Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

128
göstərir.  Onlar başqalarına hörmətsizlik göstərir,  elmini
artırmaq istəmir, bilmədiklərini inkar edirlər.
ON BEŞINCI DƏRS
ÜNSIYYƏT (MÜAŞIRƏT) ƏDƏBI
Oğlum!  Vəsiyyətimi dərk et,  özünü özün və başqaları
arasında ölçü say;  özün üçün istədiyini başqaları üçün də
istə;  özünə qıymadığını başqalarına da qıyma;  zülm etmə,
necə ki, özünə zülm olunmasını istəmirsən; yaxşılıq et, necə
ki özünə yaxşılıq olunmasını istəyirsən; başqaları üçün pis
saydığını özün üçün də pis say; xalq üçün bəyəndiyini özün


129
üçün də bəyən; bilmədiyini danışma, hətta hər bildiyini də
danışma;  sənə deyilməsini istəmədiyin sözü başqalarına
demə;  bil ki,  xudpərəstlik həqiqətə ziddir və düşüncələrin
bəlasıdır (çox çalış və başqalarına xəzinədar olma.) Elə ki,
yolunu tapdın, Allah qarşısında bacardıqca təvazökar, xaşe
ol.”
Bu dəyərli vəsiyyətdə diqqət mərkəzində dayanan məsələ
dünya ilə müqayisədə əbədi axirət həyatının əhəmiyyəti idi.
Əlbəttə ki,  dünyanın da axirətlə müqayisədə əhəmiyyətsiz
olduğu
nəzərdən
yayınmamalıdır.  Bu
məsələyə
digər
mövzularda,  eləcə də fərdi və ictimai əxlaq mövzusunda
danışılarkən toxunulmuşdur.  Müşahidə etdiyiniz kimi Həzrət
(ə)  dünya əhlini səfərdə olan karvana bənzədir.  Əlbəttə ki,  bu
səfərin özünəməxsus çətinlikləri var və insan bu çətinliklərə
dözməlidir.  Yol çətinliklərinə dözməyən müsafir,  təbii ki,
mənzil başına çata bilməz.  Əgər müsafir bilsə ki,  yol çox
qısadır, çətinliyə dözmək asan olar. Dünya həyatının qısalığını
dərk edən insan da belədir. O, heç zaman dünyaya əsir olmur.
Axı hansı məntiqlə əbədi səadəti üç-beş günlük yarı acı,  yarı
şirin dünya həyatına qurban vermək olar?!  Amma dünya
həyatının sonunu yoxluq bilən insan xoşbəxtliyini yalnız
dünyada axtarasıdır.


130
XOŞ RƏFTARıN, ÜNSIYYƏTIN ME’YARı
Vəsiyyətnamənin bu hissəsində Həzrət  (ə)  bəşəriyyətə
insanlar arasındakı münasibətlərə aid digər bir mühüm
məsələni bəyan edir.  Bu məsələ haqqında vəsiyyətnamənin
başqa bir yerində də başqa bir ünvanla danışılacaqdır.  Həzrət
(ə)  buyurur:  “Özünü özün və başqaları arasında ölçü say...”
İnsan başqaları ilə rəftarını dəyərləndirmək üçün me’yara
ehtiyaclıdır.  Yaxşı rəftarı tanımaq üçün hökmən bir ölçü
lazımdır. Axı insan istər-istəməz başqaları ilə ünsiyyətdə olur.
Bəs ətrafdakıların hüququnu pozmamaq üçün necə rəftar
etməli, necə danışmalı?
Müqəddəs islam dinində rəftar və ünsiyyət qaydaları geniş və
dəqiq şəkildə öz əksini tapmışdır. Vacib və haram, müstəhəb və
məkruh  (bəyənilmiş və pislənmiş)  əməllər tam şəkildə
müəyyənləşdirilmişdir.  Amma məsələ budur ki,  istənilən bir
şəraitdə istifadə ediləsi ümumi bir me’yar var, yoxsa yox? Bu
suala Həzrət  (ə)  misilsiz bir hikmətlə cavab verərək  “me’yar
özünsən” buyurur. Yə’ni elə rəftar etməlisən ki, özünə qarşı bu
rəftarı umursan. Özünün qarşısındakı adamın yerinə qoy və bil
ki, hansı rəftarla onu razı sala bilərsən. Belə bir ölçü vasitəsinə
malik olan insanın başqaları ilə ünsiyyətdə heç bir problemi
olmur. İlk əvvəl bir qədər çətin əldə olunan bu üsul bir müddət
sonra xasiyyət şəklinə düşür və asanlaşır.
YAXŞı DAVRANıŞıN SƏMƏRƏSI
Bu ümumi me’yarı bir daha diqqətlə nəzərdən keçirdikdə
müəyyən mühüm nöqtələr əldə olunur.  İlk mühüm nöqtə bu
me’yarın əhatə dairəsinin geniş olmasıdır.  İnsan belə bir
me’yardan istifadə etməklə bütün sahələr üçün öz davranışını
müəyyənləşdirə bilər.  Digər bir nöqtə nə üçün bu me’yarın
seçilməsidir.  Nə üçün insan öz davranışını tə’yin etmək üçün
özünü başqalarının yerinə qoymalıdır? Bütün peyğəmbərlər və
səmavi kitablar bildirirlər ki,  bəşəriyyət bir ata və bir anadan
yaranmışdır.  Demək,  bütün insanlar insanlıq və şərafətdə


131
müştərəkdirlər.  Kimsə bu bərabərliyi,  müştərəkliyi inkar edə
bilməz.  Kimsə deyə bilməz ki,  mənimlə bu sayaq rəftar edin,
amma mən sizinlə istədiyim kimi rəftar edəcəyəm.  E’tiraf
etməliyik ki,  başqalarından yaxşı rəftar gözlədiyimiz kimi,
başqalarının da bizdən yaxşı rəftar gözləməyə haqqı var. Qarşı
tərəflə necə rəftar etmək lazım olduğunu
bilmək üçün
özümüzü həmin şəxsin yerinə qoymalıyıq.  Belə bir baxışın
əsasını qarşı tərəfin insani məqamına, hüquqlarına diqqət təşkil
edir. Hər bir insanın başqaları ilə qarşılıqlı münasibətdə hüquq
və vəzifələri vardır. İnsan ictimai varlıqdır və ətrafındakılar ilə
əlaqə saxlamağa məcburdur.  İctimai əlaqələrini düzgün
nizamlamayan insan maddi və mə’nəvi ne’mətlərə çata bilmir.
Ona görə də qarşı tərəfin millətini, irqini nəzərə almadan onun
haqlarına riayət etmək lazımdır.  İnsan olan varlıq heç vəchlə
ictimai əlaqələrdən imtina edə bilməz. Belə bir həyatda o uyğun
əlaqələrə möhtacdır.
Bəli, qarşılıqlı əlaqələrin necəliyinin tə’yinində həzrət Əlinin
(ə)  buyurduğu me’yardan ümumi,  üstün me’yar tapmaq
mümkünsüzdür.  Bu üsula əməl etməyə başlasaq,  bütün
rəftarlarımızı yenidən nəzərdən keçirməli olacağıq. Bu qayda o
qədər əhatəlidir ki, mədəni, əqidəvi, hüquqi tə’sirlər də göstərir.
Yalnız bu me’yarı əsas götürməklə insanlıq,  ictimailik dərk
olunur.  Yə’ni həm rəftara,  həm də bütün mədəniyyətlərə və
millətlərə tə’sir edilir.  Məsələn,  ailədə ərlə arvadın müxtəlif
xüsusiyyətlərə malik olmasına baxmayaraq, bu me’yar öz işini
görür.  Müxtəlif vəzifələrə malik olan ailə üzvləri bu me’yar
vasitəsi ilə öz qarşılıqlı münasibətlərini yetərincə tənzimləyə
bilirlər.  İnsanlar bir-birlərindən xoş davranış intizarındadırlar.
Əgər ailənin bir üzvü o biriləri ilə zor dilində danışarsa, demək,
razıdır ki, onunla da zor dilində danışılsın. Yox əgər zor dilini
qəbul etmirsə, gərək özü də zor dilində danışmasın. Ata-övlad
əlaqələrində də uyğun məsələ ortaya çıxır. Ata və övladın fərqli
vəzifələri olsa da,  onlar eyni bir mühitdə yaşayıb,  əlaqə
saxlamağa məcbur olduqlarından həmin metodla  (özünə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə