42
məzələnməyə keçmişdi. “A çto, poxoj?” dedim.
“Oçen”. Onlar məni də çex bilib hamımızla dilxoşluq
edirdilər, direktorun keyfi tamam açılmışdı.
Məclisin şirin yerində “zavxoz” arağın qurtardı-
ğını bildirdi: “Gedim alım?” “Yox, konyakı, çaxırı
aç. Qoy qarışdırsınlar, bəlkə, belə keyflənələr”.
“Zavxoz” badələrə konyak süzərək dodaqaltı mızıl-
danırdı: “Onlar yox ey, deyəsən, biz keyflənəcəyik.
Bunların qarnını doyurmaq olar?”
Nəhayət, o, badəni götürüb çex xalqının qəhrə-
manlığından, 68-ci ildə əsgərliyinin Çexoslovakiyada
keçməsindən, orada vurulduğu çex qızından uzun-
uzadı danışırdı ki, Petruşka qəzəblə dilləndi: “Sən iş-
ğalçı olmusan, özün də bununla fəxr edirsən. Amma
həmin il məni tutub işgəncə vermişdilər, uzun müd-
dətə həbsə atmışdılar” – deyərək sovet ordusunun
1968-ci ildə Praqa üsyanını vəhşicəsinə yatırmasına
işarə vurdu.
Məclis sükuta qərq oldu. “Zavxoz” işləri korla-
mışdı. Direktor “zavxoz”u otaqdan çıxarıb ikinci
gürcünü “tovlayıb” gətirməyə yollamaqla vəziyyəti
düzəltməyə çalışdı.
Daha mən də hövsələdən çıxmışdım. Qədəhi gö-
türüb ayağa qalxdım. Rusca minnətdarlıq çıxışından
sonra öz dilimizə keçdim. Onların heç bir təhqirinə
cavab vermədim. Sadəcə, müəllimlərimizin, ziyalıla-
rımızın gününə acıdığımı, təəssüfləndiyimi dedim.
Mənim azərbaycanlı olduğumu bilən direktor əv-
vəlcə başını əllərinin arasına aldı.
Sonra o əllər qeyri-
ixtiyarı yanına düşdü, qaşlar yuxarıya dartılıb qırış-