80
etsinlər?” Həzrət Əli (ə) də bu əsasla “arzularını yalnız öz
Allahından istə” –deyə buyurur. İnsan öz əməlində riyaya,
Allahdan qeyrilərinin razılığına yer verdiyi qədər öz dəyərini
aşağı salır. Qatqı qızılın dəyərini saldığı kimi, riya da insanın
qiymətini endirir. Qızıl kimi, insanın da dəyəri onun
xalisliyindədir. Allah öz bəndəsinin xalis, qatqısız olmasını
istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır.
Bəndələrinin xalisliyini, kamilliyini istəyən Allah onu şirkdən
çəkinməyə, ixlaslı olmağa çağırır. Ne’mətlərin Allah
ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin
qarşısında əyilmir. Övliyalara tə’zim isə yalnız Allahın əmri
əsasında mümkün olur. Allah-təala bu məsələni aydınlaşdıraraq
buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa
heç kəs qurtara bilməz...” Xeyir də belədir, şübhəsiz. Bu ayədə
peyğəmbərə (s) müraciət olunsa da, məqsəd bütün insanları
xəbərdar etməkdir. Axı peyğəmbərin (s) mə’rifəti bizim
mə’rifətimizdən çox-çox dərindir. Allah-təala buyurur ki, sizə
zərər yetirmək istəsəm, yenə də kimsə buna mane ola bilməz;
bəs nə üçün qəlbiniz başqalarına tərəf yönəlir?! Başqalarında
olan hansı şey Allahda yoxdur?! Allahını tanıyan bəndəyə
layiqdirmi ki, başqalarına üz tutsun?! Biganələrin qapısında
boyun büküb, məhbubdan uzaq dayanmağın əsası nədir?!
Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb,
nəsə istəmək ağıllı işdirmi?! Kimdə nə varsa, Allahın
əmanətidir. Ne’mət sahibi ola-ola həmin ne’mətdən pay umana
ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?!
Ağıllı iş isə budur ki, “arzularını yalnız öz Allahından istə.
Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İSTIXARƏNIN MƏ’NASı
Əgər özü möhtac olan insana ağız açmaq ağılsızlıqdırsa,
yalnız Allahdan istəmək lazımdır. Allahdan nə istəmək lazım
olduğunu da bilmək lazımdır. Həzrət Əli (ə) belə tövsiyyə edir:
81
“Daim Allahdan xeyir istə”. Vəsiyyətin bu cümləsində
“istixarə” sözü işlədilmişdir. Bu söz üç mə’nada işlədilə bilər:
1. “Xeyir axtarışı” mə’nası. Bir iş görmək istəyərkən əvvəlcə
götür-qoy edib, ən yaxşı yolu seçmək lazımdır. Bu mə’nada
istixarə mümkün olan yollar arasından ən xeyirlisini, mövcud
olan variantların ən üstününü seçməkdir. Əlbəttə ki, insan
fitrətən, təbiətən də ən üstün şeyi seçməyə meyillidir.
2. Allahdan xeyir istəmək mə’nası. Daim xeyir axtaran insan,
təbii ki, Allahdan da xeyir istəyəsidir.
3. Mə’lum üsullardan biri vasitəsi ilə ən məsləhətli, ən xeyirli
yolun tapılması. Belə ki insan ayə və rəvayətlərdə göstərilmiş
üsullardan birinin vasitəsi ilə ən məsləhətli yolu tapıb, hərəkət
edə bilər. Məsələn, Qur’an və ya təsbehin köməyi ilə müxtəlif
yollar arasında ən faydalısını tə’yin etmək olar.
Qeyd olunan üç mə’nadan burada ən münasibi ikinci mə’na,
yə’ni Allahdan daim xeyir istənilməsidir.
ŞƏRIƏT ƏHLI ARASıNDA ISTIXARƏ
Bə’zi qaranlıq nöqtələrə aydınlıq gətirmək, şübhələri aradan
qaldırmaq üçün istixarənin bugünkü anlamı haqqında bə’zi
məsələləri araşdırmaq münasib olardı.
1. İSTIXARƏNIN MÜNASIB YERI
Bu günkü anlamda istixarədən o vaxt istifadə etmək olar ki,
insan xeyirli yolu tapmaq üçün öz ağılından və başqalarının
məsləhətindən faydalana bilmir. Yə’ni insan elə bir vəziyyətə
düşür ki, nə edəcəyini bilmir və uyğun vəziyyətdən çıxmaq
üçün istixarəyə əl atır. Xeyir yolu tapmaqda aciz qalmış insan
istixarə vasitəsi ilə Allahdan xeyir istəyir. Əlbəttə ki, Allah bu
vaxt vəhy göndərmir ki, həqiqi xeyir haradadır. Sadəcə, insan
istixarəni Allahla öz arasında vasitə seçir və deyir:
“Pərvərdigara, mən bu işi Sənin razılıq əlamətin kimi nəzərdə
tuturam, məni doğru, xeyirli yola yönəlt.” Ona görə də
istixarədən məəttəlçilikdən qurtulmaq üçün istifadə edilir. Ağıl
və məsləhətin tə’sirli olduğu işlərdə istixarəyə üz tutmaq,
82
istixarəni vərdişə çevirmək olmaz. Mə’sum imamlar (ə) bir
rəvayət də olsun belə, ağıl və məsləhət əvəzinə istixarəni əsas
götürməyi tövsiyyə etməmişlər. Bəli, yalnız bütün yollar bağlı
olduqda insan çıxış yolu kimi istixarə edib, Allahdan xeyirli yol
istəyə bilər.
2. İSTIXARƏ ÜÇÜN DƏLIL
Digər zəruri nöqtə istixarə üçün dəlilə malik olmaqdır. Yə’ni
insan hansı dəlillə istixarə yolunu seçə bilər? Tərəddüddən
qurtulmaq üçün istixarə edərkən xüsusi bir dəlilə ehtiyac
yoxdur. Əql özü tərəddüdü insan üçün zərərli bildiyindən bu
vəziyyətdən çıxış yolu tapılmasını zəruri sayır. Belə bir
vəziyyətə düşmüş insan istənilən halal yolla vəziyyətdən
çıxmalıdır. Belə bir məqamda istixarə özü məsləhətli sayılır.
İstixarə duanın bir növüdür. İnsan istixarə vasitəsi ilə sanki
deyir: “Pərvərdigara, qərarsızam, Sən isə hər şeydən agah,
rəhimlisən. Xeyirli olan yolu mənə göstər.” Başqa sözlə,
istixarə edən şəxs bir Qur’an ayəsini vasitə seçir ki, bu yolla
nəyin Allah nəzərində xeyirli olduğunu öyrənsin. Allaha
e’timadlı olan, Onu alim və qadir bilən şəxs ərz edir:
“Pərvərdigara mən dua edirəm, duamı qəbul et, xeyir yolu
mənə göstər.” Allaha e’timad göstərib, Ondan yol göstərməsini
istəyən şəxs əmindir ki, Allah onu doğru yola yönəldəcəkdir.
Beləcə, istixarə etmək üçün şər’i dəlilimiz olmasa da, bu iş dinə
zidd deyil. Çünki istixarədə sadəcə əlamət qəbul edərək
deyirik: “Pərvərdigara, bu əlamət vasitəsi ilə mənə xeyir və şəri
göstər.” Bu mövzuda daha artıq mə’lumat əldə etmək üçün
“Biharul-ənvar” kitabına müraciət edə bilərsiniz.
3.İSTIXARƏNIN TƏRBIYƏVI ƏHƏMIYYƏTI
İnsanın qeyri-adi bir yolla həqiqətləri kəşf etməsi ilahi qayda
deyil. Ruzi qazanmaq üçün minlərlə vasitə olduğu kimi, başqa
ehtiyaclara çatmaq üçün də vasitələr mövcuddur. Allah hər bir
bəndəsinin ruzisini onun evində də yetirə bilərdi və bu iş Onun
üçün çətin deyil. Amma istənilən bir ehtiyacın ödənməsi üçün
Dostları ilə paylaş: |