48
ları aradan qaldırmaq üçün müĢahidə nöqtələrində eyni zamanda iki
və daha çox qravimetrlə iĢləmək tələb olunur. Planalma zamanı bir
profil bir neçə sıravi reys ilə iĢlənilə bilər. Bu zaman reyslərin bir-
birinə bağlanmasını təmin etmək olduqca vacibdir. Bir profil üzə-
rində reysin son 2-3 nöqtəsi növbəti reysin baĢlanğıc nöqtələri kimi
götürüldükdə, profil üzərindəki bütün reyslər bir-biri ilə əlaqələn-
dirilmiĢ, reyslərin qovĢağında baĢ verə bilən təsadüfi xətaları isə
aradan qaldırılmıĢ olar (Ģəkil 3.1).
Cihazlarda (qravimetr və maqnitometr) ölçü qiymətlərinin sü-
rüĢməsindən yaranan xətaları azaltmaq, Ay və GünəĢin, həmçinin,
temperaturun təsirindən qravitasiya və geomaqnit sahələrdə yara-
nan dəyiĢmələri minimuma endirmək üçün sıravi reyslərin 1-2 saat
ərzində yerinə yetirilməsi məqsədəuyğundur. Bu zaman daxilində
ölçü qiymətinin sürüĢməsinin, Ay-GünəĢ variasiyalarının düzxətli
olmasını qəbul etmək olar.
Qravimetrlərlə iĢ rejimini və üsulunu düzgün seçmək, hansı iĢ-
lərdə hansı qravimetrin istifadəsinin məqsədəuyğunluğunu müəy-
yənləĢdirmək üçün hər bir qravimetrin ölçü qiymətinin sürüĢmə-
sinin öyrənilməsi vacibdir. Detal qravimetrik iĢlərdə ölçü qiyməti-
nin sürüĢməsi 2-5 mQal/sut (0.08-0.21 mQal/saat) olan qravimetr-
lərdən istifadə etmək mümkündür. Lakin, bu zaman müĢahidə reys-
lərinin kiçik zaman daxilində (məs.1,5-2 saat ərzində) həyata keçi-
rilməsi tələb olunur. Ölçü qiymətinin sürüĢməsini öyrənmək üçün
qravimetrlər temperaturu az dəyiĢən bir yerdə qoyulur və bir neçə
gün müddətində müəyyən vaxtdan bir ölçü götürülür.
ġəkil 3.1. MüĢahidə reyslərinin əlaqələndirilməsi
1 – qravimetrik profil; 2 – müĢahidə reyslərinin qovĢaq nöqtələri;
49
ġəkil 3.2-də tədqiqat iĢlərində istifadə olunan QNU-KS və
QNU-KV tipli 3 qravimetrlə, diapazon dəyiĢdirılmədən, eyni bir
nöqtədə 3-4 gün müddətində aparılmıĢ müĢahidələrin nəticələri
göstərilmiĢdir. Bunun əsasında hər bir qravimetrin ölçü qiymətinin
sürüĢməsini əks etdirən riyazi asılılıq tapılmıĢdır. I və II qravi-
metrlərin ölçü qiymətlərinin sürüĢməsi düzxətli, III qravimetrin
ölçü qiymətinin sürüĢməsi isə əyrixətli olub aĢağıdakı düsturlarla
ifadə olunur:
I qravimetr
A = -0,0135T + 5,3163 R
2
= 0,9966
II qravimetr
A = -0,016T + 6,4688 R
2
= 0,9952
III qravimetr
A=3·10
-6
T
3
–2,5·10
-4
T
2
+0,009T+2,5432
R
2
= 0,9966
burada, A-qravimetrin mikrometr üzrə göstəricisi (dövrlərin sayı),
T- vaxtdır (saat).
Bu tənliklərdən istifadə edərək I, II və III qravimetrlərin ölçü
qiymətlərinin sürüĢməsinin 2,14 mQal/sut (0,089 mQal/saat),
2,59 mQal/sut (0,11 mQal/saat) və 1 mQal/sut (0.04 mQal/saat) ol-
duğu müəyyənləĢdirilmiĢdir. Göründüyü kimi, hər üç qravimetrdə
ölçü qiymətinin sürüĢməsi müvafiq təlimatın [27] təlabatı daxilin-
dədir.
Qravimetrik müĢahidələr aparan zaman ölçü iĢlərinin keyfiy-
yəti (nöqtələr arasında ağırlıq qüvvəsinin dəyiĢməsi) ətraf mühitin
qravimetrə göstərdiyi təsirlərdən bilavasitə asılı olur. Atmosfer təz-
yiqinin və temperaturun dəyiĢmələri, ölçü qiymətinin sürüĢməsi,
Ay və GünəĢin göstərdiyi təsirlər və s. buna misal ola bilər. Bu
kimi təsirlər nəticəsində yaranan xətalardan tamamilə qurtarmaq
olmasa da, onları minimuma endirmək mümkündür.
Ay və GünəĢ qabarmalarının qravimetrik müĢahidələrə etdiyi
təsiri nəzərə almaq üçün günün müxtəlif saatlarını əhatə edən xüsusi
variasiya cədvəllərindən istifadə edilir. ġəkil 3.3-də 50º en dairəsində
50
ġəkil 3.2. Qravimetrlərin ölçü qiymətlərinin zamana görə
sürüĢmə qrafikləri
51
Ay və GünəĢin təsirindən ağırlıq qüvvəsinin dəyiĢmə qrafiki
göstərilmiĢdir. Bu qrafikdə ağırlıq qüvvəsinin daha çox dəyiĢdiyi
hissəyə nəzər yetirsək görərik ki, 4 saat ərzində (saat 17-21 arası)
0,11 mQal dəyiĢmə baĢ vermiĢdir. Çöldə aparılan müĢahidə reyslə-
rinin müddəti 2 saat olduqda, Ay və GünəĢin göstərdiyi təsir 0,05-
0,06 mQal-dan çox olmayacaqdır. Bu qiyməti reysi təĢkil edən
müĢahidə nöqtələri arasında (≈ 15-20 nöqtə) bərabər bölüĢdürsək,
onda hər nöqtədə Ay və GünəĢin ağırlıq qüvvəsinin dəyiĢməsinə
etdiyi təsirin 0,003-0,004 mQal-dan çox olmadığı aydınlaĢar.
Çöl müĢahidələri gündüz, əsasən, saat 9-16 arasında aparılmıĢ-
dır ki, bu dövrdə Ay-GünəĢ variasiyası 0,01 mQal/saat-dan da
azdır. Deməli, 2 saatlıq reyslərdə hər nöqtədə Ay və GünəĢin təsiri
0,003-0,004 mQal-dan da az olacaqdır ki, bu da nöqtədəki
müĢahidə xətalarından (0,03-0,04 mQal) 10 dəfə azdır və nəzərə
alınmaya bilər.
Sıravi reyslərdəki müĢahidələrin dəqiqliyini artırmaq üçün
sahə üzrə dayaq nöqtələrinin bərabər paylanmasının və sayının da
ġəkil 3.3. Ay və GünəĢin təsiri ilə 50° en dairəsində ağırlıq qüvvəsinin
sutkalıq dəyiĢmə qrafiki
52
əhəmiyyəti vardır. Azərbaycan ərazisində aparılmıĢ qravimetrik
planalmalar göstərir ki, dayaq nöqtələrinin coğrafi Ģəraitdən asılı
olaraq 2-3 km-dən bir yerləĢdirilməsi məqsədəuyğundur.
Maqnitometrik planalma iĢlərində maqnit sahəsinin Ģaquli
(
Δ
Z) və tam (T) təĢkiledicilərini ölçən maqnitomexaniki M-27M və
kvant M-33 (MMП-303) maqnitometrlərindən istifadə edilmiĢdir.
Qravi-maqnit planalma iĢlərinə olan təlabat (planalmanın nö-
vü, xarakteri, cihazlar, onların bölgü qiymətlərinin təyini, dayaq və
sıravi reyslərin iĢlənilməsi, dəqiqliklər, xəritələrin miqyasının seçil-
məsi və s.) xüsusi təlimatlar əsasında həyata keçirilir [ 27, 28 ].
3.2. Çöl müĢahidə məlumatlarının emalı
Qravi-maqnit məlumatlarının emalı müəyyən edilmiĢ təlabat-
lar [23, 27, 28, 36] əsasında həyata keçirilir. Qravimetrik reyslərin
emalı zamanı qravimetrin mikrometri üzrə götürülmüĢ ölçü qiymət-
ləri milliqallarla ifadə edilmıĢ, ölçü qiymətinin sürüĢməsinə görə
düzəliĢlər verilmıĢ və ağırlıq qüvvəsinin müĢahidə qiymətləri he-
sablanmıĢdır. Reyslər qısa zaman daxilində (1-2 saat) yerinə yetiril-
diyindən temperatura, Ay-GünəĢ variasiyalarına görə düzəliĢlərin
verilməsinə ehtiyac aradan qaldırılmıĢdır. Bu düzəliĢlərin verilmə-
məsindən yarana bilən xətalar ±0.004 mQal-dan artıq olmur. Sonra
ağırlıq qüvvəsinin normal qiymətləri hesablanmıĢ, aralıq qatın
sıxlığına (2300 kq/m
3
) və müĢahidə nöqtələrinin hündürlüyünə
görə müvafiq düzəliĢlər verilməklə geoid üzərində ağırlıq qüv-
vəsinin Buge anomaliyası tapılmıĢdır.
Maqnitometrik reyslər zamanı əldə edilmiĢ ölçü qiymətləri
maqnitometrin bir bölgü qiymətinə vurulmuĢ, yoxlama məntəqə-
sində (YM) ölçü qiymətinin sürüĢməsinə görə müvafiq düzəliĢlər
verilmiĢ və reysi təĢkil edən hər bir müĢahidə nöqtəsi üçün nəzərə
alınmıĢdır. Maqnitometrik və qravimetrik iĢlər kompleksdə aparıl-
dığından maqnitometrik reysləri də qısa zaman kəsiyində (1-2 saat)
YM-də qurtarmaqla baĢa çatdırılmıĢdır. Bu müddət ərzində cihazın
Dostları ilə paylaş: |