Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə33/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

 

 

173 



 

cəmdəklərin  birinə  yaxınlaĢaraq,  onun  üzərinə 

yapıĢdırılmıĢ  kağızı  mənə  tərəf  çevirdi,  gülə-gülə 

dedi: 


       - Oxuyun. 

Oxudum  və  heyrətdən  donub  qaldım  (Buzxananın 

soyuğu məni dondura bilməmiĢdi). Kağızda bu sözlər 

yazılmıĢdı: “Mən Əhməd ibn Abdulla filan tarixdə bu 

heyvanı  müsəlman  qaydası  ilə  Ġspaniyada  kəsdim”. 

Yazının altında qəssab öz imzasını atmıĢdı. Mənimsə 

ağlım bizdə satılan xarici ətlərə getmiĢdi. 

Seyyid üzünü mənə çevirərək dedi: 

      - Gördünüzmü, ət xarici olsa da təmizdir. “Təmiz” 

sözünü  xüsusi  vurğuyla  dedi.  Sonra  sözünə  davam 

etdi: 

      - Siz ki, bu qaydaları belə bilirsiniz, bundan sonra 



ət  probleminiz  olmayacaq.  Sizə  nə  qədər  ət 

lazımdırsa, buyurun. 

Beləliklə,  pioner  düĢərgəsinin  nəinki  ət  problemi, 

həm də bütün ərzaq problemi həll olundu. 

Pioner düĢərgəsi  ilə bir sıra xatirələr yaddaĢımda 

iz  buraxıbdır.  Onlardan  biri  heç  vaxt  yadımdan 

çıxmaz. 

...Aralıq  dənizində  böyük  təlatüm  var  idi.  Buna 

baxmayaraq camaat çimərlikdən əl çəkmək istəmirdi. 

Biz  öz  uĢaqlarımızı  nəinki  çimməyə,  hətta  dənizin 

kənarına  belə  buraxmırdıq.  Birdən  səs-küy  qalxdı. 

Kimsə  dənizdə  boğulurdu.  15-20  dəqiqə  müddətində 

onu  sudan  çıxardılar.  Ürəyim  dözmədi,  həkimimizə 

dedim  ki,  gedək,  bəlkə  köməyimiz  dəydi.  Boğulanın 




 

 

174 



 

ətrafına toplaĢmıĢ adamlara yaxınlaĢdıq və mən onlara 

müraciətlə: Cənablar, həkimdir, qoy baxsın, bəlkə bir 

kömək edə bildi – dedim. 

Yaxına  buraxmaq  istəmədilər.  Birisi  dedi:  Cənab, 

Allah  verib,  özü  də  aparır.  Siz  Allahın  iĢinə 

müdaxiləmi etmək istəyirsiniz? 

DüĢərgəyə qayıtdıq. Yadıma bizimkilərdən birinin 

nəql  etdiyi  bir  hadisə  düĢdü.  O  yoldaĢ  nəql  edirdi  ki, 

bir  əlcəzairli  dənizdə  boğulurmuĢ.  Bizimkilərdən  biri 

onu  xilas  edib.  Zərərçəkən  xilaskarına  “çox  sağ  ol” 

demək  əvəzinə  onu  məzəmmət  edib  ki,  niyə  məni 

xilas  etdin.  Allah  məni  o  dünyaya  aparmaq  istəyirdi, 

sən mane oldun. 

Bütün  günü  çimərliyə  baxdım.  O  gün  daha  altı 

nəfər dənizdə boğuldu. 

 

QÜRBƏTDƏ   TANIŞLIQ 

 

Azərbaycanda  doğulub,  boya-baĢa  çatsam  da, 



sevimli müğənnimiz RəĢid Behbudovu yaxından təkcə 

bir  dəfə  görmüĢəm.  Özü  də  1968-ci  ildə.  O  vaxt 

R.Behbudovun  yaratdığı  Dövlət  Mahnı  Teatrı  “Səni 

tərənnüm edirəm, doğma Azərbaycanım” proqramı ilə 

ilk  dəfə  olaraq  M.F.Axundov  adına  Azərbaycan 

Dövlət Akademik Opera və Balet Teatrının binasında 

çıxıĢ  edirdi.  “Canlı  Behbudov”u  ilk  dəfə  onda 

görmüĢdüm.  Sonrakı  görüĢlərim  (söhbət  birtərəfli 

görüĢdən  gedir)  ya  televiziya,  ya  da  ki,  kino  ekranı 

vasitəsilə olmuĢdu. 




 

 

175 



 

Bir  neçə  konsertdən  sonra  bu  teatrın  afiĢaları 

yenidən  Ģəhərimizdə  yoxa  çıxdı.  Kimi  deyirdi  ki, 

teatrın  binası  yoxdur  və  ona  görə  də  Bakıda  çıxıĢ 

etmir. Kimisi də bunu teatrın qastrol səfərlərinə meyli 

ilə  izah  edirdi.  Ancaq  onu  bilirdim  ki,  bakılılar  bu 

teatrın tamaĢalarını səbirsizliklə gözləyirdilər. 

Tipaza  pioner  düĢərgəsində  rəis  iĢlədiyim  zaman 

səfirlikdən 

mənə 


dedilər 

ki, 


həmyerlimiz 

R.Behbudovun  teatrı  Əlcəzairə  dostluq  xətti  ilə  (bu 

valyutasız  mübadilədir)  qastrol  səfərinə  gəlmiĢdir. 

Əgər onunla dil tapa bilsən, pioner düĢərgəsinə dəvət 

et. YaĢadığı yeri dedilər. Sidi-əl-Frec mehmanxanası. 

Bu  mehmanxana  paytaxtdan  təxminən  15  km-likdə, 

dəniz  kənarında,  çimərlikdən  200-300  metr  məsafədə 

yerləĢir.  Səfirliyin  əməkdaĢı,  həyat  yoldaĢı  –  sovet 

vətəndaĢı  və  özü  sonradan  bizim  vətəndaĢlığı  qəbul 

edən,  “Canlı  Behbudov”u  görmək  arzusu  ilə  alıĢıb-

yanan  bolqar  tərcüməçi  və  mən  Sidi-əl-Frec 

mehmanxanasına  yollandıq.    Biz  mehmanxanaya 

çatanda  R.Behbudov  və  ansamblın  bir  qrup  üzvü 

restoranda  nahar  edirdi.  GörüĢdük.  Səfirliyin 

əməkdaĢı üzünü R.Behbudova tutub dedi: 

 



RəĢid  Məcidoviç,  tanıĢ  olun,  bizim  səfirliyin 

pioner düĢərgəsinin rəisidir. 

O  mənim  nə  adımı  dedi,  nə  də  ki,  soyadımı. 

R.Behbudovla  görüĢdük.  Yəqin  ki,  o  mənim 

azərbaycanlı  olduğumu  heç  zənn  etmədi  və  üzünü  öz 

yoldaĢlarına  tutub  Azərbaycan  dilində  zarafatyana 

dedi: - Deyəsən iĢə düĢmüĢük. 



 

 

176 



 

Mən  üzümü  R.Behbudova  tutub,  öz  dilimizdə  - 

RəĢid müəllim, xoĢ gəlmiĢsiniz – dedim. 

O özünü itirən kimi oldu və birdən: 

      - Bay, sən hardan gəldin, qardaĢ – dedi. 

Sonra Baba Mirzəyev, Ramiz Quliyev və baĢqaları 

ilə  görüĢüb,  bolqar  dostumuzu  R.Behbudova  təqdim 

etdim.  O  bolqar  dostumuzla  təzədən  görüĢüb,  astaca 

bolqar  dilində  bir  mahnını  zümzümə  etdi.  Bolqar 

dostum  özünü  saxlaya  bilməyib  onu  qucaqladı  və 

öpdü. 

Mehmanxananın  xollunda  rahat  kreslolarda 



oturduq və mən gəliĢimin məqsədini ona söylədim. O 

bir qədər fikrə gedib dedi: 

 

Bilirsinizmi, bizim beĢ tonluq rekvizitimiz var. 



Onu  Blida  Ģəhərinə  (Blida  Tipazanın  40  km-liyində 

yerləĢir)  yola  salmıĢıq.  Əgər  o  rekviziti  düĢərgənizə 

daĢıtmaq  imkanınız  varsa,  onda  mən  etiraz  etmirəm, 

elə  sabah  (yəni  24  iyun  1984-cü  il)  əvvəlcə  sizin 

düĢərgədə, sonra isə Blida Ģəhərində konsert verərik. 

Mən  ustada  dedim  ki,  bizim  RAF  markalı 

mikroavtobusumuz  və  “Folsvaqen”  markalı  minik 

maĢınından baĢqa ayrı bir imkanımız yoxdur. 

Əlini üzünə çəkərək fikrə getdi və birdən soruĢdu: 

 



Sizin düĢərgədə cəmisi neçə nəfər var? 

Mən: 


 

Yüz əlli nəfər – dedim. 



O, gülümsəyərək dedi: 

 



Sizə 150 bilet verirəm, pulsuz. Gətirin camaatı 

oraya, Blidaya! 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə