Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə49/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   45   46   47   48   49   50   51   52   ...   101

 

 

237 



 

palma məmulatından düzəldilmiĢ divarlarına fantastik 

naxıĢlar vurulmuĢdur. 

Uarqla  ən  gözəl  “Səhra  gülü”  olan  bir  yer  hesab 

olunur.  Bu  uzun  illər  ərzində  səhra  qumu  altında 

müxtəlif mineralların əmələ gətirdikləri fiqurlardır ki, 

bu da təbii gülə bənzəyir. Buna “Səhra gülü” deyirlər. 

Onu da qeyd edim ki, bu “gül” Əlcəzair xalqının milli 

sərvəti  olub,  yerli  qanunlara  görə  onu  ölkə  xaricinə 

aparmaq olmaz. 

Uarqla  Ģəhərindən  bir  qədər  kənarda  “yeni” 

bazarda bu “güllərdən” bəyəndiyini seçib almaq olar. 

(Oxucu soruĢa bilər ki, əgər turist bu “gülləri” özü ilə 

apara  bilmirsə,  bəs  onda  niyə  alır?  Düzdür,  “Səhra 

güllərinin”  xalqın  milli  sərvəti  olması  barədə  qanun 

var.  Lakin  gömrükxana  iĢçiləri  deyəsən  bu  qanunun 

ciddiliyinə inanmırlar və bu gülləri ölkədən aparanlara 

mane  olmurlar).  Burada  elə  “güllər”  vardır  ki,  hər 

birinin ağırlığı 1 tondan çox olur. 

“Köhnə  Ģəhər”  yeni  inzibati  tikililərlə  əhatə 

olunmuĢdur.  Bu  tikililərdən  birində  Səhranın  kənd 

təsərrüfatı  institutu  yerləĢir.  Bu  institutun  əsas 

tədqiqat obyekti xurma təsərrüfatıdır (xurmaçılıq). 

1954-cü  ildən  baĢlayaraq  burada  çoxlu  artezian 

quyuları  qazılmıĢdır.  Bu  quyular  da  900  000  xurma 

ağacını su ilə təmin edir. 

“Köhnə Ģəhər”də dəvə meydanı deyilən bir yer var. 

Bu  meydan  küçə-tunellərlə  əhatə  olunmuĢ,  evlərin 

balkonları  küçənin  üstündən  elə  birləĢdirilmiĢdir  ki, 

qonĢuya  getmək  üçün  küçəyə  düĢmək  lazım  gəlmir. 




 

 

238 



 

Qapıların  üstündə  bəzən  həmin  evdə  yaĢayan  və  ərə 

getməyən qızların sayı da göstərilir. 

Burada  minarəsinin  hündürlüyü  68  metr  olan 

məscid  və çoxlu inzibati binalar vardır. 

Uarqladan 85 km Ģərq tərəfdə Əlcəzairin əsas neft 

hasilatı  mərkəzi  –  Həssi-Messaud  yerləĢir.  Burada 

çoxlu  Sovet  mütəxəssisi  iĢləyirdi.  Həssi-Messaudda 

gözəl bir neft muzeyi vardır. Uarqlanın Ģimalında isə 

(30  km  məsafədə)  Əl-Bur  vadisi  yerləĢir.  Burada 

nazik  qum  təpələri  altında  həddindən  artıq  gözəl  və 

Ģəffaf “Səhra güllər”i vardır. 

 

TUQURT   SƏHRANIN  KEÇMİŞ  

PAYTAXTIDIR 

 

Səhrada  səyahətin  bir  əsas  xüsusiyyəti  vardır.  Hər 

hansı bir yaĢayıĢ məntəqəsindən digərinə gedən yolda 

turistin müĢahidə edə biləcəyi yeganə mənzərə qumlu 

səhralardır.  Uarqladan  Turquta  kimi  150  km-lik  yol 

sap-sarı  qumlu  səhradır.  Bəs  ucsuz-bucaqsız  səhrada 

gözə  dəyən  nədir?  Nağıllardan  eĢitdiyimiz,  bəzən 

filmlərdə  gördüyümüz  tək-tək  dəvə  karvanı,  yaxud 

içərisində  xurma  ağacları  bitən  iri  yarğanlar. 

Avtobusumuz  səhranın  sinəsindən  keçən  asfalt  yolla 

Ģütüyür.  Bu  yol  sanki  Səhra  adlı  bir  orqanizmin  Ģah 

damarıdır.  Yol  ĢüĢə  kimidir  (Əlcəzairlilər  yol 

çəkməyə  nə  xəsislik,  nə  də  tənbəllik  edirlər.  Ölkədə 

yol  çəkənlər  əsasən  əcnəbilərdir).  Yolsuz,  səhra 

həyatdan  məhrum  ola  bilər.  Deyirlər  ki,  bərk  külək 



 

 

239 



 

əsəndə  asfalt  yol  qum  altında  qalır.  Fərdi  səyahətə 

çıxanlar  belə  hallarda  azırlar  və  itib-batırlar.  “Əl-

Mücahid”  qəzetinin  yazdığına  görə  üç  il  qabaq 

səhrada itgin düĢən səyyahları indi də axtarırlar. 

Avtobusun pəncərəsindən səhraya baxıram. Adama 

elə gəlir ki, burada əsla həyat yoxdur. Birdən uzaqdan 

komacıqlar  görünür.  Komaların  yanında  avtobusu 

saxlayırıq. 

Balaca  uĢaqlar  qum  üstündə  oynayırlar.  QıĢın 

oğlan  çağı  –  fevralın  ikisi  olmasına  baxmayaraq, 

burada  29  dərəcə  istilik  vardır.  QarĢımızda  ağ  əbalı, 

baĢında  əmmaməyə  bənzər  bükülü  yaylıqdan  papaq 

(əgər  buna  papaq  demək  mümkündürsə)  qoymuĢ  bir 

ərəb  çıxdı.  SalamlaĢdıq.  YoldaĢlarımın  xahiĢini  ona 

yetirdim: 

       - Mümkünsə, bizimlə Ģəkil çəkdirin. 

O, ciddi görkəm alıb dedi: 

       -  Etiraz  etmirəm,  hər  çəkiliĢ  üçün  10  dinar 

verməlisiniz. 

Hiss  olunurdu  ki,  bu  kiĢi  səyyahlarla  Ģəkil 

çəkdirməkdə  təcrübəsiz  və  biz  də  ona  Ģəkil 

çəkdirməyi təklif edən ilk səyyahlar deyilik. YoldaĢlar 

ona  müxtəlif  suvenirlər,  döĢ  niĢanları  verib,  pulsuz 

Ģəkil  çəkdirməyin  razılığını  aldılar.  (Onu  da  qeyd 

edim  ki,  xəsislikdə  sovet  turistləri  bütün  əcnəbi 

turistlər  arasında  birinci  yeri  tuturlar.  Səbəbi  barədə 

bizim qəzetlər az yazmayıblar.) 




 

 

240 



 

Komanın  o  tərəfində  bir  qadının  balaca  uĢağı 

soyundurub, bədənini  qumla  ovuĢdurduğunu gördüm. 

KiĢiyə müraciətlə: 

       - O, niyə belə edir?-soruĢdum. 

KiĢi cavabında: 

       - UĢağı çimizdirir - dedi 

Gözlərim az qala kəlləmə çıxdı: 

       - Necə? Çimizdirir? 

KiĢi heç əhvalını pozmadan: 

       - Bəli, bəli çimizdirir- dedi. Bəs siz bilmirsiniz ki, 

burada su məsələsi problemdir. Biz özümüz də qumla 

çimirik. 

“Çimizdirilən”  uĢağa  yaxınlaĢıb,  onun  bədəninə 

diqqətlə  baxdım.  Doğrudan  da,  qumda  “çimən”  bu 

balacanın bədəni tər-təmiz idi. Sonradan məlum oldu 

ki, burada qab-qacağı da qumda “yuyurlar”. 

BaĢımıza toplaĢan yerli adamlarla xudahafizləĢdik. 

Avtobusa  doluĢurduq  ki,  yoldaĢlarımızdan  biri 

qiymətli bir Ģey tapan adam kimi sevincək çığırdı: 

       -  YoldaĢlar,  karvan.  Gəlin  dəvələrlə  Ģəklimizi 

çəkdirək. 

Dəvə  karvanı  bizə  yaxınlaĢdı.  Sarvana  karvanla 

birlikdə  Ģəkil  çəkdirmək  istədiyimizi  bildirdik.  

Sarvan bizdən suvenirlər tələb etdi. Yenə hərə özünün 

çantasına  “hücum”  çəkdi.  DöĢ  niĢanları,  kiçik 

oyuncaqlar,  açıqcalar  sarvanın  ətəyinə  yağıĢ  kimi 

yağmağa  baĢladı.  Səyyahlar  öz  arzularına  çatdıqdan 

sonra avtobusumuz yoluna davam etməyə baĢladı. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə