V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
60 
FƏSĠL 
IV 
 
LOKAL STRUKTURLARIN VƏ NEFTLĠLĠK - QAZLILIĞIN 
QRAVĠTASĠYA VƏ GEOMAQNĠT SAHƏLƏRDƏ ƏKS 
OLUNMASI 
 
 
4.1. Geoloji strukturların aĢkar edilməsində və çöküntülərin 
neftli-qazlılığının qiymətləndirilməsində qravi-maqnit 
kəĢfiyyatının tətbiqi 
 
Bir çox dünya ölkələrində yer qabığının üst hissəsinin geoloji 
quruluĢunun və tektonikasının öyrənilməsində, eləcə də kəsiliĢi təĢ-
kil edən çöküntülərin neftli-qazlılığının qiymətləndirilməsində qra-
vimetrik  və  maqnit  kəĢfiyyatı  məlumatlarından  geniĢ  istifadə  olu-
nur [3, 5, 7, 13, 15, 21, 22, 25, 26, 31, 32, 40, 41, 43, 54, 56, 58, 60, 
61]. Bu mənbələrdə müĢahidə olunmuĢ anomaliyaların keyfiyyət və 
kəmiyyət  interpretasiyası  həyata  keçirilir,  iri  tektonik  elementlər 
daxilində  lokal  strukturların  (qalxımlar,  maqmatik  əmələgəlmələr, 
duz gümbəzləri, rif qurumları və s.) aĢkarlanmasında qravitasiya və 
maqnit  sahələrinin  lokal  təĢkiledicilərindən  istifadənin  mümkün-
lüyü araĢdırılır. Bununla əlaqədar aĢağıdakı nümunələri örnək kimi 
göstərmək olar. 
Rus  platformasının  cənub-Ģərq  rayonlarında  qravitasiya  və 
maqnit  anomaliyalarına  əsasən  süxurların  sıxlıq  və  maqnit  xüsu-
siyyətlərində  korrelyasiyanın  olduğu  müəyyənləĢdirilmiĢdir  [31]. 
Uralönü  çökəklikdə  maqnit  sahəsinin  anomaliyalarına  əsasən  alt 
Perm yaĢlı rifləri örtən strukturları və tektonik qalxımları aĢkar et-
mək  mümkün  olmuĢdur  [21].  Voronej  kristallik  massivində  qalın 
Fanerozoy  çökmə  örtüyünün  regional  struktur-petroloji  xüsusiy-
yətlərini öyrənmək məqsədilə ağırlıq qüvvəsi sahəsinin Ģaquli qra-
diyentindən  istifadənin  böyük  əhəmiyyətə  malik  olduğu  göstəril-
miĢ, nəticədə ayrı-ayrı tektonik blokların və dərinlik qırılmalarının 
vəziyyəti dəqiqləĢdirilmiĢdir [5]. Qravitasiya anomaliyalarının ana-


 
61 
lizi  əsasında  Sibir  platformasının  cənubunda  fundamentin  bloklu 
quruluĢa  malik  olması  müəyyən  edilmiĢ,  blokların  ölçüləri  və 
dərinlikləri qiymətləndirilmiĢdir [56]. Kabardin-Balkar Respublika-
sında Terekönü çökəkliyin cənub-Ģərq hissəsində aparılmıĢ yüksək 
dəqiqlikli qravimetrik tədqiqatlar əsasında çökmə qatın geoloji qu-
ruluĢu  dəqiqləĢdirilmiĢ,  neft-qaz  axtarıĢ-kəĢfiyyat  iĢlərinin  istiqa-
mətləri göstərilmiĢdir. Axlov və Arak-Dalatarek qalxımlarının qra-
vitasiya maksimumları ilə, Axlov və Xarbijin qalxımları arasındakı 
qrabenin  isə  minimumla  əks  olunması  aydınlaĢdırılmıĢdır.  Terek-
önü  çökəkliyin  cənub  hissəsində  aĢkar  edilmiĢ  lokal  qravitasiya 
maksimumlar  zənciri  burada  qalxımlar  zonasının  olması  kimi  qiy-
mətləndirilmiĢdir [25]. 
ĠĢim  çayı  ətrafı  sahələrdə  (Qazaxıstan)  gömülmüĢ  geoloji 
strukturların aĢkar edilməsində, Belorus-Litov massivində kristallik 
bünövrənin xəritələnməsində, Gürcüstanın dağlararası çökəkliyinin 
tektonik  quruluĢunun  öyrənilməsində  qravimetrik  və  maqnitomet-
rik kəĢfiyyatın nəticələrindən geniĢ istifadə edilmiĢ, müxtəlif iĢarəli 
qravitasiya  və  maqnit  anomaliyalarına  əsasən  yer  qabığını  təĢkil 
edən  süxurların  petroqrafik  xüsusiyyətləri  haqqında  məlumatlar 
verilmiĢ, həmin sahələrin dərinlik quruluĢu dəqiqləĢdirilmiĢ, kəsili-
Ģin  üst  hissəsində  maraq  doğuran  geoloji  obyektlər  müəyyənləĢ-
dirilmiĢdir [3, 7, 54]. 
Çində Tsinxay-Tibet yaylasında regional profillər üzrə alınmıĢ 
qravitasiya  sahəsinin  xüsusiyyətlərinin  tədqiqi  əsasında  yayla  da-
xilində iri tektonik elementləri ayırmaq, dərinlik qırılmalarını izlə-
mək, Moxoroviçiç səthinin dərinliyini hesablamaq mümkün olmuĢ-
dur [26]. Üçölçülü qravitasiya modelləĢdirilməsi əsasında Ukrayna 
qalxanının Ģimal-qərb hissəsində seysmik sürətlərdən istifadə edə-
rək profillər boyu kəsiliĢin sıxlıq modeli qurulmuĢ, bünövrənin də-
rinlik  xəritəsi  tərtib  edilmiĢdir  [58].  Qravimetrik  və  maqnit  məlu-
matları, əsasında  Yuqoslaviyanın ərazisi üzrə regional struktur xə-
ritə qurulmuĢ (M.Starkeviç və b., 1997), Vyetnamda bazalt platosu-
nun  altında  yer  qabığının  dərinlik  quruluĢu  öyrənilmiĢdir  (C.  Ta-
mura  və  b.,  1997).  Ġtaliyada  Kampani  çökəkliyində  lokal  maqnit 


 
62 
anomaliyalarının  kəsiliĢin  üst  hissəsinin  geoloji  quruluĢu  ilə  əla-
qədar olması aydınlaĢmıĢdir (Pinna Eros, 1972). 
Göründüyü  kimi,  müxtəlif  regionlarda  müxtəlif  struktur  tek-
tonik  məsələlərin  həlli  zamanı  qravimetrik  və  maqnit  kəĢfiyyatı 
məlumatlarından geniĢ istifadə olunub və olunmaqdadır.  
Dağlararası Kür çökəkliyi də müxtəlif illərdə aparılmıĢ qravi-
metrik, maqnit və digər geofiziki üsullarla öyrənilmiĢdir. Bu çökək-
lik, ümumiyyətlə, ağırlıq qüvvəsi sahəsinin birinci tərtibli minimu-
mu  ilə  səciyyələnir.  Qravitasiya  sahəsində  ayrılmıĢ  ikinci  tərtib 
maksimum  və  minimumlar  isə  çökəklik  daxilindəki  iri  geostruk-
turlar və sərbəst tektonik bloklarla əlaqələndirilir [13]. 
Orta  Kür  çökəkliyində  Mezozoy  çöküntülərinin  geoloji  quru-
luĢunun  və  tektonikasının  öyrənilməsində  qravimetrik,  maqnit, 
həmçinin, seysmik kəĢfiyyat kompleksindən geniĢ istifadə edilmiĢ, 
sonradan dərin qazıma ilə təsdiqlənmiĢ nəticələr alınmıĢdır [15, 18, 
41,  54,  60,  61,  66].  AparılmıĢ  tədqiqatlar  göstərir  ki,  bu  regionda 
Mezozoy  çöküntüləri  ilə  bağlı  qalxımlar  qravitasiya  sahəsində, 
gömülmüĢ  vulkanik  əmələgəlmələr  isə  maqnit  sahəsində  lokal 
maksimumlarla əks olunur. 
AĢağı Kür çökəkliyində Mezozoy çöküntülərinin dərində  yat-
ması, kristallik bünövrənin 18-20 km-ə qədər enməsi, burada maq-
matik süxurların yayılmaması qravitasiya və maqnit sahələrinin də-
yiĢmələrinə  də  öz  təsirini  göstərir.  Bu  regionda  lokal  strukturlarla 
əlaqələndirilən qravitasiya anomaliyaları, adətən ağırlıq qüvvəsinin 
minimumları  daxilində  təzahür  edir.  Geomaqnit  sahə  isə  sakit  xa-
rakter daĢıyır və kiçik qiymətlərlə səciyyələnir.  
Kür  çökəkliyindəki  dərinlik  qırılmaları  (məs.  Qərbi  Xəzər, 
Mingəçevir-Ağsu,  AğdaĢ-ĠmiĢli,  Saatlı-Masallı,  AĢağı  Araz  və  b.) 
ağırlıq qüvvəsi sahəsində intensiv qravitasiya pillələri kimi təzahür 
edir. Böyük məsafədə izlənilən belə qravitasiya pillələri iri tektonik 
blokları bir-birindən ayırır [22]. 
Qravimetrik  və  maqnit  kəĢfiyyatının  əsas  məsələlərindən  biri 
də, lokal qravi-maqnit anomaliyalarına əsaslanaraq neft və qaz ya-
taqlarının  müəyyən  edilməsidir.  Geoloji  kəsiliĢdə  lokal  qeyri-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə