəyərli  vəsiyyətnamənin  digər  bir  cəhəti  həzrətin  (ə)  öz
mövqeyini bəyan etməsidir. O buyurur: “Dərk etdim ki, süstlük
və  zəifliyim  get-gedə  artır,  müəyyən  məqsədlərlə  sənə
vəsiyyətə  başladım...”;  “Məbada,  qəlbimdə  olanları  deməmiş
əcəlim çata...” Bu sözlər olduqca böyük bir dərsdir. Həzrət (ə)
bizi öyrədir ki, xeyir bir işi görməyə şərait yarandıqda  fürsəti
əldən 
verməyək. 
Belə 
bir 
fürsətin 
növbəti 
dəfə
yaranıb-yaranmayacağını  kim  bilir?  Ona  görə  də  münasib
şəraiti qənimət bilmək lazımdır. Bu günkü şərait sabah olmaya
bilər. Xəstəlik, zəiflik kimi minlərlə maneələr ortaya çıxa bilər.
Sabaha  işarə  ilə  Həzrət  (ə)  buyurur:  “(Sabah)  düşüncəm  də
bədənim kimi zəifliyə düçar ola (bilər)...”
Həzrətin (ə) düşüncə zəifliyinə işarə etməsi bir daha göstərir
ki, o, mə’sum imam yox, pir bir ata kimi danışır. Çünki belə bir
zəiflik  mə’sum  imamlardan  uzaqdır.  Həzrət  (ə)  bütün
müsəlmanlara  anlatmaq  istəyir  ki,  bu günkü  sağlam  bədən  və
düşüncə  sabah  olmaya  da  bilər.  Həzrət  (ə)  vəsiyyətin  bu
hissəsində xeyir yolu kəsə biləcək bir sıra maneələri sadalayır:
1. Ömrün sona çatması, əcəlin yetişməsi;
2. Fiziki və düşüncə sağlamlığının əldən çıxması;
3. Münasib şəraitin əldən çıxması. 
Bu  maneələr  ortaya  çıxmamış  tələsmək,  xeyir  işlər  görmək
lazımdır.  Həzrət  (ə)  öz  buyuruqları  ilə  diqqəti  bu  nöqtəyə
yönəldir.  Ona  görə  də  buyurur:  “Məbada,  qəlbimdə  olanları
deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifliyə, nəfs
meylləri məni qabaqlayıb sənə hakim ola!”
İNHIRAFDAN (AZĞıNLıQDAN) QABAQ ONUN ISLAHı
Əgər  diqqətlə  nəzər  salsaq,  Həzrətin  (ə)  bu  buyuruğunda
dolayı  bir  öyüd  də  vardır.  Sifariş  olunur,  tapşırılır  ki,  ey
insanlar,  çirkaba  batmamış  öz  qədrinizi  bilin;  əgər  azca
bulaşmısınızsa,  bu  bulaşığı  artmağa  qoymayın;  bulaşıq  qəlbə
moizə və nəsihətin heç bir tə’siri olmayacaqdır; qəlbiniz nəfəs


88
alırkən ona çarə qılın; onu moizə ilə işıqlandırın; moizə edənlər
də  diqqətli  olsunlar  –  qəlbləri  zülmətə  qərq  olmamış  onu
işıqlandırsınlar. 
Diqqəti  cəlb  edən  digər  bir  nöqtə  ədəb  qaydalarına  riayət
etməklə  dinləyicinin  e’timadını  qazanmaqdır.  Həzrət  (ə)
buyurmur ki, sizin öləcəyinizdən qorxub, fürsəti qənimət bilir,
vəsiyyət  edirəm.  Çünki  bu  sayaq  sözlər  xüsusi  ilə  gənclərə
mənfi  tə’sir  edər,  onlarda  ikrah  yaradar.  Belə  danışıq  ədəb
qaydalarına  ziddir  və  dinləyici  söhbətin  ardını  dinləməkdən
imtina edə bilər. Nifrət doğuran söz, şübhəsiz ki, müsbət tə’sir
göstərə bilməz. Ona görə də həzrət Əli (ə) uyğun sözləri özünə
aid  edərək  buyurur:  “Məbada,  qəlbimdə  olanları  deməmiş
əcəlim  çata...”  çünki  kimin  nə  qədər  yaşayacağı  həmin  şəxsin
alnına  yazılmayıb.  Gənc  yaşında  heç  kəsin  gözləmədiyi  halda
dünyasını dəyişənlər azmıdır?!  
QƏLBIN TƏRBIYƏVI YÖNÜMLƏRI   
Gənclik  dövrü  moizə  və  nəsihət  üçün  münasib  dövrdür.
Çünki gəncin qəlbi əkin üçün münbit toxunulmamış torpaqdır.
Münbit torpaqda əkilən bitki tez cücərir və sür’ətlə inkişaf edir.
Amma  dəfələrlə  əkilmiş,  eləcə  də  alaq  basmış  torpaqda  yeni
bitki cücərtmək çətin olur. Gəncin qəlbi yanlış əqidələrdən pak
və  təmizdir.  Bu  qəlbdə  hansısa  nəfs  istəyi  kök  atmamışdır  və
onu  saflaşdırmaq  çətin  deyil.  Yə’ni  günah  və  eyb  gəncin
qəlbində  xasiyyətə  çevrilməmişdir.  Ona  görə  də  gənc  insanın
qəlbi tə’lim-tərbiyə üçün hazırdır. Bu qəlbdə elmi və tərbiyəvi
toxum az  zəhmətlə, qısa zamanda  cücərir. Amma yaş ötdükcə
nəfs istəkləri cana hoparaq, xasiyyətə çevrilir. İnsanı bu haldan
azad etmək çətin olur. Alaq basmış sahədə əkilən bitki sıxıntıya
düçar  olur,  normal  inkişaf  edə  bilmir.  Həzrət  (ə)  buyurur:
“Qəlbin  bərk,  ağılın  məşğul  olanadək  (olmamış)  ədəb  öyrən.”
Vəsiyyətdə  qəlbin  həm  əməli,  həm  də  elmi  yönümlərinə
toxunulur.  Beləcə,  deyə  bilərik  ki,  gənc  qəlb  iki  cəhətdən
tə’lim-tərbiyəyə hazır olur. 


89
Nöqsanlı,  puç  fikirlərə  məşğul  olan  qəlb  nəzəri  cəhətdən
inhirafa – çaşqınlığa düçar olmuşdur və getdikcə öz dözümünü
itirir. Belə qəlb hətta çox aydın məsələlərdə də şübhəyə düşür,
tərəddüd  edir.  Elm  dolanbaclarında    büdrəyən  şəxs  hər  şeyə
şübhə  ilə  yanaşır.  Dolaşıq  məsələlərlə  beyni  yüklənmiş  insan
həqiqəti  çətinliklə  qəbul  edir,  bə’zən  isə  həqiqəti  qəbul
etməkdən  imtina  edir.  Amma  yüklənməmiş  zehn  istənilən  bir
mə’lumatı asanlıqla qəbul edir. Əsas problemlərdən biri budur
ki, 
yaşa 
dolduqca 
beyin 
müxtəlif 
informasiyalarla
yükləndiyindən onun qəbuletmə imkanı azalır. 
Qəlb  üçün  əməli  problem  onun  günah  nəticəsində
daşlaşmasıdır. Daşlaşmış qəlbə moizə tə’sir etmir, onu tərbiyə
etmək  çətinləşir.  Bu  məsələni  bir  misalla  aydınlaşdırmağa
çalışaq:  Yağa  bulaşmış  stəkanı  təmizləmək  üçün  xeyli  zəhmət
çəkmək  lazım  gəlir.  Amma  bulaşmamış,  divarları  şəffaf
stəkandan istifadə etmək çox asan olur. Qəlb də belədir. Əxlaqi
nöqsanlara bulaşmamış qəlb safdır və onu tərbiyələndirmək çox
asandır.  Çirkin  sifətlərin  yol  tapdığı  qəlbi  isə  təmizləmək
problemə  çevrilir.  Bə’zən  bu  çirkinlik  elə  bir  həddə  çatır  ki,
qəlbi  təmizləmək  mümkünsüz  olur.  Bu  mühüm  nöqtəni
nəzərdən  qaçırmamalıyıq  ki,  yanlış  düşüncələrin,  nöqsanlı
əxlaqın,  məzəmmət  olunmuş  əməllərin  yol  tapdığı  qəlbi
əvvəlcə təmizləyib, paklaşdırmaq lazımdır. Qəlbin ilahi maarifi
qəbul  edə  bilməsi  üçün  onun  çirkinliklərdən  təmizlənməsi
zəruridir.  Bulaşıq  qab  kimi  çirklənmiş  qəlb  müsbət  dəyərlərlə
yükləmək iste’dadına malik olmur.
BULAŞıQ QƏLBIN XÜSUSIYYƏTLƏRI
Həzrəti Əli (ə) oğlu imam Həsənə (ə) xəbərdarlıq edir ki, öz
qədrini  bilsin,  hansı  dövrdə,  hansı  şəraitdə  yaşadığına  diqqətli
olsun. Gənclik, qəlb saflığı çirkaba bulaşmamış tədbir görmək
lazımdır.  Bu  fürsəti  qənimət  bilmək  gərəkdir.  Axı  belə  bir
şərait  həmişə  ələ  düşmür.  Nə  vaxtsa  qəlb  daşlaşıb,  həqiqəti
qəbul  etmək  iste’dadını  itirə  də  bilər.  Daşlaşmış  qəlb  səadət


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə