Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə51/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

179
dəyərsiz olduğunu bəyan edir.  Həzrət  (ə)  axirət dünyası
ne’mətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri
qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz.
Amma dünyaya mə’sumlardan fərqli baxan bizlər həzrətin
“dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə
eşitsək də,  yenə əmin olmuruq.  Bizi cəhalət içində görən
imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa
çalışırlar.  Nəfs istəkləri bəsirət gözümüzü bağladığından
şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə
qələbə çalmışdır.  Allah bəndələrini sevən həzrət Əli  (ə)
müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, “çürümüş donuz
sümüyünə”  aşiq olmamağımıza sə’y göstərmişdir.  Çünki
dünyaya aşiq olan axirətini itirir.  İnsan öz dini vəzifələrinə
əməl edərsə,  həm dünyanın halal ne’mətlərindən faydalanar,
həm də əbədi axirət ne’mətlərindən məhrum olmaz.
CƏMIYYƏTIN FƏRDƏ TƏ’SIRI
İnsan,  adətən,  yaşadığı mühitin tə’siri altında olur.  O,
başqalarını razı salacaq bir şəkildə hərəkət etmək istəyir. Eləcə
də barmaqla göstərilmək,  kimsədən dala qalmaq onun üçün
ağırdır.  Xalqı bir məsələyə diqqətlə yanaşdığını görən insan
həmin işin xeyirli və ya zərərli olmasını yoxlamadan çoxluğa
qoşulur. Sözsüz ki, fərdə mühitin böyük tə’siri var. Çoxluq bir
şeyi əldə etməyə çalışırsa, fərd də çoxluğun tə’siri altında eyni
cür hərəkət edir.  İnsanların bir yerə toplaşdığını görən şəxs
tələsik onlara yaxınlaşır. İlk əvvəl cəmiyyətdən fərqli düşünən
insan,  nəhayət toplumun rə’yinə uyğunlaşır.  Bu yaxınlaşma
ixtiyarsız şəkildə baş verir.  Maraqlıdır ki,  dünya ne’mətlərinə
münasibətdə ictimai tə’sir daha güclüdür.  Dünya ne’mətləri
uğrunda mübarizəni hər addımda müşahidə edən insan
istər-istəməz bu yarışa qoşulur.  Dünyapərəst insanlar ov
ətrafında dövrə vurub dayanmış qızılquşları xatırladırlar. Onlar
ovdan daha çox pay götürmək üçün bir-birlərinə dimdik atır,
caynaqlaşırlar.  Bu misalı təkcə dünyapərəst insanlara yox,  bir


180
çox müsəlmanlara da şamil etmək olar. Amma ağıl ne’məti ilə
bəzənmiş insan dünya malı uğrunda savaşa qatılmamalıdır.
Dünya malı qızılquşların,  quzğunların qonduğu leşi xatırladır.
Düşüncəli insan öz hisslərini cilovlamalı,  canavarlara,
quzğunlara qoşulmamalıdır.  İnsan Allahın müəyyənləşdirdiyi
ruzini qazanmalı və bununla kifayətlənməlidir. Dünya həyatını,
komfortlu yaşayışı məqsədə çevirmək insana yaraşmayan bir
işdir.
TƏNBƏLLIK AYRı, ZÖHD (PƏHRIZ) AYRı!
Qeyd  etməliyik  ki,  dünyapərəstlikdən  çəkinəmək  (zöhd)
tənbəllik  kimi  başa  düşülməməlidir.  Dünya  yox,  dünyaya
bağlılıqda  ifrata  varmaq  məzəmmət  olunur.  İnsan  dünyaya
hərislik  göstərmədən  çalışmalı  və  ehtiyacından  artıq  qalanı
(bə’zən  hətta  ehtiyac  duyduğunu)  imkansızlara  bağışlamalıdır.
Dünyaya hərislik gündə bir model maşın, bir moda geyim, bir
forma ev arzusunda olmaq, sözsüz ki, pislənilir. İnsanı bədbəxt
edən  məhz  dünyaya  hərislikdir,  var-dövlət  yarışıdır.  İnsan
vəzifəsini  müəyynləşdirib,  ona  əməl  etməli  və  əmin  olmalıdır
ki,  Allah  öz  saleh  bəndəsini  bədbəxtliyə  düçar  etməz.  Bizi
övliyalara  əta  olunmuş  ne’mətlər  maraqlandırmalıdır.
Kafirlərin var-dövləti mö’minlərdə həsəd doğurmamalıdır.
Qur’anda  buyurulur:  “Dünya  həyatı  aldadıcı  həzz  və
əyləncədən  başqa  bir  şey  deyil.”; “Dünya  həyatı  oyun  və
əyləncədən  başqa  bir  şey  deyil.”  Belə  bir  dünyaya  könül
verməyə dəyərmi?! Allahın müvəqqəti mənzil kimi tanıtdırdığı
dünyaya bağlanmaq yox, ona sevgi bağlarını qırmaq gərək!


181
İYIRMI IKINCI DƏRS
DÜNYA VƏ AXIRƏT
Məbada,  dünyaya könül verən,  dünya üstə bir-birlərinin
üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra.  Çünki
Allah səni dünyadan xəbərdar etmiş,  dünya öz necəliyini
sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni
qaldırmışdır.  Həqiqətən,  dünyapərəstlər hürüşən itlər və
yırtıcılardır ki,  ov üstündə bir-birlərinin başlarına
qışqırırlar; güclülər zəiflərə tamah salır, onların böyükləri
kiçikləri məğlub edir; dünya öz əhlini doğru yoldan azdırdı,
əyri yola çəkdi,  savab yolunu gözlərinə bağladı;  heyrət
içində dolaşmış,  fitnələrdə qərq olmuş,  onu özlərinə tanrı
götürmüşlər.  Dünya onlarla oyuna başlamış,  onlar da
dünya ilə oyuna aludə olmuşlar.  Dünyadan sonranı isə
unutmuşlar.


182
Məbada, ey oğlum, dünyanın bol eyiblərinin pisləşdirdiyi
kəs olasan!  Dünya əhlinin bir qismi ayağıbağlı dəvədə
dayanır,  digər qismi ağlını əldən verib əyri yolda azad
gəzir;  işlərində avara,  zərər otlağında,  çətin biyabanda,
keçilməz yoldadırlar;  işlərinə yarayası bir çobanları
yoxdur; aram ol ki, qaranlıq pərdəsi kənara çəkilsin; guya
karvan mənzilə çatmış və tələsən karvanı tapır.”
Dünya sevgisi ilə axirət sevgisi heç vaxt bir araya sığmır.
İslam dininə görə mö’minin qəlbi axirət sevgisi mə’dəni
olmalıdır.  Bu ideala doğru hərəkətdə qarşıya çıxan mümkün
maneələr daim diqqət mərkəzində olmuş və olmaqdadır.
Söhbətin növbəti hissəsində həmin amillər sadalanır. Sevgi və
nifrət ocağı olan qəlbin tərbiyəsi insanın islahına səbəb olur.
DÜNYAPƏRƏSTLIK AMILLƏRI
Vəsiyyətnamənin bu hissəsində Həzrət  (ə)  dünyapərəstlik
amilləri haqqında danışır. Digər amillərin də ərsəyə gəlməsində
rol oynayan əsas amil insanın mə’rifət (tanıma) və əxlaqındakı
yetərsizlikdir. Mə’lumdur ki, dünya ləzzətləri insanı özünə cəzb
edir.  İlahi maariflə tanış olmayan,  mə’nəvi cəhətdən inkişaf
etməmiş insan dünya ləzzətlərinə daha asan təslim olur.
Dünyanın ürəyə yatımlılığı,  aldadıcılığı özü böyük maneədir.
Dünyanın bu cazibəsi insanın düşüncəsini əlindən alır. Bu amili
ictimai amil daha da güncləndirə bilər.  Dünya malına həris
cəmiyyət insanı öz ağuşuna çəkir.  Cəmiyyətdə tanınmış
şəxsiyyətlərin dünyaya meyli çoxları üçün nümunə olur. İnsan
öz dünyapərəstliyinə bəraət qazandırmaq üçün nüfuzlu şəxsləri
nümunə göstərir. Ona elə gəlir ki, nüfuzlu adamlar dünya malı
ardınca qaçırlarsa,  demək,  bu iş yaxşı işdir.  Dünyapərəst
toplum onunla yanaşı addımlamayan fərdləri məzəmmət edir,
özündə əridir.  Bə’ziləri məhz bu danlaqlar qarşısında tab
gətirməyib, 
var-dövlət
yarışına
qoşulurlar. 
Şeytanın


183
vəsvəsələrini də unutmaq olmaz.  Şeytan daim dünyanı gözəl,
axirəti çirkin göstərməyə çalışır.
DÜNYAPƏRƏSTLIKLƏ MÜBARIZƏ YOLLARı.
Dünyapərəstlik
meyillərini
gücləndirən
amillərlə
qarşı-qarşıya bu meyilləri susduran amillər də mövcuddur. Bu
amillərdən biri Qur’an ayələri və Əhli-beyt  (ə)  buyuruqlarına,
eləcə də,  nurani moizələrə diqqətdir.  Həzrət Əli  (ə)
vəsiyyətnaməsi ətrafında araşdırmaların də əsas məqsədi
şeytana qarşı mübarizə vasitələrinin gücləndirilməsidir. Həzrət
insanı dünyaya bağlayan amillərdən biri kimi ictimai amili
göstərir.  İmamın nəzərinə görə,  xalqın dünyaya üz tutmasının
əsas səbəblərindən biri çoxluğun,  eləcə də nüfuzlu şəxslərin
dünya ardınca qaçmasıdır.  Həzrət  (ə)  buyurur:  “Məbada,
dünyaya könül verən,  dünya üstə bir-birlərinin üstünə şığıyan
dünya əhlinin mehri səni çaşdıra.” Demək, insan çoxluğa yox,
kimin hansı işi nə üçün gördüyünə diqqət yetirməlidir.  Hətta
bütün xalq bir işə meyl etsə də,  insan ağlını işə salıb,  işin
mahiyyətini araşdırmalıdır.  İmam Baqir  (ə)  Cabir ibn Yezid
Cö’fiyə buyurur:  “Əgər bizim vilayət əhli olmaq istəyirsənsə,
Allahın razı olduğu bir işinə görə bütün xalq səni məzəmmət
etsə də, narahat olmamalısan.” Bəli, vəzifəsini icra edən insan
kimsənin
məzəmmətinə
məhəl
qoymamalıdır.  Hədisin
davamında vurğulanır ki,  xalqın  “afərin”  sədaları da mö’mini
sevindirməməlidir.  Vəsiyyətnamədə isə belə buyurulur:
“Həqiqətən dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki,  ov
üstündə bir-birlərinin başlarına qışqırırlar.”  Bəli,  əksər
dünyapərəstlər belədirlər.  Axı iki boğuşan itdən kim ibrət
götürər?!  Bir sözlə,  işin necəliyi onun çoxluq tərəfindən
görülməsi ilə şərtlənmir.  Kəmiyyətə yox,  işin mahiyyətinə
baxmaq, ağıl işlətmək lazımdır. Allahın və mə’sumların, eləcə
də ağılın bəyənmədiyi işlərdən çəkinmək zəruridir. Allah-təala
buyurur: “Dünya həyatı aldadıcı həzzdən və əyləncədən başqa
bir şey deyil.”  Həzrət  (ə)  buyurur:  “Güclülər zəiflərə tamah


184
salır, onların böyüklüyü kiçikləri məğlub edir...” Doğrudan da,
böyüklərin kiçiklərlə qidalanması heyvanlara xas bir əlamətdir.
Ağıllı insan bu yolu tutarmı?!  Həzrət dünyapərəstləri qoyun
sürüsündən də əskik tanıtdırır.  Sürünün qayğısını çəkən,  ona
yol göstərən çoban olduğu halda,  dünyapərəstlər başlı-başına
qalmış xəstə sürüyə bənzəyirlər.  Bu sürüdə də bir çoxluq var.
Məgər bu çoxluğa qatılmaq olarmı?! Həzrət (ə) dünyapərəstləri
çobanın
başlı-başına
buraxdığı
xəstə
sürüyə
oxşadır.
Qur’ani-kərimdə
bu
barədə
buyurulur:  “Artıq
bizim
zikrimizdən üz döndərib,  dünya həyatından başqa bir şey
istəməyənlərdən uzaq ol.”  Bəli,  belələrinin elm və mə’rifəti
digər canlıların olmayan elm və mə’rifətindən fərqlənmir.
Onlar üçün nəfs istəklərini doyurmaqdan başqa məqsəd yoxdur.
Belələri heyvandan da aşağı məqamdadırlar.  Heyvan insana
fayda verdiyi halda,  dünyapərəst insanın zərrəcə faydası
yoxdur. Bu qəbil insanların çoxluğu sizi çaşdırmasın!
DÜNYAPƏRƏSTLIYIN NÖVLƏRI
Vəsiyyətnamədə dünyapərəstlər iki qismə bölünür: Onlardan
bir qismi ayağıbağlı,  digər bir qismi başlı-başına buraxılmış
dördayaqlıya oxşadılır.  Təfsirçilərin nəzərincə,  birinci qisim
dünyapərəstlər tə’sir imkanı zəif olanlar,  ikinci qisim
dünyapərəstlər isə meydan sulayan güclülərdir.  Başqa bir
təfsirə görə,  “ayağıbağlılar”  öz insani şəxsiyyətlərinə rəğmən
hədd gözləyənlər, “başlı-başına buraxılmışlar” isə bütün insani,
dini dəyərləri ayaq altına alanlardır.  Bu günkü dünyamızda
mütləq azadlıq və demokratiya şüarları altında çıxış edən
liberalizm həmin  “başlı-başına buraxılmış”  ifadəsinin bariz
nümunəsidir. Əsrimizin ən böyük bütü həmin bu liberalizmdir.
Liberalistlər özlərini mütləq azad tanıyır və istənilən bir
məhdudiyyəti insan şəxsiyyəti üçün boxuv sayırlar.  Həzrət (ə)
buyurur:  “Dünya onlarla oyuna başlamış,  onlar da dünya ilə
oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar...”


185
DÜNYA KARVANı
Həzrətin  (ə)  nəzərində dünyaya bağlılıq insanı azdırır.
Vəsiyyətnamənin ana xəttini dünyanın axirətlə müqayisəsi
təşkil edir.  Həzrət  (ə)  sanki hündür bir yerdən dünya adlı
məkanı seyr edir, dünyanı uzaqdan görünən karvana bənzədir.
Karvan əhli havanın yavaş-yavaş işıqlanmasına rəğmən
bir-birlərini aram hərəkət etməyə çağırırlar.  Nəhayət,  karvan
yetişir.  Kimi tələsərək başqalarından qabağa çatır.  Geridə
qalanlar da az sonra yetişəsidirlər.
Həzrət  (ə)  özünü axirət mənzilində təsəvvür edir.  Dünya
karvanı asta-asta axirətə yaxınlaşmaqdadır.  Sadəcə,  kimi
qabaqda gəlir, kimi geri qalmışdır. Bəli, dünya həyatı insanları
axirətə daşıyan karvan kimidir.  Ömür o qədər qısadır ki,  azca
səbr etməklə dünya qaranlığı yox olur,  axirət nuru ətrafı
bürüyür.  Kimsə bu karvandan kənarlaşa bilməz.  Bu səfər
məcburidir.  Bu səfərdə karvanı ardınca çəkən gecə və
gündüzdür.  Bəli,  karvan əhlinin miniyi kimsəni yubada
bilməyəcəyi gecə və gündüzdür.  Dünyanın faniliyi,  axirətin
əbədiliyi Allahın qəti əmridir.  İnsan biri uçmaqda olan,  o biri
əzəmətli və möhkəm iki mənzil qarşısındadır. Bu mənzillərdən
hansında yaşamaq insanın özündən asılıdır.  Ağıllı insan
uçmaqda olan mənzili seçərmi?! Seçim öz əlinizdədir!
DÜNYA VƏ AXIRƏT ƏMƏLLƏRININ FƏRQI
Bütün deyilənlərdən belə bir nəticə çıxarılsa ki,  dünya
həyatını süst şəkildə,  tənbəllik içində keçirməliyik,  bu çox
yanlış bir addım olar.  Vəsiyyətnamə dünyadan yox,  dünyaya
hərislikdən çəkinməyə çağırır.  Bütün insanlar hərəkətdədir.
Kimi daha çox dünya ləzzəti əldə etmək üçün çalışır,  kimi
Allahın razılığına xatir vəzifəsini yerinə yetirir. Həzrət Əli (ə)
mədinə çöllərində quyu qazardı.  Bu iş başqa quyuqazanların
işindən zahirən fərqlənmirdi. Amma niyyətlər, məqsədlər fərqli
idi. Həzrət (ə) öz əlləri ilə geniş xurma bağları salmışdır. Onu
başqa əkinçilərdən fərqləndirən məhz Allahın razılığı xatirinə


186
çalışması idi.  Zahirən oxşar olan işlər niyyətlər səbəbindən
yerlə göy arası fərqlənə bilər.  Yalnız Allahın razılığı üçün tər
axıdan əmirəl-mö’minin illər uzunu zəhmət sayəsində başa
gəlmiş bağı bir anda vəqf edib,  xalqın ixtiyarına verir.  Bizim
əkdiyimiz ağaclar bar verəndə necə hərəkət edirik?  Allahın
razılığı, yoxsa qazanc haqqında düşünürük?
Allahın razılığı xatirinə atılan bütün addımlar ibadətdir. İstər,
cəbhədə,  istər əkin sahəsində,  istər təhsil mərkəzində olmuş
olsun!  Ruzi əldə etmək,  asılılıqdan xilas olmaq,  islam
cəmiyyətini inkişaf etdirmək yolunda görülən bütün işlər ibadət
sayılır.  Həzrət  (ə)  dünyaya hərisliyi məzəmmət edir.
Dünyapərəst üçün halal-haram adlı anlayış yoxdur.  O,
addım-addım Allahdan uzaqlaşır, nəhayət, uçuruma yuvarlanır.
İlahi razılıq üçün göstərilən sə’ylər isə insanın məqamını
ucaldır. Məsələn, fəqirə əl tutmaq dünyəvi iş sayılmır. Eləcə də,
mə’nəvi kömək,  təhsil köməyi,  kəşflər və s.  İlahi rəngə
boyanarsa, 
dünyəvilikdən
qat-qat
uca
olar. 
Xalqın
maariflənməsi yolunda atılan bütün addımlar ibadətdir.
Dünyapərəstlər isə nə iş görürlərsə görsünlər,  məqsədləri
dünyəvi qazanc əldə etmək, bir az da rahat yaşamaqdır. Həzrət
(ə)  bizə dünyaya bağlanmamağı,  halal-haramı gözləməyi,
Allahın razılığı naminə çalışmağı tövsiyyə edir.
Mündəricat
ÖN SÖZ
3


187
BİRİNCİ DƏRS
5
ASİMANİ ÖYÜD
5
ÖN SÖZ
6
VƏSİYYƏTİN MƏ’NA VƏ MƏFHUMU
6
MƏ’SUM İMAMA VƏSİYYƏT NƏ LAZIM?
7
VƏSİYYƏT EDƏN
9
VƏSİYYƏT OLUNAN ŞƏXS
13
VƏSİYYƏTİN SƏBƏBİ
16
İKİNCİ DƏRS
18
BÜNÖVRƏ DƏYƏRLƏR
18
ƏN ÜSTÜN DƏYƏRLƏR
19
TƏQVA DƏYƏRLƏRİN MEHVƏRİDİR
20
ZİKR VƏ ALLAHI XATIRLAMA
21
ALLAHIN İPİNDƏN YAPIŞIN!
22
QƏFLƏT AZĞINLIĞA APARIR
23
ÜÇÜNCÜ DƏRS
27
QƏLBİN HALLARI (1)
27
İNSAN VÜCUDUNUN YÖNLƏRİ VƏ MƏRTƏBƏLƏRİ
28
SAĞLAM QƏLB
29
QƏLBİN DİRİLMƏSİ VƏ ÖLÜMÜ
30
QƏLBİN DİRİLİK AYİNİ
31
QƏLBİ GÜCLƏNDİRMƏ YOLU
33
HİKMƏT, BATİN NURU
36
DÖRDÜNCÜ DƏRS
38
QƏLBİN HALLARI (2)
38
QƏLB RAHATLIĞI
39
ARXAYIN (“MÜTMƏİN”) QƏLB
40
SƏBİR VƏ DÖZÜM
41
EŞİTMƏK GÖRMƏK KİMİ OLARMI?
42
İBRƏT GÖTÜRƏN QƏLB...
44
BEŞİNCİ DƏRS
45
İBRƏTDƏN QƏFLƏTƏDƏK
45
HƏYATIN ENİŞ-YOXUŞU
46
KEÇMİŞDƏKİLƏR İBRƏTDİR
47
HANSI DÜNYA?
48


188
ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR
49
HƏYAT YOLUNDAN ÖTÜŞMƏ
50
AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR
51
ALTINCI DƏRS
52
SƏADƏT YOLU
52
SƏADƏTİN İLKİN ŞƏRTİ
53
HESABSIZ ZƏRƏR
53
DÜŞÜNCƏ SÜQUTU...
57
ƏMR BE MƏ’RUF PEŞƏ DEYİL
59
YEDDİNCİ DƏRS
61
ELM YOLU İLƏ CİHAD
61
İCTİMAİ VƏZİFƏLƏRİN YERİ
62
ÜSTÜN CİHAD
63
ELMİ MÜBARİZƏ ŞƏRAİTİ
65
1. DÜŞMƏNİ TANIMAQ
65
2. NİYYƏT VƏ AMİL
66
3. ELMİ FƏALİYYƏTLƏRİN EHTİYACLARA
UYĞUNLUĞU
67
MƏDƏNİYYƏT CİHADININ BƏLALARI
67
1.DÜŞÜNCƏ XƏTALARI
67
2. ƏMƏL XƏTALARI
67
HƏQİQİ ŞİƏ
68
SƏKKİZİNCİ DƏRS
71
ELM VƏ ƏMƏL
71
VƏZİFƏNİN İCRA ŞƏRTLƏRİ
72
1. ELMİ ŞƏRT
72
2. ƏMƏLİ ŞƏRT
74
ƏMƏLDƏ İFRAT
76
DİNİ TƏHSİLDƏ DÖZÜM
77
SƏBRİN NÖVLƏRİ
78
DOQQUZUNCU DƏRS
81
ALLAHIN E’TİBARLI PƏNAHI
81
TƏHLÜKƏNİN NÖVLƏRİ
82
TƏHLÜKƏ İLƏ MÜBARİZƏDƏ İMANIN ROLU
83
ALLAHDAN VƏ BAŞQALARINDAN KÖMƏK İSTƏYİ
84


189
İSTİXARƏNİN MƏ’NASI
87
ŞƏRİƏT ƏHLİ ARASINDA İSTİXARƏ
87
1. İSTİXARƏNİN MÜNASİB YERİ
87
2. İSTİXARƏ ÜÇÜN DƏLİL
88
3.İSTİXARƏNİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
89
ELM VƏ ƏMƏLİN QOŞALAŞMASI
90
ONUNCU DƏRS
91
TƏRBİYƏ
91
İNCƏ NÖQTƏLƏR (YAZIDAN OXUNMAYAN
ÖYÜDLƏR)
92
DİNLƏYİCİNİN GÜCÜNƏ DİQQƏT
92
FÜRSƏTİ QƏNİMƏT SAYMAQ
93
İNHİRAFDAN (AZĞINLIQDAN) QABAQ ONUN İSLAHI
94
QƏLBİN TƏRBİYƏVİ YÖNÜMLƏRİ
95
BULAŞIQ QƏLBİN XÜSUSİYYƏTLƏRİ
96
SAF QƏLB MƏ’RİFƏT AYNASIDIR
97
ƏZİYYƏTSİZ QAZANC
98
ON BİRİNCİ DƏRS
100
TƏCRÜBƏ BƏHRƏSİ
100
ATALIQ NƏSİHƏTİ
101
GƏNCİN TƏRBİYƏSİNDƏ İLK ADDIM
103
QUR’AN VƏ ƏHLİ-BEYTİN (İTRƏTİN) YAXINLIĞI
107
ON İKİNCİ DƏRS
109
ELM TOPLAMA
109
DİNİ MAARİFƏ YİYƏLƏNMƏ YOLLARI
111
ELM QAZANMAĞIN (TƏHSİLİN) ŞƏRTLƏRİ
114
1. PAK NİYYƏT
114
2. ALLAHA TƏVƏKKÜL
114
3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK
115
4. ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR
115
ON ÜÇÜNCÜ DƏRS
117
DÜNYANIN MAHİYYƏTİ (HƏQİQƏTİ)
117
XALQ DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YERİ
118
1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
118
2. DÜNYA KEÇİD YERİDİR
119


190
A) ABAD DÜNYADAN VİRAN DÜNYAYA KEÇİD
120
B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD
120
DÜNYAYA DOĞRU DÜZGÜN BAXIŞ
121
HƏZRƏT ƏLİNİN (Ə) NƏZƏRİNDƏ DÜNYA
123
DÜZGÜN BAXIŞDAN SONRA
125
ON DÖRDÜNCÜ DƏRS
128
UĞUR
128
FİTRƏT ELM TƏŞNƏSİDİR
129
QÜRUR, ELMİN BƏLASI
131
QÜRURUN SƏBƏBİ
132
QÜRUR NƏ VAXT GÜCLƏNİR?
133
QÜRUR VƏ LOVĞALIĞIN RƏFTARA TƏ’SİRİ
135
ON BEŞİNCİ DƏRS
138
ÜNSİYYƏT (MÜAŞİRƏT) ƏDƏBİ
138
XOŞ RƏFTARIN, ÜNSİYYƏTİN ME’YARI
139
YAXŞI DAVRANIŞIN SƏMƏRƏSİ
140
DAVRANIŞ ME’YARINA UYĞUN ƏMƏL ÜSULU
142
XUDPƏSƏNDLİK SAĞLAM DAVRANIŞIN BƏLASIDIR
143
BİHUDƏ, BOŞ SƏ’Y
145
ON ALTINCI DƏRS
147
HƏYAT DƏRSİ
147
NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?
148
HƏYAT YOLU
149
HƏYAT YOLUNU NECƏ KEÇƏK?
151
YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?
152
ÖMÜR YOLUNUN SEÇİLMƏSİ
154
ON YEDDİNCİ DƏRS
155
ALLAHLA ƏLAQƏ (1)
155
SAYSIZ-HESABSIZ NE’MƏTLƏRDƏN BİXƏBƏRLİK
156
ALLAHI TANIMA VƏ ONA İMAN NE’MƏTİ
157
ALLAHLA ƏLAQƏ NE’MƏTİ
157
SONSUZ NE’MƏT
159
ON SƏKKİZİNCİ DƏRS
161
ALLAHLA ƏLAQƏ (2)
161


191
ŞƏFAƏTİN MƏFHUMU
162
2. İSLAMDA ŞƏFAƏT
163
ALLAHIN ƏDALƏTİNDƏ MƏRHƏMƏT CİLVƏSİ
166
ON DOQQUZUNCU DƏRS
169
DUA (1)
169
DUANIN EŞİDİLMƏSİNİN (YERİNƏ YETMƏSİNİN)
TƏ’XİRİ
170
DUA BƏNDƏLİYİN ƏMƏLİ E’TİRAFIDIR
171
QƏBUL ÖLÇÜSÜ (GÖSTƏRİCİSİ)
172
İSTƏKLƏRİN DƏYİŞMƏSİ
172
DUADA İSRAR
173
DUANIN QƏBULUNUN TƏ’XİR SƏBƏBİ.
174
DUADA NƏ İSTƏYƏK?
176
İYİRMİNCİ DƏRS
177
DUA (2)
177
DUA QƏBUL OLMAYA BİLMƏZ
178
DUA VƏ DİNİ VƏZİFƏ
179
HƏR ŞEY ÖZ YERİNDƏ YAXŞIDIR
180
GÜC QƏDƏRİNDƏ VƏZİFƏ
181
İNSANIN TƏKAMÜL TUTUMU.
182
AXİRƏT SƏFƏRİ
184
İYİRMİ BİRİNCİ DƏRS
187
ÖLÜM DÜŞÜNCƏSİ
187
MƏADA (ÖLÜMDƏN SONRAKI HƏYATA) İNAM VƏ
RƏFTARIN İSLAHI (TƏRBİYƏ)
188
ÖLÜMÜN GÖZLƏNİLMƏZLİYİ
190
DÜNYA LƏZZƏTLƏRİNƏ NECƏ UYMAMAQ?
191
CƏMİYYƏTİN FƏRDƏ TƏ’SİRİ
193
TƏNBƏLLİK AYRI, ZÖHD (PƏHRİZ) AYRI!
193
İYİRMİ İKİNCİ DƏRS
195
DÜNYA VƏ AXİRƏT
195
DÜNYAPƏRƏSTLİK AMİLLƏRİ
196
DÜNYAPƏRƏSTLİKLƏ MÜBARİZƏ YOLLARI.
196
DÜNYAPƏRƏSTLİYİN NÖVLƏRİ
198
DÜNYA KARVANI
199


192
DÜNYA VƏ AXİRƏT ƏMƏLLƏRİNİN FƏRQİ
199

Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə