Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə47/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

164
DUADA NƏ ISTƏYƏK?
Duanın  müstəsna  əhəmiyyətini  nəzərə  alaraq,  Allahdan  nə
istəmək daha yaxşı olar? Dua açarı ilə ilahi xəzinələri açan insan,
şübhəsiz  ki,  həmin  xəzinədən  ən  qiymətli    şeyi  götürməyə
çalışmalıdır.  Görən  qızıl-gümüş,  ləl-cəvahiratdan  da  dəyərli  bir
şey varmı bu xəzinədə? Sözsüz ki, dünya ne’mətlərinin istənilən
hər biri həmişəlik deyil və dünyada qalasıdır. Əbədi ne’mətlər isə
həmişə insanın istifadəsindədir. Xəzinədən götürdüyümüz ne’mət
axirət  ne’məti  olsa,  heç  vaxt  əldən  çıxmaz.  İnsanın  dərdini  daha
da  artıran  dünya  ne’mətlərinə  aldanmamalıyıq.  Allahdan  əbədi,
davamlı,  faydalı  ne’mətlər  təmənna  etməliyik.  Əks-təqdirdə  bir
gün  həmin  ne’mətlərdən  ayrılacaq  və  öz  yanlış  seçimimizə  görə
təəssüf edəcəyik
.
İYIRMINCI DƏRS
DUA (2)
Elə bir şey istə ki,  yaxşılığı daha davamlı olsun,  çətinliyi
səndən uzaq;  nə var-dövlət sənin üçün qalasıdır,  nə sən
var-dövlət üçün; tezliklə yaxşı və pis işinin sonunu görərsən
və ya kərim bağışlayan səni bağışlayar.
Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq,
ölüm üçün yox,  axirət üçün yaradılmısan.  Həqiqətən,  elə
bir mənzildəsən ki,  onda bir neçə gündən artıq
yaşamayacaq,  köçüb-gedəcəksən;  sonu axirət olan bir
yoldasan;  kimsənin qaçıb qurtara bilmədiyi ölümün


165
şikarısan və sözsüz,  bir gün səni tapasıdır;  qorx ki,  səni
xoşagəlməz,  pis halda tapa;  sən özünlə tövbə etməkdən
danış, o isə səni tövbədən ayırsın; elə həmin an özünü puça
çıxarmış olarsan.”
Əmirəl-mö’minin  (ə)  imam Həsən-müctəbaya  (ə)  öyüdünün
araşdırılmasında söhbət bir nöqtəyə çatdı ki,  buyuruqların
mehvəri dua, onun əhəmiyyəti, duanın insan səadətinə tə’siri və
günahların bağışlanması oldu.  Bildik ki,  bə’zən dua tə’xirə
salınır, bə’zən daha xeyirli bir ne’mətlə əvəz olunur, bə’zən isə
onun faydası axirətdə verilir. Çünki Allah hansı ne’mətin daha
xeyirli olduğunu və nə vaxt vermək lazım gəldiyini daha yaxşı
bilir. İnsan zərərli bir şey istədikdə Allah öz məsləhət bildiyini
əta edir.  Allah duanı qəbul edərkən dua edənin məsləhətini
nəzərə alır.  İndi isə dua haqqında bə’zi məsələləri,  incə
nöqtələri araşdıracağıq.
DUA QƏBUL OLMAYA BILMƏZ
Dua mövzusunda ən əsas məsələlərdən biri duanın qəbul
olma məsələsidir.  Bə’zən fərqli formada da olsa,  duaların
adətən qəbul olmasına şahid olmuşuq. Ona görə də deyə bilərik
ki,  bütün dualar qəbul dərəcəsinə çatır.  Amma duanın qəbul
şərtlərinə əməl edilməlidir.  Məsələn,  diqqət və səmimiyyətlə
edilən dua heç vaxt rədd olunmur. Riyakarlıq, eqoistlik qatqılı
duanın qəbuluna heç bir zəmanət yoxdur.  Düzgün yerinə
yetirilən dualar istisnasız olaraq qəbul edilir.  Amma qəbul


166
dərəcəsinə çatmayan dualar da var.  Bə’zi rəvayətlərdə duanın
qəbul şərtləri bəyan olunur. İmam Sadiq (ə) buyurur: “Duanın
qaydalarına əməl et.  Şərtlərə əməl etmədiyin halda duanın
qəbul olmasını gözləmə.”  Həzrət Əlidən  (ə)  bə’zi duaların
qəbul edilməməsi səbəbi soruşulduqda buyurur: “Bə’zi duaların
qəbul olmamasının səbəbi işinizdə mövcud olan nöqsanlardır.”
Yə’ni ilkin şərtləri ödənməyən dualar qəbul edilmir.  Amma
qaydalara əməl olunduqda bütün dualar qəbul edilir.  Demək
qəbul olunmayan duamız yoxdur.  Ya istədiyimiz şey,  ya da
ondan yaxşısı əta olunur. Yə’ni dua heç vaxt cavabsız qalmır.
Sadəcə, duasının qəbul olmasını istəyən şəxs duanın şərtlərinə
əməl etməlidir.  Məsələn,  şərtlərdən biri budur ki,  Allahdan
onun məsləhət bildiyi şeyləri istəyək. Allahı alim, özünü cahil
bilən insan heç vaxt duada müəyyən bir şey üçün israrla ağız
açmır.  Duanın şərtlərindən biri Allahdan onun hikmətinə zidd
olan şeylərin istənilməməsidir. Duada özününümayiş və riyaya
yol vermək olmaz.  Belə dualar qəbul olunmur.  Allah-təala
xalis,  diqqətli,  səmimi bəndənin əlini heç vaxt boş qaytarmır.
Mə’lum olur ki,  duanın şərtlərinə əməl olunduqda onun rədd
edilməsi ehtimalı yoxdur.
DUA VƏ DINI VƏZIFƏ
Bə’zən insan hansısa təşviq səbəbindən ifrata varır,  hansısa
məzəmmətin tə’siri altında təfritə, məs’uliyyətsizliyə yol verir.
Bu təhlükənin qarşısını almaq üçün digər bir incə nöqtəni da
açıqlamaq lazım gəlir.  Bə’ziləri dua halında xoş,  təşviqedici
sözlər eşitməklə bütün işlərini buraxıb duaya məşğul olur və bu
işdə ifrata varırlar. Elə düşünürlər ki, onlar dua etməli, Allah da
bütün işləri qaydaya salmalıdır.  Dua heç vaxt vacib dini
vəzifəni əvəz edə bilməz.  Vacib vəzifəni bütün şərtlərə əməl
edərək sə’y və diqqətlə yerinə yetirmək lazımdır.  Dua və zikr
namazı əvəz edə bilmədiyi kimi, heç bir vacib vəzifəni də əvəz
edə bilməz.  Cihad vəzifəsini hansı dua əvəz edə bilər?!
Əmirəl-mö’minin  (ə)  dövründə bir qrup şəxs cihadda iştirak


167
etməz və bunu ibadətə məşğul olmaları ilə izah edərdilər.
Bə’ziləri isə məsciddə oturub, cihad üçün dua edər və bununla
da öz vəzifəsini bitmiş sayardılar. Hansı ki, dua vacib vəzifəni
öhdədən götürmür və cihadda iştirak etmək vacib bir vəzifədir.
Unutmayaq ki, dövrümüzdə elmə yiyələnmək olduqca vacib bir
vəzifədir.  Hazırkı vaxtda elmi cihad hərbi cihad kimi,  bəlkə
ondan da artıq əhəmiyyətə malikdir.  Çünki bu gün müsəlman
dünyasının dəyərli alimlərə ehtiyacı ödənməmişdir.  İslamı
düzgün tanıyıb-tanıtdıran alimlərə böyük ehtiyac var.
Müsəlman dünyası həqiqi alimlərə ehtiyaclıdırsa,  elm
öyrənmək hər birimizə vacibdir.  Nə qədər ki,  bu vəzifə
ödənməyib,  dərs oxumaq,  elm sahibi olmaq əvəzinə dua
oxusaq, nəinki bu dualar nəticəsiz olacaq, hətta günah yazılma
ehtimalı da var. Vacib vəzifədən istənilən bir bəhanə ilə boyun
qaçırmaq günahdır.  Xalqı cəhalətdən qurtarmaq istəyən şəxs
əvvəlcə özünü cəhalətdən qurtarır,  sonra isə öyrəndiklərini
başqalarına öyrədir.  Heç bir müstəhəb iş vacib işi əvəz edə
bilməz. Vacib vəzifə öhdədə olduğu halda müstəhəb işə məşğul
olmaq olmaz.
Vacib vəzifələri dua ilə müqayisə etdik.  İndi isə bir addım
irəli atıb,  duanı müstəhəb əməllərlə müqayisə edək.  Qısa
şəkildə qeyd edək ki,  hətta müstəhəb əməli də dua ilə əvəz
etmək olmaz. Dua özü müstəhəb əməldirsə də, digər müstəhəb
əməllərdən üstün deyil. Yə’ni hansısa müstəhəb iş əvəzinə dua
etmək düzgün deyil.
HƏR ŞEY ÖZ YERINDƏ YAXŞıDıR
İnsan  biryönümlü,  birtərəfli  mövcud  deyil.  İnsan  ruhunun
müxtəlif  yönümləri  var.  İnsan  vücudunun  hər  bir  yönümü
müəyyən  qaydalara  riayət  etməklə  kamilləşir.  Əgər  insan
ibadət, iqtisadiyyat, siyasət kimi sahələrdən yalnız birinə aludə
olarsa,  onun  ruhi  tarazlığı  pozular  və  təkamül  yolu  üzünə
bağlanar. Yalnız bir bədən əzası işlək vəziyyətdə olan insanın,
təbii  ki,  digər  əzaları  inkişafdan  dayanasıdır.  Məsələn,  başı


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə