Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə48/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

168
bədəninə  nisbətən  çox  böyük  olan  insanın  bədənindəki
mütənasiblikdən  danışmağa  dəyməz.  Mütənasiblik  olmayan
yerdə  gözəllik  ola  bilərmi?!  Ruh  da  belədir.  Birtərəfli  inkişaf
edən ruh öz tarazlığını itirir. Yalnız duaya məşğul olub, elm və
təhsildən  uzaqlaşan  insan  qeyri-mütənasib  inkişaf  edir.
Sileyi-rəhm  (yaxınları  yoxlamaq),  fəqirə  kömək,  xalqa  xidmət
barədə  düşünməyən  insan  təkcə  dua  etməklə  kamala  çata
bilməz. Bə’ziləri dua etsə də, pulunu çox sevdiyindən fəqirə əl
tutmur.  Belə  insan  heç  vaxt  ideal  həddə  inkişaf  edə  bilməz.
Eləcə də, xeyirxah işlərlə məşğul olduğu halda, nə özünə, nə də
başqalarına dua etməyən insan həqiqi təkamülə nail ola bilmir.
Bütün dini hökmləri kompleks şəkildə nəzərdə tutub, hər bir işə
münasib  yer  vermək  lazımdır.  Əgər  Həzrət  (ə)  duanı  ilahi
xəzinələrin  açarı  kimi  tanıtdırırsa,  bu  o  demək  deyil  ki,  insan
bütün  işlərini  atıb,  yalnız  dua  etməlidir.  Dua  göstərişinin
Qur’an  oxunmasına,  müstəhəb  işlər  görülməsinə,  elm
öyrənilməsinə, xeyriyyəçiliyə heç bir maneçiliyi yoxdur və dua
bu  kimi  işləri  əvəz  etmir.  Əslində  hər  şey  öz  yerində  daha
yaxşıdır.  Dua  insanın  digər  işlərinə  mane  olmamalıdır.  İnsan
özü  üçün  münasib  ibadət  proqramı  hazırlamalıdır  ki,  bütün
ilahi, ruhani ne’mətlərdən faydalana bilsin. Unutmamalıyıq ki,
bütün işlərdə tarazlığı gözləmək lazımdır. Tarazlıq isə o zaman
yaranır ki, bütün dini göstərişlərə bir tam kimi yanaşılsın. Hər
bir  vəzifəni  zəruri  həddə  yerinə  yetirmək,  ifrat  və  təfritdən
çəkinmək lazımdır.
GÜC QƏDƏRINDƏ VƏZIFƏ
Əgər  bütün  ibadət  və  dini  göstərişlərdən  faydalanmaq
lazımdırsa,  ayrı-ayrı  insanlar  üçün  hansısa  bir  hədd
müəyyənləşdirilmişdirmi?  Hamı  eyni  dərəcədə  vəzifəlidir,
yoxsa  ayrı-ayrı  dərəcələr  var?  Əvvəla,  hamı  eyni  dərəcədə
vəzifəli  deyil.  Belə  bir  göstəriş  yoxdur  ki,  hamı  eyni  qədər
Qur’an  oxumalı,  eyni  qədər  dua  etməlidir.  Vəzifə  dərəcələri
fərqlidir.  Məsələn,  təhsil  hazırlığı  olan  insanın  təhsil


169
məs’uliyyəti  başqalarından  çoxdur.  Həmin  şəxs  bu  vəzifəni
öhdəsinə  götürdükdən  sonra  cəmiyyətin  ehtiyacı  ödənərsə,
başqaları  bu  vəzifədən  qismən  azad  olur.  Artıq  bu  şəxs  üçün
elmi  təhsil  vacib  vəzifəyə  çevrilir.  Amma  ruhun  kamilləşməsi
üçün  duadan  da  faydalanmaq  lazımdır.  Təhsil  üçün  münasib
olan vaxtı isə duaya sərf etmək olmaz. Hər vəzifəni öz yerində
icra etmək məqsədəmüvafiqdir. Dərsi dua ilə əvəz etmək yox,
azad və fəzilətli vaxtlarda dua oxumaq lazımdır. Amma ictimai
fəaliyyət üçün gücü olmayan insan evdə oturub, duaya məşğul
olarsa, eybi yoxdur. Deməli, müxtəlif insanların vəzifə dərəcəsi
də  müxtəlifdir.  Vəzifəli,  var-dövlətli  insanın  məs’uliyyəti
fəhlənin  məs’uliyyətindən  qat-qat  ağırdır.  Varlı  öz  varına
uyğun  həddə  yoxsullara  əl  tutmalıdır.  İnsanlar  dini  vəzifələr
qarşısında  öz  güc  və  mə’lumatları  səviyyəsində  məs’uldurlar.
Əlbəttə  ki,  dəqiq  proqram  tənzimləmək  çətindir.  Əxlaq
alimlərinin  fikrincə,  bu  işdə  mütəxəssislərdən  kömək  istəmək
lazımdır.  Mütəxəssislər  hərtərəfli  mə’lumata  malik  olduqları
üçün  qarşı  tərəfin  imkanlarını  nəzərə  alaraq  daha  münasib
proqram  hazırlaya  bilərlər.  Bəli,  təcrübəli  insanların  məsləhəti
həmişə faydalı olur.
İNSANıN TƏKAMÜL TUTUMU.
Deyildiyi  kimi,  insan  çoxtərəfli  mövcud  olduğundan  onun
təkamülü üçün bütün tərəflər nəzərə alınmalıdır. Təkamülə nail
olmaq  üçün  insanın  bütün  vücudunu  əhatə  edən  islam
göstərişlərinə  kompleks  şəkildə  əməl  olunmalıdır.  Ruhumuz
dini  göstərişlərə  ehtiyaclıdır  və  hər  bir  göstərişə  yerində  əməl
olunmalıdır.  Yalnız  bir  qisim  göstərişlərə  əməl  edən  şəxs  öz
təkamülünün qarşısını alır. Təkamül yolunun yolçuları hansısa
göstərişi  yaddan  çıxarmamaq  üçün  daim  ehtiyatlı  hərəkət
edirlər.  Mərhum  Əllamə  Təbatəbai  buyurur:  “Əxlaq  ustadım
mənə  göstəriş  verdi  ki,  “Biharül-ənvar”  çoxcildliyindən
Peyğəmbərin  (s)  həyatı  ilə  bağlı  hədisləri  toplayım.  Bu  yolla
həm  öz  həyatımda  Peyğəmbər  (s)  qaydalarına  diqqət  yetirim,


170
həm də başqaları bu məcmuədən istifadə etsinlər...” Bu göstəriş
“Peyğəmbər  (s)  sünnəsi”  kitabının  yaranmasına  səbəb  olur.
Məcmuədə  toplanmış  rəvayətlərdən  birində  nəql  olunur  ki,
həzrət  Peyğəmbər  (s)  dəniz  çəyirtkəsindən  hazırlanmış
xörəkləri  xoşlayardı.  Peyğəmbərsayaq  yaşamağı  qarşısına
məqsəd  qoymuş  Əllamə  Təbatəbai  heç  olmaya  bir  dəfə
Peyğəmbərin (s) xoşladığı xörəkdən yemək üçün axtarıb dəniz
çəyirtkəsi  tapır!!  Bəli,  kamillik  arzusunda  olan  insan
Peyğəmbər  (s)  və  Əhli-beytinin  həyatındakı  son  incəlikləri  də
öz  həyatına  tətbiq  etməyə  çalışır.  Qur’ani-kərimdə  oxuyuruq:
“(Ya peyğəmbər) de ki, əgər siz Allahı sevirsinizsə, ardımca
gəlin  ki,  Allah  da  sizi  sevsin...”  Son  Peyğəmbər  (s)  və
mə’sumların  həyat  yolunu  daim  diqqət  mərkəzində
saxlamalıyıq.  İlahi  göstərişlərin  bir  hissəsinə  əməl  edib,  digər
hissəsinə göz yuman insan birtərəfli inkişaf edir.
Dua haqqında söhbətimizin sonunda qeyd etməliyik ki,  təbii
vasitələrlə əldə olunası bir istəyi duada tələb edib, fəaliyyətdən
qalmaq düzgün deyil.  Allah və onun hikmətləri ilə tanış olan
insan başa düşür ki,  mövcud iş vasitələri Allahın hikməti
əsasında əta olunmuşdur.  Allah-təala behiştdə olacağı kimi,
dünyada da insanın ruzisini mələklər vasitəsi ilə verə bilərdi.
Amma sə’y göstərməyən,  yerində oturub qalan insan
təkamüldən məhrum olur.  Dünya imtahan,  iste’dadların
çiçəklənmə məkanıdır.  Bu məkanda inkişaf insanın öz
hərəkətindən asılıdır.  Düşünməyin ki,  dini vəzifələrin icrasına
məcbur edilən insan bu vəzifələri azad şəkildə icra edən insanla
eyni fayda götürə.  Sözsüz ki,  şəxsi istəklə görülən işlərin
təkamüldə rolu böyükdür.  Əlbəttə ki,  ictimai zərərli
hərəkətlərin zorla da olsa qarşısı alınmalıdır.  Amma fərdi
məsələlərdə məcburiyyətə yer yoxdur.  Bir sözlə,  insanın
təkamülü onun öz iradəsi ilə yerinə yetirdiyi vəzifələrdən
asılıdır.  Əgər insan öz ruzisini çalışıb özü əldə etməlidirsə,
bunun səbəbi həmin yolda rastlaşacağı minlərlə sınaqdır. Məhz
bu sınaqlar vasitəsi ilə təkamül şəraiti əldə olunur.  İmtahan


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə