Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə49/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

171
yolunda qarşıya çıxan vəzifələri layiqincə yerinə yetirənlər
mə’nəvi kamala çatır,  vəzifədən boyun qaçıranlar isə azğınlıq
uçurumuna yuvarlanır. Məsələn, həyatı boyu düzgünlüyə əməl
edənlər kamala çatır,  hiylə və fırıldaqla yaşayanlar süquta
uğrayır.  Məhz
bu
baxımdan
insan
daim
müxtəlif
məs’uliyyətlərlə üzbəüzdür.  Allah-təala insanı günahdan uzaq,
pak da yarada bilərdi. Amma həmin halda heç bir təkamülə yer
qalmazdı.
Maraqlıdır ki,  insan Allahın hikmətlə yaratdığı vasitələri
gördüyü halda,  çalışmaq əvəzinə,  qarşıya çıxan problemlərin
dərhal həll olmasını gözləyir.  Belə məqamlarda duası qəbul
olmayan bə’zi şəxslər Allahdan gileylənir,  inciyir.  Onlar
anlamırlar ki,  qarşıdakı problemlərin həlli üçün çalışmayan
insan kamala çata bilmir.  Bütün çətinliklərin dua yolu ilə həll
olunacağını gözləmək sadəlövhlükdür.  İnsan çalışmalı və eyni
zamanda dua edərək,  Allahdan yardım istəməlidir.  Mö’min
insan bütün şərtlərə əməl edərək duaya üz tutur. Bundan əlavə,
mö’minlər üçün dua Allahla danışmaq bəhanəsidir. İstənilən bir
vasitə ilə bəndəliyini izhar etmək istəyən insan üçün dua da
növbəti bir vasitədir.  Yoxsa mö’min gözəl anlayır ki,
Allah-təala öz bəndəsinin səadətini tə’min edəsidir.
AXIRƏT SƏFƏRI
İlahi vəsiyyətnamənin davamında Həzrət  (ə)  əvvəldə qeyd
etdiyi bir məsələyə qayıdır və dünyanı axirətlə müqayisə edir.
Həzrət  (ə)  buyurur:  “Həqiqətən,  elə bir mənzildəsən ki,  onda
bir neçə gündən artıq yaşamayacaq,  köçüb gedəcəksən;  sonu
axirət olan bir yoldasan...”  Əslində vəsiyyətnamədə dua
haqqındakı söhbət dünya və axirət söhbətinin gedişindəki əlavə
idi.  Həzrət  (ə)  növbəti dəfə əsas məsələyə qayıdaraq buyurur:
“Bil,  ey oğlum!  Həqiqətən,  sən dünya,  yoxluq,  diri qalmaq,
ölüm üçün yox, axirət üçün yaradılmısan...” Bəli, dünya həyatı
nə vaxtsa öz problemləri ilə birlikdə puç olasıdır.


172
Dünya həyatının sonu fəna və ölümdür.  Fənalıq elə bu
dünyaya aiddir. Mütləq fəna isə yoxdur. Ölmüş insan axirətdə
dirilir və əbədi yaşayır. İnsan fəna olmaq üçün yox, əbədi həyat
üçün xəlq olunub.  Ölüm yoxluq və fəna yox,  dünya həyatının
başa çatmasıdır. Dünya həyatı müvəqqəti mənzildir. Dünya yol
üstündəki çayxanaya oxşayır.  Hamı bir müddət bu çayxanada
vaxt keçirib,  yoluna davam edir.  Yə’ni insan bir gün bu
dünyadan “dəriləsidir”. Dünya elə bir məkandır ki, bu məkanda
axirət səfəri üçün azuqə hazırlanır.  Həzrət  (ə)  buyurur:
“Kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan və sözsüz,
bir gün səni tapasıdır.”  Bəli,  ölüm insanın ardınca elə bir
sür’ətlə gəlir ki,  insan gec-tez ona ov olur.  Hələ kimsə öz
sağlamlığını qorumaq,  müxtəlif vasitələrə əl atmaqla ölümdən
qaça bilməyib.  Əsas məsələ budur ki,  ölüm qapını döydüyü
vaxt kimi bu görüşə hazır olur,  kimisi yox.  Axirət səfərinə
hazırlaşmış insan üçün ölüm qorxulu deyil.  Vay o insanın
halına ki, ölüm yaxasına yapışan anda heç bir hazırlığı olmaya.
Həzrət  (ə)  buyurur:  “Qorx ki,  (ölüm)  səni xoşagəlməz,  pis
halda tapa.”  Əgər ölümün nə vaxt gələcəyindən xəbərsiziksə,
demək, pis vəziyyətdə qalmamaq üçün bu görüşə həmişə hazır
olmalıyıq.  Borclu qaldığımız ibadətləri,  xalqın mənimsənilmiş
haqlarını qaytarmalıyıq.  Ölüm heç bir borcluya borcunu
ödəmək üçün möhlət vermir.  Borcları vaxtında ödəmək
zəruridir.  Vay o insanın halına ki,  ölüm onu günah başında
yaxalaya. Həzrət (ə) yubadılmış tövbəyə işarə ilə buyurur: “Sən
özünlə tövbə etməkdən danış,  o isə səni tövbədən ayırsın;  elə
həmin an özünü puça çıxarmış olarsan.”  Ölüm bu gün-sabah
tövbə etmək fikrində olan insanı tövbədən məhrum edir.  Ona
görə də dərhal tövbə edib doğru yola qayıtmaq lazımdır.
Günaha batmaqdan,  günahdan sonra tövbəni yubatmaqdan
qorxmalıyıq.  Axı kim bilir ki,  qəfil ölüm bizə tövbə imkanı
verəcək?!  Bəli,  qeyri-münasib bir halda ölümlə görüşdən
qorxun və fürsəti qənimət bilərək tövbə edin.  Tövbəni tə’xirə
salsanız,  ibadətlərin qəzasını yerinə yetirməsəniz,  borclarınızı


173
qaytarmasanız, 
qəfildən
ölüm
qapını
döysə, 
kimi
qınayacaqsınız?  Bu halda kimsədən gileylənməyə dəyməz.
Özünüzü danlayın!


174
İYIRMI BIRINCI DƏRS
ÖLÜM DÜŞÜNCƏSI
Oğlum!  Ölüm,  ölümdən sonra qəfil rastlaşacağın
hadisələri tez-tez  (çox)  xatırla.  Ölümü gözlərin qarşısına
gətir.  Yanına gələnədək özünü bəzə,  hazırla.  Məbada qəfil
peyda olub,  səni məğlub edə,  aldanmış vəziyyətdə tapa.
Axirət,  onun ne’mətləri və dərdli əzablarını  (çox)  tez-tez
xatırla.  Həqiqətən,  axirəti düşünmək sənə dünyada
pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.
Məbada,  dünyaya könül verən,  dünya üstə bir-birlərinin
üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra.  Çünki
Allah səni dünyadan xəbərdar etmiş,  dünya öz necəliyini
sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni
qaldırmışdır.”
Vəsiyyətnamənin şərhində diqqətin axirətə,  əbədi həyata,
ölüm düşüncəsinin yaddan çıxarılmamasına yönəldilən hissəyə


175
çatdıq.  Şübhəsiz ki,  bütün canlı varlıqların ölümü labüddür.
Din
böyüklərinin
diqqət
mərkəzində
dayanan
ölüm
düşüncəsinin
tərbiyəvi
əhəmiyyətidir. 
Bütün
bu
xəbərdarlıqlardan sonra müsəlman şəxs heç vaxt ölümü
unutmamalıdır. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü
yaddan çıxarmasın.  Həzrət  (ə)  ölüm düşüncəsinin müsbət
tə’sirlərindən danışaraq,  bizi bu düşüncəyə rəğbətləndirir və
ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində tə’sirli
olsun.
MƏADA (ÖLÜMDƏN SONRAKı HƏYATA) INAM VƏ
RƏFTARıN ISLAHı (TƏRBIYƏ)
Əgər  Qur’ani-kərimə  diqqət  etsək,  görərik  ki,  daha  çox
əhəmiyyət  verilmiş  məsələlərdən  biri  axirət  həyatı  və  ölümün
xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət
insanın  rəftarında,  tərbiyəsində  mühüm  rol  oynayır.  Bu
istiqamətdə  axirət  inancı  tövhid  inancından  da  tə’sirlidir.
Diqqət  etsəniz,  əksər  insanlar  Allaha  inanır,  amma  bu  inam
onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və
Allahın  razılığını  nəzərə  almırlar.  Amma  axirət  inamı  insanın
həyat  tərzinə  tə’sir  göstərir,  onu  bir  başqa  şəkildə  yaşamağa
vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa,
bədbəxt  olası,  əbədi  əzaba  qovuşasıdır.  Bəli,  axirət  həyatına
inanan  şəxs  axirət  əzabını  nəzərdən  qaçıra  bilmir.  Düşüncəli
insan  əbədi  axirəti  müvəqqəti  dünya  həyatı  ilə  müqayisə
etdikdə,  şübhəsiz  ki,  əbədini  qoyub  məhdudu  seçəsi  deyil.
Amma  elə  Allah  aşiqləri  da  var  ki,  Allahın  razılığını  həm
dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki,
belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt
və  onun  ne’mətlərinə  üstünlük  verirlər.  Amma  həqiqi  mö’min
üçün  Allahın  razılığı  hər  şeydən  üstün  olmalıdır.
Qur’ani-kərimdə  oxuyuruq:  “...Allahın  razılığı  isə  daha
böyükdür.”  Bəli,  insanların  iman  dərəcələri  çox  fərqlidir.  Çox
nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə