237
palma məmulatından düzəldilmiĢ divarlarına fantastik
naxıĢlar vurulmuĢdur.
Uarqla ən gözəl “Səhra gülü” olan bir yer hesab
olunur. Bu uzun illər ərzində səhra qumu altında
müxtəlif mineralların əmələ gətirdikləri fiqurlardır ki,
bu da təbii gülə bənzəyir. Buna “Səhra gülü” deyirlər.
Onu da qeyd edim ki, bu “gül” Əlcəzair xalqının milli
sərvəti olub, yerli qanunlara görə onu ölkə xaricinə
aparmaq olmaz.
Uarqla Ģəhərindən bir qədər kənarda “yeni”
bazarda bu “güllərdən” bəyəndiyini seçib almaq olar.
(Oxucu soruĢa bilər ki, əgər turist bu “gülləri” özü ilə
apara bilmirsə, bəs onda niyə alır? Düzdür, “Səhra
güllərinin” xalqın milli sərvəti olması barədə qanun
var. Lakin gömrükxana iĢçiləri deyəsən bu qanunun
ciddiliyinə inanmırlar və bu gülləri ölkədən aparanlara
mane olmurlar). Burada elə “güllər” vardır ki, hər
birinin ağırlığı 1 tondan çox olur.
“Köhnə Ģəhər” yeni inzibati tikililərlə əhatə
olunmuĢdur. Bu tikililərdən birində Səhranın kənd
təsərrüfatı institutu yerləĢir. Bu institutun əsas
tədqiqat obyekti xurma təsərrüfatıdır (xurmaçılıq).
1954-cü ildən baĢlayaraq burada çoxlu artezian
quyuları qazılmıĢdır. Bu quyular da 900 000 xurma
ağacını su ilə təmin edir.
“Köhnə Ģəhər”də dəvə meydanı deyilən bir yer var.
Bu meydan küçə-tunellərlə əhatə olunmuĢ, evlərin
balkonları küçənin üstündən elə birləĢdirilmiĢdir ki,
qonĢuya getmək üçün küçəyə düĢmək lazım gəlmir.
238
Qapıların üstündə bəzən həmin evdə yaĢayan və ərə
getməyən qızların sayı da göstərilir.
Burada minarəsinin hündürlüyü 68 metr olan
məscid və çoxlu inzibati binalar vardır.
Uarqladan 85 km Ģərq tərəfdə Əlcəzairin əsas neft
hasilatı mərkəzi – Həssi-Messaud yerləĢir. Burada
çoxlu Sovet mütəxəssisi iĢləyirdi. Həssi-Messaudda
gözəl bir neft muzeyi vardır. Uarqlanın Ģimalında isə
(30 km məsafədə) Əl-Bur vadisi yerləĢir. Burada
nazik qum təpələri altında həddindən artıq gözəl və
Ģəffaf “Səhra güllər”i vardır.
TUQURT SƏHRANIN KEÇMİŞ
PAYTAXTIDIR
Səhrada səyahətin bir əsas xüsusiyyəti vardır. Hər
hansı bir yaĢayıĢ məntəqəsindən digərinə gedən yolda
turistin müĢahidə edə biləcəyi yeganə mənzərə qumlu
səhralardır. Uarqladan Turquta kimi 150 km-lik yol
sap-sarı qumlu səhradır. Bəs ucsuz-bucaqsız səhrada
gözə dəyən nədir? Nağıllardan eĢitdiyimiz, bəzən
filmlərdə gördüyümüz tək-tək dəvə karvanı, yaxud
içərisində xurma ağacları bitən iri yarğanlar.
Avtobusumuz səhranın sinəsindən keçən asfalt yolla
Ģütüyür. Bu yol sanki Səhra adlı bir orqanizmin Ģah
damarıdır. Yol ĢüĢə kimidir (Əlcəzairlilər yol
çəkməyə nə xəsislik, nə də tənbəllik edirlər. Ölkədə
yol çəkənlər əsasən əcnəbilərdir). Yolsuz, səhra
həyatdan məhrum ola bilər. Deyirlər ki, bərk külək
239
əsəndə asfalt yol qum altında qalır. Fərdi səyahətə
çıxanlar belə hallarda azırlar və itib-batırlar. “Əl-
Mücahid” qəzetinin yazdığına görə üç il qabaq
səhrada itgin düĢən səyyahları indi də axtarırlar.
Avtobusun pəncərəsindən səhraya baxıram. Adama
elə gəlir ki, burada əsla həyat yoxdur. Birdən uzaqdan
komacıqlar görünür. Komaların yanında avtobusu
saxlayırıq.
Balaca uĢaqlar qum üstündə oynayırlar. QıĢın
oğlan çağı – fevralın ikisi olmasına baxmayaraq,
burada 29 dərəcə istilik vardır. QarĢımızda ağ əbalı,
baĢında əmmaməyə bənzər bükülü yaylıqdan papaq
(əgər buna papaq demək mümkündürsə) qoymuĢ bir
ərəb çıxdı. SalamlaĢdıq. YoldaĢlarımın xahiĢini ona
yetirdim:
- Mümkünsə, bizimlə Ģəkil çəkdirin.
O, ciddi görkəm alıb dedi:
- Etiraz etmirəm, hər çəkiliĢ üçün 10 dinar
verməlisiniz.
Hiss olunurdu ki, bu kiĢi səyyahlarla Ģəkil
çəkdirməkdə təcrübəsiz və biz də ona Ģəkil
çəkdirməyi təklif edən ilk səyyahlar deyilik. YoldaĢlar
ona müxtəlif suvenirlər, döĢ niĢanları verib, pulsuz
Ģəkil çəkdirməyin razılığını aldılar. (Onu da qeyd
edim ki, xəsislikdə sovet turistləri bütün əcnəbi
turistlər arasında birinci yeri tuturlar. Səbəbi barədə
bizim qəzetlər az yazmayıblar.)
240
Komanın o tərəfində bir qadının balaca uĢağı
soyundurub, bədənini qumla ovuĢdurduğunu gördüm.
KiĢiyə müraciətlə:
- O, niyə belə edir?-soruĢdum.
KiĢi cavabında:
- UĢağı çimizdirir - dedi
Gözlərim az qala kəlləmə çıxdı:
- Necə? Çimizdirir?
KiĢi heç əhvalını pozmadan:
- Bəli, bəli çimizdirir- dedi. Bəs siz bilmirsiniz ki,
burada su məsələsi problemdir. Biz özümüz də qumla
çimirik.
“Çimizdirilən” uĢağa yaxınlaĢıb, onun bədəninə
diqqətlə baxdım. Doğrudan da, qumda “çimən” bu
balacanın bədəni tər-təmiz idi. Sonradan məlum oldu
ki, burada qab-qacağı da qumda “yuyurlar”.
BaĢımıza toplaĢan yerli adamlarla xudahafizləĢdik.
Avtobusa doluĢurduq ki, yoldaĢlarımızdan biri
qiymətli bir Ģey tapan adam kimi sevincək çığırdı:
- YoldaĢlar, karvan. Gəlin dəvələrlə Ģəklimizi
çəkdirək.
Dəvə karvanı bizə yaxınlaĢdı. Sarvana karvanla
birlikdə Ģəkil çəkdirmək istədiyimizi bildirdik.
Sarvan bizdən suvenirlər tələb etdi. Yenə hərə özünün
çantasına “hücum” çəkdi. DöĢ niĢanları, kiçik
oyuncaqlar, açıqcalar sarvanın ətəyinə yağıĢ kimi
yağmağa baĢladı. Səyyahlar öz arzularına çatdıqdan
sonra avtobusumuz yoluna davam etməyə baĢladı.
Dostları ilə paylaş: |