Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

139
azıb  uzaq  düşmüşlər.”  Səbəb  budur  ki,  dünya  aldadıcı  və
cazibədar, axirət isə hiss üzvlərinin tə’sir dairəsindən kənardır.
Dünya  daim  göz  qabağında,  axirət  isə  düşüncə  arxasındadır.
Dünya  insanı  son  məqsəddən  qəflətdə  saxladığı  üçün  insana
nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
Əmirəl-mö’minin də imam Həsənə  (ə)  axirətin əhəmiyyətini
bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur:
“Bil ki,  qarşında uzun yolun,  üzücü əziyyətin var..”  Həzrət
qarşısındakı yolun təhlükəsindən xəbər verir.  Bütün bu
təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq,
onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.
HƏYAT YOLU
Qeyd olunduğu kimi,  dünya həyatı insanı axirətə aparan bir
yoldur.  Bəli,  həyat insanın keçməyə məcbur olduğu
uzun-uzdadı, təhlükəli keçiddən başqa bir şey deyil. Əlbəttə ki,
“uzun-uzadı”  dedikdə coğrafi uzunluq nəzərdə tutmuruq.  Bu
məsafə insanın ömrüdür.
Bu səfərin iki xüsusiyyəti var: Əvvəla, bu yol çox uzundur və
onun nə vaxt, hansı nöqtədə başa çatacağı mə’lum deyil. Ağıl
bütün gücünü sərf etsə belə onun sonunu kəşf etməkdə acizdir.
İkincisi,  bu səfər olduqca təhlükəli bir səfərdir.  Bu yolda
hərəkət edən insan üçün daim büdrəmə, çaşma qorxusu var. Bu
yolda bir an qəflət, yuxu bir ömür peşmançılığa səbəb ola bilər.
İnsan ömür boyu öz əməl və rəftarlarına diqqətli olmalıdır.
Yalnız Allahın peyğəmbər və övliyaları bu yolu yaxşı
tanıyırlar.  Əmirəl-mö’minin  (ə)  və onun övladları yaranış
məqsədini gözəl bilir.  Bu məqsədə çatmaq üçün hansı
mərhələlərdən keçmək lazım gəldiyini gözəl anlayırlar.  Adi
insanlar nə qədər çalışıb,  zəhmət çəksələr də,  bu məsələni
olduğu kimi dərk edə bilmirlər. Bəlkə, həmin dərin düşüncəyə
görə dost da, düşmən də Əli (ə) həyatını anlamaqda, onun kimi
yaşamaqda öz acizliyini bildirir.  Həzrət  (ə)  gündüzlər ya əkin
sahəsində
işləyər,  ya
da
döyüş
meydanında
olardı.


140
Hakimiyyətdə olduğu vaxt isə xalqın problemləri ilə məşğul
olardı.  Həzrətin  (ə)  vaxtı gündüzlər  (ibadət istisna olmaqla)
yalnız belə işlərə sərf edilərdi. Gecənin isə bir hissəsini həzrət
fəqirlərə,  yetimlərə,  miskinlərə sərf edərdi.  Gecənin əsas
hissəsini ibadət edər və azca yatardı.  Onun ibadəti nalə,  göz
yaşı ilə müşayiət olunar,  səfərin uzunluğundan,  azuqənin
azlığından şivən qoparardı. Həzrət (ə) bilirdi ki, əsas məqsədə
aparan yol çox uzundur.  Bizlər isə bu həqiqəti dərk etməkdə
çətinlik çəkirik.  Əhli-beyt  (ə)  buyuruqlarından belə mə’lum
olur
ki,  onların
dərk
etdiyini
bizlərin
dərk
etməsi
mümkünsüzdür. Məgər qarşıda uzun və ağır səfərə çıxası insan,
daha doğrusu, belə bir səfərdə olan insan rahat otura bilərmi?!
Oturmaq faydasız sözlər danışmaq bekarların işidir.  Gündəlik
işlərimizdən birini nəzərdən keçirməklə öz münasibətimizi
sınaqdan keçirə bilərik. Məsələn, zəruri bir iş dalınca bir neçə
saatlıq yol getməli insan hökmən hazırlaşır və məqsədə
çatanadək heç vəchlə rahatlaşmır. Bu yolu öz avtomobili ilə qət
edəsi şəxs hökmən avtomobilin təkərlərini,  yanacağını və sair
zəruri hissələrini nəzərdən keçirir. Bir sözlə, yola çıxmalı olan
şəxs hazırlıq görür və yalnız mənzil başına çatdıqdan sonra
toxtaqlıq tapır.  Bəs necə ola bilər ki,  sonu bilinməyən ömür
səfərində insan rahatca gün keçirə?  İkinci problem bu yolun
təhlükəli olmasıdır.    İnsan hər iki tərəfi uçurum olan ömür
yolunda azca büdrəməklə məhv ola bilər.
Bir sözlə,  qarşımızdakı ömür yolu həm uzun,  həm də
təhlükəlidir.  Hər an minlərlə təhlükə ilə üzləşə bilərik.  Əgər
ətrafımıza
diqqətlə
nəzər
salsaq,  büdrəyib
uçuruma
yuvarlanmış bəs qədər insan görərik.  İnanılmayası insanlar
büdrəyib.  O qədər şəkk-şübhə içində vurnuxublar ki,  iş inkar
həddinə çatıb.  Hansı ki,  bizim gördüklərimiz baş verənlərin
yalnız kiçik bir hissəsidir.  Allahın sirr saxladığı,  üstünə pərdə
çəkdiyi işlər isə daha çoxdur.  Məbada,  yolumuz üstündəki
təhlükələrdən qəflətdə qalaq. “Bil ki, qarşıda uzun yolun, üzücü
əziyyətin var.”


141
HƏYAT YOLUNU NECƏ KEÇƏK?
Bəs bu uzun və təhlükəli yolda vəzifəmiz nədir?
Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı?  Şübhəsiz
ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir.
İstər-istəməz
axirətə
doğru
hərəkətdəyik

məqsədə
sağ-salamat çatmaq üçün tədbir görməliyik.  Yolu hərtərəfli
nəzərdən keçirib,  əvvəl deyilmiş proqramla hərəkət etməliyik.
Bəs bu yola uyğun hansı azuqəni götürməliyik?  Çünki dəniz
yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa
cür azuqə,  hazırlıq tələb edir.  Həzrət  (ə)  buyurur:  “Həqiqətən
bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən.”
Ərəbcə mətndə işlənmiş “irtiyad” kəlməsi bu günkü anlamada
“proqram”  mə’nasını bildirir.  Yə’ni insan bu yolda düzgün
həyat
proqramı
üzrə
hərəkət
etməlidir.  Məqsədimizi
aydınlaşdırmaq üçün bir misal çəkək:  Tutaq ki,  on günlük bir
səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur.
Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün on günlük ərzaq
götürməlisiniz. Əgər ərzaqı az götürsəniz çətinlik çəkəcəksiniz,
çox götürsəniz yükünüz ağır olacaq. Demək, yolun uzunluğuna
uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun
yola münasib azuqə hazırlanmalıdır.  Az ərzaq götürən aclıq
çəkir,  çox ərzaq götürən isə ağırlıq altda qalır.  Buna görə də
dəqiq proqram üzrə hərəkət etmək lazımdır.  İfrat da,  təfrit də
zərərlidir.  Ən pisi budur ki,  bə’zi müsafirlər tamamilə ehtiyac
duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar.
Ağır yük sür’əti azaldır,  bə’zən isə hərəkəti dayandırır.  Ona
görə də yalnız zəruri şeyləri götürmək lazımdır.  Eləcə də
götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki,  səfərdə
rahat hərəkət etmək mümkün olsun.
Beləcə,  insan bu uzun səfərdə iki şərtə əməl etməlidir.
Əvvəla,  yalnız zəruri şeylər götürülməli.  İkincisi,  götürülən
şeylərin qədəri dəqiq müəyyənləşdirilməlidir. Yə’ni həm azuqə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə