Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə23/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

80
etsinlər?”  Həzrət  Əli  (ə)  də  bu  əsasla  “arzularını  yalnız  öz
Allahından  istə”  –deyə buyurur.  İnsan  öz  əməlində  riyaya,
Allahdan  qeyrilərinin  razılığına  yer  verdiyi  qədər  öz  dəyərini
aşağı  salır.  Qatqı  qızılın  dəyərini  saldığı  kimi,  riya  da  insanın
qiymətini  endirir.  Qızıl  kimi,  insanın  da  dəyəri  onun
xalisliyindədir.  Allah  öz  bəndəsinin  xalis,  qatqısız  olmasını
istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır.
Bəndələrinin  xalisliyini,  kamilliyini  istəyən  Allah  onu  şirkdən
çəkinməyə,  ixlaslı  olmağa  çağırır.  Ne’mətlərin  Allah
ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin
qarşısında  əyilmir.  Övliyalara  tə’zim  isə  yalnız  Allahın  əmri
əsasında mümkün olur. Allah-təala bu məsələni aydınlaşdıraraq
buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa
heç kəs qurtara bilməz...” Xeyir də belədir, şübhəsiz. Bu ayədə
peyğəmbərə  (s)  müraciət  olunsa  da,  məqsəd  bütün  insanları
xəbərdar  etməkdir.  Axı  peyğəmbərin  (s)  mə’rifəti  bizim
mə’rifətimizdən  çox-çox  dərindir.  Allah-təala  buyurur  ki,  sizə
zərər  yetirmək istəsəm, yenə də kimsə buna mane ola  bilməz;
bəs  nə  üçün  qəlbiniz  başqalarına  tərəf  yönəlir?!  Başqalarında
olan  hansı  şey  Allahda  yoxdur?!  Allahını  tanıyan  bəndəyə
layiqdirmi  ki,  başqalarına  üz  tutsun?!  Biganələrin  qapısında
boyun  büküb,  məhbubdan  uzaq  dayanmağın  əsası  nədir?!
Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb,
nəsə  istəmək  ağıllı  işdirmi?!  Kimdə  nə  varsa,  Allahın
əmanətidir. Ne’mət sahibi ola-ola həmin ne’mətdən pay umana
ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?!
Ağıllı  iş  isə  budur  ki,  “arzularını  yalnız  öz  Allahından  istə.
Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İSTIXARƏNIN MƏ’NASı
Əgər  özü  möhtac  olan  insana  ağız  açmaq  ağılsızlıqdırsa,
yalnız  Allahdan  istəmək  lazımdır.  Allahdan  nə  istəmək  lazım
olduğunu da bilmək lazımdır. Həzrət Əli (ə) belə tövsiyyə edir:


81
“Daim  Allahdan  xeyir  istə”.  Vəsiyyətin  bu  cümləsində
“istixarə” sözü işlədilmişdir. Bu söz üç mə’nada işlədilə bilər:
1. “Xeyir axtarışı” mə’nası. Bir iş görmək istəyərkən əvvəlcə
götür-qoy  edib,  ən  yaxşı  yolu  seçmək  lazımdır.  Bu  mə’nada
istixarə  mümkün  olan  yollar  arasından  ən  xeyirlisini,  mövcud
olan  variantların  ən  üstününü  seçməkdir.  Əlbəttə  ki,  insan
fitrətən, təbiətən də ən üstün şeyi seçməyə meyillidir. 
2. Allahdan xeyir istəmək mə’nası. Daim xeyir axtaran insan,
təbii ki, Allahdan da xeyir istəyəsidir. 
3. Mə’lum üsullardan biri vasitəsi ilə ən məsləhətli, ən xeyirli
yolun  tapılması.  Belə  ki  insan  ayə  və  rəvayətlərdə  göstərilmiş
üsullardan birinin vasitəsi ilə ən məsləhətli yolu tapıb, hərəkət
edə bilər. Məsələn, Qur’an və ya təsbehin köməyi ilə müxtəlif
yollar arasında ən faydalısını tə’yin etmək olar. 
Qeyd olunan üç mə’nadan burada ən münasibi ikinci mə’na,
yə’ni Allahdan daim xeyir istənilməsidir. 
ŞƏRIƏT ƏHLI ARASıNDA ISTIXARƏ
Bə’zi  qaranlıq  nöqtələrə  aydınlıq  gətirmək,  şübhələri  aradan
qaldırmaq  üçün  istixarənin  bugünkü  anlamı  haqqında  bə’zi
məsələləri araşdırmaq münasib olardı. 
1. İSTIXARƏNIN MÜNASIB YERI
Bu günkü anlamda istixarədən o vaxt istifadə  etmək olar ki,
insan  xeyirli  yolu  tapmaq  üçün  öz  ağılından  və  başqalarının
məsləhətindən  faydalana  bilmir.  Yə’ni  insan  elə  bir  vəziyyətə
düşür  ki,  nə  edəcəyini  bilmir  və  uyğun  vəziyyətdən  çıxmaq
üçün istixarəyə əl atır. Xeyir yolu tapmaqda aciz qalmış insan
istixarə vasitəsi ilə Allahdan xeyir istəyir. Əlbəttə ki, Allah bu
vaxt  vəhy  göndərmir  ki,  həqiqi  xeyir  haradadır.  Sadəcə,  insan
istixarəni  Allahla  öz  arasında  vasitə    seçir  və  deyir:
“Pərvərdigara, mən bu işi Sənin razılıq əlamətin kimi nəzərdə
tuturam,  məni  doğru,  xeyirli  yola  yönəlt.”  Ona  görə  də
istixarədən məəttəlçilikdən qurtulmaq üçün istifadə edilir. Ağıl
və  məsləhətin  tə’sirli  olduğu  işlərdə  istixarəyə  üz  tutmaq,


82
istixarəni  vərdişə  çevirmək  olmaz.  Mə’sum  imamlar  (ə)  bir
rəvayət də olsun belə, ağıl və məsləhət əvəzinə istixarəni əsas
götürməyi tövsiyyə etməmişlər. Bəli, yalnız bütün yollar bağlı
olduqda insan çıxış yolu kimi istixarə edib, Allahdan xeyirli yol
istəyə bilər.  
2. İSTIXARƏ ÜÇÜN DƏLIL 
Digər zəruri nöqtə istixarə üçün dəlilə malik olmaqdır. Yə’ni
insan  hansı  dəlillə  istixarə  yolunu  seçə  bilər?  Tərəddüddən
qurtulmaq  üçün  istixarə  edərkən  xüsusi  bir  dəlilə  ehtiyac
yoxdur.  Əql  özü  tərəddüdü  insan  üçün  zərərli  bildiyindən  bu
vəziyyətdən  çıxış  yolu  tapılmasını  zəruri  sayır.  Belə  bir
vəziyyətə  düşmüş    insan  istənilən  halal  yolla  vəziyyətdən
çıxmalıdır.  Belə  bir  məqamda  istixarə  özü  məsləhətli  sayılır.
İstixarə  duanın  bir  növüdür.  İnsan  istixarə  vasitəsi  ilə  sanki
deyir:  “Pərvərdigara,  qərarsızam,  Sən  isə  hər  şeydən  agah,
rəhimlisən.  Xeyirli  olan  yolu  mənə  göstər.”  Başqa  sözlə,
istixarə  edən  şəxs  bir  Qur’an  ayəsini  vasitə  seçir  ki,  bu  yolla
nəyin  Allah  nəzərində  xeyirli  olduğunu  öyrənsin.  Allaha
e’timadlı  olan,  Onu  alim  və  qadir  bilən  şəxs  ərz  edir:
“Pərvərdigara  mən  dua  edirəm,  duamı  qəbul  et,  xeyir  yolu
mənə göstər.” Allaha e’timad göstərib, Ondan yol göstərməsini
istəyən  şəxs  əmindir  ki,  Allah  onu  doğru  yola  yönəldəcəkdir.
Beləcə, istixarə etmək üçün şər’i dəlilimiz olmasa da, bu iş dinə
zidd  deyil.  Çünki  istixarədə  sadəcə  əlamət  qəbul  edərək
deyirik: “Pərvərdigara, bu əlamət vasitəsi ilə mənə xeyir və şəri
göstər.”  Bu  mövzuda  daha  artıq  mə’lumat  əldə  etmək  üçün
“Biharul-ənvar” kitabına müraciət edə bilərsiniz.
3.İSTIXARƏNIN TƏRBIYƏVI ƏHƏMIYYƏTI 
İnsanın qeyri-adi bir yolla həqiqətləri kəşf etməsi ilahi qayda
deyil. Ruzi qazanmaq üçün minlərlə vasitə olduğu kimi, başqa
ehtiyaclara çatmaq üçün də vasitələr mövcuddur. Allah hər bir
bəndəsinin ruzisini onun evində də yetirə bilərdi və bu iş Onun
üçün çətin deyil. Amma istənilən bir ehtiyacın ödənməsi üçün


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə