87
FÜRSƏTI QƏNIMƏT SAYMAQ
Dəyərli vəsiyyətnamənin digər bir cəhəti həzrətin (ə) öz
mövqeyini bəyan etməsidir. O buyurur: “Dərk etdim ki, süstlük
və zəifliyim get-gedə artır, müəyyən məqsədlərlə sənə
vəsiyyətə başladım...”; “Məbada, qəlbimdə olanları deməmiş
əcəlim çata...” Bu sözlər olduqca böyük bir dərsdir. Həzrət (ə)
bizi öyrədir ki, xeyir bir işi görməyə şərait yarandıqda fürsəti
əldən
verməyək.
Belə
bir
fürsətin
növbəti
dəfə
yaranıb-yaranmayacağını kim bilir? Ona görə də münasib
şəraiti qənimət bilmək lazımdır. Bu günkü şərait sabah olmaya
bilər. Xəstəlik, zəiflik kimi minlərlə maneələr ortaya çıxa bilər.
Sabaha işarə ilə Həzrət (ə) buyurur: “(Sabah) düşüncəm də
bədənim kimi zəifliyə düçar ola (bilər)...”
Həzrətin (ə) düşüncə zəifliyinə işarə etməsi bir daha göstərir
ki, o, mə’sum imam yox, pir bir ata kimi danışır. Çünki belə bir
zəiflik mə’sum imamlardan uzaqdır. Həzrət (ə) bütün
müsəlmanlara anlatmaq istəyir ki, bu günkü sağlam bədən və
düşüncə sabah olmaya da bilər. Həzrət (ə) vəsiyyətin bu
hissəsində xeyir yolu kəsə biləcək bir sıra maneələri sadalayır:
1. Ömrün sona çatması, əcəlin yetişməsi;
2. Fiziki və düşüncə sağlamlığının əldən çıxması;
3. Münasib şəraitin əldən çıxması.
Bu maneələr ortaya çıxmamış tələsmək, xeyir işlər görmək
lazımdır. Həzrət (ə) öz buyuruqları ilə diqqəti bu nöqtəyə
yönəldir. Ona görə də buyurur: “Məbada, qəlbimdə olanları
deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifliyə, nəfs
meylləri məni qabaqlayıb sənə hakim ola!”
İNHIRAFDAN (AZĞıNLıQDAN) QABAQ ONUN ISLAHı
Əgər diqqətlə nəzər salsaq, Həzrətin (ə) bu buyuruğunda
dolayı bir öyüd də vardır. Sifariş olunur, tapşırılır ki, ey
insanlar, çirkaba batmamış öz qədrinizi bilin; əgər azca
bulaşmısınızsa, bu bulaşığı artmağa qoymayın; bulaşıq qəlbə
moizə və nəsihətin heç bir tə’siri olmayacaqdır; qəlbiniz nəfəs
88
alırkən ona çarə qılın; onu moizə ilə işıqlandırın; moizə edənlər
də diqqətli olsunlar – qəlbləri zülmətə qərq olmamış onu
işıqlandırsınlar.
Diqqəti cəlb edən digər bir nöqtə ədəb qaydalarına riayət
etməklə dinləyicinin e’timadını qazanmaqdır. Həzrət (ə)
buyurmur ki, sizin öləcəyinizdən qorxub, fürsəti qənimət bilir,
vəsiyyət edirəm. Çünki bu sayaq sözlər xüsusi ilə gənclərə
mənfi tə’sir edər, onlarda ikrah yaradar. Belə danışıq ədəb
qaydalarına ziddir və dinləyici söhbətin ardını dinləməkdən
imtina edə bilər. Nifrət doğuran söz, şübhəsiz ki, müsbət tə’sir
göstərə bilməz. Ona görə də həzrət Əli (ə) uyğun sözləri özünə
aid edərək buyurur: “Məbada, qəlbimdə olanları deməmiş
əcəlim çata...” çünki kimin nə qədər yaşayacağı həmin şəxsin
alnına yazılmayıb. Gənc yaşında heç kəsin gözləmədiyi halda
dünyasını dəyişənlər azmıdır?!
QƏLBIN TƏRBIYƏVI YÖNÜMLƏRI
Gənclik dövrü moizə və nəsihət üçün münasib dövrdür.
Çünki gəncin qəlbi əkin üçün münbit toxunulmamış torpaqdır.
Münbit torpaqda əkilən bitki tez cücərir və sür’ətlə inkişaf edir.
Amma dəfələrlə əkilmiş, eləcə də alaq basmış torpaqda yeni
bitki cücərtmək çətin olur. Gəncin qəlbi yanlış əqidələrdən pak
və təmizdir. Bu qəlbdə hansısa nəfs istəyi kök atmamışdır və
onu saflaşdırmaq çətin deyil. Yə’ni günah və eyb gəncin
qəlbində xasiyyətə çevrilməmişdir. Ona görə də gənc insanın
qəlbi tə’lim-tərbiyə üçün hazırdır. Bu qəlbdə elmi və tərbiyəvi
toxum az zəhmətlə, qısa zamanda cücərir. Amma yaş ötdükcə
nəfs istəkləri cana hoparaq, xasiyyətə çevrilir. İnsanı bu haldan
azad etmək çətin olur. Alaq basmış sahədə əkilən bitki sıxıntıya
düçar olur, normal inkişaf edə bilmir. Həzrət (ə) buyurur:
“Qəlbin bərk, ağılın məşğul olanadək (olmamış) ədəb öyrən.”
Vəsiyyətdə qəlbin həm əməli, həm də elmi yönümlərinə
toxunulur. Beləcə, deyə bilərik ki, gənc qəlb iki cəhətdən
tə’lim-tərbiyəyə hazır olur.
89
Nöqsanlı, puç fikirlərə məşğul olan qəlb nəzəri cəhətdən
inhirafa – çaşqınlığa düçar olmuşdur və getdikcə öz dözümünü
itirir. Belə qəlb hətta çox aydın məsələlərdə də şübhəyə düşür,
tərəddüd edir. Elm dolanbaclarında büdrəyən şəxs hər şeyə
şübhə ilə yanaşır. Dolaşıq məsələlərlə beyni yüklənmiş insan
həqiqəti çətinliklə qəbul edir, bə’zən isə həqiqəti qəbul
etməkdən imtina edir. Amma yüklənməmiş zehn istənilən bir
mə’lumatı asanlıqla qəbul edir. Əsas problemlərdən biri budur
ki,
yaşa
dolduqca
beyin
müxtəlif
informasiyalarla
yükləndiyindən onun qəbuletmə imkanı azalır.
Qəlb üçün əməli problem onun günah nəticəsində
daşlaşmasıdır. Daşlaşmış qəlbə moizə tə’sir etmir, onu tərbiyə
etmək çətinləşir. Bu məsələni bir misalla aydınlaşdırmağa
çalışaq: Yağa bulaşmış stəkanı təmizləmək üçün xeyli zəhmət
çəkmək lazım gəlir. Amma bulaşmamış, divarları şəffaf
stəkandan istifadə etmək çox asan olur. Qəlb də belədir. Əxlaqi
nöqsanlara bulaşmamış qəlb safdır və onu tərbiyələndirmək çox
asandır. Çirkin sifətlərin yol tapdığı qəlbi isə təmizləmək
problemə çevrilir. Bə’zən bu çirkinlik elə bir həddə çatır ki,
qəlbi təmizləmək mümkünsüz olur. Bu mühüm nöqtəni
nəzərdən qaçırmamalıyıq ki, yanlış düşüncələrin, nöqsanlı
əxlaqın, məzəmmət olunmuş əməllərin yol tapdığı qəlbi
əvvəlcə təmizləyib, paklaşdırmaq lazımdır. Qəlbin ilahi maarifi
qəbul edə bilməsi üçün onun çirkinliklərdən təmizlənməsi
zəruridir. Bulaşıq qab kimi çirklənmiş qəlb müsbət dəyərlərlə
yükləmək iste’dadına malik olmur.
BULAŞıQ QƏLBIN XÜSUSIYYƏTLƏRI
Həzrəti Əli (ə) oğlu imam Həsənə (ə) xəbərdarlıq edir ki, öz
qədrini bilsin, hansı dövrdə, hansı şəraitdə yaşadığına diqqətli
olsun. Gənclik, qəlb saflığı çirkaba bulaşmamış tədbir görmək
lazımdır. Bu fürsəti qənimət bilmək gərəkdir. Axı belə bir
şərait həmişə ələ düşmür. Nə vaxtsa qəlb daşlaşıb, həqiqəti
qəbul etmək iste’dadını itirə də bilər. Daşlaşmış qəlb səadət
Dostları ilə paylaş: |