225
Əlcəzairdə gəzməli və görməli yerlər çoxdur. Son
illər ölkənin rəhbərliyi də bu iĢə xüsusi diqqət yetirir.
Əlcəzairə gələn turistlər müxtəlif marĢrutlar üzrə
səyahətə
çıxa
bilərlər.
Səyyahları
ən
çox
maraqlandıran ölkənin bütün ərazisi boyu “səpilən”
qədim Roma xarabalıqlarıdır.
Əlcəzairdə olarkən bir neçə dəfə müxtəlif
marĢrutlar üzrə səfərlərə çıxmıĢam. Xatirimdə ən
dərin iz buraxanı Böyük Səhra vadisi boyu səyahətdir.
MarĢrutun uzunluğu 2100 km-dir. Səyahət zamanı rast
gəldiyimiz Ģəhərlər bir-birindən orijinal, adamlar isə
bir-birindən maraqlı idilər. Səyahət zamanı bəzən
adama elə gəlir ki, yuxudasan. Çünki, yalnız yuxuda
tarixi keçmiĢə qayıtmaq mümkündür. Məhz bu növ
səfərdə səyyah, sanki keçmiĢə baĢ vurur və hərdən o
keçmiĢlə bu günün təzadlı sərhəddində durub
müĢahidəçi rolunu oynayır. Belə ki, səyyah bu aləmə
(bu barədə ətraflı bəhs edəcəyəm) müdaxilə edə
bilmir.
SƏHRA GÖZƏLİ QARDAYA
QurumuĢ
Mzab
çayı
vadisində
ərəblərin
yerləĢdirilməsi qeyri-adi tarixə malikdir. Ərəb
mənbələrinin yazdığına görə bu VII əsrin ortalarında
Osmanın ölümündən, Əlinin – “Ġslam Ģiri”nin
hakimiyyətə gəlməsindən sonra baĢ vermiĢdir.
Peyğəmbərin düĢmənləri onun kürəkəni hakimiyyəti
ələ aldıqdan sonra ona qarĢı mübarizə aparmıĢ,
226
xaincəsinə onu öldürmüĢlər. Beləliklə yeni lider –
Abdulla-ibn Ġbad meydana çıxmıĢ və onun tərəfdarları
ibadilər adlandırılmıĢlar.
Omeidlər imperiyasının iflası zamanı ibadilər həm
Omanda, həm Yəməndə və Ġranda, xüsusilə Məqrib
ölkələrində (Liviya, Tunis, Əlcəzair, MərakeĢ)
özlərinə yaxĢı tərəfdarlar tapmıĢlar. Ġbn Rüstəm
Tunisdə kifayət qədər güclü dövlət yaratmıĢ, bu
dövlət dini düĢmənlərin təsiri nəticəsində məhv
olmamıĢ və o, Tunisdən qərbə, Tlemsen rayonuna
yerini dəyiĢmiĢdir. Bu dövlət 130 il (paytaxtı Tahert)
mövcud olmuĢ, ərazisi MərakeĢdən Liviyaya qədər
uzanmıĢdır. Ġbadilərin düĢmənləri nəhayət Tahertə
gəlib çıxıb, onları Səhraya sıxıĢdırmıĢlar. Ġbadilər
Mzaba vadisində yurd salmıĢ, burada quyular qazmıĢ,
xurma ağacları əkmiĢ, su anbarları tikmiĢlər. XIII
əsrin ortalarında ibadilər yenidən hücuma məruz
qaldıqda, Mzaba vadisinin dərinliyində gizlənmiĢlər
və bu günə kimi onları narahat edən olmamıĢdır.
XI əsrin birinci yarısında Mzaba vadisində beĢ
Ģəhər yaradılmıĢdır. Bunlar Əl-Atif, Malika (ġahanə),
Bunura (Parlayan), Beni-Ġzgen (mühitin adamları) və
Qardaya (Dayya mağarası) Ģəhərləridir.
Əfsanəyə görə gözəl qadın olan Dayya
susuzluqdan ölümcül vəziyyətə düĢən ibadilərə su
yerini göstərir. Bu qadın guya köçəri qəbilə tərəfindən
mağarada doğum üçün qoyulmuĢdur. Dayya ibadilərin
Ģeyxi Sidi Bu Qdemaya və onun nökərinə
qonaqpərvərlik göstərmiĢ və Ģeyx də ona evlənmək
227
təklif etmiĢdir. ġeyx mağaranın yanında ev tikdirmiĢ
və beləliklə Qardaya Ģəhərinin əsasını qoymuĢdur.
Dayya mağarası bu gün də durur və qadınlar oraya
ziyarətə gedirlər.
Vadi məhbusluğunda qalan ibadilər demək olar ki,
min illərlə özlərinin adət və ənənələrini qoruyub
saxlaya bilmiĢlər. Bura xəlifənin seçilməsi prinsipi,
təkkəbinlilik, dinin təmizliyi və adətlərə ciddi surətdə
riayət etmək, dini doqmaların və ənənələrin hər
Ģeydən üstün tutulması daxildir ki, bu da ibadilərin
həyatını anadan olandan ölənə kimi nizamlayır.
Qadınların Ģəhəri tərk etməyə əsla ixtiyarları
yoxdur. Onlar Ģəhərin daxilində də tək yox
“müĢayiətçi” ilə gəzə bilərlər. Bu qadınlar çadraya elə
bürünürlər ki, yalnız bir gözləri ilə ətrafa baxırlar.
Yad adamla üz-üzə gələndə ya yaxındakı tində
gizlənir, ya da üzlərini divara tuturlar ki, tək gözləri
belə görünməsin.
Əvvəllər qızları az qala beĢikdə ərə verirlərmiĢ.
Son zamanlar isə müasirlik ibadilərin də ailələrinə
nüfuz edə bilmiĢdir. Lakin qadın ailədə yenə də
hüquqsuzdur. KiĢi evdən çıxanda qapını açarlayıb
gedir...
Ġbadilərin ağsaqqalları çoxdan məcbur olublar ki,
kiĢilərin Ģimala pul qazanmağa getmələrinə razılıq
versinlər. Onların ailələri isə həmin kiĢiləri evlərində
gözləyirlər. Bu ailələrə himayədarlığı yaxın qohumlar
edirlər. Ailə baĢçısı evdə olmadıqda belə, onun ailə
üzvlərinin sayı arta bilər (Bizimlə səfərdə olan rus
228
qadınları deyirdilər “nə yaxĢı adətdir”). Ġbadilərin
xurafatında deyilir ki, uĢaqlar ana bətnində illərlə yata
bilərlər və beləliklə ailə baĢçısı evdə olmadıqda belə,
dünyaya gələn uĢaqlara ata olmaq hüququnu saxlayır.
Bizi müĢayiət edən bələdçinin dediyinə görə belə
hallar tez-tez olur.
Bir neçə əsr bundan əvvəl pirat Əlcəzairində
hamam, dükan, çörək biĢirilən yerlərin və s.
əksəriyyəti ibadilərə mənsub olmuĢdur. Burada çoxlu
pul qazanan ibadilər öz vətənlərinə qayıtmıĢ (hətta
Əlcəzairdə ölənləri dəfn etmək üçün Mzab vadisinə
gətirirlərmiĢ) və öz iĢlərini qohumlarına tapĢırırlarmıĢ.
Kifayət qədər pulu olanlar yüksək hasar arxasında,
xurma və meyvə ağacları kölgəsində, “yerdə cənnət”,
yəni yay evi tikirdilər.
Adətlərin qeyri-adiliyi, vadidəki nadir coğrafi
Ģərait, Mzaba Ģəhərlərində “arxitektura möcüzəsi”
yaratmağı tələb edirdi. Burada hər bir ev kub
formasında olub, orada yaĢayanları həm istidən, həm
soyuqdan və həm də ki, özgələrin qərəzli marağından
qoruyur. Evlərin bir qayda olaraq pəncərəsi yoxdur.
Bu evlər 2-3 mərtəbəli olub, iĢıq yalnız dairə Ģəkilli
evin mərkəzinə-həyətə düĢür. Bütün Ģəhər kublar
ehramından təĢkil olunmuĢ və vadinin yamacında
tikilmiĢdir. Bunda əsas məqsəd xurma ağaclarını
əkmək üçün çox qiymətli olan vadidəki torpağı
tutmamaqdır.
ġəhərin yuxarı hissəsində kvadrat Ģəkilli, konus
minarəli məscid ucaldılmıĢdır. AĢağıda, bir qədər
Dostları ilə paylaş: |