Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

115
tanıyanların əhvalatı susuz,  qeyri-abad yerdə mənzil salıb,  bol
ne’mətli, dilbər guşəyə üz tutanların əhvalatı kimidir. Onlar yol
əziyyətini özlərinə asan bilib,  dostdan ayrılığı,  yemək və
yatmaq çətinliyini qəbul ediblər ki,  özlərini şadlıq mənzilinə
çatdırsınlar,  öz asayiş yerlərində rahatlansınlar.”  Dünyaya
bəsirət gözü ilə baxanlar onu tanıdılar.  Onlar quraqlıqdan
gülüstana üz tutmuş karvan kimidirlər. Çünki qarşıdakı mənzili
ideal bilir, bütün yol ağrılarına dözürlər. Onların həqiqi dostları
çatacaqları mənzildə olduğundan həmin aləmə düşmək üçün
hazırlıq görürlər.  Sözsüz ki,  səfər şəraiti ev şəraitindən ağır
olur.  Amma bu yolun yolçuları əmindirlər ki,  tezliklə əbədi,
rahat və geniş bir mənzilə çatacaqlar.  Ona görə də yol
çətinlikləri onları narahat etmir.  Məgər məhbubu ilə görüşə
tələsən aşiq yorğunluq hiss edərmi?!  Hətta bədən yorulsa da,
aşiq bu yorğunluğu hiss etmir.  Bu yolda xərclənilən pul zərər
sayılmır. Həqiqət yolunun yolçusu çəkdiyi zəhmətləri, xərcləri
özü üçün iftixar sayır.  Deyilənlər dünyanı olduğu kimi
tanıyanların halından nümunələr idi.
Amma bu əqidə müqabilində dünyanı zahir gözü ilə müşahidə
edib, ona aldananların əqidəsi dayanır. Onları aldadan dünyanın
ötəri şirnisi,  əlvanlığıdır.  Amma bir vaxt gəlir ki,  bu şirinlik
zəhərə,  əlvanlıq zülmətə çevrilir.  Qur’ani-kərimdə buyurulur:
“Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”
Ayənin
ərəbcə
ifadəsindəki  “qurur”  kəlməsi  “yalan”
mə’nasında işlədilmişdir. Yə’ni dünya yalan vasitəsidir. Dünya
uşağa verilmiş sün’i əmziyə oxşayır.  Həmin əmzik uşağı
aldadıb başını qatdığı kimi, dünya da insanın başını qatıb, onun
diqqətini mühüm məsələlərdən yayındırır.  Əlbəttə ki,  dünyaya
aldananlar da bir neçə qrupdurlar. Onlardan bir qrupu dünyaya
heyvani nəzərlə baxır. Dünyanın sonunu puç hesab edənlər də
dünyaya aldananlardandırlar.  İstər dünyanın ötəriliyini dərk
etməyənlər, istərsə də onu ötəri bildikləri halda sonunu yoxluq
sayanlar dünyanın əsil mahiyyətindən qəflətdədirlər.


116
Dünyanın mahiyyətini dərk edənlərlə onun sonunu yoxluq
kimi başa düşənlər arasında oxşar cəhət odur ki,  hər iki qrup
dünyanı ötəri sayır.  Demək,  dünyaya heyvani nəzərlə
baxanların,  dünyanın sonunu yoxluq sayanların və dünyanın
mahiyyətini dərk edənlərin hər birinin səciyyəvi rəftarı var.
Bəli, xalq dünyaya üç baxışdan biri ilə baxır: Bir qrup insan
dünyanın ötəriliyini hiss etmədən heyvani həyat sürür,  digər
qrup insan dünya həyatının ötəriliyini hiss etsə də, onun sonunu
puç sayır, üçüncü qrup insanlar isə dünya həyatını axirətə doğru
səfər hesab edirlər.  Həzrət  (ə)  dünyaya aldananlar haqqında
buyurur:  “Dünyaya aldananların əhvalı isə ne’mət dolu
mənzildə yaşayıb,  oradan susuz,  ələfsiz mənzilə köçənlərin
əhvalatı kimidir.” Onlar üçün bu səfərdən ağır bir şey yoxdur.
Dünyadan ayrılmaq onlar üçün çox çətindir.  Heçliyə,  yoxluğa
yaxınlaşdıqlarını düşünənlər üçün hər nəfəs bir əzabdır.  Onlar
səfalı saydıqları mənzildən fəna bildikləri yerə köçmək
istəmirlər.  Yoxluq düşüncəsi onları o ki var sıxır.  Bununla
yanaşı dünya həyatını fürsət bilib ondan qədərincə ləzzət
almağa çalışırlar.  Çünki yalnız dünya həyatını barlı-bəhrəli,
ləzzətli güman edirlər.  Onların fikrincə,  ölümdən sonrakı
mənzildə heç bir xoşluq yoxdur.
İnsan qeyd olunan iki yolu bəsirət gözü ilə nəzərdən keçirib,
öz baxışını müəyyənləşdirməlidir:
1. Həyat beş günlükdür (müvəqqətidir). Bu baxışa görə həyat
ölümlə başa çatıb,  puç olur və ondan sonra heç bir ne’mət və
yaşayış yoxdur. Nə varsa elə bu beş günlük dünyadadır.
2.  Həyat əbədi axirət həyatıdır.  Yə’ni beşgünlük dünyamız
həmin axirət dünyası ilə müqayisə olunası deyil. Bu dünya əsil
məqsəd olan axirət dünyasına keçiddir.
DÜZGÜN BAXIŞDAN SONRA
Müxtəlif  baxışları  nəzərdən  keçirdikdən  sonra  seçdiyimiz
yola  uyğun  hərəkət  etməliyik.  Əks-təqdirdə  hansı  yolun
seçilməsinin  heç  bir  əhəmiyyəti  yoxdur.  Axirət  həyatının


117
varlığını qəbul edən insan özünü yolda, səfərdə hiss etməli, yol
qaydalarına  əməl  edərək  yükünü  ağırlaşdırmamalıdır.  Yükü
ağır  olan  yolçu  tez  yorulur,  mənzil  başına  gec  çatır.  Dünya
ne’mətlərinin  bir  gün  əldən  çıxacağına  inanan  insan  bu
ne’mətlərə əsir olmur. Bu sayaq e’tiqad insanı əməl və rəftarına
tə’sir  göstərir.  Axirət  həyatına  inananlar  qarnını  doldurmaq
üçün  yalana,  hiyləyə,  cinayətə  əl  atmır,  haram  və  günaha  yol
vermir, nakəslərin qarşısında əyilmir, öz şərəf və ləyaqətini uca
tutur. 
İmanlı 
insan 
yoxsulluqdan 
şikayətlənmir.
Qur’ani-kərimdə  buyurulur:  “Belə  şəxslər  həyalı  olub
dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab
edirlər.” Mö’minin ləyaqəti ona icazə vermir ki, ehtiyacını dilə
gətirsin.  O,  yalnız  dünya  ne’mətləri  yox,  eləcə  də  mə’nəvi
kamillik  üçün  çalışır.  Mö’min  yalnız  vəzifəsi  olduğu  üçün
dünya  vasitələrinin  ardınca  gedir  və  kimsəyə  qul  olmaq
fikrində deyil. Həyata belə bir baxışla baxan insan üçün bütün
gördüyü  şeylər  ibadət  sayılır.  Amma  dünya  işləri  hədəf
seçildikdə insan üçün büdrəmə, azğınlıq labüd olur. Çünki belə
bir  məqsədin  kökündə  dünya  məhəbbəti,  dünyaya  əsirlik
dayanır.  Dünyaya  əsir  olan  insanı  dünya  ləzzətləri,  yemək,
geyim,  var-dövlətdən  başqa  heç  nə  düşündürmür.  Çünki,
dünyanı  son  hədəf  bilən  insandan  başqa  şey  gözləmək  olmaz.
Belələrinin fikrincə, dünya həyatı başa çatdıqdan sonra hər şey
puç  olur.  Amma  bu  dünyanı  yol  hesab  edən  insan  başqa  cür
rəftar  edir.  Onun  bütün  fəaliyyətləri  insani  vəzifələrin
icrasından  ibarətdir.  İmanlı  insanlar  üçün  dünya  həvəsləri,
var-dövlət,  məqam  əsas  deyil.  Onların  əsas  məqsədləri
məhbuba çatmaqdır. Aşiqlə mə’şuq arasında pərdə olan dünya
ne’mətləri  onlarda  nifrət  doğurur.  Həzrət  Əlinin  (ə)  dünyanı
təsvir  edən  misalı  necə  də  dəqiqdir.  Həzrət  buyurur:  “Dünya
həyatı  və  dünya  malı  cüzam  xəstəliyinə  yoluxmuş  xəstənin
əlindəki  çürümüş  donuz  sümüyü  kimidir.”  Diri  donuz  bir  bu
qədər çirkindirsə, onun çürümüş sümüyünün nə dərəcədə çirkin
olduğunu  təsəvvür  etmək  çətin  deyil.  Daim  iyrənc  qidalarla


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə