Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə44/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

154
yaxınlarını toplayıb buyurdu:  “Namazı yüngül tutanlar bizim
şəfaətimizə nail olmaz.” 
Əvvəldə qeyd olunduğu kimi şəfaətin bu mə’nasının şərti var.
Şərt budur ki,  insan məhşər səhnəsinə imanla gəlsin.  İmanını
günahlarda əritmiş insan şəfaətdən məhrumdur.  Şəfaət
günahların bağışlanmasına köməkdir.  Əslində isə əsas
bağışlanma amili Allaha imandır.  Sadəcə,  Allah-təala öz
mərhəmətindən Peyğəmbər və imamların şəfaətini gücləndirici
bir
səbəb
etmişdir.  Şəfaətin
arxasında
ciddi
məntiq
dayandığından onu əsassız güzəşt hesab etmək olmaz.  Şəfaət
heç yerdən yaranmır və onun konkret şərtləri var.  Əvvəla,
dünyadan imanla getmək lazımdır.  Yalnız bundan sonra digər
mərhələlərə keçmək olar.
ALLAHıN ƏDALƏTINDƏ MƏRHƏMƏT CILVƏSI
A)  Tövbənin  asanlığı –  Həzrətin  (ə)  kəlamları  hər  cəhətdən
uca mə’naya malikdir. Onun bir nöqtəsinin nuru diqqəti o biri
nöqtədən  yayındırır.  Sanki  bir  neçə  bəsirətli  şəxs  bu  nur
çeşməsini  eyni  zamanda  müşahidə  etməlidir  ki,  müxtəlif
nöqtələri görə bilsin. Həzrətin kəlamını bu hissəsi bizi Allahla
əlaqəyə rəğbətləndirməklə yanaşı, ilahi mərhəmətin genişliyini
diqqətimizə  çatdırır.  Əmirəl-mö’minin  həzrət  Əli  (ə)  buyurur:
“Günah  etdiyin  halda  sənə  tövbəni  qadağan  etməmiş,  geri
dönəcəyinə  görə  qınamamış,  cəzalandırmaq  üçün  tələsməmiş,
rüsvayçılığa  layiq  olduğun  halda  rüsvay  etməmiş,  günahlarını
hesaba  almamışdır...”  Bu  sətirlər  dua  qapısının  açıq  olduğunu
xəbər  verməklə  yanaşı,  ilahi  mərhəmətin  genişliyindən  söhbət
açır. İnsan bu ilahi ne’mətdən istifadəyə həvəsləndirilir. Həzrət
(ə)  xatırladır  ki,  Allah-təala  günah  edən  bəndəsini  dərhal
cəzalandıra  da  bilərdi  və  belə  bir  münasibət  haqsız  olmazdı.
Çünki  bilərəkdən  günah  edən  insanın  cəzalanması  ədalətli  bir
işdir.  Amma  geniş  mərhəmət  sahibi  olan  Allah  öz  bəndəsini
bağışlamaq üçün ona möhlət vermiş, tövbə qapısı açmışdır. Bir
ömür  günahdan  sonra  peşman  olmuş  insan  üçün  bağışlanma


155
yolu  qoyulmuşdur.  İlahi  ədalət  günahkarın  cəzalandırılmasını
tələb  etdiyi  halda,  bu  ədaləti  üstələyən  mərhəmət  günahkar
insanın  tövbə  yolu  ilə  bağışlanmasına  şərait  yaratmışdır.  Ən
gözəli  isə  Allah-təala  tövbə  üçün  ağır  şərtlər  qoymamışdır.
Məsələn,  tövbənin  qəbul  olması  üçün  hansısa  əziyyətli
mərhələlərdən  keçmək  lazım  gəlmir.  Səmimi  qəlbdən  peşman
olub,  bir  daha  günaha  qayıtmamaq  qərarı  ilə  tövbə  etmək
kifayətdir. Günahın tərki və peşmanlıq bağışlanmanın açarıdır.
Əlbəttə  ki,  buraxılmış  ibadətlər  yerinə  yetirilməli,  qəsb
olunmuş  haqlar  qaytarılmalıdır.  Tövbə  günahdan  qəti  şəkildə
uzaqlaşmaqdır.  Günahların  bağışlanması  üçün  bu  qəti  qərar
kifayət edir.
B)  Saysız-hesabsız mükafat  –  ilahi mərhəmətin genişliyinin
digər bir cilvəsi bu mərhəmətin sonsuzluğudur.  Bir misal
çəkək. Tutaq ki, yaxşı və pis işləri ölçmək üçün cihazımız var.
Üç sözü elə düzmək olar ki,  bir düzümdə savab,  digər bir
düzümdə günah görünsün. Amma üç kəlmədən ibarət bu cümlə
savab olduqda on qat mükafat,  günah olduqda eyni qədər  (bir
qat)  cəza verilir.  Hansı ki,  ədalətə görə hər iki halda başabaş
əvəz verilməlidir.  Amma Allah-təala öz mərhəməti sayəsində
yaxşı işə on qat əvəz verir. Qur’ani-kərimdə oxuyuruq: “Yaxşı
işə on qat əvəz verilir.”  Ədalətə görə günah və savabın əvəzi
miqdarca fərqlənməməlidir.  Mövcud fərq bir daha ilahi
mərhəmətin fövqəl’adəliyini göstərir.  Bu yolla insanlar
yaxşılığa, xeyirxahlığa rəğbətləndirilir.
V)  İlahi xəzinədən bəhrələnməyin asanlığı  –  Allah-təalanın
sonsuz ne’mətləri həmişə hamının istifadəsindədir.  Günah
nəinki rəhmət qapısını bağlamır, hətta cəzaya layiq olan insan
tövbə vasitəsi ilə ne’mətlərə yol tapır. Allah bu şəxsin duasını
dinləyir,  istəklərini yerinə yetirir.  “İstədiyin vaxt səsini
eşitmişdir”, buyurur Həzrət (ə). Bu da bir rəhmət qapısıdır. Bu
yolla hər vaxt, hər yerdə Allahla əlaqə mümkün olur, istənilən
an qapısını döyə bilirik, ondan istəklərimizi diləyir və heç vaxt
ümidimizi itirmirik.


156
Beləcə,  istədiyiniz vaxt onu çağırın,  fürsəti qənimət bilib
istəklərinizi ərz edin, qəlbinizi ona açın. Bütün dərdlərinizi ona
bildirin və əmin olun ki,  müşkülləriniz həll olunacaqdır.
Allah-təala dua vasitəsi ilə bütün xəzinələrinin açarını sizə
vermişdir, buyurmamışdır ki, ehtiyacınız qədər istəyin. Ağlınız
işlədikcə istəkləriniz yerinə yetəsidir.  Həzrət  (ə)  buyurur:
“...İstədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə
açasan  (aça bilərsən).”  Hər bir xəzinə sahibi öz xəzinəsinin
qapısına ən çətin açılan qıfılı asmağa çalışır. Allah-təala isə öz
xəzinələrinin açarını bütün bəndələrinin ixtiyarına vermişdir.
Amma əfsuslar olsun ki,  bu genişlikdə ilahi mərhəmət
qarşısında,  bütün xəzinələrin açarı əlimizdə olduğu halda bu
imkanlardan bəhrələnmirik.  Nə üçün əziyyətsiz başa gələn
misilsiz ne’mətlərdən bir bu qədər xəbərsizik?!  Əlimizdə dua
açarı olduğu halda,  ilahi mərhəmət xəzinəsi qarşısında donub
qalmışıq!..


157
ON DOQQUZUNCU DƏRS
DUA (1)
İstəməkdə,  duada israrlı ol ki,  sənin üçün mərhəmət
qapısı açsın.  Duanı gec eşitməsi səni ümidsiz etməsin  –
həqiqətən,  bəxşiş istəyin qədərindən asılıdır.  Daha uzun
istəməyin

bixşişin
kamil
olması
üçün
duanın
eşidilməsində tə’xir baş verə bilər.  Olsun ki,  bir şey
istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o
dünyada alasan. Ya da onun verilməməsi daha yaxşı sayıla.
Çox olsun ki,  istədiyin bir şey sənə verilsəydi,  dininin və
dünyanın puçluğunu onda görərdin.  O şeyi istəyəsən ki,  o
şeyin sənə yaxşılığı daha davamlı olsun, çətinliyi və əziyyəti
uzaq.  Nə var-dövlət sənə qalar,  nə də sən var-dövlətə.
Tezliklə yaxşı və pis işinin sonunu görərsən və ya kərim
bağışlayan bağışlayar.”


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə