Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

118
qidalanan  bu  çirkin  heyvanın  üfunətli  sümüyünü  pis  bir  şey
təsəvvür etmək isə mümkünsüzdür. İndi özünüz düşünün, belə
iyrənc  bir  şey  cüzam  xəstəliyinə  yoluxmuş  adamın  əlində
olduqda  hansı  səhnə  yaranır?!  Həmin  xəstənin  əlində  gül  də
olsaydı, kimsə həmin gülə baxmaq istəməzdi. Görün, insan nə
dərəcədə  qafildir  ki,  uyğun  səhnələrə  aludə  olur!  Dünyanın
tanıyanlar  isə  ona  eynən  Həzrətin  (ə)  gözü  ilə  baxırlar.  İndi
özünüz müəyyənləşdirin ki, hansı dəstədənsiniz.


119
ON DÖRDÜNCÜ DƏRS
UĞUR
Səni  müxtəlif  cəhalət  və  nadanlıqlara  görə  məzəmmət
etdim ki, alim olduğunu zənn etməyəsən. Alim o şəxsdir ki,
bildiklərini,  bilmədikləri  ilə  müqayisədə  az  olduğunu
anlasın. Ona görə də özünü cahil sayır, elm əldə etmək üçün
çox çalışır və daim elm axtarır, elmə meyl edir, onda fayda
axtarır.  O,  elm  əhli  qarşısında  təvazökardır,  daim  sükut
edir, xətadan həzər qılır, xəcalət çəkir. Bilmədiyi məsələ ilə
qarşılaşdıqda  bilmədiyini  (cəhlini)  inkar  etmir.  Çünki  öz
cəhalətini  e’tiraf  edir.  Cahil  isə  o  şəxdir  ki,  bilmədiyi  işdə
özünü  alim  zənn  edir  və  öz  fikri  ilə  kifayətlənir.  Həmişə
alimlərdən uzaq gəzir, onlara eyb tutur, ona müxalif olanı
xətakar sayır, öz bilmədiyini azğınlıq hesab edir, bilmədiyi
məsələ ilə üzləşdikdə onu inkar edir və deyir: “Bu məsələ ilə
rastlaşmamışam, güman etmirəm ki, belə ola, çətin ki, belə
olsun;  necə  ola  bilər  ki,  mən  bu  məsələdən  xəbərsiz
olam”...” Bu sözlər cahil şəxsin öz fikrinə e’timadından, öz
nadanlığından  xəbərsizliyindən  doğur.  Öz  rə’yinə


120
məftunluq və cəhaləti tanımaqda daimi səhvlər səbəbindən
haqqı  inkar  edir  və  inad  göstərərək,  elm  əldə  etməkdə
təkəbbür nümayiş etdirir.”
Deyilənlərdən
axirətin
əhəmiyyəti,  dünyanın
axirətlə
sonuclanan bir yol olduğu aydınlaşdı.  Bildik ki,  əbədi həyata,
əsil məqsədə çatmaq üçün bu yoldan keçmək zəruridir.
Dünyanın son məqsəd olduğunu düşünsək böyük səhv etmiş
olarıq. Bu halda əsil məqsədə çatmaq üçün işlədiləsi qüvvə elə
yoldaca hədərə gedər.
Azca diqqət edib,  düşünən insan anlayasıdır ki,  onun həqiqi
həyat kimi qəbul etdiyi dünya həyatı əbədi axirət dünyası ilə
müqayisədə sadəcə bir yoldur.  Dünyanın axirətə gedən yol
olduğuna inansaq, minlərlə sual doğuran bir sualla qarşılaşarıq:
Axirət səadətinə çatmaq üçün dünya həyatını necə yaşamalıyıq?
Qısa dünya həyatı yolunda o qədər dolaşıq problemlər var ki,
alimlər əsrlər boyu tər axıtsalar da, bu problemləri sonadək həll
edə
bilməmişlər.  Əgər
göz
qarşısında
olan
dünya
problemlərinin həlli bir bu qədər çətindirsə,  ağıl işləməyən
axirət problemlərini necə həll etmək olar?!  Axirət dünyası
maddi dünyamızdan çox-çox genişdirsə,  demək onun
problemləri də bir o qədər böyükdür. Bəs bu problemləri necə
həll edib, axirət səadətinə qovuşmaq olar? Bu sual ümumi oldu.
Amma eyni dərəcədə əhəmiyyət daşıyan digər çoxsaylı suallar
da vardır. Məsələn, dünya həyatında gözün, qulağın, dilin, əlin,
ayağın vəzifəsi nədir?  İnsanın ata-ana,  ailə-övlad,  cəmiyyət
qarşısında hansı vəzifələri var?  Əbədi səadətə çatmaq istəyən
insan bütün bu suallara cavab tapmalı,  öz ömrünü nizamlı
şəkildə yaşamalıdır. İndi uyğun məsələləri araşdıraq.
FITRƏT ELM TƏŞNƏSIDIR
Dolaşıq məsələlərlə,  sonsuz suallarla qarşılaşdıqda atılası ilk
addım bu suallara cavab tapmaqdır. İnsan uyğun problemlərdən


121
yaxa qurtarmaq üçün hökmən yollar axtarmalıdır.  Mə’lum
məsələdir ki, bu suallara elm cavab verə bilər. Ona görə də elm
təhsili zəruridir.  Amma bu təhsil digər təhsillərdən köklü
şəkildə fərqlənir.  Bə’zi təhsillərdə məqsəd var-dövlət,  vəzifə,
ad-san qazanmaq olur.  Amma axirətlə bağlı təhsildə məqsəd
yalnız və yalnız Allahın razılığı olmalıdır. Hər anın görüşünü,
hər insanla rəftarı müəyyənləşdirmək lazımdır.  İlahi məqsədlə
oxunan elm olduqca dəyərlidir.
Olsun ki,  Həzrət  (ə)  bu məqsədlə təhsil və təhsil yolundakı
problemlərdən söhbət açır,  həyati əhəmiyyətli suallara yalnız
elm yolu ilə cavab verməyin mümkünlüyünü nəzərə çatdırır.
Digər bir tərəfdən elm insanın fitri tələbidir.  İnsan əqli
yetkinliyə çatmazdan qabaq öz daxilində məchulları mə’luma
çevirmək zərurəti hiss edir.  Məsələn,  üç-beş yaşlı uşaqlar
olduqca çox sual verirlər.  Bu onların elm və biliyə olan fitri
istəyindən qaynaqlanır.  Elmə olan fitri istək onun zəruriliyinə
olan şübhələri aradan qaldırır. Beləcə elm əldə etməzdən qabaq
onun faydalı olduğunu sübut etməyə ehtiyac qalmır.  Yə’ni
insanın
öz
suallarına
cavab
axtarmasının
səbəbəbini
müəyyənləşdirmək lazım gəlir. Bu istək insandan asılı deyil və
onun daxilindən qaynaqlanır. Bəli, bu ehtiyac uşaq yaşlarından
şö’lələnməyə başlayır və insanı elmə doğru hərəkətə sövq edir.
Əlbəttə ki, bu fitri istək xarici amillərin tə’siri altında güclənə
də bilər.  Məsələn,  yetkinlik yaşına çatmış insan anlayır ki,
qarşıya çıxan problemləri elmi yolla həll etmək lazımdır və
elmin işığından kənarda səadət yoxdur.  Həm fitri istək,  həm
ağılın tələbi sayəsində elmə olan maraq ikiqat artır.  Unutmaq
olmaz ki,  elmə rəğbəti artıran xarici aləm bə’zən bu rəğbəti
zəiflədə də bilər.  Məsələn,  elm yolundakı problemlər elmə
marağı zəiflədə bilər.  Bu incə nöqtələrdən xəbərsiz insan çox
vaxt müvəffəq ola bilmir.  Yə’ni xarici amil insanın Allaha
doğru hərəkətinə də, cəhalət girdabına sürüklənməsinə də tə’sir
edə bilər. Bə’zən təhsil yolundakı problemlər o qədər dərin olur
ki,  insanın oxuduqları onun zərərinə işlənir.  Min bir zəhmətlə


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə