Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə28/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

 

 

152 



 

yoxlamadan  iĢarələdi.  Böyük  oğlumdan  fransızca 

soruĢdu: Adın nədir? Mən: - Emindir-dedim. 

O  isə  gülə-gülə:  -  Aha  Məhəmmədəmin, 

Məhəmmədəmin-deyə  təkrar  etdi.  Sonra  isə:  -  Siz 

müsəlmansınız  –  deyə  soruĢdu.  Mən:  -  Bəli  biz 

Bakıdanıq, Azərbaycandan – dedim. O isə: Çox yaxĢı, 

çox yaxĢı – dedi. XoĢ gəlmiĢsiniz. 

Təyyarə  vağzalında  demək  olar  ki,  yükdaĢıyanlar 

yoxdur. Bütün Ģeyləri özün daĢımalı olursan. Gözləmə 

zalında  bizi  qarĢılamağa  gələn  mütəxəssislərimizin 

nümayəndələrini  gördükdə  sevincimizin  həddi-

hüdudu  yox  idi.  Sanki  uzun  illərdi  ki,  vətəndən 

ayrılmıĢdıq  və  ilk  dəfə  idi  ki,  özümüzünküləri 

görürdük.  Üzünü  ilk  dəfə  gördüyümüz  və  hətta 

adlarını  bilmədiyimiz  yerlilərimizlə  qucaqlaĢıb- 

öpüĢdük. 

Əlcəzair  Milli  Yüngül  Sənaye  Ġnstitutunun  xüsusi 

avtobusu bizi Bumerdes Ģəhərinə gətirib çıxardı. 

Bumerdes  1983-cü  ilin  sonuna  kimi  inzibati  Ģəhər 

sayılırdı. Bu Ģəhərə daxil olmaq üçün xüsusi buraxılıĢ 

vərəqi  tələb  olunurdu.  Bumerdes  ölkənin  paytaxtı 

Əlcəzair  Ģəhərinin  Ģərqində,  ondan  təxminən  47-48 

km məsafədə yerləĢir. 1 yanvar 1984-cü ildən ƏXDR 

prezidentinin  dekretiylə  Bumerdes  eyni  adlı  vilayətin 

mərkəzinə  çevrilib.  Həmin  tarixə  kimi  Bumerdesdə 

bir  neçə  ali  məktəb  (Neft  Ġnstitutu,  Yüngül  Sənaye 

Ġnstitutu,  Mexanika  və  Sənaye  Ġnstitutu)  və  bir  də 

SONATRAK 

neft 


Ģirkətinin 

laboratoriyaları 

yerləĢirdi. 



 

 

153 



 

Vaxtilə  fransız  müstəmləkəçilərinin  hərbi  bazası 

yerləĢən və həm də onların istirahət zonası sayılan bu 

Ģəhər  (Bumerdes  Aralıq  dənizi  sahilindədir  və  çox 

gözəl çimərlikləri vardır) hazırda Əlcəzairin müasir və 

ən perspektivli Ģəhərlərindəndir. Əhalisi 5 mindən çox 

olan  bu  Ģəhərdə  mindən  artıq  sovet  mütəxəssisi  və 

onların ailə üzvləri yaĢayırdı. 

Bumerdesin  mərkəzində  bir  villa  var.  Həmin  villa 

Yüngül 


Sənaye 

Ġnstitutunda 

iĢləyən 

sovet 


mütəxəssislərinin  klubudur.  Klubun  qarĢısında  geniĢ 

meydan  vardır.  Avtobusumuz  həmin  meydana 

yaxınlaĢanda  “Ura”  səsləri  və  alqıĢlar  bizim 

heyrətimizə  səbəb  oldu.  Sən  demə  bu  bir  adətdir  ki, 

hər  dəfə  yeni  sovet  mütəxəssisləri  Əlcəzairə  gələndə 

“köhnələr”  bu  meydana  yığıĢır  və  yeni  gələnləri 

təntənəylə  qarĢılayırlar.  Və  sonra  da  köməkləĢib  hər 

ailəni öz evinə ötürürlər. Ənənəyə görə qarĢılayanların 

içərisində  hökmən  hər  bir  mütəxəssisin  iĢlədiyi 

kafedranın bir əməkdaĢı da olmalıdır. Yenə də həmin 

ənənəyə görə qarĢılayan səhəri gün yeni gələni ailəsi 

ilə öz evinə nahara dəvət edir və Ģəhəri gəzdirir. Çox 

gözəl  qaydadır.  Məhz  səni  qarĢılayan  yeni  düĢdüyün 

mühitə alıĢmaqda sənə böyük kömək göstərir. 

Bizim  ailəni  qarĢılayan  gələcək  kafedramızın 

əməkdaĢı  L.Vaselyova  idi.  Ġrkutsk  Politexnik 

Ġnstitutundan gəlmiĢ 45-46 yaĢlı bu qadın o qədər dilli 

(hətta mənimlə də arada fransızca danıĢırdı) və qıvraq 

idi  ki,  elə  birinci  gündən  ailəliklə  ona  heyran 

qalmıĢdıq. 




 

 

154 



 

Gecə  saat  3-də  (yəni  səhər)  Bumerdesdə  bizim 

üçün  ayrılmıĢ  dörd  otaqlı  mənzilə  gəlib  çatdıq. 

UĢaqlar  ayaq  üstə  yatırdılar.  Mən  özüm  də  elə 

yorulmuĢdum ki, yatmaqdan baĢqa heç bir Ģey barədə 

düĢünmürdüm. 

ġeyləri evə daĢıdıq. Veselyovadan baĢqa bir kiĢi də 

bizə  kömək  edirdi.  MaĢını  boĢaltdıqdan  sonra  mən 

Veselyovaya,  sürücüyə  (demə  sürücü  də  mütəxəssis 

imiĢ)  və  həmin  kiĢiyə  “çox  sağ  olun”  dedim.  Və 

birdən  həmin  kiĢi  azərbaycanca  “dəyməz”  dedi.  Mən 

həyəcanla:  -  QardaĢ,  sən  azərbaycanlısan?  –  deyə 

soruĢdum.  O  isə  belə  dedi:  -  Siz  yoldan  gəlmiĢsiniz, 

istirahət  edin,  hələ  çox  görüĢəcəyik.  Sonralar 

yaxından tanıĢ olduq. Bu Bakı Rabitə Texnikumunun 

müəllimi  Fərman  Hüseynov idi.  Bumerdesdə  Yüngül 

Sənaye Ġnstitutunda iĢləyirdi. 

ġeylərimizi  evin  ortasına  yığdıq  və  təzə 

mənzilimizi  nəzərdən  keçirib,  öz-özümə  düĢündüm: 

“Ġlahi,  yəni  bu  mənzildə  biz  dörd  il  yaĢaya 

biləcəyikmi?” 

 

ƏLCƏZAİRDƏ  TƏHSİL SİSTEMİ 

 

Əlcəzairdə  milli-azadlıq  inqilabının  qələbəsindən 



sonra,  yəni  1965-ci  ildə  Afrika  Neft  və  Toxuculuq 

mərkəzi  yaradılmıĢ  və  sonralar  (1975-ci  ildə)  bu 

mərkəz  iki  müstəqil  institutun  –  Milli  Neft  və  Qaz, 

Milli  Yüngül  Sənaye  Ġnstitutunun  bazası  olmuĢdur. 

Milli  Yüngül  Sənaye  Ġnstitutu  (MYSĠ)  yarandığı 



 

 

155 



 

vaxtdan  indiyə  kimi  ölkə  sənayesi  üçün  təxminən 

4000  texnik  və  mühəndis  hazırlamıĢdır.  Ġnstitutda  18 

ixtisas  üzrə  1700-ə  yaxın  tələbə  təhsil  alır.  Hər  il 

institutu 400-ə yaxın tələbə bitirir. Ġnstitutda fəaliyyət 

göstərən 

26 

kafedra, 



dekanlıq 

arasında 

bölüĢdürülmüĢdür. 

Bizim 

fizika 


kafedrası 

fundamental  elmlər  fakultəsinə  daxildir.  Ümumtəhsil 

kafedralarında  dərslər  “Tron-komən”  (bu  proqramı 

fransızlar  təklif  etmiĢlər)  adlanan  proqram  üzrə 

aparılır.  Bu  proqram  1983-cü  ildə  ölkənin  ali  təhsil 

nazirliyi  tərəfindən  bütün  ali  məktəblər  üçün  təsdiq 

olunmuĢdur.  Əlcəzairin  bütün  ali  məktəblərində 

tələbələr iki il müddətində eyni proqramla ümumtəhsil 

fənləri  üzrə    dərslər  keçirlər.  Əgər  tələbə  həmin 

müddətdə öz ixtisasını dəyiĢmək fikrinə düĢsə, deməli 

asanlıqla  bir  institutdan  digərinə  və  ya  universitetə 

keçə  bilər  (Proqramın  ümumiliyi  məhz  bundan 

ötəridir). 

MYSĠ-də  tələbələr  üç  bölmədə  təhsil  ala  bilərlər. 

Bunlardan  birincisi  dövlət  mühəndisləri  bölməsidir. 

Ġkinci  bölmə  tətbiqi  mühəndislər,  üçüncüsü  isə 

texniklər  bölməsi  adlanır.  Birinci  bölmədə  təhsil 

müddəti 5 il, ikincidə 4 il, üçüncüdə isə 2 il yarımdır. 

Üçüncü bölmə bəzən də texnikum adlanır. 

Birinci  bölməyə  daxil  olmaq  üçün  abituriyent 

hökmən  bakalavra  malik  olmalıdır.  Birinci  iki 

bölmədə abituriyentlər həmiĢə çatıĢmadığından qəbul 

imtahanları  keçirilmir.  Bu  bölmələrdə  qəbul  yalnız 

sənədlər  əsasında  aparılır.  Üçüncü  bölməyə  daxil 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə