Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

83
yollar qoyulmuşdur ki, insan çalışsın, səy göstərsin, dağların və
dənizlərin  təkindən  ne’mətlər  çıxarsın.  Bu  məsələnin  bir  çox
faydaları  vardır.  O  cümlədən,  insanın  təlaşı  ictimai  bağlılıqlar
yaradır,  onun  üçün  vəzifələr  ortaya  çıxır.  Eləcə  də,  insan  öz
səyləri  ilə  imtahan  verir  və  kamala  doğru  hərəkət  edir.  Bu
baxımdan  istixarə  də  bir  təlaş,  hərəkətdir.  Əql  və  təcrübəsi
yetərsiz  olan  insan  tərəddüd  burulğanından  çıxmaq  üçün
istixarəyə  əl  atır.  Əlbəttə  ki,  əvvəlcə  mövcud  qüvvələr  işə
salınmalıdır.  Əql  və  təcrübədən,  məsləhətdən  faydalanmaq
lazımdır.  Bütün  bunlardan  nəticə  çıxmadıqda  istixarə  yolu
açıqdır.  Bir  sözlə,  yol  ayrıcında  donub  qalmaq  olmaz.
Mö’minin  ən  üstün  cəhətlərindən  biri  onun  çətinliklərə  təslim
olmamasıdır. Yə’ni mö’min şəxs dənizin ortasında tənha qalsa
belə  mə’yus  olmamalıdır.  “Pərvərdigara,  göndərdiyin  hər  bir
yaxşılığa  möhtacam”  –  deyilməlidir.  Bəli,  mö’min  üçün  bağlı
qapı  yoxdur.  O,  ən  çətin  vaxtda  Allahı  çağırır:  “Pərvərdigara,
özün mənə bir yol göstər. Ya Qur’an, ya təsbeh vasitəsi ilə öz
məsləhətini  bildir.”  Demək,  mö’min  şəxs  digər  vasitələrdən
yararlana  bilmədikdən  sonra  istixarəyə  müraciət  edir.  Hər  işə
görə  istixarəyə  əl  atmaq  ilahi  hikmətə,  Peyğəmbər  (s)  və
Əhli-beyt (ə) yoluna ziddir. Peyğəmbər (s) və mə’sum imamlar
(ə)  öz  ardıcıllarını  ağıl  və  məsləhət  yolunu  tərk  edib,  istixarə
yolunu  tutmağa  çağırmamışlar.  Əslində  belə  bir  münasibət,
istixarəni  adətə  çevirmək  Allahın  ne’mətlərinə  qarşı  küfrdür.
Əql  və  məsləhət  kimi  ne’mətlərin  inkarı  heç  zaman  tövsiyyə
olunmamışdır. İnsanlar üçün əql və məsləhət kimi qapılar açıq
olduğu  halda  başqa  vasitələrə  əl  atılmamalıdır.  Məsələn,  şər’i
hökmü istixarə yolu ilə yox, ictihad və təqlid yolu ilə öyrənmək
lazımdır.  İstixarə  son  anda  mə’yusluqdan  xilas  qapısıdır.  Son
anda Allaha üz tutub dua etmək, yol istəmək təbiidir. Bəli, ağıl
işlədiyi  məsələdə  istixarə  yoxdur.  İstixarə  mə’yusluqdan
qurtuluş yoludur, elmi bir məsələnin həlli yolu yox!


84
ELM VƏ ƏMƏLIN QOŞALAŞMASı
Bu  mühüm  məsələnin  bəyanından  sonra  müraciət  olunan
şəxsi  hazırlamaq  üçün  ümumi  bir  xatırlatmaya  ehtiyac  var.
Qarşı tərəfi deyilənlərə rəğbətləndirmək lazım gəlir. Həzrət (ə)
buyurur:  “Vəsiyyətimi  yaxşı  dərk  et.  Diqqətsizlik  və
e’tinasızlıqla  onun  kənarından  ötüşmə.  Çünki  ən  yaxşı  söz,
həqiqətən, faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt
xeyirli  deyil.  Layiq  olmayan  bir  elmi  oxumaqla  fayda  əldə
olunmur.”  Həzrət  (ə)  etdiyi  vəsiyyətə  diqqətlə  yanaşılmasını
istəyir. Məbada bu vəsiyyət tə’sirsiz qala. Deyilən söz yalnız o
vaxt xeyirlidir ki, sənə bir faydası olsun. Elm ona görə öyrənilir
ki,  ondan  istifadə  olunsun.  Oxuduğuna  əməl  etməyən  şəxs
həkimə nüsxə yazdırıb, həmin dərmanları qəbul etməyən şəxsə
oxşayır.  Həzrət  (ə)  buyurur  ki,  faydasız  bir  elmin  ardınca
düşmək gərəksiz bir işdir.
ONUNCU DƏRS
TƏRBIYƏ
Ey  oğlum!  Elə  ki  gördüm  sən  (yetkin)  yaşa  çatmısan  və
dərk  etdim  ki,  süstlük  və  zəifliyim  get-gedə  uzanır,
müəyyən məqsədlərlə sənə vəsiyyətə başladım: o cümlədən,
məbada qəlbimdə olanları deməmiş əcəlim çata, düşüncəm
də bədənim kimi zəifliyə düçar ola və məni qabaqlayıb nəfs
meylləri  sənə  hakim  ola,  dünya  fitnələri  qabağa  düşə,  səni


85
qovulan  dəvə  vəziyyətinə  gətirələr.  Həqiqətən,  növcavanın
qəlbi  qarşılaşdığı  şeyləri  qəbul  edənədək  toxunulmamış
torpaq  tək  qalır.  Ona  görə  də  qəlbin  bərk,  ağılın  məşğul
olanadək  ədəb  öyrən!  Tam  ciddiyyət  və  qəti  iradə  ilə
əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını
qəbul  et.  Bu  yolla  həmin  əziyyət  və  ağrıdan  azad  olarsan.
Bizim  ardınca  gəzdiyimiz  şeylər  indi  özləri  sənin  sorağına
gəlib.  Olsun  ki,  bizim  üçün  qaranlıq  qalan  şey  indi  sənin
üçün aydınlaşa.”
Vəsiyyətnamənin  başlanğıcı  həzrətin  (ə)  qısa  və  yığcam
şəkildə bəyan olunmuş əsas moizələrindən ibarətdir. Amma bu
cümlələrlə  vəsiyyətin  ətraflı  bəhsləri  başlanır.  Belə  ki
başlanğıcda  pir  atanın  öz  sevimli  oğluna  tövsiyyələri,  həyat
təcrübələri  bəyan  olundu.  Vəsiyyətin  əsas  məqsədi,  ünvanı
bütün  müsəlmanlar  olduğu  üçün  işlədilən  ifadələrdə  vəsiyyət
edənin və onun vəsiyyət etdiyi şəxsin mə’sumluğu, günahsızlığı
nəzərdə  tutulmamışdır.  Bu  vəsiyyət  mə’sum  imam  (ə)
tərəfindən  onun  mə’sum  canişininə  yazılsa  da,  bütün  ata  və
oğullar ondan faydalanmaq imkanına malikdirlər. Ona görə də
vəsiyyətnamədə  işlədilmiş  sözlərin  mə’sum  imam  məqamına
uyğun  gəlməməsi  mülahizəsi  əsassızdır.  Həzrət  (ə)  sadəcə  bir
pir ata ünvanı ilə öz oğluna buyurur: “Ey oğlum! Elə ki gördüm
sən (yetkin) yaşa çatmısan...” yə’ni bu moizənin səbəblərindən
biri  qarşı  tərəfin  yetkin  yaşa  çatması  ilə  əlaqədar  nəsihətə
yaranan  ehtiyacdır.  Digər  bir  tərəfdən,  vəsiyyət  edən  şəxs
ömrün  qürub  çağını  yaşadığı  üçün  vaxtı  qənimət  bilərək  öz
vəsiyyətini edir. 


86
İNCƏ NÖQTƏLƏR (YAZıDAN OXUNMAYAN ÖYÜDLƏR) 
 Bu  asimani  öyüdləri  şərh  etməzdən  əvvəl  ondakı  bə’zi  lətif
nöqtələrə  nəzər  salmaq  lazım  gəlir.  Söz  və  ifadələrin
mə’nasından  əlavə,  bu  vəsiyyətnamədə  çox  incə  və  mə’nalı
ifadə  tərzi,  bəyan  üsulu  vardır.  İlahi  yardım  və  asimani
elmlərdən  faydalanmadan  ən  iti  gözlə  də  bu  incə  nöqtələri
görmək çətin olur. İmkan daxilində bu incə nöqtələri nəzərdən
keçirəcəyik.
DINLƏYICININ GÜCÜNƏ DIQQƏT  
Vəsiyyətnamənin  bu  hissəsinədək  əsas  mətləblərdən
danışmayan,  sifarişlərini  bildirməyən  həzrət  Əli  (ə)  xüsusi  bir
üslubla,  müraciət  etdiyi  şəxsin  diqqətini  incə  nöqtələrə
yönəldir.  Hansı  ki  bu  açıqlamalar  olmadan  həmin  incəlikləri
duymaq  mümkünsüzdür.  Dinləyici  o  zaman  qəflətdə  qalıb,
deyilənləri  anlamır  ki,  danışan  dinləyicinin  hazırlığını  nəzərə
almadan  sözə  başlayır.  Məsələn,  beş  yaşlı  körpə  bir  sıra
məsələləri  dərk  etmək  gücündə  deyil.  Həmin  körpənin  ciddi
qəbul  etmədiyi  bir  söhbət  yetkin  gənci  cəzb  edib,  düşündürə
bilər.  Ona  görə  də  müəllim  və  tərbiyəçilər  müraciət  etdikləri
auditoriyanın  tutumunu,  hazırlığını  və  marağını  nəzərə
almalıdırlar. Danışan öz dediyi sözlərin zəruri olub-olmadığını
əvvəlcədən  nəzərə  almalıdır.    Məsələn,  gənclər  üçün  faydalı
olan  bir  moizə  uşaqlar  və  qocalar  üçün  bir  o  qədər  də  xeyirli
olmaya  bilər.  Ona  görə  də  dinləyicinin  bütün  keyfiyyətlərini
nəzərə almaq lazımdır. Həzrət Əli (ə) bu incə nöqtəni nəzərdə
tutaraq,  buyurur:  “Elə  ki  gördüm  sən  yaşa  çatmısan...”  Yə’ni
uşaqlıq  dövrü  artıq  başa  çatmışdır  və  sən  deyilənləri  anlamaq
gücündəsən. Bəli, Həzrət (ə) müraciət etdiyi tərəfin səviyyəsini
nəzərə alır. Əgər bu mühüm nöqtə nəzərə alınmazsa, moizələr,
nəsihətlər, söhbətlər faydasız olar. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə