205
getdik. Orada da bir Ģey tapa bilmədik. Bakıya
məktub yazdıq və bizə bir neçə Ģer göndərdilər.
Səhnədən asmaq üçün Ģairin portreti lazım idi.
Özümüz rəssamlıq edəsi olduq. Epidiaskopda Ģairin
Ģəklini böyüdüb vatman vərəq üzərinə saldıq, əvvəlcə
karandaĢla, sonra isə tuĢla iĢləyib portreti hazırladıq.
Bu dəfə qadınlarımız da gecədə fəal iĢtirak etmək
arzusunda olduqlarını bildirdilər. ġerləri oxumaq üçün
onları da cəlb etdik. Məruzəçi və Ģerlərin
azərbaycanca ifaçısı bu sətirlərin müəllifi idi. ġerləri
gürcü L.Nozadze, rus K.Petrova, belorus T.Basik, rus
N.Belov və bizim azərbaycanlılar G.Məmmədova,
R.Hüseynova, N.Nəbiyeva oxuyurdular. Gecənin
proqramına S.Vurğunun sözlərinə yazılmıĢ mahnıların
fonoqramı da daxil edilmiĢdi. Gecə sona yetəndən
sonra hamı bir-birini Ģairin yubileyi münasibətilə
təbrik edirdi. Kimisi Ģairin portreti fonunda Ģəkil
çəkdirir, kimisi də musiqi sədaları altında rəqs edirdi.
UĢaqların da sevincinin həddi hüdudu yox idi. Bəli,
böyük Azərbaycan Ģairinin uzaq Afrika qitəsində
yubileyi
əsil
bayrama
çevrilmiĢdi.
Biz
azərbaycanlıların isə ürəyindən yalnız bir fikir keçirdi:
- XoĢ gördük səni, bu qərib diyarda, sevimli Ģairimiz!
XoĢ gördük, Vətənin vurğun oğlu! Bu gün doğma
torpağa, el-obaya vurğunluq, ölümün qurduğu
əlçatmaz səddə baxmayaraq bizi daha da bir-birimizə
yaxınlaĢdırır. Sən ürəklərdəsən, əziz Ģairimiz,
ürəklərdə! Əgər belə olmasaydı bu gün ölkə-ölkə,
Ģəhər-Ģəhər gəzib dodaqlarda səslənməzdin. Sən bu
206
gün təkcə Azərbaycanda deyil, dünyanın hər yerində
varsan və var olacaqsan da!
DOSTLUQ GÜNLƏRI
1985-ci ilin son ayları idi. Bumerdes Ģəhərinin
rəhbərliyi bizim inzibati Ģuraya rəsmi surətdə
müraciət edərək, Əlcəzair – Sovet dostluğu həftəsi
keçirmək fikrində olduğunu bildirdi. Təklif bəyənildi
və bu barədə Sovet səfirliyinə məlumat verildi. Sovet
səfirliyindən dərhal razılıq alındı. ġəhər bələdiyyə
rəisinin yanında təĢkilat komitəsi yaradıldı. Sovet
tərəfindən mən də həmin komitəyə üzv kimi daxil
edildim. Komitə üzvləri həftədə iki dəfə yığıĢır,
müxtəlif məsələləri müzakirə edib, müvafiq qərarlar
çıxarırdı. Komitənin iclasında Səfirliyin mədəniyyət
və informasiya üzrə müĢaviri Y.Ġ.Fyodorov, Sovet
Mədəniyyət Mərkəzinin direktoru, beynəlxalq kitab
təĢkilatının Əlcəzairdəki nümayəndəsi də tez-tez
iĢtirak edirdilər.
Həftənin proqramına bir neçə birgə konsertlər,
Sovet filmlərinə baxıĢ, sovet kitablarının satıĢının
təĢkili, habelə idman yarıĢları daxil idi. Zövqlə tərtib
olunmuĢ elanlar, həftənin iĢtiakçıları üçün döĢ
niĢanları və s. sifariĢ olundu.
Dostluq həftəsinin açılıĢı 6 fevral 1986-cı ildə
SONATRAK neft Ģirkətinin böyük mədəniyyət
sarayında keçirildi. Əlcəzairin televiziya, radio və
müxtəlif qəzetlərinin, habelə mərkəzi televiziyanın
207
“Vremya”, proqramının “Ġzvestiya” və “Pravda”
qəzetlərinin müxbirləri də orada idilər.
Rəsmi hissədən sonra dostluq konserti baĢlandı.
Əvvəlcə bizim bədii özfəaliyyət kollektivlərimiz çıxıĢ
etdilər.
Konsertə
Əlcəzair
Ģəhərindən
konservatoriyada iĢləyən sovet musiqiçiləri də dəvət
olunmuĢdu.
Sovet musiqiçilərinin, habelə bədii özfəaliyyət
kollektivlərinin
çıxıĢları çox böyük maraqla
qarĢılandı. Konsertdə Azərbaycan məktəbliləri
Pərvanə, Sevinc və Emin “Azərbaycan” rəqsini ifa
etdilər.
Konsertdən sonra Sovet mədəniyyət mərkəzinin
direktoru mənə dedi ki, əgər bu konserti bir gül
dəstəsinə bənzətsək, onların içərisində ən ətirlisi
“Azərbaycan” rəqsi idi.
“Azərbaycan təranələri” instrumental ansamblının
da çıxıĢları hərarətlə qarĢılandı. Əlcəzairlilərdə bir
xüsusiyyət var. Konsert zamanı tamaĢaçı ürəyinə
yatan musiqi eĢitdikdə səhnənin qarĢısına çıxır və rəqs
edir. Bizim ansambl çıxıĢına baĢlayan kimi əlcəzairli
gənclər səhnənin qarĢısına çıxıb, rəqs etdilər. Hamı əl
çalır, gözlər sevincdən par-par parıldayırdı.
Mənə elə gəlirdi ki, bu ansambl eyni dərəcədə həm
bizim üçün, həm də əlcəzairli tamaĢaçılar üçün
doğmadır. Bu kollektiv hər iki xalqı daha da
yaxınlaĢdırır, daha da doğmalaĢdırır.
208
Sonra əlcəzairlilər çıxıĢ etdilər. Əlcəzairin həm
folklor və həm də müasir musiqi kollektivləri
konsertdə iĢtirak etdilər.
Səhəri günü Əlcəzair qəzetləri Bumerdesdə
keçirilən Əlcəzair –Sovet dostluğu həftəsi haqqında
yazılar dərc etdilər. Televiziyada isə “Xəbərlər”
proqramında həmin tədbir geniĢ iĢıqlandırıldı.
Ġdman yarıĢları da, filmlərə baxıĢ da yaxĢı təsir
bağıĢladı. Bizim Ģahmat komandamız Əlcəzairin milli
Ģahmat komandası ilə görüĢdə qalib gəldi. Voleybol,
futbol komandalarımız haqqında da həmin sözləri
deyə bilərəm.
Əlcəzairdə əsasən Amerika və Fransa filmləri
nümayiĢ etdirilir. Arabir Misir filmləri də göstərilir.
Yeri gəlmiĢkən qeyd edim ki, bu filmlərdən açıq-
saçıqlıq, parnoqrafiyaya meyl, geniĢ tamaĢaçı
kütləsinin xoĢuna gəlmir. Mən dəfələrlə Əlcəzair
qəzetlərindəki yazılarda bu növ filmlərə qarĢı hiddət
və qəzəbi hiss etmiĢəm. Hətta bir qrup tamaĢaçı
Amerika və Misir filmlərinin ölkədə nümayiĢ
etdirilməsini qadağan etməyi tələb edirdi. Bu filmlərin
əksəriyyəti köhnə olub zorakılığı, qəddarlığı və
mənəvi pozğunluğu aĢılayırlar. (Təəssüflər olsun ki,
indi belə filmlər bizim də ekranlara yol tapa
bilmiĢdir). Əlbəttə həmin xüsusiyyətlər bizim filmlərə
yaddır. (Söhbət yenidənqurmaya qədər yaradılan
filmlərdən gedir). Ona görə də ciddi tamaĢaçılar bizim
filmləri rəğbətlə qarĢılayırlar.
Dostları ilə paylaş: |