Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə50/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

176
Əli (ə) Allaha belə ərz edir: “And olsun izzət və cəlalına, əgər
razılığın  bunda  olsa  ki,  bədənim  tikə-tikə  doğransın,  ən  pis
qətldən  70  qat  ağır  şəkildə  öldürülüm,  razı  olaram.  Hər  halda
sənin  razılığını  istəyirəm.  Razılığın  bunda  olsa  ki,  axirət
odunda  yanım,  yenə  sənin  razılığını  üstün  tutaram...”  Adi
insanlar  üçün  bu  sayaq  düşüncələr  yaddır.  Hətta  ən  imanlı
insanlar da mə’sumların uyğun sözlərini təkrarlamaqdan başqa
bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox tə’sir edən
axirət  əzabı,  cəhənnəm  odudur.  Daha  doğrusu,  adi  insanların
tərbiyəsində  behişt  müjdəsi  və  cəhənnəm  qorxusu  Allahın
razılığından  daha  tə’sirli  bir  amildir.  Yalnız  Allahın  razılığını
düşünənlər isə çox azdır.
Bəli,  axirətə  inanan,  xeyir  və  şər  əməllərinin  əvəzini
alacağına  əmin  olan  insanlar  öz  əməllərinə  nəzarət  edir,
nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi
yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya ne’mətlərini
daha  üstün  tutur,  min  bir  günaha  batırlar.  Demək,  əksər  vaxt
günah  və  cinayətin  qarşısını  alan  əbədi  axirət  əzabına  inam
olur. Onu da qeyd edək ki, axirət ne’mətləri axirət əzabı qədər
tə’sirli deyil.
Deyilənlərdən  aydın  olur  ki,  nə  üçün  Qur’an  və  Əhli-beyt
buyuruqlarında,  eləcə  də,  “Nəhcül-bəlağə”də  axirət,  onun
dünyadan  üstünlüyü,  dünya  sevgisinin  əbədi  axirət
xoşbəxtliyinə  maneçiliyi  məsələləri  diqqət  mərkəzində
dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin.
Axı dünya həyatı özü də çox böyük ne’mətdir və axirət həyatı
dünyada  qazanılır.  Məzəmmət  olunan  dünya  yox,  dünyaya
hərislik,  aşiqlik,  vurğunluqdur.  Həzrət  Əlinin  (ə)  uyğun
məsələləri 
tez-tez 
təkrarlaması 
onların 
əhəmiyyətini
qabartmaqdır.  Dünya  ləzzətləri  aldadıcı  olduğundan  insanın
daimi  xəbərdarlığa  ehtiyacı  var.  Uyğun  mövzuların  təkrarında
digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan
insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə
nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin


177
müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına
gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya
həyatının  əbədi  olduğunu  zənn  edir.  Dünyanın  sonunu  görən
insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti
olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın
ötəriliyinə  diqqətli  olduğu  qədər  öz  ömrünü  qənimət  sayır.
Ömrün  qısalığına  diqqətsiz  insanlar  isə  dünya  ləzzətlərinə  baş
qatıb,  yavaş-yavaş  ölümü  yaddan  çıxarırlar.  Ölümü  unudan
insana  qəflət  hakim  olur  və  günah  günah  ardınca  düzülür.
Demək,  şeytan  və  nəfsin  hiylələrindən  qurtarmaq  üçün  çıxış
yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.
ÖLÜMÜN GÖZLƏNILMƏZLIYI
İti düşüncələri daha bir incə nöqtə özünə cəlb edir.  Ölüm,
ölümə inam,  axirətlə yanaşı ölüm vaxtının gizli olması da
insanın tərbiyəsində tə’sirli amillərdəndir. Olduqca həssas olan
bu nöqtə Allahın bəşəriyyətə misilsiz ne’mətidir.  Ölüm vaxtı
gizli olduğundan hər bir insan onun intizarındadır.  Bu hissi
dərindən yaşayanlar öz əməl və rəftarlarına nəzarət edirlər.
Ölüm düşüncəsi çox tə’sirli olduğundan mə’sum imamlar bu
mövzunu təkrar-təkrar xatırlamışlar.  Həzrət  (ə)  buyurur:
“Oğlum! Ölüm, ölümdən sonra qəfildən rastlaşdığın hadisələri
tez-tez xatırla.” Bəli, ölümdən sonra nə baş verəcəyini, haraya
gedəcəyini düşünən insan həyat tərzini dəyişir.  Həzrət  (ə)
sözünə belə davam edir:  “Ölümü gözlərinin qarşısına gətir.
Yanına gələnədək özünü bəzə,  hazırla...”  Ölümü unudanlarda
heç bir axirət hazırlığı olmur.  Belə insanlar buraxılmış
ibadətlərin qəzasını yerinə yetirmir,  xalqın haqqını ödəmir,
“hələ vaxt var”  düşünərək fani dünyaya könül verirlər.  Hansı
ki,  insan böyük əzaba qovuşmamış özünə çarə qılmalıdır.
Ölümü gözləri qarşısında canlandırıb,  bu barədə düşünməli,
ölümə hazır olmalıdır.


178
DÜNYA LƏZZƏTLƏRINƏ NECƏ UYMAMAQ?
İnsan dünya və axirət ne’mətlərindən ibarət iki qüvvə
tərəfindən cəzb olunur və təbii ki, bu qüvvələrdən birinin tə’siri
altına düşür.  Həqiqət axirətə diqqətdir.  Bu yolda dünya
ləzzətlərinin maneçiliyini aradan qaldırmaq üçün bir çox
tədbirlər
görülə
bilər.  Onlardan
biri
ölüm haqqında
düşünməkdir. Axirət dünyası, onun əbədi ne’mətləri, dözülməz
əzabları haqqında düşünən insan müvəqqəti dünya həyatına
könül vermir.  Həzrət buyurur:  “Axirət,  onun ne’mətləri və
dərdli əzablarını tez-tez xatırla.  Həqiqətən,  axirəti düşünmək
sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik,  xar
göstərər.”
Bilməliyik ki,  dünya axirətlə müqayisədə çox kiçikdir.  Əgər
çox kiçik bir həşərat ağacın bir budağından o birinə bir neçə
günə yerini dəyişirsə,  bu o demək deyil ki,  həmin ağac çox
əzəmətlidir.  İnsanın dünyanı böyük bilməsi də onun özünün
kiçikliyi, baxış məsafəsinin məhdudluğu ilə əlaqədardır. Hansı
ki,  ağıl başqa söz deyir.  Ağıl varlıq aləminin genişliyini dərk
etdiyi halda,  axirət aləminin əbədiliyini də qavrayır.  Dünya
genişsə də məhduddur.  Axirət isə nə zaman,  nə məkanca
bitib-tükənəsi deyil.  Allah-təala buyurur:  “Genişliyi göylərlə
yer üzü qədər olan,  müttəqilər üçün hazırlanmış cənnətə
tələsin.” Bu hər bir mö’min üçün hazırlanmış cənnətdir.
Allah-təala insana geniş ilahi mərhəmət əldə etmək imkanı
vermişdir.  Bu,  insan ruhunun əzəməti nişanəsidir.  Bu əzəmət
50-100  illik ömürdə görülmüş işlər nəticəsində ərsəyə gəlir.
Hansı ki,  bu işlərin davamı axirətlə müqayisədə heç bir göz
qırpımı da çəkmir.  Elə dünya ləzzətləri də axirət ləzzətləri ilə
müqayisədə heçdir.  Çünki biri məhdud,  digəri isə əbədidir.
Yalnız dünyaya iman gözü ilə baxanlar bu əbədiyyəti anlaya
bilir.  Məhz bu baxımdan həzrət Əli  (ə)  dünyanın bir ağac
yarpağı qədər dəyərə malik olmadığını bildirir.  Həzrət  (ə)
dünyanın zökəm keçi burnundan daman su damlasından da


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə