Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

149
edən insan üçün qurtuluş yolu var.  Allah-təala tövbə edən
şəxsin günahlarını gizləməklə onun hörmətini qoruyur. Həzrət
(ə)  imam Həsənə  (ə)  buyurur:  “(Allah)  qayıdış,  şadlıq qapısı
açmış,  istədiyin
vaxt
səsini
eşitmiş,  qəlbinin
sirrini
dinləmişdir...”
ON SƏKKIZINCI DƏRS
ALLAHLA ƏLAQƏ (2)
Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni
vermiş və duanı eşidəcəyinə zamin durmuşdur...”


150
Allahla əlaqə ne’məti insana əta olunmuş çox böyük
ne’mətdir.  Hər bir şəxs istənilən vaxt bilavasitə öz Allahı ilə
danışa bilər.  Həzrət  (ə)  öz vəsiyyətində bu ilahi mərhəmətin
genişliyini xatırladır.  İnsanların həvəslənib,  bu ne’mətdən
istifadə etməsi üçün onun şərtlərini sadalayır.  Əlbəttə,  Allahla
danışıb,  öz ehtiyaclarını ərz etmək insan üçün böyük şərəfdir.
Bu yolla faydalanmağın mümkünlüyündən xəbərdar olan insan
ona doğru can atır.  Allahla bəndə arasındakı əlaqə xüsusi
əhəmiyyətə
malik
olduğundan, 
onun
məfhumunun,
xüsusiyyətlərinin və keyfiyyətinin bəyanı mühüm nöqtələri
işıqlandırdığından Həzrətin  (ə)  kəlamı işığında bu mühüm
məsələni araşdırırıq.


151
ŞƏFAƏTIN MƏFHUMU
1. Xristianlıqda şəfaət. Mövzumuz Allahla əlaqədir. Belə bir
əlaqə bəzi dinlərdə qəbul olunmuş inancdır. Amma bu əlaqənin
necəliyində də fikir ayrılığı var.  Görəsən vasitə olmadan belə
bir əlaqə yaratmaq mümkündürmü? Bu əlaqə nə vaxt və hansı
formada yarana bilər?  Uyğun əlaqədə vasitələrin rolu nədən
ibarətdir?  Həzrətin  (ə)  buyuruğundan mə’lum olur ki,  vasitəçi
(şəfaətçi)  olmadan da Allahla əlaqə yaratmaq mümkündür.
Həzrət (ə) buyurur: “Səninlə özü arasında səni ondan ayıracaq
kəs qoymayıb.  Səni məcbur etməmiş ki,  onun yanına şəfaətçi,
vasitəçi aparasan.”  Uyğun buyuruqlara görə,  hər bir insan
Allahın dərgahına üz tutub,  istəyini diləyə bilər.  Amma bu
sözlərin şəfaət inancı ilə nə dərəcədə uyuşduğunu araşdırmaq
lazım gəlir.  Bizim e’tiqadımıza əsasən,  Allah-təala özü ilə
bəndələri arasında mə’sum şəxsləri şəfaətçi,  vasitəçi qərar
vermişdir. Amma həzrət Əli (ə) Allahla əlaqənin şəfaətçisiz də
mümkün olduğunu bildirir.  İmam Səccadın  (ə)  “Əbu-həmzə”
duasında da oxşar fikirlə rastlaşmaq olar. Duada deyilir: “Həmd
olsun o Allaha ki,  nə vaxt istəsəm,  ondan şəfaətçisiz olaraq
istəyimi diləyirəm. Nə vaxt istəsəm, vasitəçi olmadan öz sirrimi
ona xəlvəti deyirəm və o da istəyimi yerinə yetirir. Zahirən bu
sözlərlə ən’ənəvi inancımız arasında fərq görünür.  Bu
tərəddüdlü məqamı aradan qaldırmaq üçün bildirməliyik ki,
bə’zən şəfaət dedikdə xristianlıqdakı şəfaət başa düşülür.
Həmin baxışa görə insan müstəqil şəkildə Allaha doğru bir
addım da ata bilməz.  Guya uyğun əlaqə hökmən üçüncü bir
şəxsin vasitəçiliyi ilə yaranmalıdır.  İslamda belə bir baxış
qətiyyətlə rədd edilir.  Bu baxış müəyyən həddə xristianlığa
xasdır.  Keşişlərin vəzifələrindən biri insanla Allah arasında
vasitəçi olmaq, və onların günahlarını bağışlatdırmaqdır. Yə’ni
xristianlıqda günahının bağışlanmasını istəyən şəxs hökmən
keşişin yanına getməlidir.  Yalnız keşişin hüzurunda günahları
e’tiraf edib,  tövbə qıldıqdan sonra bağışlanmaq mümkün


152
sayılır.  Belə bir baxış müşriklər və bütpərəstlər arasında da
mövcuddur.  Onların Allaha yaxınlaşmaq üçün bütlərə ibadət
etməkdən savay yolları yoxdur. Belə bir baxışda şirk qatqısı var
və islam bu baxışı rədd edir.
2. İSLAMDA ŞƏFAƏT
A)  dünyada şəfaət  –  amma şəfaətin qəbul etdiyimiz
mə’nasından əlavə,  başqa iki mə’nası da var.  Bunlardan biri
dünyada şəfaətdir.  İnsan mə’sum imamları vasitəçi seçməklə
Allahdan öz duasının qəbul olmasını istəyir.  Amma
unutmamalıyıq ki,  belə bir şəfaət olmadan da dua qapısı
açıqdır.  Sadəcə,  şəfaət duanın qəbul olması üçün Allahın öz
bəndəsinə açdığı digər mərhəmət qapısıdır.  Yə’ni şəfaət
gücləndirici amildir.  Bu amil olmazsa da,  dua qapısı açıqdır.
Hər kəs, hər vaxt, hər yerdə Allaha üz tutsa, tövbə edib, istəyini
diləyə bilər.  Amma mə’sumlardan yardım almaqla dua etmə
yolunu da Allah özü qoymuşdur.  Qur’ani-kərimdə oxuyuruq:
“Onlar...  Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də
onlar üçün əfv istəsəydi,  əlbəttə,  Allahın tövbələri qəbul edən
və mərhəmətli olduğunu bilərdilər.”  Mə’lum olur ki,  şəfaət
duanın tez qəbul olunmasına zəmanət verir.  Amma şəfaət
yeganə dua yolu deyil və şəfaət olmadan da dua etmək
mümkündür. Allah övliyalarına “təvəssül” etmək, onları vasitə
seçməkdən ibarət olan şəfaət isə yalnız gücləndirici amildir. Bu
yoldan istifadə edənlərin ilahi mərhəmətdən faydalanma imkanı
daha çoxdur.  Bizim iman və mə’rifətimiz zəif olduğundan
Allahla əlaqə yolumuz da dardır. Amma şəfaət yolu daha geniş,
daha möhkəmdir.  Bu yolla ilahi dərgaha yaxınlaşmaq daha
asandır.
Unutmamalıyıq ki,  Allah bəndələrinin duasını daha da
asanlaşdırmaq üçün belə bir yol qərar vermişdir. Mə’sumlardan
üz döndərib, Allaha təkbaşına yaxınlaşmaq qərarına gələn insan
özünü Allahın böyük bir lütfündən məhrum edir. Axı nə üçün
Allahın ne’mətlərindən imtina etməliyik?!  Peyğəmbər və


153
imamları vasitəçi seçməyi özünə sığışdırmayan insan şəfaət
ne’mətindən
məhrum
olur.  Allah-təala
peyğəmbərdən
bağışlanma diləməyi özünə sığışdırmayan münafiqlər  –  nifaq
əhli haqqında buyurur:  “(Ya Peyğəmbər)  sən onların
bağışlanmasını diləsən də, diləməsən də fərqi yoxdur. Onsuz da
Allah onları bağışlamayacaq.”
Bir daha qeyd edək ki,  şəfaət qapısı olmasaydı da,  Allahla
əlaqə yolu vardı. Amma şəfaət yolu ilə əlaqə daha möhkəm olur
və daha asan başa gəlir.
B) Axirətdə şəfaət – digər bir şəfaət axirət dünyasına aiddir.
Allah-təala mə’sum imamların istəyi əsasında bə’zi insanları
cəhənnəm odundan çıxarır.  Yə’ni Allaha imanı olan,  məhşər
səhnəsinə imanla daxil olan,  Əhli-beyt  (ə)  şəfaətinə nail olan
insanlar behiştə yol tapa bilirlər. Demək, belə bir şəfaət imanını
günahda əridənlərə yox,  imanı yerində olanlara aiddir.
Dünyadan
imanla
gedənlər
böyük
günaha
yol
vermədiklərindən, bə’zi saleh işlər gördüklərindən onların kiçik
günahları bağışlanır və şəfaətə nail olurlar.  Bağışlanma
yollarından
biri
böyük
günahlardan
çəkinməkdir.
Qur’ani-kərimdə buyurulur:  “O yaxşılıq edənlər ki,  kiçik
günahlar istisna olmaqla, böyük günahlarından və rəzil işlərdən
çəkinərlər.”  Bəli,  böyük günahlardan çəkinənlərin bağışlanma
imkanı daha genişdir.  Unutmayaq ki,  kiçik günahların təkrarı
(israrı)  da böyük günah sayılır.  Demək,  böyük günaha yol
verməyən və kiçik günahlarını təkrarlamayanların bağışlanması
asan olur.  Hətta tövbə etmədən günahdan çəkinənlər üçün
bağışlanma yolu var.  Tövbə də bağışlanmaq üçün bir yoldur.
Üçüncü bağışlanma yolu isə şəfaətdir. Şəfaət tövbə etməmiş və
ya tövbəsi qəbul olmamış imanlı insanlara aiddir.  Onlar bir
müddət bərzəx aləmində  (qiyamətə qədərki ruhlar aləmində)
cəzalandırıldıqdan sonra şəfaət vasitəsi ilə bağışlanacaqlar.
Onların bağışlanma səbəbi malik olduqları imandır.  Amma
imanı olmayan,  namaz və digər əmrləri yüngül sayanlar
şəfaətdən məhrumdur.  İmam Sadiq  (ə)  can üstə olarkən


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə