Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

132
qıymadığını
başqasına
qıyma) 
hərəkət
etməli, 
öz
münasibətlərini tənzimləməlidirlər. Uşaqlıq dövrünü xatırlayaq.
Bə’zən hansısa rəftarına görə ata-anamızdan narazı qalardıq.
İndi ki özümüz valideynik,  gərək övladlarımızla həmin cür
rəftar etməyək. Valideynimizdən görmək istədiyimiz rəftarla öz
övladımıza yanaşmalıyıq.  Axı uşaqlıq dövründə səhvə yol
verərkən atamızın bizi sərt yox, yumşaq tərzdə başa salmasını
istəyirik.  Necə ola bilər ki,  övladımız səhvə yol verdikdə
onunla diktator kimi davranaq?! Təsəvvür edin ki, övladınız siz
özünüzsünüz. Özünüzlə necə rəftar olunmasını istəyərdiniz?
Bəli, uyğun metod bütün sferaları əhatə edir və əksər ictimai
problemlər bu yolla həllini tapır.
DAVRANıŞ ME’YARıNA UYĞUN ƏMƏL ÜSULU
Vəsiyyətin bu sətirləri xüsusi əhəmiyyətə malik olduğundan,
yeni bir məsələ açıqlandığından Həzrət  (ə)  “Ey oğlum”  deyə
müraciət etməklə qarşı tərəfin diqqətini cəlb edir,  öz sözlərini
onun qəlbinə hopdurur.
Tapşırılır ki, başqaları ilə münasibətdə problem yaranmaması
üçün özünüzü ölçü seçin.  Bəs necə?  Belə ki,  “özün üçün
istədiyini başqası üçün də istə.” Başqalarından hansı münasibəti
gözləyirsənsə,  özün də onlara qarşı eyni münasibəti göstər.
Çünki onlar da sənin kimi insandır.  “Özünə qıymadığını
başqalarına da qıyma.”  Axı sənə pis gələn münasibət
başqalarına da pis gəlir.  Əlbəttə,  kimsə özünə qarşı zülm
edilməsini istəmir.  Bəs nə üçün başqalarına zülm edilsin?!
Hamı insandır və eyni münasibət istəyindədir. Etdiyi əməllərdə
özünü ölçü götürən insan heç vaxt başqalarına zülm etməz.
Belə bir düşüncə tərzi cəmiyyətdə hakim olduqda həmin
cəmiyyətdə zülmə yer qalmır,  bir çox problemlər öz həllini
tapır.  Əgər yaxşılıq istəyiriksə,  biz də başqalarına yaxşılıq
etməliyik.  Əgər özümüzə qarşı ədəbsizlik,  məsxərə,  pis
danışıqdan narahat oluruqsa,  başqalarına qarşı da belə işləri
rəva bilməməliyik.  Necə ola bilər ki,  başqalarının bizə qarşı


133
hörmətsizliyi
pis

olsun,  bizim
başqalarına
qarşı
hörmətsizliyimiz isə yaxşı iş?!  Həzrət  (ə)  buyurur:  “Başqaları
üçün pis saydığını özün üçün də pis say.”  Başqalarının yaxşı
rəftarı bizə xoş gəlirsə, bizim də xoş rəftarımız başqalarına xoş
gəlir.
Bütün bu deyilənlərdən sonra Həzrət (ə) alim və tələbə rəftarı
mövzusunda söhbət açır.  İnsan başqaları tərəfindən əziyyətə
salınmaq istəmədiyi kimi,  başqalarının da əziyyətə düşməsinə
səbəbkar olmamalıdır.  Məsələn,  başqaları ona sualla müraciət
etdiyi vaxt bilmədiyi məsələlərdə susmalı  “bilmirəm”
deməlidir.  Əgər biri öz uydurma cavabları ilə sizi aldadarsa,
xoşunuz gələrmi?  Siz də başqalarını çaşdırmamaq üçün
“bilmirəm”  deməyi bacarmalısınız.  Beləcə,  başqalarının
suallarına cavab verərkən,  özünüz üçün arzuladığınız şəkildə
rəftar edin. Bilirsinizsə cavab verin, şübhəniz varsa, “bilmirəm”
deyin.  Bilmədiyi halda  “bilmirəm”  deməyənlər olduqca yanlış
hərəkət edirlər.  Əlbəttə ki,  kimsədən bizi əziyyətə salacaq
cavablar eşitmək istəmirik.  Demək,  birinci mərhələdə qayda
budur ki,  insan bilmədiyi suala cavab verməsin.  Həzrət  (ə)
əlavə edir: “Hətta hər bildiyini də danışma.” Araşdırmalıyıq ki,
deyilən sözlər məsləhətlidir,  yoxsa yox?  Əgər deyəcəyimiz
sözlər fəsad yaradacaqsa,  ictimai əlaqələrə zərbə dəyəcəksə,
əlbəttə ki, susmaq yaxşıdır. Məsələn, bir dost o biri dosta qarşı
səhvə yol vermişsə,  onu bu barədə xəbərdar etmək olmaz.
Çünki nəticədə bu iki şəxsin dostluğu zərbə altında qala bilər.
Bəli, insan bildiyi hər məsələni açıqlamamalıdır. Düşünməlidir
ki,  deyiləcək söz faydalı olacaq,  yoxsa zərərli?  Əgər
tərəddüddəyiksə özümüzü dinləyicinin,  qarşı tərəfin yerinə
qoyub, mənfi və müsbət cəhətləri müəyyənləşdirməliyik.
XUDPƏSƏNDLIK SAĞLAM DAVRANıŞıN BƏLASıDıR
Davranış me’yarının mövcud olmasına baxmayaraq,  çoxları
bu qaydaya riayət etmirlər.  Çoxları özlərinə münasibətdə
gözlədikləri qaydada başqalarına yanaşmırlar. Heç vaxt özlərini


134
qarşı tərəfin yerinə qoymurlar.  Bəs bunun səbəbi nədir?  Bu
xəstəliyin kökü haradadır?  Həzrət  (ə)  buyurur:  “Bil ki,
xudpəsəndlik həqiqətə ziddir.”  Bəli,  bu problemin kökündə
xudpəsəndlik dayanır. Özünü başqalarından ayıran, üstün tutan
insan başqaları ilə eynihüquqlu olmaq istəmir.  Bəhanələr də
var.  Bə’ziləri özünü başqalarından üstün bilir,  təkəbbür
nümayiş etdirir.  Məsələn,  özünü alim,  başqalarını isə cahil
sayır.  Ona elə gəlir ki,  alim olduğu üçün ona ehtiram
göstərilməlidir.  Bə’ziləri isə malik olduqları var-dövlətə görə
imtiyazlar umur.  Kimisi də özünü mö’min,  başqalarını
günahkar saydığından burnunu dik tutur.  Bu cür yanlış
yanaşmalar səbəbindən davranışın hikmətli me’yarı ayaq altına
atılır. Azğınların ilk addımı həmin xudpəsəndlik, özünü yuxarı
tutmaqdır.  Onlar başqalarından üstün məziyyətlərə malik
olduqlarını düşünür,  ətrafdakıları əskik sayırlar.  Bu,  insanın
mübtəla olduğu ən ağır dərddir və dünya-axirət fəlakəti ilə
nəticələnir.  Bu xəstəliklə ciddi mübarizə aparılmalıdır.  İnsan
özünü başqalarından aşağı tutmağa çalışmalıdır.  O,  bütün
üstünlüklərini Allahın əmanəti saymalıdır.  Üstünlüklər insana
tapşırışmış əmanətdir.  Axı kim zəmanət verə bilər ki,  insanın
malik olduğu var-dövlət,  iste’dad,  gözəllik,  güc,  iman,  vəzifə
ömrünün axırınacan onun əlində qalacaq?!  Əldən çıxması
mümkün olan bir şeyə görə qürrələnməyə dəyərmi?  Bu gün
imansız,  savadsız,  yoxsul olan insan sabah imanlı,  elmli,  varlı
ola bilməzmi? “Cücəni payızda sayarlar”– buyurub atalar. Kim
bilir ki,  kimin axırı nə olacaq?  Azmı görmüşük uca məqamlı
insanlar qısa bir müddətdə zavala gəlib,  uçuruma yuvarlanır?!
Kim öz axırının yaxşı olacağına əmindir?  Bütün bunları
düşünən,  dərk edən insan özünü çəkmir,  təvazökar olur,
təkəbbür və qürurdan çəkinir.
Deməli,  Həzrətin  (ə)  buyurduğu tərbiyəvi,  əxlaqi,  ictimai
me’yara çəpəki baxanlar xudpəsəndlik xəstəliyinə yoluxub,
özlərini başqalarından üstün tutanlardır.  Ona görə də özləri
istədiklərini edir,  başqalarından qanun tələb edirlər.  Çünki


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə